fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

CERT.GOV.AZ

CERT.GOV.AZ

رفتن به کانال در Telegram

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti - Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi

نمایش بیشتر
1 030
مشترکین
+124 ساعت
+57 روز
+630 روز
آرشیو پست ها
Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 13 oktyabr 2026-cı il tarixində saat 22:0
Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 13 oktyabr 2026-cı il tarixində saat 22:00 radələrindən etibarən Azərbaycan Respublikasının dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınmışdır. Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranmışdır. Görülmüş müvafiq texniki tədbirlər nəticəsində kiberhücumun təsirləri məhdudlaşdırılmış və saytların fəaliyyətinin davamlılığı təmin edilmişdir.

"AhsayCBS" sistemindəki zəifliklər vasitəsilə "Microsoft Edge" kimi maskalanan kriptomaynerlər yayılır Kibertəhlükəsizlik müt
"AhsayCBS" sistemindəki zəifliklər vasitəsilə "Microsoft Edge" kimi maskalanan kriptomaynerlər yayılır Kibertəhlükəsizlik mütəxəssisləri təhdid aktyorlarının "AhsayCBS" ehtiyat nüsxə çıxarma (backup) proqramında yeni aşkarlanan iki zəiflikdən istifadə edərək hədəf cihazları ələ keçirdiyini və sistemlərə veb şellər (web shells) ilə yanaşı "Microsoft Edge" brauzeri kimi maskalanan "XMRig" kriptovalyuta maynerləri yerləşdirdiyini müşahidə ediblər. #certgovaz #cybersecurity #kibertəhlükəsizlik #AhsayCBS #Edge #XMRig

MacOS istifadəçiləri saxta "Zoom" quraşdırıcısı vasitəsilə yayılan "CloudSyncD" backdoor təhlükəsi ilə üz-üzədir "Jamf" tədqi
MacOS istifadəçiləri saxta "Zoom" quraşdırıcısı vasitəsilə yayılan "CloudSyncD" backdoor təhlükəsi ilə üz-üzədir "Jamf" tədqiqatçıları tərəfindən macOS əməliyyat sistemləri üçün nəzərdə tutulmuş və "Zoom" tətbiqi kimi maskalanan yeni bir zərərli proqram daşıyıcısı (dropper) aşkar edilib. "CloudSyncD" adlandırılan bu zərərli proqram, sistemdə gizli və davamlı bir "arxa qapı" (backdoor) yaratmaq üçün dizayn edilib. #certgovaz #cybersecurity #kibertəhlükəsizlik #macos #Zoom #CloudSyncD #backdoor

NetScaler ADC və Gateway cihazlarında aşkarlanan kritik sıfırıncı gün (zero-day) zəiflikləri vasitəsilə kiberhücumlar həyata
NetScaler ADC və Gateway cihazlarında aşkarlanan kritik sıfırıncı gün (zero-day) zəiflikləri vasitəsilə kiberhücumlar həyata keçirilir "Google" şirkətinin "Mandiant" və Təhdid Kəşfiyyatı Qrupunun (GTIG) hesabatına görə "Citrix" tərəfindən həftəsonu yamaqlanan "NetScaler" sıfırıncı gün (zero-day) zəiflikləri kiberhücumlarda aktiv şəkildə istismar edilir. CVE-2026-88771 və CVE-2026-88772 kimi izlənilən bu təhlükəsizlik boşluqları "NetScaler ADC" və "NetScaler Gateway" sistemlərinə təsir göstərir. #certgovaz #cybersecurity #kibertəhlükəsizlik #citrix #NetScaler #zeroday

GitHub üzərindən saxta "LastPass Authenticator" tətbiqi vasitəsilə "Rapuncel" adlı məlumat oğurlayan zərərli proqramı yayılır
GitHub üzərindən saxta "LastPass Authenticator" tətbiqi vasitəsilə "Rapuncel" adlı məlumat oğurlayan zərərli proqramı yayılır "LastPass" şirkətinin hesabatına görə "GitHub" platforması üzərindən yayılan saxta "LastPass Authenticator" tətbiqi genişmiqyaslı kiber-fırıldaqçılıq kampaniyasının və təhlükəli "infostealer" (məlumat oğurlayan) zərərli proqramının aşkarlanmasına səbəb olub. Kiberhücumçular ən azı 40 qurumun adından istifadə edərək "Microsoft" tərəfindən rəqəmsal imzalanmış nüvə sürücüsünü (“kernel driver”) yaymağa çalışıblar. #certgovaz #cybersecurity #kibertəhlükəsizlik #LastPass #Rapuncel #infostealer

