fa
Feedback
Hebib Müntezir

Hebib Müntezir

رفتن به کانال در Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

نمایش بیشتر
أذربيجان410دسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام Hebib Müntezir

کانال Hebib Müntezir (@hebmun) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 16 874 مشترک است و جایگاه را در دسته متفرقه و رتبه 410 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 16 874 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 02 دسامبر, 2024، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 03 دسامبر, 2024)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

16 874
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Ümumi dəyəri 5 milyon avrodan çox olan dərman və tibbi ləvazimatlarla yüklənmiş təyyarə Azərbaycandan havaya qalxıb. Ukrayna xalqı üçün humanitar yardım yoldadır. Yük Polşanın Rzeşov şəhərinə, oradan isə quru yolu ilə Ukraynaya çatdırılacaq. Mənbə: Caliber

Ukrayna prezidenti Zelenski İlham Əliyevlə telefonla danışdığını, humanitar və tibbi yardıma, dəstəyə görə ona təşəkkür etdiyini bildirib.

Sabah Bakıda, saat 15:00 Ukrayna səfirliyi önündə aksiya olacaq. Azərbaycan hökuməti açıq mövqe bildirməsə də, Bakı sakinləri Ukrayna xalqına dəstək üçün toplanacaq. Bu arada Ukrayna səfiri verdiyi dəstəyə görə qardaş Azərbaycan xalqına səmimi qəlbdən təşəkkür etdiyini bildirib.

Bu gün Azərbaycan Silahlı Qüvvələri rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə olan erməni birləşmələrinə səsgücləndiricilər vasitəsilə xəbərdarlıq edib. Onlara bildirilib ki, Azərbaycan ərazilərində qeyri-qanuni sərhəd qurmağa, mühəndislik işləri görməyə çalışmasınlar və dərhal əraziləri tərk etsinlər. Əks halda onlara qarşı güc tətbiq olunacağı və zərərlərə görə məsuliyyət daşıyacaqları ilə bağlı xəbərdarlıq edilib. Bəzi mənbələr isə Qarabağda hərəkətlilik olduğu barədə məlumatlar verirlər.

BMT indiyədək 150 mindən çox insanın Ukraynanı tərk etdiyini bildirib: “Onlar əsasən Polşa, Macarıstan, Moldova və Rumıniyaya gedirlər”.

Rusiyanın Türkiyədəki səfiri deyib ki, Rus gəmilərinin boğazlardan keçidə qadağa ilə bağlı rəsmi bildiriş almamışıq. Hərçənd bir çox türk jurnalisti Zelenskinin yazdığını onun istəyi olduğunu bildirir, Türkiyənin belə bir qərar vermədiyini deyirlər.

Ukrayna Hərbi Hava qüvvələri rəsmi olaraq iddia edir ki, Qara dənizdə Rusiya Ordusuna məxsus hərbi gəmi səhvən öz hərbi təyyarəsini vurub.

⚡️SON DƏQİQƏ: Zelenski bildirib ki, Türkiyə Rusiya hərbi gəmilərinin boğazlardan keçməsinə qadağa qoyub.

Rumıniya, Estoniya və Litva Rusiya üçün hava sərhədlərini bağladı. Bundan əvvəl Böyük Britaniya, Bolqarıstan, Polşa, Ukrayna, Estoniya, Latviya və Çexiya eyni addımı atmışdı. Bu arada Çexiya, Litva, Latviya və Yaponiya ruslara viza verməmək haqda qərar qəbul edib.

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov: "Dünən Putin Rusiya Ordusuna qoşunların hərəkətini dayandırmaq əmrini vermişdi. Ukrayna tərəfi danışıqlardan imtina etdiyi üçün Rusiya qüvvələrinin plan üzrə əməliyyatları bərpa edilib".

Minskdəki ABŞ səfirliyi öz vətəndaşlarını dərhal Belarusu tərk etməyə çağırıb.

Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının Sədri və eks prezident Dmitri Medvedyev Qərbin sanksiyalarına cavab olaraq, fürsət düşmüşkən ölkədə cinayətkarlara qarşı ölüm hökmünün bərpa olunmasını istəyib.

Rusiya MN bu gün Kiyevdə yaşayış binasına düşən raketin onlar tərəfindən atılması xəbərlərini inkar etdi. Onlar bildirirlər ki, Ukrayna ordusu BUK-M1 raket kompleksindən istifadə edərək səhvən binanı atəşə tutub. Bu arada Qazaxıstan Rusiyanın Ukraynaya əsgər yollamaq təklifini rədd edib, Qırğızıstan isə Rusiyanı dəstəklədiyini bildirib.

Rusiya MN iddia edir ki, Melitpol şəhərinə tam nəzarəti ələ alıblar. Ukraynanın digər itkiləri isə belədir: 821 ədəd hərbi obyekt 19 ədəd idarəetmə məntəqəsi və rabitə qovşağı 14 ədəd aerodrom 24 ədəd S-300 və “OSA” kompleksi 5 ədəd PUA 18 ədəd tank Rusiya mənbələri 2 minə yaxın Ukrayna hərbçisinin öldürüldüyü, yüzdən çox əsirin olduğunu yazırlar. Reuters isə yazır ki, Rusiya ordusu Ukraynada 3-ü uşaq olmaqla 198 mülki şəxsi öldürüb.

Ukrayna mənbələri iddia edir ki, gecə Rusiya Ordusuna aid 2 ədəd "İl-76" təyyarəsi vurulub. Bu gün səhər isə 1 ədəd "İl-76", 1 ədəd "S-25" təyyarələri və 1 ədəd rus helikopteri vurularaq sıradan çıxarılıb. Həmçinin iddiaya görə Rusiyanın 3500-dən artıq hərbçisi ölüb. 200 nəfər əsir düşüb.

Avropa Şurası dünən Rusiyanın təmsilçilik hüququnu dayandırıb. Səsvermədə Avropa Şurasının 47 üzvündən 42-si Rusiyanın üzvlüyünün dayandırılmasının lehinə səs verib. Rusiya və Ermənistan əleyhinə səs verib, Türkiyə bitərəf qalıb, Serbiya və Azərbaycan isə səsvermədə iştirak etməyib.

Rusiya Müdafiə Nazirliyi: "Rus bölmələri müqavimət görmədən Melitopol şəhərinə daxil olublar. Şəhər hal-hazırda bölmələrimizin nəzarəti altındadır. Rus əsgərlərini Melitopol sakinləri xoş qarşılayıb, bəzi yaşlı vətəndaşlar qırmızı bayraqlarla küçələrə çıxıb və əsgərləri salamlayıblar".

Ukraynanın Xerson şəhərinə Rusiya Ordusunun aviazərbələr endirməsi nəticəsində bir ailənin 3 üzvü həlak olub. Əslən Cəbrayıl rayonunun Balyand kəndindən olan Qoşqar Fərzəliyevin həyat yoldaşı və iki övladı dünyalarını dəyişiblər.

Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniyanın yeni sanksiyaları ilə bağlı: "Nə Putinin, nə də Lavrovun nə Britaniyada, nə də xaricdə heç bir yerdə hesabı yoxdur".

Böyük Britaniya şəxsən Putin və Lavrova qarşı sanksiyalar tətbiq edib, onların bank hesablarını dondurduğunu bəyan etdi.