fa
Feedback
Hebib Müntezir

Hebib Müntezir

رفتن به کانال در Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

نمایش بیشتر
أذربيجان410دسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام Hebib Müntezir

کانال Hebib Müntezir (@hebmun) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 16 874 مشترک است و جایگاه را در دسته متفرقه و رتبه 410 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 16 874 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 02 دسامبر, 2024، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 03 دسامبر, 2024)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

16 874
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
FRANCE 24: "Ermənistanı müdafiə etmək üçün könüllü olaraq düşərgəyə yollananların sayı artır. Yerevanda və qonşu şəhərlərdə sivillərə silahdan istifadə qaydaları, ilkin tibbi yardim təlimləri həyata keçirilir".

Bunu da qeyd etmək lazımdır ki, rusiyalı rəsmilərin sentyabrda Bakıya səfərləri iyun ayının sonunda planlaşdırılmış səfərlərdir. O ki, qaldı Nensi Pelosinin Yerevana səfərinə, bu səfər də 12 sentyabrdan öncə planlanmışdı, Simonyan çoxdan dəvət etmişdi onu. Sadəcə siyasi konspirologiyalara açıq maraqlı təsadüflərdir.

Rusiyanın Baş naziri Mixail Mişustinin də Bakıya səfərə gələcəyi bildirilir.

Rusiyanın Dövlət Dumasının sədri Vyaçeslav Volodin Bakıya səfərə gəlir. Bu arada Nensi Pelosi Yeravanda "Rusiya yoxsa Qərb" tərəfini seçmək məsələsinə eyham vuraraq: “Buna Ermənistan qərar verir, lakin belə bir qərar versə, ABŞ ona hər bir köməyi göstərməyə hazırdır”, - dedi.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi: "Azərbaycanın Ermənistan ərazisinə ölümcül hücumlarını qətiyyətlə pisləyirik. ABŞ hücumun Azərbaycan tərəfindən həyata keçirildiyini təsdiqləyib və Konqres Azərbaycanın təcavüzünü pisləyən qətnamə layihəsi hazırlayıb. Azərbaycanın “Artsax”ın mülki əhalisinə qarşı hərəkətləri, tarixi abidələrə qarşı vandalizmi də bizim diqqətimizdədir”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti sosial şəbəkələrdə 10 gün ərzində Azərbaycanda səfərbərlik elan olunacağı barədə yayılan məlumatları qəti təkzib etdi və yalan adlandırdı.

Qırğızıstan və Tacikistan sərhədinin mübahisəli olan bir neçə bölgəsində silahlı toqquşmalar baş verir. Tərəflər ağır silahlardan və döyüş avadanlıqlarından istifadə edirlər. Toqquşmalarda ölənlərin sayı 37-yə çatıb. Yaralı sayı isə 129 nəfərdir. Ölənlər arasında mülki şəxslər də var. Qırğızıstan Tacikistan ilə sərhəd döyüşlərində "Bayraktar"dan istifadə edir. Lokal döyüşlər hələ də davam edir. Artıq bir kənd taciklərin əlinə keçib.

Azərbaycan tərəfi bu gün 32 erməni hərbçinin meyitini qarşı tərəfə təhvil verib. Hazırda Ermənistan hərbçilərinə aid digər meyitlərin müayinəsi aparılır və yaxın zamanlarda onların da təhvil veriləcəyi deyilir.

Son hadisələr zamanı minaya düşərək yaralanan, 1997-ci il təvəllüd XTQ hərbçisi Yusif Asif oğlu Qurbanovun müalicə aldığı hos
Son hadisələr zamanı minaya düşərək yaralanan, 1997-ci il təvəllüd XTQ hərbçisi Yusif Asif oğlu Qurbanovun müalicə aldığı hospitalda vəfat etdiyi bildirilir. Şəhid əsgər Goranboyun Şəfəq kənd sakinidir.

MN: "Azərbaycan Ordusunun son döyüşlər zamanı 282 hərbi qulluqçusu yaralanıb, onun 43 nəfəri ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtmış, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Hadisələr zamanı Azərbaycan tərəfindən 2 mülki şəxs də yaralanmışdır. Biri evə buraxılıb, bir nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir".

Vəkil Elçin Sadıqova ev həbsi qərarı verilərək azadlığa buraxıldı. Əvəz Zeynallının xanımı Məlahət Qüsuri iddia edir ki, Elçin Sadıqov Əvəz Zeynallının "üzünə durmağı" müqabilində azadlığa buraxılıb.

