fa
Feedback
Hebib Müntezir

Hebib Müntezir

رفتن به کانال در Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

نمایش بیشتر
أذربيجان410دسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام Hebib Müntezir

کانال Hebib Müntezir (@hebmun) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 16 874 مشترک است و جایگاه را در دسته متفرقه و رتبه 410 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 16 874 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 02 دسامبر, 2024، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 03 دسامبر, 2024)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

16 874
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Bakıda 3 saylı uşaq evinin 16 yaşlı sakini olan Məhəmməd Hacıyevi sosial şəbəkələrdə kimsəsizlər evində baş verən qonunsuzluq
Bakıda 3 saylı uşaq evinin 16 yaşlı sakini olan Məhəmməd Hacıyevi sosial şəbəkələrdə kimsəsizlər evində baş verən qonunsuzluqları, onlara ayrılan ərzaqların keyfiyyətsizliyi və oğurlanmasını dilə gətirdiyi üçün Maştağadakı 1 nömrəli Psixiatriya Xəstəxanasına yerləşdiriblər. 3 saylı uşaq evinin müdirəsi Məhbubə Hüseynova onu polisə şikayət edib. Ölkədə kim oğruları, talanları, rüşvəti və qanunsuzluqları ifşa edirsə və ictimailəşdirirsə ya dəlidir, ya narkomandır, ya da agent. Bu uşağın haqqını müdafiə etmək, onu ordan çıxarmaq lazımdır. İctimai qınaq olarsa bəlkə rəsmi qurumlar geri addım atarlar. Maksimum paylaşaq və ictimailəşdirək.

Suqovuşanda xidmət edən hərbçi, Qəbələnin Nohurqışlaq kənd sakini, 2004-cü il təvəllüd Niftalıyev Novruz Eldəniz oğlunun Tərt
Suqovuşanda xidmət edən hərbçi, Qəbələnin Nohurqışlaq kənd sakini, 2004-cü il təvəllüd Niftalıyev Novruz Eldəniz oğlunun Tərtərin Talış kəndi istiqamətində minaya düşərək həlak olduğu deyilir. Bu gün axşam onun cənazəsinin ailəsinə təhvil veriləcəyi bildirilir. Məlumatı kənd icra nümayəndəliyi təsdiqləyib.

İranla olan gərginliyə görə son 4 gündə Azərbaycanın müxtəlif bölgələrində, Bakı da daxil olmaqla onlarla ruhani, şiə məzhəbinə mənsub olan inanclı 400 nəfərdən çox şəxsin saxlanıldığı deyilir. Bunların bəzilərinin "cəsus" adı ilə, bir xeylisinin isə narkotik ittihamı ilə həbs edildiyi bildirilir. Deputat Fazil Mustafanı vuran şəxsi isə hələ də tapa bilməyiblər.

Daxili Qoşunların hərbi qulluqçusu, Zaqatalanın Kələntəroba kənd sakini, 1997-ci il təvəllüd Məhəmməd İbrahim oğlu Cindarovun
Daxili Qoşunların hərbi qulluqçusu, Zaqatalanın Kələntəroba kənd sakini, 1997-ci il təvəllüd Məhəmməd İbrahim oğlu Cindarovun məzuniyyətdə olarkən ürəktutmasından dünyasını dəyişdiyi bildirilir. Hadisə ilə bağlı rəsmi məlumat verilməyib.

Azərbaycan Xarici İşlər Nazirliyi: "Milli Məclisin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir".

Azərbaycan Müdafiə Nazirliiyi İran Ordusunun Quru Qoşunlarının Komandanına cavab verərək bildirib ki, Azərbaycanda “sionist” qüvvələrin olması və 44 günlük müharibədə Azərbaycanın Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etməsi çirkin iftira və böhtandır. Generalın "İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcək" fikrinə isə nazirlik bildirib ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlasa da, İran tərəfi bir dəfə də olsun Ermənistana qarşı ittihamedici açıqlamalar verməyib, əksinə İran-Ermənistan qardaşlığı daha da güclənib. Nazirlik bəyanatda İranı terrorizmi dəstəkləyən dövlət adlandırıb.

10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsi məhdudlaşdırılacaq. Qərar may ayından qüvvəyə minir. Rəsmi açıqlamaya görə bu qərar 29 mart tarixinə qədər xaricdən alınmış və yaşı 10 ildən çox olan avtomobillərə şamil olunmayacaq. Ekspertlər kasıb təbəqənin bu qərardan əziyyət çəkəcəyini bildirirlər. Bundan əlavə isə avtomobil bazarında ciddi bahalaşmanın olacağı gözlənilir.

