Son Xəbərlər
رفتن به کانال در Telegram
Son Xəbərlər. Azərbaycan və dünyada baş verən ən son xəbərləri oxumaq üçün kanala abunə olun!
نمایش بیشتر9 065
مشترکین
-1224 ساعت
-307 روز
-8830 روز
آرشیو پست ها
9 064
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib.
Sonxeber.az-a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 5000 min manat pul alıb.
Vətəndaşın saytımıza müraciətini olduğu kimi oxuculara təqdim edirik:
Mən Elgiz Qənizadə Rayon Prokurorluğunda işlədiyi dövrdə zərərçəkmiş şəxs kimi müraciət etmişdim. Həmin vaxt deputatın qardaşı həbs olunmuşdu. Həbs edilən şəxsin böyük qardaşı və dostları barışıq üçün mənə müraciət etmişdilər.
Elgiz Qənizadə şikayətimlə bağlı məni qəbul etdi. Baş verənlər barədə ona ətraflı məlumat verdim. Bildirdim ki, zərərçəkmiş ...
9 064
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general-mayor Allahverən İbiş oğlu İsmayılova "general-leytenant" ali hərbi rütbəsi verilib.
Sonxeber.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb....
9 064
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
Bakıda keçirilən Formula 2 yarışında ağır qəza baş verib.
"Qafqazinfo"nun məlumatına görə, bir neçə bolid bir-birinə dəyib.
Hazırda yarış dayandırılıb.
***
Yarış yenidən bərpa edilib....
9 064
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətlə əlaqələndirilir.
Bəs, mal ətinin qiymətinin bahalaşmasına əsasən hansı amillər təsir edir və yem, heyvandarlıq və digər istehsal xərclərinin artması ilə yanaşı, bazarda tələbat və idxalın həcmi qiymətlərin formalaşmasına necə təsir göstərir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, ət bazarında qiymət artımı davam edir. Bunun əsas səbəbləri...
9 064
Samir Şərifov Prezidentin Forum iştirakçılarına müraciətini səsləndirdi
Prezident İlham Əliyev Forumun iştirakçılarına müraciət ünvanlayıb.
"Qafqazinfo" xəbər verir ki, dövlət başçısının müraciətini Baş nazirin müavini Samir Şərifov səsləndirib....
9 064
Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
Qırğızıstan parlamenti (Joqorku Keneş - Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib.
Sonxeber.az xəbər verir ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib.
Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsinə əsasən, prezident seçkilərinin tarixini müəyyənləşdirmək səlahiyyəti parlamentə məxsusdur.
Qüvvədə olan seçki haqqında konstitusiya qanununa əsasən, növbəti prezident seçkiləri dövlət başçısının səlahiyyət müddətinin başa çatdığı ildə yanvar ayının dördüncü çərşənbə günü keçirilməlidir. Seçkilərin tarixi səsvermə gününə ən geci dörd ay qalmış parlament tərəfindən müəyyənləşdi...
9 064
Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Sonxeber.az həmin müraciəti təqdim edir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayan...
9 064
Prezident icra başçısını vəzifəsindən azad etdi
Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb....
9 064
Formula 2: Bakıda ikinci sıralama turu başa çatdı (YENİLƏNİB)
"Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci sıralama turu başa çatıb.
Qaynarinfo-nun məlumatına görə, bu dəfə ən yaxşı nəticəni "Rodin Motorsport"dan Martinius Stenşorne göstərib.
"Rodin Motorsport"dan Aleks Dann ikinci, "İnvicta Racing"dən Rafael Kamara üçüncü olub.
14.43
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci sıralama turu başa çatıb.
Qaynarinfo-nun məlumatına görə, ən yaxşı nəticəni "Rodin Motorsport"dan Aleks Dann göstərib.
Bu gün ikinci dərəcələrin pilotların daha bir sıralama turu da gerçəkləşəcək.
Daha əvvəl "Formula 2"-dəki sərbəst yürüşdə "Art Grand Prix" komandasından Kuş Maini ən yaxşı ...
9 064
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir.
Sonxeber.az Modern.az-a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlər arasında vətəndaşların daha sərbəst hərəkətinin təmin olunması ilə bağlı müzakirələr aparılır.
Əsas məsələ vətəndaşların səfərləri zamanı xarici pasport əvəzinə şəxsiyyət vəsiqəsindən istifadə etməsinin təmin olunmasıdır. Belə bir mexanizmin tətbiqi Türk dövlətləri arasında inteqrasiyanın yalnız siyasi və diplomatik müstəvidə deyil, həm də sosial və iqtisadi sahələrdə ...
9 064
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub.
Bu barədə Sonxeber.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq....
9 064
Rusiyada ayılar bu şəhəri əhatəyə aldı
Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün "Max" kanalında bildirib.
Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb.
Buçenik ayıların bir neçəsinin ovçular tərəfindən vurulduğunu, bir neçəsinin isə ərazidən uzaqlaşdırıldığını bildirib.
Qeyd edək ki, son aylarda Rusiyanın müxtəlif bölgələrində ayı hücumlarında artım müşahidə edilir. Ümumilikdə, bu müddət ərzində ölkə ərazisində ayı hücumlarından həlak olanların sayı 15 nəfərə çatıb.
Heyvanların aktivliyi daha çox Sibir və Uzaq Şərq regionlarında, xüsusilə...
9 064
Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb.
