fa
Feedback
Hebib Müntezir

Hebib Müntezir

رفتن به کانال در Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

نمایش بیشتر
أذربيجان410دسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام Hebib Müntezir

کانال Hebib Müntezir (@hebmun) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 16 874 مشترک است و جایگاه را در دسته متفرقه و رتبه 410 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 16 874 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 02 دسامبر, 2024، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 03 دسامبر, 2024)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

16 874
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
İlham Əliyev: "Mən ordan-burdan eşidirəm, yenə də başlayıblar ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb. Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. İndi bütün kommunikasiyalar açılandan sonra, əlbəttə, biz qayıdacağıq və Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə".

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, dünən gecə rus sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə Ermənistan ordusu tərəfindən, Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub, itki yoxdur. Ermənistan mənbələri isə iddia edir ki, Naxçıvanda Sədərək sərhədinə yaxın Ermənistanın Yerasx qəsəbəsi istiqamətində atəşkəs pozulub. Bir erməni hərbiçisi ölüb. Azərbaycan tərəfinin də itkisi olduğu deyilir. Azərbaycan MN məlumatı təsdiqləyib, amma bir Azərbaycan hərbçisinin yaralandığını bildirib, hazırda vəziyyət sabitdir.

🇦🇲 🇮🇷 Ermənistandan özəl reportaj: Vaksin turizmi https://youtu.be/Y-GIk_uWIRA

Yeni qəbul edilən qanuna əsasən Azərbaycanda müddətli həqiqi hərbi xidmətdə (sıravi əsgərlikdə) olan hərbçilərin hərbi xidmət zamanı hər övladına aylıq 100 manat məbləğində sosial muavinət ödənəcək. O gün olsun ki, uşaqpulu haqqında da qanun qəbul edilsin.

Azərbaycanda koronavirusun DELTA ştamı aşkarlandı. Yoluxan xəstələrin sayı isə 31 nəfərdir. Bu barədə TƏBİB məlumat yayıb. Yenidən qapanma gəlir?

Qadın cinayətləri davam edir: Sabirabadda qadın öz evində iki həmkəndlisi tərəfindən döyülərək zorlanıb. Faktla bağlı artıq cinayət işi açılıb. Şəkinin Kiçik Dəhnə kəndində isə 15 yaşlı qızı, 30 yaşlı kişi ilə evləndiriblər. Polis artıq araşdırma aparır.

İngilis milyarder Richard Branson, sahibi olduğu Virgin Galactic şirkətinə aid kosmik cihazla dünya tarixində ilk dəfə kosmosa turistik səyahət edib. Şirkətin məqsədi 2023-cü ildən etibarən hər il 100 uçuş reallaşdırmaqdır. 21-ci əsr Azərbaycanında isə hələ də mağaradan yenicə çıxmış "şəfqət"ini idarə edə bilməyən manyaklar, "Nadir" tapıntılar qadınların nə geyinib, geyinməməsini müzakirə edir, onların xoşuna gəlməyən nəsə geyəndə döymə, zorlama ilə hədələyirlər.

Laçın rayonunda iki şəxs “Qırmızı kitab”a düşən cüyürü kəsib, ətindən kabab hazırlayıblar. Dərəbəylikdir ee, nə nəzarət var, nə qaydalar var, kim nə istəyir onu da edir...🤦‍♂️

Siyasi-ictimai fəal Ramin Hacılı və daha bir neçə nəfər Almaniyadan deport olunan azərbaycanlıların ifadələri əsasında həbs olunub. Onlar dələduzluq maddəsi ilə "mühacir alveri"ndə ittiham edilir.

Lerikdə yerləşən və deputat İqbal Məmmədova məxsus olan “Relax” istirahət mərkəzində 40 yaşlı, Anar Hüseyn oğlu Sücayevin meyiti tapılıb. Hoteldə ofisiant işləyən Anarın yaxınları iddia edirlər ki, o, öldürülüb, mərtəbədən aşağı atılıb və indi də hadisəni ört-basdır etməyə çalışırlar. Baş prokurorluq isə meyitin işlədiyi ərazidən təqribən 20 metr aşağıda axan dağ çayında aşkar olunduğunu, ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertiza tərəfindən araşdırılacağını bildirib.

