fa
Feedback
Hebib Müntezir

Hebib Müntezir

رفتن به کانال در Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

نمایش بیشتر
أذربيجان410دسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام Hebib Müntezir

کانال Hebib Müntezir (@hebmun) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 16 874 مشترک است و جایگاه را در دسته متفرقه و رتبه 410 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 16 874 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 02 دسامبر, 2024، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 03 دسامبر, 2024)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

16 874
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Ukraynada savaş başlar-başlamaz ölkəni tərk edib Bakıya gələn, Ukraynadakı azərbaycanlıları təxliyəsiz, köməksiz qoymaqda günahlandırılan və buna görə tənqid atəşinə tutulan keçmiş səfir Elmira Axundova 70 yaşı olması münasibəti ilə İlham Əliyev tərəfindən 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Kılıçdaroğlu montaj görüntülərinə görə Ərdoğanı 1 milyon lirəlik mənəvi ziyana görə məhkəməyə verib. Ərdoğan mitinqlərində və canlı yayımlarda Kılıçdaroğlunun PKK terrorçuları ilə birgə montaj edilmiş görüntülərini paylaşıb, qınamışdı.

Mətin Kərimli Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri təyin olunub. 6 il sosial müdafiə nazirinin müavini olan Mətin Kərimli 2020-ci ildən Beynəxalq Əmək Təşkilatının Sakit okean hövzəsi ölkələri üzrə ofisinin direktoru olub. O, Ali Məhkəmənin sədri İnam Kərimovun qardaşıdır.

Türkiyə Zəfər Partiyasının sədri Ümit Özdağ ikinci turda Kılıçdaroğlunu dəstəkləklədiyini və seçiciləri ona səs verməyə çağırıb.

Suraxanı rayonu Əmircan qəsəbə sakini, 2003-cü il təvəllüdlü Azərbaycan hərbçisi Məmmədli Davud Fuad oğlunun Daşkəsənin "N" s
Suraxanı rayonu Əmircan qəsəbə sakini, 2003-cü il təvəllüdlü Azərbaycan hərbçisi Məmmədli Davud Fuad oğlunun Daşkəsənin "N" saylı hərbi hissəsində xidmət zamanı ildırım vurması nəticəsində dünyasını dəyişdiyi deyilir.

Konstitusiya Məhkəməsinin verdiyi yeni qərara əsasən Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək.

Sənan İsa oğlu Paşayev Naxçıvanın baş prokuroru təyin edilib. Sənan Paşayevin adı hüquq müdafiəçiləri Leyla Yunus, İntiqam Əliyev, jurnalist Xədicə İsmayıl, həmçinin Meydan TV və Azadlıq Radiosunun fəaliyyəti ilə bağlı istintaq prosesindəkı pozuntularda hallanıb. O, bu fəaliyyətinə görə İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Onun adı həmçinin AXCP üzvü, Qarabağ qazisi Babək Həsənova işgəncə verdirməkdə də hallanıb. O, Bakı Metropoliteninin sabiq rəisi, YAP-ın Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovun yeznəsidir.

Ukrayna-Rusiya müharibəsi zamanı mütəmadi gündəmə gələn və tənqid olunan Elmira Axundova Azərbaycanın Ukraynadakı səfiri vəzifəsindən geri çağırılıb.

Sinan Oğan ikinci turda Ərdoğanı dəstəklədiyini açıqladı və seçicilərini ona səs verməyə çağırdı.

Paşinyan: "Ermənistan Qarabağdakı erməni əhalinin güvənliyinin təmin edilməsi şərti ilə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır. Qeyd edim ki, 86 600 kv. km Azərbaycanın Ermənistan tərəfindən tanınan ərazisinə Qarabağ ərazisi də daxildir".

Həbsxanada 100 gündən artıqdır aclıq edən AXCP Salyan rayon təşkilatının sədri Əlizamin Salayev 4 il müddətinə azadlıqdan məhrum edildi.

Türkiyədə ikinci tura doğru: Ərdoğan Sinan Oğanın təkliflərini rədd edərək, seçkidə həlledici rolu Türkiyə xalqının oynayacağını bildirib. Kılıçdaroğlu isə Sinan Oğanın təmsil etdiyi ATA İttifaqının digər təmsilçisi Ümit Özdağ ilə görüşüb. Görüşün pozitiv olduğu, ictimaiyyətə geniş məlumat veriləcəyi deyilir.

