fa
Feedback
Hebib Müntezir

Hebib Müntezir

رفتن به کانال در Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

نمایش بیشتر
أذربيجان410دسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام Hebib Müntezir

کانال Hebib Müntezir (@hebmun) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 16 874 مشترک است و جایگاه را در دسته متفرقه و رتبه 410 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 16 874 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 02 دسامبر, 2024، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 03 دسامبر, 2024)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

16 874
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
İlham Əliyev İranda Azərbaycan səfirliyinə qarşı terror aktının qarşısının alınmasında iştirak etmiş şəxsləri təltif edib. Hücumun qarşısını alan Vasif Tağıyev 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, Orxan Əsgərov və Mahir İmanov isə “Vətən uğrunda” medalı ilə təltif edilib.

İlham Əliyev yeni fərman imzalayaraq Azərbaycanda qiymət bahalaşmasının əsas katalizatorlarından biri olan hakimiyyət orqanı, Tarif Şurasının səlahiyyətlərini daha da artırdı.

Bu gün AXCP üzvü Orxan Baxışlı polisin qanuni tələbinə tabe olmama maddəsi ilə 30 sutka inzibati qaydada həbs edilib. Orxan Baxışlı dünən Bəxtiyar Hacıyevin həbsi ilə bağlı məhkəmə önündə müsahibədə Bəxtiyarın həbsini İlham Əliyevlə əlaqələndirərək, onu tənqid etmişdi.

7 il öncə Vasif Talıbov tərəfindən Naxçıvanın Penitensiar Xidmətinin rəisi təyin olunan, İlham Əliyev tərəfindən ədliyyə general-mayoru rütbəsi alan Tofiq Etibar oğlu Həsənov həbs edilib. O, vəzifədən sui-istifadə etməklə külli miqdarda mənimsəmə və rüşvət almada ittiham olunur.

25 yaşında olarkən Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev İbiza adasında saatı oğurlandıqdan bir neçə ay sonra, yəni 2019-cu ilin dekabr ayında Gernsi Adasında ofşor şirkəti vasitəsiylə 22.4 milyon dollara Londonun tarixi ən bahalı yerində 4 yataq otaqlı mənzil alıb. Bu araşdırmaçı jurnalistlər tərəfindən sübut olunsa da, Rövnəq Abdullayev şəxsən özü bu barədə heç bir məlumatının olmadığını bildirib.

Tarif Şurasının bu gün keçirilmiş iclasında daha 48 dərman vasitəsinin qiyməti təsdiqlənib, 31 dərman vasitəsinin qiyməti isə bahalaşıb.

Azərbaycanda ictimai nəqliyyatın tarif qiymətləri Tarif Şurası tərəfindən artırılıb. Metro və marşrutların gedişhaqqı 40 qəpik, şəhərlərarası gedişhaqqı da 10 qəpik bahalaşıb.

DİN tərəfindən "SalamNews" informasiya agentliyi və “İnteraz” saytı ilə əlaqədar əməliyyat keçirilib. 6 nəfərin saxlanıldığı deyilir. "İnteraz" saytının Rusiyadakı azərbaycanlı, şiə təriqətinə mənsub inanclı sahibkarlar tərəfindən yaradıldığı bildirilir. Bu cəmiyyətdə "İran agentlərinin" saxlanılması kimi dəyərləndirilir.

Azərbaycan mətbuatı səhər tezdən Bakıda İran agenti kimi adlandırılan şəxslərlə bağlı xüsusi əməliyyatın keçirildiyini tirajlayıb. DTX isə bu məlumatları təkzib edib.

London və Parisdəki Azərbaycan səfirliklərindən sonra Tehrandakı Azərbaycan səfirliyinə də silahlı hücum baş verdi. Hadisə nəticəsində mühafizə rəisi, baş leytenant Orxan Əsgərov öldürülüb, onun iki həmkarı isə yaralanıb. Rəsmi Tehran hadisənin şəxsi zəmində olduğunu bildirsə də, Azərbaycan XIN bunu təkzib edib.

Paşinyan: "Bakının planı belədir. Qarabağda iqtisadi və psixoloji təzyiqi kulminasiya nöqtəsinə çatdırıb, sonra ordakı sonuncu erməni evini tərk edənə qədər dəhlizi bir neçə gün müddətinə açmaq. Azərbaycan regionda yeni müharibəyə və bütün erməniləri “Dağlıq Qarabağ”dan çıxarmağa çalışır”.

Baş Prokurorluq Dövlət Gömrük Komitəsinin idarəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb. Saxlanılanlardan birinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-leytenant Vəzir Həsənovun olduğu deyilir. O, Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri olub. Generalın Çexiyanın Brno şəhərində milyonluq biznes şəbəkəsi və mülkləri olduğu iddia olunur.