"Roundcube Webmail" xidmətində kiberhücumlarda istismar edilən yüksək riskli zəiflik aşkarlanıb Geniş istifadə olunan açıq mə
"Roundcube Webmail" xidmətində kiberhücumlarda istismar edilən yüksək riskli zəiflik aşkarlanıb Geniş istifadə olunan açıq mənbəli "Roundcube" veb-poçt platformasında yüksək risk dərəcəsinə malik zəifliyin təhdid aktyorları tərəfindən aktiv şəkildə istismar edildiyi barədə xəbərdarlıq edilib. CVE-2026-48842 identifikatoru (CVSS balı: 8.1) ilə izlənilən bu təhlükəsizlik boşluğu, "virtuser_query" plaginində heç bir autentifikasiya tələb olunmadan kənardan istismar edilə bilən SQL inyeksiyası (SQL injection) xətasıdır. #certgovaz #cybersecurity #kibertəhlükəsizlik #roundcube #SQL #CVE

26 Sentyabr - Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının Peşə Bayramı günüdür.
26 Sentyabr - Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının Peşə Bayramı günüdür.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən 2026-
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən 2026-cı ilin tədbirlər planına əsasən “İnformasiya təhlükəsizliyi təqvimi” layihəsi çərçivəsində Sentyabr ayı üzrə 25.09.2026-cı il tarixində saat 16:00-da keçiriləcək vebinar “Məlumatların idarəetməsi” mövzusuna həsr olunur. Vebinarda məlumatların təsnifatı, məxfiliyin və fərdi məlumatların qorunması, giriş hüquqlarının idarə edilməsi, məlumatların həyat dövrü boyunca təhlükəsiz saxlanılması, arxivləşdirilməsi və məhv edilməsi məsələləri barədə məlumat veriləcək.  Məruzəçi: Elman Kərimli - Azərbaycan Respublikası Dövlət Neft Fondu, İnformasiya Təhlükəsizliyi şöbəsinin müdiri   Canlı yayımın təkrarını izləmək, eləcə də növbəti canlı yayımlar barədə məlumat almaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://cert.gov.az/calendar

Dörd müxtəlif süni intellekt kodlaşdırma alətində aşkarlanan "Plugin4Shell" zəifliyi plaginlərin gizli şəkildə zərərli kodlar
Dörd müxtəlif süni intellekt kodlaşdırma alətində aşkarlanan "Plugin4Shell" zəifliyi plaginlərin gizli şəkildə zərərli kodlarla əvəzlənməsinə imkan verir "Air Security" təhlükəsizlik şirkətinin yaydığı məlumata görə, geniş istifadə olunan dörd süni intellekt (AI) kodlaşdırma agentində aşkarlanmış yeni boşluq, plagin kod repozitoriyasını idarə edən şəxslərə istifadəçinin quraşdırdığı plagini zərərli versiya ilə əvəzləməyə imkan verir. Bu proses, hətta sistem tərəfindən həmin plaginin yoxlanılmış xüsusi bir versiyaya "kilidləndiyi" hallarda belə həyata keçirilə bilər. #certgovaz #cybersecurity #kibertəhlükəsizlik #Plugin4Shell #AI

Ölkədə ilk dəfə Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verildi Azərbaycan Respublikası
Ölkədə ilk dəfə Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verildi Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Azərbaycan Texniki Universitetində (AzTU)  yaradılmış Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyasının açılışı olub. Ətraflı: https://scis.gov.az/az/news/view/376

