fa
Feedback
Hebib Müntezir

Hebib Müntezir

رفتن به کانال در Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

نمایش بیشتر
أذربيجان410دسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام Hebib Müntezir

کانال Hebib Müntezir (@hebmun) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 16 874 مشترک است و جایگاه را در دسته متفرقه و رتبه 410 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 16 874 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 02 دسامبر, 2024، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 03 دسامبر, 2024)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

16 874
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Almaniyada siyasi mühacir olan Samir Aşurov Azərbaycana deportasiya olunandan sonra dünən saxlanılıb. Rəsmi iddia odur ki, Samir tanımadığı birini bıçaqlayıb. O bir neçə gün öncə siyasi fəaliyyətinə görə təqib edildiyi və şərlənərək həbs ediləcəyini bildirirdi. Qeyd edim ki, artıq xaricdən Azərbaycana deportasiya olunan siyasi mühacirlərdən 4 nəfərə narkotik ittihamı ilə cinayət işi açılıb. Onlar siyasi baxışlarına görə şərləndiklərini bildiriblər.

Bu gün Paşinyan Moskvada Putinlə rəsmi səfərdədir. Putin deyib ki, onlar digər məsələlərlə yanaşı, təhlükəsizlik və Qarabağ mövzularını da müzakirə edəcəklər - “bu mövzuda bir çox problemlər hələ də qalmaqdadır” - deyə Putin bildirib.

Putin “Kütləvi qəhrəmanlıq və şücaətə görə” 64-cü motoatıcı briqadanı mükafatlandıraraq “Qvardiya” titulu verib. Qeyd edim ki, xüsusi amansızlıq və qətliamın törədildiyi Ukraynanın Buça şəhərində fəaliyyət göstərdiyi bildirilən bölmələr arasında 64-cü briqada da var idi.

"Tərtər işi" ilə bağlı 7 nəfər həbs olunub, 1 nəfər beynəlxalq axtarışa verilib. 16 hərbçi barədə hökm ləğv edilib, onlar bəraət alıblar. 397 hərbi qulluqçu isə zərərçəkmiş kimi tanınıb. "Tərtər işi" nədir? Azərbaycanda hərbçilərin satqın elan olunaraq qeyri-insani fiziki və mənəvi işgəncələrə məruz qoyularaq ifadələrinin alınması, bu proses zamanı onların öldürülməsi, əlil edilməsi, alçaldılması, təqsirkarları müxtəlif üsullarla məcbur edərək onların etirafedici ifadələrə imza atdırılması. İşgəncələr zamanı bəlli olan 13 nəfər öldürülüb, onların hamısı məhkəmə hökmü ilə günahsız hesab edilərək, bəraət alıblar.

Ukraynadakı müharibənin 2-ci mərhələsi başlanıb. Rusiya ordusu hazırda Donbasda bütün təmasxətti boyunca genişmiqyaslı hücuma keçib. Xarkov və Dnepr şəhərləri bombalanır, raketlərlə vurulur.

Türkiyə ordusu gecə İraqın şimalında PKK terror təşkilatını zərərsizləşdirmək üçün hərbi antiterror əməliyyatlarına başlayıb. Türkiyə MN birinci mərhələdə qarşıya qoyulan hədəflərə nail olunduğunu açıqlayıb.

Putin SSRİ-ni nasist Almaniyası ilə ictimai olaraq eyniləşdirməyə, həmçinin SSRİ-nin II Dünya müharibəsində "həlledici rolunu” və “humanitar missiyasını” inkar etməyə görə İnzibati Xətalar Məcəlləsinə 15 günə qədər həbs cəzası və ya 5000 rubl cərimə nəzərdə tutan qanunu imzalayıb.

Azercell də bu gün araya salıb internet tarif paketlərinin qiymətini qaldırdı. Qaldıran qaldıranadır.

Rusiya MN: Azərbaycan ordusu Ağdərə istiqamətində irəliləyib.

Zelenski: “Bütün dünya ölkələri Putinin Ukraynaya qarşı müharibədə taktiki nüvə silahından istifadə edə biləcəyinə hazır olmalıdır”.