"Azərsu" ASC və "Meliorasiya və Su Təsərrüfatı" ASC ləğv olundu, əvəzində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. Birinci ailəyə məxsus "Bravo" marketlər şəbəkəsinə rəhbərlik etmiş Zaur Rauf oğlu Mikayılov yeni agentliyin sədri təyin edilib.

Azərbaycan MN məlumat yayaraq bildirib ki, Laçının Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, həmçinin sərhədboyu geniş sahələr nəzarətə götürülüb. Paşinyan da Azərbaycan ordusunun Xankəndi, Kiçik Qaladərəsi və Böyük Qaladərəsi və digər bu kimi kəndlərin torpaq yollarına birbaşa nəzarət etdiyini bildirib. Qeyd edim ki, bəhsi keçən ərazilər heç bir silahlı insident olmadan nəzarətə götürülüb və rəsmi Bakı bunu Qarabağ ermənilərinin silahlandıırılmasının qarşısının alınması məqsədi ilə etdiyini bildirir.

Ötən il Bərdənin Kətəlparaq kəndində 14 yaşlı qızı şantaj edərək, cinsi zorakılıq etmiş 3 nəfər şəxsin məhkəməsi başa çatıb. Azərbaycan məhkəməsi onların hər birinə 5 ay müddətinə həbs cəzası kəsib. Beş ay!

Deputat Fazil Mustafanın Bakıda yaşadığı evinin qarşısında güllələndiyi deyilir. Onun iki güllə yarası aldığı bildirilir.

Zərdabın Çallı kənd sakini Əkbər Əhmədov susuzluğa görə özünü yandırıb. 2 hektarlıq taxıl sahəsini suvara bilmədiyi üçün su idarəsi müdirinin yanına gedib, dəfələrlə su istəyib, özünə qəsd edəcəyini deyib. Əhliman Kərimov isə ona "nə istəyirsən elə" cavabını verib. O da maşını qarışıq benzini töküb, özünə od vurub. Hazırda xəstəxanadadır, vəziyyəti də ağırdır.

Azərbaycan Prezident Administrasiyası Qarabağın erməni icmasının nümayəndələrini aprelin ilk həftəsində görüşüb, müzakirə etmək üçün növbəti dəfə Bakıya dəvət etsə də, Xankəndidəki rejim rəsmilərinin dəvətdən imtina etdiyi deyilir.

2 həftə əvvəl polisin rezin güllə istifadə etdiyi Saatlıda növbəti dəfə susuzluğa görə etiraz aksiyası keçirilib. Çoplu kənd sakinləri suyun prezidentin ailə üzvlərinə məxsus şirkətin obyektlərinə yönləndirildiyini bildirirlər və susuzluqdan əziyyət çəkdiklərini deyirlər. Rəsmi qurumların isə hələ də hər hansısa adekvat tədbirlər görmədiklərini bildirirlər.

İsraildə məhkəmələrin müstəqilliyinin itiriməsini istəməyən xalq küçələrə axışıb. Artıq günlərdir ki, minlərlə insan baş nazir Netanyahunun islahat adlandırdığı bu qanuna etirazını bildirir və onu istefaya səsləyir. Etirazlar zamanı polis müdaxilə edib, yüzlərlə insan saxlanılıb, xeyli sayda yaralananlar var. İsrail prezidenti hökumətə çağırış edərək məhkəmə islahatlarını dayandırmağa çağırıb. Artıq bu gün Netanyahu geri addım atdığını, bu islahatları dayandırmaq niyyətində olduğunu açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, Azərbaycan Ordusu 10 noyabr bəyanatını pozaraq Şuşa rayonu ərazisindəki təmas xəttini keçərək 2054,0 metr hündürlüyü (Sarıbaba dağından 2,9 km şimal-şərqdə) olan yüksəkliyi tutub və mühəndis-istehkam işlərinə başlayıb.

Stepanakertdəki (Xankəndi) rejim Azərbaycan Ordusunun Şuşa-Turşsu istiqamətində irəlilədiyini rəsmi olaraq bəyan etdi.

Azərbaycan ordusunun Laçın dəhlizinin şimalındakı torpaq yolunu nəzarətə götürdüyü deyilir. Qeyd edim ki, bir neçə gündür həmin yolun rus sülhməramlıların dəstəyi ilə təmir edildiyi, o yol vasitəsiylə silah-sursat daşındığı bildirilirdi.

Erməni mənbələri bildirir ki, Stepanakertin (Xankəndi) 2 erməni sakini sosial şəbəkələr vasitəsi ilə Azərbaycan Müdafiə Naizrliyi ilə əlaqə saxlayıb və pul qarşılığında ordakı rejimin məxfi məlumatlarını qarşı tərəfə ötürüblər.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisi sayılan Füzulinin Yuxarı Veysəlli kəndi istiqamətində erməni silahlıların səngərlərin qazmasının qarşısının alındığını açıqlayıb.