Sonxeber.az Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib.
Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu, Babək prospekti, 3 ünvanına qədər olan 12 hektar ərazidə yeni istirahət parkının salınması işləri "Xezer-Construction" MMC-yə həvalə olunub.
Şirkətə görüləcək işlərlə bağlı ümumilikdə 35 milyon 229 min 641 manat ödəniləcək.
Layihə çərçivəsində park ərazisində mövcud tikililərin, asfalt örtüyü və dəmir yolunun sökülməsi nəzərdə tutulur.
Qeyd edək ki, layihənin ilkin qiy...
9 064
Zeynəb Xanlarova əməliyyat olundu
Azərbaycanın Xalq artisti, görkəmli müğənni Zeynəb Xanlarova əməliyyat olunub.
Sonxeber.az Olay.az-a istinadən xəbər verir ki, 89 yaşlı sənətçi Türkiyədə implant əməliyyatı keçirib.
Prosedur uğurlu alınıb. Z.Xanlarovanın qısa zamanda sağaldığı bildirilib....
9 064
Dağ-mədən sənayesi Azərbaycanın qeyri-neft sektoruna yeni dinamika gətirir
Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas strateji vəzifələrdən biri iqtisadiyyatın şaxələndirilməsinin daha da sürətləndirilməsi, qeyri-neft sektorunun inkişafının yeni mərhələyə yüksəldilməsi və ölkənin mövcud təbii-iqtisadi potensialından daha səmərəli istifadə olunmasıdır. Bu baxımdan dağ-mədən sənayesinin inkişafı xüsusi əhəmiyyət daşıyır.
Cənab Prezidentin sədrliyi ilə keçirilən müşavirədə bu istiqamətdə səsləndirilən fikirlər göstərir ki, dağ-mədən sənayesinə yalnız xammal hasilatı sahəsi kimi deyil, ölkənin sənaye siyasətinin, regional inkişaf strategiyasının və ixrac potensialının mühüm komponentlərindən biri kimi yanaşmaq lazımdır. Azərbaycanın zəngin mineral-xammal ehtiyat...
9 064
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə ilk məhkəmə prosesi keçirilib.
Sonxeber.az xəbər verir ki, məhkəmə iclası zamanı şikayət üzrə prosesə baxılması nəzərdə tutulsa da, Çingiz Qənizadənin məhkəməyə gəlməməsi səbəbindən iclas təxirə salınıb.
Məlumata görə, növbəti məhkəmə prosesi sentyabrın 28-də keçiriləcək.
Xatırladaq ki, Abbasov Kazım Elşən oğlu Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Şikayət üzrə məhkəmə araşdırması çərçivəsində tərəflərin mövqelərinin dinlənilməsi və təqdim ediləcək sübutların qiymətləndirilməsi nəzərdə tutulur.
Sentyabrın 28...
9 064
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Sonxeber.az President.az-a istinadən xəbər verir.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilirlər:
1. Aydəmirov Cəsarət Səfərqulu oğlu, 1999-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər Hərbi Məhkəməsinin 2019-cu il 17 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir;
2. Bağırov Elşən Malik oğlu, 1992-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 21 iyun tarixli hökmü ilə məhkum edilmişdir;
3. Balabəyov Fikrət Əlibəy oğlu, 1970-ci ildə anad...
9 064
Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
İraqın Nəcəf şəhərində yerləşən Vadi-us-Səlam 9 kvadrat kilometrdən çox ərazisi ilə adi qəbiristanlıqdan daha çox nəhəng şəhəri xatırladır. Təxminən 1400 ildir istifadə olunan ərazidə 5-6 milyon insanın dəfn edildiyi təxmin edilir.
Qaynarinfo xəbər verir ki, İraqın Nəcəf şəhərində əsrlərdir böyüməyə davam edən qeyri-adi bir məkan var. Uzaqdan baxdıqda sıx tikililərlə əhatə olunmuş şəhəri xatırladan Vadi-us-Səlam əslində milyonlarla insanın dəfn edildiyi nəhəng qəbiristanlıqdır. Ərəb dilində "Sülh vadisi" mənasını verən qəbiristanlığın sahəsi 9,17 kvadrat kilometrdən çoxdur və bu, Manhettendəki Mərkəzi parkın ərazisindən təxminən üç dəfə böyükdür.
Dünyanın ən böyük qəbiristanlığı he...
9 064
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb.
"Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredit ödənişləri zamanı tətbiqdə yaranan nasazlıqlar səbəbindən maddi ziyana düşdüyünü bildirib.
Şikayətçi qeyd edib ki, kredit borcunu vaxtında ödəməsinə baxmayaraq, mobil tətbiqdəki texniki xəta səbəbindən vəsait hesaba oturmayıb:
"İlk əvvəl kredit ödənişi etdiyim halda tətbiqdəki texniki xətaya görə pul hesaba oturmadı. Üzərinə əsassız faiz və gecikmə günü gəlməyə başladılar. Dəfələrlə bild...
9 064
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti müddət üçün ödənişsiz olacaq.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Metropoliteni məlumat yayıb.
Bildirilib ki, bu imkanla Sumqayıt, Xırdalan şəhərləri, Bakı-Şamaxı yolu istiqamətində yerləşən yaşayış məntəqələri, eləcə də Abşeron və Qaradağ rayonlarının bir sıra ərazilərindən gələn sərnişinlərin "Şamaxinka" və ...
