fa
Feedback
Hebib Müntezir

Hebib Müntezir

رفتن به کانال در Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

نمایش بیشتر
أذربيجان410دسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام Hebib Müntezir

کانال Hebib Müntezir (@hebmun) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 16 874 مشترک است و جایگاه را در دسته متفرقه و رتبه 410 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 16 874 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 02 دسامبر, 2024، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 03 دسامبر, 2024)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

16 874
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Talış kəndinə Azərbaycan bayrağı sancan, Azərbaycan Ordusunun polkovniki Səmidli Babək Mətləb oğlu bu gün Suqovuşanda minaya
Talış kəndinə Azərbaycan bayrağı sancan, Azərbaycan Ordusunun polkovniki Səmidli Babək Mətləb oğlu bu gün Suqovuşanda minaya düşərək şəhid olub. Bu cür yüksək vəzifəli hərbçinin minaya düşərək şəhid olması ağlasığılmazdır. Müdafiə Nazirliyi, digər rəsmi qurumlar işğalda olmuş kəndləri tam təmizləmədən, təhlüksizliyi təmin etmədən o ərazilərə girilmə ölüm riskini artırır. Bununla artıq neçənci xəbərdir ki, oxuyuram vətəndaşlar, hərbçilər minaya düşərək şəhid, yaralı olurlar.

Milli Məclisin 15-dək deputatının koronavirusa yoluxduğu bildirilir.

Erməni-rus mətbuatında gedən reportaj və məlumatlara görə Azərbaycan Ordusu Şuşanı tərk edibmiş. Məlumat saxtadır. Şuşa şəhəri Azərbaycanın nəzarəti və idarəsi altındadır. Şuşada heç bir rus ordusu yaxud postu yoxdur. Şuşanın çıxışı, Xankəndinin girişində post var, orda həm də Azərbaycan Ordusunun postu yerləşir. Saxta məlumatlara etibar etməyin.

Son döyüşlər zamanı əsir düşən hərbçilər Amin Musayev və Bayram Kərimov sağdırlar və hazırda Yeravanda hərbi hospitaldadırlar. Bu haqda onlarla görüşən Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşları xəbər verib. Onların geri qaytarılması üçün dialoqlar davam etdirilir.

Lənkəranın Osaküçə kəndindəki məsələni araşdırdım. Fərəcov Əflatun döyüşlər zamanı həlak olmayıb. O Naftalanda hərbi xidmətini keçirdi. Aldığım məlumata görə xidmət dövründə, döyüş bölgəsinə yardım apardığı zaman, Bərdə-Yevlax yolunda avtoqəza keçirib, üzərinə UAZ markalı avtomobil aşıb. Xəstəxanaya müalicəyə aparılıb, müalicə zamanı həkimlər səy göstərsə də, nəticədə həyatını xilas etmək mümkün olmayıb. Sakinlər iddia edirlər ki, bədənində güllə izləri olub. Ancaq mərhumun bədənindəki izlər güllə yox, müalicə zamanı açılan tibbi dəlikdir ki, həyatını xilas etmək üçün çalışılıb. Dövlət qurumları bu baxımdan hərbçiyə şəhid statusu verməyiblər ki, o döyüşlər zamanı, yaxud qarşı tərəfin açdığı güllə nəticəsində həlak olmayıb. Bu isə kənddə narazılığa səbəb olub. İcra və rəsmi qurumlar da vəziyyətin həssaslığını nəzərə alaraq, sosial şəbəkələrdəki ictimai qınağa görə vəziyyəti sakitləşdirmək üçün şəhid kimi dəfn etməyə məcbur olublar. Bu arada Nazirlər Kabinetinin yeni qərarlarına əsasən Ermənistanın təcavüzü nəticəsində cəbhə xəttindən kənarda yerləşən yaşayış məntəqələrində həlak olmuş şəxslər (mülkü, yaxud hərbçi) də şəhid hesab olunacaqlar. Şəxsi qənaətim budur ki, Azərbaycanda hərbi sistem icbari olduğuna görə, hər bir şəxs hərbi xidmət zamanı həlak olarsa (qəzadan, xəstəlikdən, ehtiyatsızlıqdan, dedovşinadan və s.) onun xüsusi statusu olmalıdır. Bu şəhid statusu da ola bilər, yaxud nəsə başqa bir şey də. Amma o əsgərin ailə üzvlərinə xüsusi qayğı və maddi-mənəvi dəstək göstərilməlidir, xüsusi güzəştlər olmalıdır, imtiyazlar verilməlidir. Bu birmənalıdır. Düşünürəm ki, Fərəcov Əflatun da şəhid statusunu haqq edib və yaxşıkı sakinlərin tələbi yerinə yetirilib. Allah rəhmət etsin.

Lənkəran rayon Osaküçə kənd sakini atasız və anasız böyüyən Fərəcov Əflatun Mircahangir oğlu hərbçi kimi müharibədə iştirak edib, lakin meyitini yaxınlarına təhvil verərkən onun avtoqəzada öldüyünü deyiblər. Kənd sakinləri meyiti nəzərdən keçirəndə güllə yarası aşkarlayıblar və bəlli olub ki, əsgər həqiqətən şəhid olub. Bundan hiddətlənən kənd sakinləri rəsmi qurumlara etiraz ediblər. Daha sonra rəsmi olaraq aydınlaşıb ki, əsgər şəhiddir və şəhid kimi dəfn edilib. Sakinlər aydınlaşdırmasaydı daha bir yetimin, əsgərin haqqını yeyəcəkdilər. Bu qədər haqq-hesabdan sonra Azərbaycan məmurları hələ də adam olmadılar, yetim haqqı yeməkdən vaz keçmədilər də.