MN: "Azərbaycan Ordusunun daha 2 hərbçisi şəhid olub, şəhidlərin sayı 79-a çatıb".

Azərbaycan Müdadiə Nazirliyi bildirir ki, əsgər Omarov Eşqin Nəsib oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edib. Yəni döyüşlər zamanı şəhid olmadığı deyilir.

Naxçıvanda Ermənistan Ordusuna məxsus pilotsuz uçuş aparatının zərərsizləşdirildiyi bildirilir.

Ermənistan rəsmilərinin bugünkü çıxışlarına əsasən demək olar ki, Rusiyadan üz döndərirlər. Bildiriblər ki, Rusiyadan başqa fərqli mənbələrdən silah tədarük edəcəklər. Həmçinin "Atəşkəs ABŞ-ın sayəsində əldə edilib" və "KTMT gözləntilərimizi doğrultmadı" kimi açıqlamalar veriblər

Abşeronun Saray qəsəbə sakini, 1997-ci il təvəllüd hərbçi Hüseyn Abbasqulu oğlu Nəcəfzadənin şəhid olduğu bildirilir. MN siya
Abşeronun Saray qəsəbə sakini, 1997-ci il təvəllüd hərbçi Hüseyn Abbasqulu oğlu Nəcəfzadənin şəhid olduğu bildirilir. MN siyahısında yoxdur. Nişanlı idi, bu yaxında toyu olacaqdı, toy yerini danışmağa gedib geri dönəndə Səfərbərlik Xidmətinin əməkdaşları qara xəbəri çatdırıblar.

Ağstafanın Aşağı Kəsəmən kənd sakini Eşqin Nəsib oğlu Omarovun şəhid olduğu bildirilir. Məlumat rəsmi şəxslər tərəfindən şəhi
Ağstafanın Aşağı Kəsəmən kənd sakini Eşqin Nəsib oğlu Omarovun şəhid olduğu bildirilir. Məlumat rəsmi şəxslər tərəfindən şəhidin yaxınlarına təsdiqlənib. Məndəki siyahıya əsasən şəhid sayı 79 oldu.

Təəssüf ki, yeni şəhid xəbərləri gəlir. Bu o demək deyil ki, döyüş gedir. Döyüşlər 2 sutkadır ki, dayandırılıb. Sadəcə ərazidə qalan cənazələr vardı, tanınmaz halda olanlar vardı. Onlar müəyyən olunur, ailələrə və yaxınlarına göndərilir. Ona görə də fasilələrlə yeni şəhid xəbərləri yayılır. Bunu aydınlaşdırmaq istədim. Hazırda sərhəddə vəziyyət sakitdir.

Çox adam açıqlama gözləyir, verim: 1. Əvvəla videonu çəkəni, bu çəkilişə şərait yaradanı tapmaq lazımdır. 2. Eynulla Fətullay
Çox adam açıqlama gözləyir, verim: 1. Əvvəla videonu çəkəni, bu çəkilişə şərait yaradanı tapmaq lazımdır. 2. Eynulla Fətullayev iddia edir ki, fotoda gördüyünüz məkan Müdafiə Nazirliyinin binasıdır. 3. Əgər iddia doğrudursa, deməli video fotodakı məkanda çəkilib. Xahiş edirəm fotolara nəzər salın, məkan, masa, stullar və divar eyni yerdədir. 4. Əgər iddia doğrudursa, deməli MN yalan bəyanat yayıb. 5. Bundan əlavə əsas məsələ həm də problemin qaynaqlandığı, yəni 6 min manat rüşvəti alanların tapılıb cəzalanmasıdır. Əlbəttə şəhid qardaşının "üzr videosu"nu çəkənlər də cəzalanmalıdır. Baş Prokurorluq baş qatmamalıdır, ilk dəfə açıqladıqları bəyanatlarına əməl etməlidirlər. Ədalətli araşdırma şəhid qardaşından üzr istədmək deyil. 6. Video Telegram kanallarında yayılmışdı və mən də ordan götürmüşəm, qınamışam. Telegramdakı kanalın adı "Kyrill_Tnews". Söz-söhbət yayılan kimi, kanalı privat etdilər.

1 azərbaycanlı hərbçi əsirlə 1 erməni hərbçi əsir dəyişdirilib.