XRİTDX-nin nümayəndə heyəti GISEC-2026 qlobal kibertəhlükəsizlik konfransında iştirak edib Azərbaycan Respublikasının Xüsusi
XRİTDX-nin nümayəndə heyəti GISEC-2026 qlobal kibertəhlükəsizlik konfransında iştirak edib Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (Mərkəz) nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Kibertəhlükəsizlik Şurasının dəvəti əsasında Dubay Sərgi Mərkəzində keçirilən "GISEC 2026" qlobal kibertəhlükəsizlik konfransında iştirak edib. Ətraflı: https://scis.gov.az/az/news/view/375

OIC-CERT üzvləri üçün “Uncovering Mysteries with Forensics” mövzusunda vebinar keçirilib Kompüter İnsidentlərinə Qarşı Mübari
OIC-CERT üzvləri üçün “Uncovering Mysteries with Forensics” mövzusunda vebinar keçirilib Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi tərəfindən OIC-CERT beynəlxalq təşkilatının üzvləri üçün “Uncovering Mysteries with Forensics” mövzusunda təlim xarakterli vebinar keçirilib. Vebinarın əsas məqsədi OIC-CERT-in üzv ölkələrinin kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən qurumlarının əməkdaşları arasında rəqəmsal forensika sahəsində bilik və praktiki yanaşmaların paylaşılması, kibertəhlükəsizlik insidentlərinin araşdırılması zamanı rəqəmsal sübutların müəyyənləşdirilməsi və təhlili üzrə məlumatlılığın artırılması olub.

Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçiriləcək Cari ilin 19 noyabr tarixində Azərbaycan Respublikasının Xüsu
Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçiriləcək Cari ilin 19 noyabr tarixində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitunun birgə təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər yerli tərəfdaşlar ilə birgə Bakı şəhərində Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans (ICCD 2026) keçiriləcək. Konfransın builki əsas mövzusu “Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkan mənzərəsinə regional baxış” olacaq. Ətraflı: https://scis.gov.az/az/news/view/373/

"Google" şirkəti çərşənbə axşamı 230 təhlükəsizlik boşluğunu, o cümlədən aktiv şəkildə istismar edilən yeni bir "Chrome" sıfı
"Google" şirkəti çərşənbə axşamı 230 təhlükəsizlik boşluğunu, o cümlədən aktiv şəkildə istismar edilən yeni bir "Chrome" sıfırıncı gün (zero-day) zəifliyini aradan qaldırıb. Bu, ilin əvvəlindən bəri yamaqlanan sayca yeddinci belə zəiflikdir. Seul Milli Universitetinin "Compsec Lab" tədqiqat mərkəzinin təcrübəçisi Jihyeon Jeong tərəfindən məlumat verildikdən iki gün sonra "Google" "Stable Desktop" kanalı vasitəsilə "Windows" (153.0.8010.36), "Mac" (153.0.8010.37) və "Linux" (153.0.8010.36) sistemləri üçün yamaqlanmış versiyaları təqdim etməyə başlayıb. #certgovaz #cybersecurity #kibertəhlükəsizlik #Google #Windows #Zeroday

Sızdırılmış "AWS IAM" açarı vasitəsilə ödənişli süni intellekt modellərinə icazəsiz çıxış əldə edən "LLMjacking" hücumu aşkar
Sızdırılmış "AWS IAM" açarı vasitəsilə ödənişli süni intellekt modellərinə icazəsiz çıxış əldə edən "LLMjacking" hücumu aşkarlanıb Bulud mühitində aşkarlanmış yeni müdaxilə üsulunun hücumçulara sızdırılmış tək bir "AWS" giriş məlumatından istifadə edərək ödənişli süni intellekt modellərinə çıxışı ələ keçirməyə və gəlir əldə etməyə imkan verdiyi müəyyən edilib. Tədqiqatçılar tərəfindən "LLMjacking" adlandırılan bu texnika hücumçuların bu cür sızıntıları nə qədər sürətlə gəlir mənbəyinə çevirə bildiyini nümayiş etdirir. #certgovaz #cybersecurity #kibertəhlükəsizlik #AWS #LLM #LLMjacking