Dünən Maştağa qəsəbəsinin Xanlar massivində iki azyaşlı uşaq, 10 yaşlı Ağa Rəhimov və Hüseyn Qasımov SOCAR-ın qazdığı, dərinliyi təxminən 45-50 metr olan mazut və çirkab sularla dolu quyuya düşərək ölüblər. Ərazidə onlarla dərin və istifadəsiz quyular mövcuddur, nəzarət edən isə yoxdur.

Qarabağda rus sülhməramlılarının qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə silah, sursat, təminat daşıdığına dair sosial mediada yeni görüntülər yayılıb. Bu Qarabağda yenidən hərəkətlənməyə, lokal qarşıdurmaya gətirib çıxara bilər. Bu arada Ermənistan MN şərti sərhədin Zod (Sotk) istiqamətində atəşkəsin pozulduğunu, 2 erməni hərbçisinin yaralandığını bildirib.

Sinan Oğanın təmsil olunduğu "ATA İttifaqı"nda yer alan Ədalət Partiyası ikinci turda Kemal Kılıçdaroğlunu dəstəkləyəcəyini açıqladı.

İran əsilli britaniyalı biznesmen Cavad Marandi Azərbaycandan maliyyələşən şübhəli ofşor şirkətlərdən 230 milyon dollar aldığı aşkarlanıb. İş adamı təkcə “Azərbaycan pulyuyan maşını”nın bir hissəsi deyil, onun həm də Azərbaycanda biznesi var. Ölkədə ümumilikdə 20-dən çox restoranı olan Mc Donald`s şəbəkəsinin və beynəlxalq brendlərin distribyutoru olan siqaret biznesinin sahibidir. Bundan əlavə o, Əliyev ailəsinə məxsus olan tikinti şirkəti “Pasha Construction”da idarəedici tərəfdaş olub. Britaniya Milli Cinayət Agentliyi həm də aşkarlayıb ki, Marandi Cavanşir Feyziyev və Mehriban Əliyevanın əmisi oğlu Mircəlal Paşayevlə pulyuyan maşından milyonlarla dollar vəsait alan "Avromed" şirkətində tərəfdaş olub.

Hesablama Palatası 2021/2022-ci illər ərzində Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyində 25 milyondan çox vəsaitin mənimsənildiyini açıqlayıb. Vəsaitlərin mənimsənilməsi və maxinasiyalarda Vasif Talıbovun ailə biznesinə məxsus "Gəmiqaya Holdinq"in adı da var. Bu mənimsəmə ilə bağlı hələ ki, nə saxlanma, nə də həbs barədə məlumat var.

ARXİV - Sinan Oğan gündəmə gəlmişkən... 2014-cü ildə hakim AK Partiyadan olan millət vəkili Muhyettin Aksak parlamentdə türkm
ARXİV - Sinan Oğan gündəmə gəlmişkən... 2014-cü ildə hakim AK Partiyadan olan millət vəkili Muhyettin Aksak parlamentdə türkmənlərlə əlaqədar müzakirə zamanı Milliyyətçi Hərəkat Partiyasının o zamankı üzvü Sinan Oğana yumruq atmışdı. Qeyd edim ki, Sinan Oğan vaxtiylə professional boksla məşğul olub.

Naxçıvan Ali Məclisinin deputatlarının əmək haqqı 950 manata qaldırılıb. Buna qədər deputatların maaşı 750 manat olub.

Prezident seçkilərində 3 milyona yaxın səs alaraq üçüncü olan, ATA İttifaqının namizədi Sinan Oğanın ikinci turda dəstəkləyəcəyi namizəd üçün 6 şərti: - Anayasanın ilk 4 maddəsi dəyişməyəcək. - Güzəştsiz olaraq "FETÖ" ilə mübarizə aparılacaq. - Güzəştsiz olaraq "PKK" ilə mübarizə aparılacaq. - Təriqət və camaatların (dini icmalar) bürokratiyadakı hakimiyyətlərinə son qoyulacaq. - Miqrantların 1 il ərzində ölkəsinə dönməsi təmin ediləcək. - Daxili işlər nazirliyi, Müdafiə Nazirliyi və Təhsil Nazirliyi ATA İttifaqı və Zəfər Partiyasına həvalə ediləcək. Mənbə: Zəfər Partiyası