Azərbaycanda hərbi forma geyinib, jurnalistəm deyib, yanına bir kameraman alıb, gedib şəhid ailələrinin gözyaşından istifadə edib, onlar üçün reportaj hazırlayan, əvəzində isə 50-100 manat alıb, özünə "vətən, millət" carçısı deyən tiplər var. Hətta şəhid anasının biri övladının qanpulundan kəsib, ödəmə edib. O ailələrin pulları alınıb, qəpiyinə kimi qaytarılmalıdır. Nəinki şəhid ailəsi, jurnalist ümumiyyətlə heç bir vətəndaşdan etdiyi peşə borcuna görə nəsə almamalıdır. Bu cür əclaflarla mübarizə aparmaq əvəzinə dövlət belələrinə büdcə ayırıb, yardım etməməlidir. Hökumət mətbuata, onun işçilərinə yüzminlərlə pul ayırır, nə bilim evlər, mənzillər verir. Mətbuatı o qədər bərbad duruma salıblar ki, mətbuat işçiləri dilənçilik edirlər, ələbaxımlılığa alışıblar. Dürüst işləyən jurnalistlər "vətən xaini" damğası il gəzir, belələrinə isə Mətbuat Şurası gödəkçəsindən tutmuş, vəsiqəsinə qədər verir, bunlar da əməlli başlı bazar açıblar. Jurnalistika alverçilərdən, zənglə yazı sildirib, zənglə şantaj edənlərdən qurtulmalıdır. Medianın İnkişafı Agentliyi alverçilikdən əl çəkməlidir.

Bu gün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyev istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürüb. Rahib Mirzəyev DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.

Fevralda Füzulinin işğaldan azad olunmuş ərazilərinə qanunsuz keçməyə cəhd edərkən saxlanılan və 30 sutka inzibati həbs cəzası alan şəxslərdən biri bu gün bir daha keçməyə cəhd edərkən minaya düşüb və ölüb, dostu isə ağır yaralanıb. Onlar Füzuli sakinləri Nuru Nuriyev və Elnur Həşimovdur.

11,2 milyard manat borcu olan və son bir ildə 1,7 milyard manat zərər etmiş Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti və 12 vitse-prezidentinə ötən il maaş və mükafatlardan başqa ümumilikdə 1 milyon 376 min manatlıq bonus ödənişi edilib. Bu barədə məlumat şirkətin özü tərəfindən açıqlanan illik maliyyə hesabatında qeyd olunub. Yəqin qəttəzə milyonluq saat modeli buraxılıb.

Dünənki partlayışın səbəbi təbii şəkildə püskürən palçıq vulkanı imiş. Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə Daşlı adada püskürüb. Hazırda alov sönməyə doğru gedir, yaxınlığında neft sənayesinə aid hər hansı infrastruktur filan yoxdur.

Azərbaycan Milli Elmlər Akademiyasının rəsmisi deyir ki, ərazidə palçıq vulkanı yoxdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirirlər ki, ilkin ehtimala görə partlayışa səbəb vulkan püskürməsidir. SOCAR rəsmisi əvvəl palçıq vulkanı yazır, sonra silir. Rəsmi qurumların bu cür qeyri-ciddi, bir-birinə zidd açıqlamalarından sonra deyirlər ki, xalq bizə inanmır. Necə inansın axı? Xalq da başlayır konspirasiya teoriyaları icad etməyə, müxtəlif versiyalar uydurmağa. Xalqı qınamayın, öz işinizi normal, peşəkar görün.

Xəzər dənizinin "Ümid" yatağında salamatçılıqdır. Amma palçıq vulkanı ehtimalı da şübhəlidir. SOCAR rəsmisi də o hissəni statusundan sildi. Partlayışın dəqiq nədən baş verdiyi bilinmir, rəsmi məlumat da yoxdur. Yanğının hələ də davam etdiyi bildirilir.

SOCAR-dan partlayışla bağlı rəsmi açıqlama: “SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir. Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir”.

Xəzər dənizində, Ələt istiqamətində neft platformalarından birində partlayış baş verdiyi deyilir. Məlumat dəqiqləşdirilir.

Ermənistan Füzuli və Zəngilanda basdırdığı 92 minlik mina xəritələrini Azərbaycana təhvil verib. Azərbaycan isə öz növbəsində bu yaxında 6 ay hökm kəsdiyi və həbs cəzası dövrü bitdiyi 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.