Azərbaycan Ordusu Ağdamda

Ermənistanın eks prezidenti Serj Sarkisyanın arvadı Rita Sarkisyan koronavirusdan öldü.

Günün xəbər xülasəsi: - Ağdam rayonu rəsmi olaraq Azərbaycan Ordusuna təhvil verildi. - Ermənistan Müdafiə naziri David Tonoyan və mətbuat katibi Şuşan Stepanyan istefa verdilər. - Azərbaycanın Rusiyadakı keçmiş səfiri, ictimai-siyasi xadim Hikmət Hacızadə vəfat edib. - Xüsusi lisenziyası olan taksilər həftəsonu işləyəcəklər. - 2 deputat, Azər Badamov və Tahir Kərimli koronavirusa yoluxub.

Ağdamın Şelli kəndində yaşayan ermənilərə bu gün gəlib deyiblər ki, sabah kəndi Azərbaycana təhvil verməliyik, boşaldın. Onla
Ağdamın Şelli kəndində yaşayan ermənilərə bu gün gəlib deyiblər ki, sabah kəndi Azərbaycana təhvil verməliyik, boşaldın. Onlar da tələm-tələsik əşyalarını toplayıblar.

Şuşa, Xurşidbanu Natəvanın ev muzeyi, işğaldan əvvəl və sonra
Şuşa, Xurşidbanu Natəvanın ev muzeyi, işğaldan əvvəl və sonra

Ermənistan Ordusunun Baş Qərargah rəisinin sabiq müavini Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı “İsgəndər” operativ-taktiki raket kompleksindən istifadə etdiyini etiraf edib. Bəyanatdan sonra Xırdalana atılan və Azərbaycan HHM-in zərərsizləşdirdiyi raketin nə olduğu bəlli oldu.

Şuşa, Vaqifin məqbərəsi, işğaldan əvvəl və sonra
Şuşa, Vaqifin məqbərəsi, işğaldan əvvəl və sonra

Ağdamın məşhur çay evi işğaldan əvvəl və sonra.
Ağdamın məşhur çay evi işğaldan əvvəl və sonra.

27 il, 3 ay, 28 gün ümumi 9982 gündən sonra Azərbaycan Ordusu artıq Ağdam şəhərinə daxil olub, hazırda təhvil-təslim prosesi gedir. Sabah rəsmi olaraq Ağdam rayonu Azərbaycana təslim ediləcək. Qeyd edim ki, rayonun 126 yaşayış məntəqəsi var. Onun 116 kəndi işğal olunub, 10-u bizdə idi. Keçmiş Ağdərənin 8 kəndi də Ağdama verilmişdi.

Ermənilər işğal altında olan kəndləri boşaldarkən, bir ailə evini yük maşınına yükləyib aparıb. Foto: AP
Ermənilər işğal altında olan kəndləri boşaldarkən, bir ailə evini yük maşınına yükləyib aparıb. Foto: AP

Azərbaycanda 21 noyabrdan başlayaraq sərt karantin rejimi 28 dekabra qədər uzadıldı: - Kafe-restoranlar həftəsonları bağlanır. - Maskadan istifadə hər yerdə məcburi oldu. - Bakı metropoliteni işləməyəcək. - Aptek və ərzaq mağazalardan başqa həftəsonları hər yer bağlanır. - İctimai nəqliyyatın fəaliyyəti də həftəsonları dayanır.

“Xeberman” saytının baş redaktoru Polad Aslanov dövlətə xəyanət maddəsi ilə ittiham olunaraq 16 il azadlıqdan məhrum edildi.

Xocavənd rayonunun tamamiylə azad edilməsi xəbəri dezinformasiyadır. Azərbaycan Ordusu Xocavənd rayonunun 34 kəndi və 1 qəsəbə, Hadrutu işğaldan azad edib və orda azərbaycanlılar yaşayacaqlar. Amma digər 48 yaşayış məntəqəsi, həmçinin Xocavənd şəhəri işğal altındadır. Xocavənd şəhəri bizdə olsaydı, DİN Xocavənd Şəhər Polis Bölməsini Hadrut qəsəbəsində yox, elə Xocavənd şəhərində açardı.

Martakert (keçmiş Ağdərə) ərazisinin adminstrasiya rəhbəri Sasun Harutyunyan bildirib ki, 7 kəndi sabah 23:00-a kimi boşaldırlar ki, Azərbaycana təhvil versinlər. Onlar Martakertin (Ağdərənin) “Dağlıq Qarabağ”da qalan digər kəndlərində məskunlaşacaqlar. Kəndlər hazırki Ağdam rayonunun inzibati ərazisində olan kəndlərdir: 1. Ağdamın Əliağalı - (Ovtaşen) 2. Ağdamın Papravənd - (Nor Karmiravan) 3. Ağdamın Qızıl Kəngərli - (Nor Maraga) 4. Ağdamın Mollalar - (Nor Aygestan) 5. Ağdamın Əlimədətli - (Nor Seisulan) 6. Ağdamın Boyəhmədli - (Nor Haykadzhur) 7. Ağdamın Qalayçılar - (Nor Jraberd)