fa
Feedback
Hebib Müntezir

Hebib Müntezir

رفتن به کانال در Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

نمایش بیشتر
أذربيجان410دسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام Hebib Müntezir

کانال Hebib Müntezir (@hebmun) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 16 874 مشترک است و جایگاه را در دسته متفرقه و رتبه 410 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 16 874 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 02 دسامبر, 2024، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 03 دسامبر, 2024)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

16 874
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Zəngilan rayonu "N" saylı hərbi hissəsin əsgəri, Quba rayon sakini Nəsirov Müşfiq Əjdər oğlunun ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində həlak olduğu deyilir. Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Naxçıvanda eyni hərbi hissədə 10 gün ərzində dördüncü hərbçinin başına faciəvi hadisə gəlir, ikisi ölüb. Nə baş verir? Bakının Kürdəxanı kənd sakini, Naxçıvan "N" saylı hərbi hissəsinin hərbçisi Hacıyev Seymur Sahil oğlunun naməlum səbəbdən öldüyü bildirilir. Bəzi mənbələr başından vuraraq intihar etdiyini deyir. Rəsmi mənbə isə yoxdur. Bu arada 10 gün öncə Şəmkir sakini, hərbçi Həsənov Nurlan Eldar oğlu da qeyri-döyüş şəraitində, eyni hərbi hissədə vəfat etmişdi, rəsmi açıqlanmışdı. Bir neçə gün öncə isə daha bir hərbçi, MAXE Ağa Nəcəfov Naxçıvanda eyni hərbi hissədə intihara cəhd etmişdi. Başqa bir mənbə isə eyni hərbi hissədən daha bir hərbçi, mayor Mustafa Ağayevin dəm qazından zəhərləndiyi, ancaq salamat qaldığını bildirir.

Azərbaycan 2025-ci ildə keçiriləcək III MDB Oyunlarına ev sahibliyi edəcək. İlk dəfə Rusiyanın təşkil etdiyi oyunların birincisi Kazan şəhərində keçirilib, ikincisi isə 2023-cü ildə Belarusun payaxtı Minskdə keçiriləcək. 9 ölkənin, mindən çox idmançının yarışdığı bu idman oyunlarında keçmiş üzvlər Gürcüstan və Ukrayna iştirak etmirlər.

Ermənistan Müdafiə Nazirliyi: "18 dekabrda dövlət sərhəddini pozmuş iki azərbaycanlı hərbçi əsir götürülmüşdü. Bu gün hər iki hərbçi rus sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycan tərəfinə qaytarılıb".

Parlament "Media haqqında" qanun layihəsini heç bir tənqidi, ictimai müzakirəni dinləmədən qəbul etdi. Qanun ilk növbədə Azərbaycan Konstitusiyasındakı maddələrə ziddir, senzuranın mədəni şəkildə tətbiqidir və heç bir halda müasir media standartlarına uyğun deyil. Deputatlar növbəti dəfə hüquqi yox, iqtidarın lehinə, siyasi qərar verdilər.

Parlamentə 5 il müddətinə təyin edilən deputatlar, ömürlük diplomatik pasport istəyirlər. Buna görə də qanuna dəyişiklik etmək üçün çalışırlar. Spiker Sahibə Qafarova qeyd edib ki, artıq bir çox deputat bu məsələni qaldırıb, ona görə bunu nəzərə almaq olar. İstəyəndə maaşların qaldırırlar, istəyəndə kirayəhaqqı alırlar, istəyəndə ömürlük diplomatik pasportların həll edirlər... Özlərinə sərf edən istənilən qanun müzakirəsiz qəbul olunur.

Artıq erməni mediası əsir düşdüklərini iddia etdiyi iki Azərbaycan əsgərlərinin videosunu yaydı, amma 24 saatdan çox vaxt keçməsinə baxmayaraq Azərbaycan Müdafiə Nazirliyindən səs-səmir yoxdur. Əsir hərbçilər ən qısa zamanda dəyişdirilməli və qarşı tərəfə təhvil verilməlidir.

Jurnalist Səxavət Məmməd Azərbaycan ordusundakı özbaşınalıq və korrupsiya halları ilə əlaqədar yazdığı araşdırma yazıları və tənqidi məqalələrinə görə, məhkəmə tərəfindən inzibati qaydada, 500 manat cərimə edilib.

Baş prokurorluq helikopterin qəzaya uğramasının səbəbini açıqladı: "Helikopterin qara qutusu Praqada açılıb və ilkin nəticələrə görə, pilotlar küləyin istiqamətini və sürətini düzgün hesablaya bilməyiblər. Helikopterin uçuşu və təlimlərə cəlbiylə əlaqədar qanun pozuntusu müəyyən edilməyib, texniki göstəricilərdə heç bir nasazlıq aşkar edilməyib".

