2 112
مشترکین
+924 ساعت
+87 روز
+630 روز
آرشیو پست ها
2 112
Bundan sonra təklif edirəm ki, bütün battle-lar qapalı məkanlarda və izləyicisiz keçirilsin. Onsuzda bəzilərə nə qədər söz desən qanmır ki, qanmır. Tik Tok'da 3-5 baxış yığacaq deyə senzurasız video paylaşır və hamını "под удар" qoyur. Battle-ları qapalı yerdə keçirdin, senzuranı flanı edin və rahat paylaşın.
2 112
Salam uşaqlar necəsiniz? Çoxdandı sizə vaxt ayırmıram, dəhşət başım qarışıqdı sorry 🙏 Amma bu gün elə ləzzətli bir Çənə çəkmişik 🤌🤌
Çoxdandı mən söhbətdən belə həzz almırdım, lap köhnə çənə vaybı ötürsü bugünki podkastımız.
2 112
12 iyul 2022-ci ildə mən, Vaxo, Niko və Kənan bu proyekt üçün yığışmışdıq. Pilot versiyanı çəkdik. Çəkiliş bitəndən sonra Kenny qayıdıb dedi ki, "Brat, nəsə o deyil e, bu tutmayacaq". Sonra Kenny getdi əsgərliyə və bir ildən sonra qayıdanda gördü ki, bütün Azrap və bir az da olsa Azrapdən kənar da "ÇƏNƏ"-dən danışır!
Bu 4 il ərzində çox maneələr aşdıq, vuruşduq, dalaşdıq (hərdən bir-birimizlə), lakin nəticədə yerli YouTube seqmentində toxunulmaz bir vektora çevrildik və təvazökarlıqdan uzaq olsa da, podkast mədəniyyətinə yön verdik.
Əlbəttə ki, bunların hamısı sizin dəstəyiniz nəticəsində baş tutdu. Çox sağ olun, əziz çənəçilər! ❤️
2 112
Dünənki konsert başqa bir ab-havada idi. Çoxdandır Azrap birləşmirdi və bunu pula görə yox community və Sofia üçün etdilər. Dünənki mənzərə adama tamamilə başqa hisslər ötürürdü. Çox sağ ol Azrap! Çox sağ ol Azrap dinləyiciləri ❤️
2 112
Azrap-in 90% təsvir edən 4 sətir:
Yük görməyən qollara rolex ağırdı
Instada atdığları story-ləri nağıldı
İç üzləri görmüşəm, çoxusu paxıldı
Musiqim pula çevrilib, mənliyim satılmır.
2 112
Bura bilet alıb getmək lazımdır uşaqlar. Həm əylənərsiz, həm də qızımıza dəstək olacaqsız ❤️
Sadəcə məni üzən odur ki, bəzi böyük adları görmədim bu posterdə.. Ümid edirəm ki, onlar da qatılacaq 🤷♂️
2 112
Neçə vaxtdı azrapdən xəbərsizəm, nə verir baş? Badclause niyə o videonu paylaşıb? Ftb-nin sözlərinə görə Badclause niyə üzr istəyir?
2 112
https://youtu.be/qAmuSsX3bKk?si=WICDBIBEGNTr1ukJ
Diss yazdılar mənə uşaqlar, amma üzülürəm ki, yaxşı diss deyil 😔
Qaqaş deyir ki: "Samir sənin düşüncən mənim skmə deyil".
Necə üzüldüm.. O boyda rep haqqında danış, info ver, verlişlər hazırla. Axırda gəlib sənə belə keyfiyyətsiz diss atsınlar. Heç biriniz Ramrade-ə oxşamadız da 🤦♂️
"Kor zabit, kar Samir" one love ❤️
2 112
Hip-hopun "Xaç atası" vəfat etdi ☮️
Əgər hip-hop hərəkatının təməlini Kool Herc qoyubsa və o, haqlı olaraq bu mədəniyyətin atası hesab olunursa, Afrika Bambaataa hip-hopu dünya səviyyəsinə çıxararaq bu mədəniyyətin tamhüquqlu "xaç atası"na çevrildi. Dünən isə o, həyata gözlərini yumdu. Artıq hip-hopun xaç atası yoxdur...
Son illərdə Lens Teylorun reputasiyası, yumşaq desək, o qədər də ürəkaçan deyildi. Xüsusilə də onun azyaşlılara qarşı cinsi zorakılıqda ittiham olunması faktını nəzərə alsaq, mənzərə daha da mürəkkəbləşir. O, ömrünün sonuna qədər bu iddiaları rədd etsə də, necə deyərlər: "Od olmasa, tüstü çıxmaz".
Bütün bu ziddiyyətli məqamlara baxmayaraq, onun çox sevdiyimiz hip-hop mədəniyyətinə verdiyi böyük töhfələri unutmaq mümkün deyil. Necə deyərlər, torpağın yüngül olsun, Mister Zulu!
