AzVision
رفتن به کانال در Telegram
2 742
مشترکین
-424 ساعت
-137 روز
+630 روز
آرشیو پست ها
2 742
Repost from N/a
🎥 Kristofer Nolan “Odisseya”nı 70 mm-lik IMAX plyonkasına çəkib. Bu plyonka 1.43:1 nisbətində ekran görüntüsü verir. Belə formatda filmə baxmaq üçün bütün dünyada cəmi 40 kinoteatr var. Doğrudanmı, Nolan cəmi 40 ekranda fərqli görünməyin xətrinə 70 mm-lik IMAX texnologiyasının bahalıq və əziyyət yükünə qatlaşıb, yoxsa ortada nəsə başqa mətləb var?
Normalda kinoteatrların ekranı enli olur - blokbasterlər və epik filmlər 2.39:1, komediya və dramlar 1.85:1 nisbətinə malik ekranda göstərilir. Standart IMAX formatı 1.90:1 şəklindədir. Nolanın seçdiyi 1.43:1 formatı kino ekranını köhnə televizorların kvadrat ekranına daha çox yaxınlaşdırır.
📺 Niyə rejissor belə edib? Axı illərdir elə ilk növbədə rejissorlar bizə deyirlər ki, enli ekranda göstərilən kino insan gözünün real həyatda gördüyünə daha yaxındır. Bu həqiqətən belədir. İnsanın gözləri şaquli yox, üfiqi xətt üzrə yerləşir. Bioloji növün sağ qalması üçün məhz belə görmə daha effektivdir. Gözlərimiz alt-üst yerləşsəydilər, biz yuxarı və aşağını daha geniş, sağı və solu dar bucaq altında görəcəkdik. Amma biz sağı və solu geniş bucaqdan görürük. Müasir kino da məhz belə görünüş təklif edir.
📱 Amma sonra qəfildən smartfonlar, şaquli ekranlar erası başladı...
Davamı
2 742
Ölkələr öz AI modellərini yaratmağa başlayır
//Trampın bir qərarı hər şeyi dəyişdi
👉https://azvision.az/mobile/news.php?id=398353&lang=az
2 742
Repost from N/a
❗️Son günlərdə Ukraynanın Xəzər dənizində Rusiya və İran gəmilərinə zərbələr endirməsi qlobal sistem xarakterli iki müharibənin düz Azərbaycanın yaxınlığında kəsişməsi deməkdir. Bu zərbələr iki müharibənin arasındakı məntiqli əlaqəni ortaya qoydu. Ukrayna Rusiyaya qarşı mübarizəni təklikdə aparmadığı kimi, İran da ABŞ-yə qarşı tək döyüşmür. Gözümüzün qabağındaca Çin-Rusiya-İran-Şimali Koreya blokunun yaranması prosesi gedir. İyulun 8-də, müharibənin ikinci fazasının elə ilk günündəcə ABŞ-nin hərbi-hava qüvvələri İranın şimalında, Xəzərin cənub-şərqində, Gülüstan vilayətində Ağtəpə xan körpüsünü bombalamışdılar. Həmin körpü Çindən İrana gələn yolun üstündə idi. Ardınca ABŞ bu dəfə Ukraynanın əli ilə Xəzərdən keçən Rusiya-İran dəniz yolunu bombalamağa başlayıb. Məqsəd İranı Rusiya və Çindən təcrid etməkdir. Yaranmış vəziyyətdə yəqin ki, Moskva İranla əlaqələrini Azərbaycanın vasitəsilə həyata keçirmək istəyəcək. Bəlkə də artıq istəyib və istəyir. Beləcə, sistem xarakterli qlobal geosiyasi mübarizənin mərkəzinə xoş gəldiniz!
2 742
❗️ Miqrant, yoxsa İran agenti?
🇮🇷🇬🇧 La-Manş boğazından keçərək Böyük Britaniyaya gedən qanunsuz miqrantların bir hissəsi İranın xüsusi xidmət orqanları ilə əlaqəli şəxslərdir. İran hakimiyyəti gələcəkdə Tehrana "xidmət göstərmək" şərti ilə onların Britaniyaya çatmasına kömək edir.
Yaxın Şərqlə La-Manş sahilləri arasında fəaliyyət göstərən qanunsuz miqrasiya marşrutlarına İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) nəzarət edir.