Mərkəzi Bankın keçmiş sədri, baş nazirin müşaviri təyin olunan Elman Rüstəmovun Böyük Britaniyada yaşayan qızı Günel Rüstəmovanın 6.2 milyon funt sterlinq (14 milyon manata yaxın) sərmayəsi olan “Gyunel Limited” şirkətinin olduğunu bilirdiz? Günelin şəxsən adına Çexiyada "ALPS" adlı şirkəti də mövcuddur. O, bu şirkətlə Lipno şəhərində iri torpaq sahələri alıb, orada dəbdəbəli hotellər, yaşayış kompleksləri ucaldılır. Günelin həmçinin Londonda (Princes Gate 69-70 ünvanında) villası da var. O, bütün bu var-dövlətə Azərbaycandakı 2015-ci il devalvasiyasından öncə sahib olub və vəsaitini daha da artırıb.

Amerika kəşfiyyatı bu ilin payızında Çinin Tayvana hücum edəcəyini bildirir. Xatırladım ki, Rusiyanın Ukraynaya hücumunu da öncədən bildirmişdilər. Hazırda Çin Tayvan sahillərində hərbi təlimlərə başlayıb. Rəsmi Pekin ABŞ-ın Tayvanla bütün rəsmi əlaqələri dayandırmalı olduğunu bildirib və bir gün Tayvanın mütləq Çinə birləşəcəyini açıqlayıb.

MİDA-nın keçirdiyi güzəştli mənzil satışı zamanı 4-5 saniyədə 500 mənzil satılmışdı. Bu barədə sosial mediada etirazlardan sonra araşdırma aparıldı. Artıq 6 nəfər həbs olunub. Onları 4 ilə qədər həbs cəzası gözləyir. İttihama görə onlar MİDA-nın sisteminə müdaxilə ediblər. Bəzi şəxslərin müsabiqədə qalib olmaq üçün proqramistlərə pul verdiyi bildirilir. Bu arada Bakıda mənzillər bahalaşıb. Həmçinin Rusiyadan Azərbaycana idxal edilən tikinti malları da bahalaşıb.

İlham Əliyev deyirdi son 3 ayda əhalinin gəlirləri 20% artıb. Gəlirləriniz artıbmı?
Anonymous voting

Azərbaycanda istiliyin qiyməti artırılacaq. İlham Əliyevdən sonra "Azəristilik" rəhbəri əhalinin adından danışıb: “Biz istehlakçılar arasında sorğu keçirib monitorinq aparmışıq. Tarifi 15 qəpikdən 22-25 qəpiyə qaldırmaq olar, əhali buna razıdır".

Rusiya MN: "Moskva" kreyser raket gəmisi batıb.

Rusiya Müdafiə Nazirliyi məlumat yayaraq iddia edir ki, ABŞ dəstəkli Ukrayna Elmi-Texnoloji Mərkəzi Ukrayna çayları vasitəsilə təhlükəli patogenlərin potensial yayılması, həmçinin təhlükəli kimyəvi maddələrin səpilməsi üçün pilotsuz təyyarələrin alınmasını həyata keçirib. Həmin mərkəzin isə Azərbaycan, Gürcüstan və Moldova tərəfindən maliyyələşdirildiyi iddia edilir. Yayımlanan sənədlərdə son illər ərzində 350 milyon dollardan çox sərmayə ayrıldığı qeyd edilib.

Rusiya Müdafiə Nazirliyi: "Ukrayna ordusuna məxsus iki hərbi helikopter Rusiya hava məkanına daxil olub və Bryansk vilayətində ən az 6 dəfə atəş açaraq binaları atəşə tutub".

Facebook, Instagram və WhatsApp kimi sosial şəbəkələri özündə birləşdirən “Meta” şirkəti bəyanat yayaraq bildirib ki, araşdırmalar nəticəsində Azərbaycanda trol şəbəkəsi Daxili İşlər Nazirliyi tərəfindən idarə olunduğu sübut olunub.

Ukrayna mənbələri iddia edirlər ki, Rusiya ordusuna məxsus Qara Dəniz donanmasının flaqman gəmisi olan "Moskva" adlı gəmi Ukrayna ordusunun istehsalı olan "Neptun" sahil mühafizə raket sistemləri ilə vurularaq sıradan çıxarılıb.