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən 2026-
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən 2026-cı ilin tədbirlər planına əsasən “İnformasiya təhlükəsizliyi təqvimi” layihəsi çərçivəsində Avqust ayı üzrə 28.08.2026-cı il tarixində saat 16:00-da başlanacaq vebinar “Bulud təhlükəsizliyi” mövzusuna həsr olunur. Vebinarda bulud mühitlərində məlumatların qorunması, paylaşılan məsuliyyət modeli, risklərin idarə olunması, təhlükəsiz konfiqurasiya, şəbəkə təhlükəsizliyi, kimlik və girişlərin idarə olunması, ehtiyat nüsxələmə və uyğunluq məsələləri barədə məlumat veriləcək. Məruzəçi: Babək Xəlilzadə - Bulud təhlükəsizliyi üzrə ekspert Canlı yayımın təkrarını izləmək, eləcə də növbəti canlı yayımlar barədə məlumat almaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://cert.gov.az/calendar

XRİTDX əməkdaşlarının rəqəmsal kriminalistika üzrə araşdırması dərc olunub Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
XRİTDX əməkdaşlarının rəqəmsal kriminalistika üzrə araşdırması dərc olunub Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin əməkdaşları Səbinə Tağıyeva və Rəvan Abdinovun “Rəqəmsal ekspertiza və insidentə cavab əsasında insidentlərin zaman xəttinin rekonstruksiyası problemləri” adlı elmi məqaləsi “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika elmi-praktiki konfransının elmi əsərləri toplusunda dərc olunub.

“Windows Defender” antivirusunu hədəf alan yeni “ShieldBreak” istismar kodu aşkar edilib “Windows” əməliyyat sisteminin daxil
“Windows Defender” antivirusunu hədəf alan yeni “ShieldBreak” istismar kodu aşkar edilib “Windows” əməliyyat sisteminin daxili antivirus proqramını hədəf alan yeni “ShieldBreak” istismar kodu (exploit) aşkar edilib. Sözügedən boşluq məhdud hüquqlara malik istifadəçi hesabına “Windows Defender”-in özündən keçid nöqtəsi kimi istifadə etməklə tam yenilənmiş “Windows” sistemində ən yüksək səviyyəli “SYSTEM” hüquqlarını əldə etməyə imkan verir. #certgovaz #cybersecurity #kibertəhlükəsizlik #ShieldBreak #Windows #Defender

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti enerji sektorunda kibertəhlükəsizlik üzrə yüksəksəviyyəli simulyas
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti enerji sektorunda kibertəhlükəsizlik üzrə yüksəksəviyyəli simulyasiya təlimi keçirib Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə birgə təşkilatçılığı çərçivəsində “Azərbaycanın Enerji İnfrastrukturu üzrə Kibertəhlükəsizlik Hadisələrinə Cavab və Strateji Qərarvermə” mövzusunda yüksəksəviyyəli simulyasiya təlimi keçirilib. Təlimdə dövlət qurumlarının, enerji sektorunda fəaliyyət göstərən müəssisələrin və kritik informasiya infrastrukturu subyektlərinin sahə üzrə rəhbər vəzifəli nümayəndələri iştirak ediblər. Ətraflı: https://scis.gov.az/az/news/view/370

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən 2026-
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən 2026-cı ilin tədbirlər planına əsasən “İnformasiya təhlükəsizliyi təqvimi” layihəsi çərçivəsində İyul ayı üzrə 31.07.2026-cı il tarixində saat 16:00-da başlanacaq vebinar “Rəqəmsal dünyada hüquqi savadlılıq” mövzusuna həsr olunur. Vebinarda müəllif hüquqları və rəqəmsal kontentin qanunvericiliyə uyğun istifadəsi, rəqəmsal platformalarda istifadəçilərin hüquq və öhdəlikləri, onlayn davranış qaydaları və hüquqi məsuliyyət mövzuları barədə ətraflı məlumat veriləcək. Məruzəçi: Elgin Abdullayev - XRİTDX-nin şöbə rəisi Canlı yayımın təkrarını izləmək, eləcə də növbəti canlı yayımlar barədə məlumat almaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://cert.gov.az/calendar