Yeni fərman və sərəncamlarla müavinət və təqaüd artımı aşağıdakı kateqoriyalara aid şəxsləri əhatə edir: - Əlilliyi olan şəxslər: I dərəcə - "150"-dən "220"-ə, II dərəcə - "130"-dan "180"-ə, III dərəcə - "110"-dan "120"-ə; - I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər: "50"-dən "80"-ə; - Sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər: "150"-dən "200"-ə; - Yaşa görə müavinət alanlar: "130"-dan "180"-ə; - Ailə başçısını itirməyə görə müavinət alanlar: “80”-dən “100”ə; - Müddətli hərbi xidmətdə olanların uşaqları: “100”-dən “120”-ə; - Uşaqların qəyyumları: “100”-dən “120”-ə; - Beşdən çox uşağı olan qadınlar: 55-dən 70-ə; - Bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr: “55”-dən “70”-ə; - Övladlığa uşaq götürənlər: “160”-dan “200”-ə , əlil uşağa görə –“480”-dən “600”-ə; - İşləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları: "200"-dən "300"-ə; - Uşağın doğulmasına görə birdəfəlik müavinət: “200”-dən “300”-ə; - Dəfn üçün birdəfəlik müavinət: “300”-dən “350”-ə; - Doktorant və tələbələr: ümumi qiymətlər 10 manatla 26 manat arası; - “Xalq” və “Əməkdar” fəxri adı olanlar Müavinət və təqaüdlərin artırılması ümumilikdə 732 min şəxsi əhatə edir.

Erməni mənbələrinin məlumatına görə dünən 2 azərbaycanlı hərbçi qarşı tərəfə əsir düşüb. Rəsmi məlumat isə yoxdur. Bu arada bu gün Kəlbəcərdə əsir düşən daha 10 erməni hərbi əsir qarşı tərəfə təhvil verildi. Bu Avropa İttifaqının vasitəsi ilə həyata keçirilib.

Statistika Komitəsinin rəqəmlərinə əsasən keçən ilin noyabrı ilə müqayisədə, bu ilin eyni ayında bəzi ərzaq məhsulları, hansı ki, mütəmadi istifadə olunur 190 faizdən çox bahalaşıb. İndi hökumət numayəndələrinin 20-40 faiz arası maaş artımına "qayğı, dəstək" donu geyindirməsini öhdənizə buraxıram.

Azərbaycanda rəsmi məlumata görə yağın qiyməti bahalaşıb. Günəbaxan yağı 11 ayda 37.72% qalxaraq 4.47 manat olub. Kərə yağı 17.5 manat, qarğıdalı yağı isə 5.88 manat olub. Bu arada Mərkəzi Bank bildirib ki, inflyasiya 12%-ə çatır. Bu da o deməkdir ki, üzümüzə gələn il bahalaşma daha da artacaq.

Azərbaycanda minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılıb. Bu məbləğin ölkədə 800 min nəfər şəxsə şamil ediləcəyi deyilir. Həmçinin təhsil işçiləri və peşə təhsili müəssisələrində çalışanların maaşları da orta hesabla 20/40 faizə qədər artırıldı. Bu da 165 min təhsil işçisini əhatə edəcək.

İlham Əliyev altıncı dəfə, 4 illiyinə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib. O, 1997-ci ildən, yəni 24 ildir bu quruma rəhbərlik edir. Onun bacısı, Sevil Əliyevanın oğlu, Azər Əliyev isə Milli Olimpiya Komitəsinin yeni baş katibi seçilib.

Brüsseldə keçirilən üçtərəfli görüşün nəticəsinə görə Azərbaycanın "Zəngəzur dəhlizi" adlandırdığı yol boyunca Naxçıvana, oradan Türkiyəyə gedən dəmir yolu yenidən istifadəyə veriləcək. Dəmir yolu beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydalarına uyğun olaraq, qarşılıqlı əsasda, ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək. Bununla Ermənistan dəmir yolu ilə İran və Rusiyaya da çıxış əldə edəcək. Görək indi Azərbaycan "Laçın dəhlizi"ndə gömrük postu qoyacaqmı? Bundan başqa Azərbaycanda və Ermənistanda sərhədlərin müəyyən edilməsi ilə bağlı işçi qrupu yaradılacaq.

Paşinyan: “Azərbaycan regional kommunikasiyaların açılması məsələsini qarışdırmağa çalışır. İlham Əliyevin regional kommunikasiyaların açılmasını Laçın dəhlizi ilə eyniləşdirmək cəhdlərinin bu mövzuda aparılan müzakirələrə və imzalanmış bəyanatlara heç bir aidiyyatı yoxdur və Ermənistan üçün qəbuledilməzdir. Mən bu günə planlaşdırılan üçtərəfli görüş zamanı bu mövqeyi açıq şəkildə ifadə edəcəyəm”.

İlham Əliyev Brüsseldə görüşləri zamanı yenidən "Zəngəzur Dəhlizi"nin vacibliyindən danışıb, “Laçın dəhlizində gömrük postu yoxdur. Zəngəzur dəhlizində də gömrük postu olmamalıdır” - deyib. Paşinyanla görüş olacaq, Ermənistan dəhliz məsələsindən birmənalı imtina edir. Razılığa gəlinməsə ciddi, hərbi hərəkətlilik gözlənilir. Ümid edirəm buna heç bir ehtiyac olmaz, görüş müsbət nəticələnər.

Gömrükbaşı Səfər Mehdiyev müsahibəsində deyib deputatlar qanunsuz bizneslə məşğul olurlar, zad. Sonra deputatbaşı Sahibə Qafarova ona zəng edib ki, bu nə sözlərdi deyirsən? Səfər müəllim də fırladıb ki, mən deputatları yox, məmurları demişəm. Görəsən indi nazirbaşı Əli Əsədov Səfər Mehdiyevə zəng eləsə fırladıb kimlərin üstünə atacaq?

Siyasi məhbus Saleh Rüstəmov həbsxanada aclığın 38-ci günündə su və dərman qəbulundan imtina edərək quru aclığa başladığını deyib. Həkimlər onun komaya düşə biləcəyini bildirib.