Davamı
2 742
🇮🇷🇺🇸 Mühəbbinin digər açıqlamasına görə, eyni müddətdə İranın zərbələrindən #ABŞ-nin 200-dən çox hərbçisi həlak olub.
#İran
2 742
▪️ Dünən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən 1.5 km aralı, dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.
Suda batan 2000-ci il təvəllüdlü Ümid Taməddin oğlu Hüseyinli Qubadlı Rayon Prokurorluğunda müstəntiq işləyirmiş.
2 742
Repost from N/a
🤔 İtaliyada iqtisadçılar maraqlı bir araşdırma aparıblar. Florensiyanın 1427-ci ilə aid vergi sənədləri müasir hesabatlarla müqayisə olunub. Məlum olub ki, XV əsrdə vergi ödəyən ailələrdən 900-ü hələ də şəhərdə vergi ödəyicisidir. Ən varlı 15 ailənin syahısı isə dəyişmədən qalıb. Onların hansı ailələr olduğu dəqiqləşdirilmir, amma söhbətin kimlərdən getdiyini təxmin etmək çətin deyil – Mediçi, Strotçi, Bardi, Perutçi, Patçi... 600 il keçib, amma klanların siyahısı eynidir. Maraqlıdır: bu sadəcə onların bacarıqlı olması iləmi bağlıdır, yoxsa bilmədiyimiz gizli mexanizmlər də var?!
2 742
“Autoblog” portalının ekspertlərinin fikrincə, maşının gücü, sürəti və imici onun sahibini qanun pozuntularına sövq edə bilir.
Onların araşdırmasına görə, ən pis sürücülər “BMW” sahibləridir – hər 1000 qanun pozuntusundan 44,9-u onların payına düşür.
Sonrakı yerlərdə 44,7 və 42,8 insident ilə RAM və Tesla sürücüləri gəlirlər.
2 742
🇮🇷❗️"İranın yeni lidei Möctəba Xamenei atası ilə müqayisədə nüvə silahının yaradılmasına daha müsbət yanaşır" - "New York Times""
2 742
🇺🇸🇮🇱 İyulun 28-də Netanyahu ABŞ-yə səfərə gedəcək. Əsas mövzu İrana qarşı birgə əməliyyatların planlaşdırılmasıdır.
2 742
Gürcüstanda ardıcıl ikinci gündür ölkə üzrə genişmiqyaslı elektrik enerjisi kəsintisi qeydə alınıb
👉https://azvision.az/mobile/news.php?id=398344&lang=az
2 742
Rusiya MN: "Qradusu salmırıq!"
Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi hədəflərə zərbələrin davam edəcəyini belə ifadə edib.
Nazirlik raket buraxılışını əks etdirən foto paylaşaraq, "İskəndər, istilər başlayır – iyul" sözlərini yazıb.
2 742
ABŞ İspaniya millisinin dünya çempionluğu mükafatından 15 milyon dollar vergi tutacaq
👉https://azvision.az/mobile/news.php?id=398343&lang=az
2 742
❗️ İlon Mask hesab edir ki, yaxın 5 ildə süni intellekt sistemləri bütün bəşəriyyətin ümumi intellekt səviyyəsini üstələyəcək.
Milyarder "The Economist" nəşrinə verdiyi müsahibədə bildirib ki, təxminən 10 ildən sonra robotlar və süni intellekt həm fiziki, həm də əqli əmək tələb edən işlərin böyük hissəsini icra edəcəklər. İnsanlar üçün işləmək isə sadəcə "könüllü seçimə" çevriləcək.Bu proses dünyada misilsiz bir bolluq yaradacaq və pul əvvəlki əhəmiyyətini itirəcək.
Maskın qənaətinə görə, maşınlar vasitəsilə mal və xidmətlərin istehsalı demək olar ki, qeyri-məhdud olacaq. Belə bir şəraitdə deflyasiya riski inflyasiya riskini üstələyəcək.
Bundan əlavə, #Mask yaxın 20 ildə Britaniyada vətəndaş müharibəsinin baş vermə ehtimalını da istisna etməyib. Onun fikrincə, buna qərb dəyərlərinə zidd baxışların cəmiyyətdə yaratdığı gərginlik səbəb ola bilər.