Bu gün Xətai rayon sakini Hikmət Natiq oğlu Salmanzadə, psixoloji yardım ehtiyacı olduğu üçün Nərimanov rayon ərazisində yerl
Bu gün Xətai rayon sakini Hikmət Natiq oğlu Salmanzadə, psixoloji yardım ehtiyacı olduğu üçün Nərimanov rayon ərazisində yerləşən Psixi Sağlamlıq Mərkəzinə gedib. Dediyinə görə onu qəbul etməyiblər. Bu haqsızlığa etiraz əlaməti olaraq qazi özünü yandırıb. Bildirildiyinə görə onun bədəni 15-20% yanıb.

Keçən il Azərbaycan dövlət qurumları, Azərsu 55 milyon, Azərgold 43 milyon, Turizm Agentliyi isə 4 milyondan çox vəsaiti Vasif Talıbovun ailə şirkəti olan "Maqro Construction" MMC-ni tender qalibi elan edərək həvalə ediblər. Şirkətin təmsilçisi Vasif Talıbovun ailə biznesini idarə edən, türkiyəli iş adamı Emin Uçarın oğlu Əmrah Uçardır. Bu arada Talıbovların Gürcüstandakı 270 milyon dollarlıq ailə biznesinə aid olan Batumidəki Divan hoteli də satışa çıxarılıb, qiyməti 18 milyon dollardır. Bakıdakı Divan Express Baku Hotel və Zümrüd restoranı da Talıbovlara aiddir.

Laçının “N” saylı hərbi hissəsinin hərbçisi, 2004-cü il təvəllüd Qazax rayon sakini Salahov Əkram Asim oğlunun dünən odlu sil
Laçının “N” saylı hərbi hissəsinin hərbçisi, 2004-cü il təvəllüd Qazax rayon sakini Salahov Əkram Asim oğlunun dünən odlu silahdan atəş açmaqla özünü öldürdüyü bildirilir. Hadisəni rəsmi qurumlar təsdiqləsə də, əsas səbəbi bilinmir. O, 6 ayın əsgəri idi.

AZAL prezidenti Cahangir Əsgərovun vəzifəsindən kənarlaşdırıldığı deyilir. Hətta onun vəzifələrinin vitse-prezident Samir Rzayevin icra etdiyi bildirilir. Hazırda AZAL-da yoxlamaların aparıldığı və təhvil-təslim prossesinin getdiyi iddia olunur. Rəsmi məlumat isə hələlik yoxdur. Yaxın günlərdə sərəncam veriləcəyi gözlənilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi Vüsal Babayev 2 il öncə həbs edilir. O, "Voenkomat" işlədiyi 3 il müddətində küllü miqdarda rüşvət almaqda ittiham edilir. 2 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılır. Məhkəməsi dövründə ev dustaqlığında olmuş, hökmdən sonra isə üzərindəki ev dustaqlığı da ləğv edilərək, 8 il şərti cəza alır. Səbəb? 30 il ərzində Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi olmuş, general-polkovnik Vaqif Axundovun onun dayısı olmasıdır.

Ruben Vardaryan "Dağlıq Qarabağın naziri" kimi BBC kanalına müsahibə verib. Aparıcı Vardanyana "Rusiyanın adamısınızmı, Putinin nəzarətindəki oliqarxsınızmı? Putinin Ukrayna işğalını pisləyirsinizmi?" suallarını verdi, o isə cavablardan yayındı. Dedi ki, 80-ci illərdə dərsliklərdə Azərbaycan tarix kitablarında Artsax sözü var idi. Sonra dedi ki, sülhməramlıların yolu açmaq imkanları məhduddur, sayları az, silahları zəifdir. Vardanyan: "Biz 44 ildir bir ailənin idarə etdiyi Azərbaycandakı avtoritar rejimin bir hissəsi olmayacağıq. Biz 4 prezidentin seçildiyi demokratik ölkəyik. Sona qədər Artsax xalqı ilə qalıb mübarizə aparacağam". Aparıcı deyir "Siz axı Qarabağda doğulmamısız, Yeravanda doğulmusunuz, sizin ora nə aidiyyatınız var? Siz ora Rusiyadan gəlmisiz." Cavab verir ki, "nənəm artsaxlıdır".

2022-ci ilin fevral ayında 38 yaşlı Nərimanov sakinini polis saxlayır, şəklini çəkib bütün mediada tirajlayır. İddia edirlər ki, evindən 1.5 kilo narkotik tapılıb, ittiham olunan şəxs isə bununla razılaşmır. Bir ilə yaxındır həbsdə olan şəxs haqqında bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi bəraət hökmü çıxarıb, onun günahsız olduğu məlum olub.

Azərbaycan Ordusunda, N saylı hərbi hissələrin birində hərbçilərdən biri 30-dan çox əsgəri qabağına düzüb və öz doğulduğu regiona salam göndərtdirir. Bunun adı "dedovşina"dır, qanunsuzluqdur, nizamnamənin pozulmasıdır. Müharibədə ermənilərə edəndə, hamı bəhbəhlə paylaşanda bilməli idiniz ki, bumeranq sizə də qayıdacaq. Azərbaycan polisi eyni metodlardan istifadə edəndə, orduda da öz əksini tapacaq. Hərbçi məsuliyyətə cəlb edilib, müvafiq qanunla cəzalanmalıdır, daha ona da eyni metodla video çəkdirib salam göndərtməyin.