cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

Turan Ekspress

Bir-birimizlə çatda söhbət edə bilərik: https://t.me/turansohbeti Əks əlaqə: əməkdaşlıq və digər təkliflərinizə görə bizim botla əlaqə saxlaya bilərsiniz @Turanekspress_bot

نمایش بیشتر
پست‌های تبلیغاتی
3 463
مشترکین
-224 ساعت
-367 روز
-11930 روز
توزیع زمان ارسال

در حال بارگیری داده...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
تجزیه و تحلیل انتشار
پست هابازدید ها
به اشتراک گذاشته شده
ديناميک بازديد ها
01
🇷🇺❗️Rusiya XİN: ABŞ Kiyevin Rusiya Federasiyası ərazisini Amerika silahları ilə vurmasına icazə verdiyinə görə məsuliyyətdən yayına bilməyəcək #Avrasiya @turan_ekspressi
10Loading...
02
ABŞ bumeranq faktoru qarşısında. Hazırda dünyanın müxtəlif hissələrində gedən hərbi münaqişələrin müqayisəli təhlili göstərir ki, SSRİ-nin süqutundan istifadə edərək bir qütblü dünya nizamının qurulmasına nail olan ABŞ bu sistemin axrını gətirə biləcək proseslərin qarşısını almağa səy göstərir, zira Ağ evin Ukraynada alovlandırmış olduğu müharibənin perspektiv sonluğu, Yaxın Şərqdə dərinləşməkdə olan böhran, Cənub-Şərqi Asiyada Tayvan faktoru ilə Çin ətrafinda gərginliyin saxlanılması cəhdlərinin səmərəsizliyi ABŞ-ın yaratdığı nizamın domino sistemi kimi çökəcəyindən xəbər verir. İmperialist maraqlarına dəyə biləcək ziyan isə, ABŞ-ı daha da quzğunlaşdırır. Nəticə etibari ilə Ağ ev məsuliyyət hissini itirərək Ukrayna və Kollektiv Qərbə Rusiyanın ərazilərinin dərinliklərinə belə uzaq mənzilli silahlar vasitəsilə zərbələrin endirilməsi barədə qərar qəbul edib. Prezident Baydenin bu qərarına onun seçkilərdə rəqibi ola biləcək, sabiq prezident Tramp əsəbi şəkildə reaksiya verərərək bu qoca mrazmatikin dünyanı 3-cü cahan müharibəsinin girdabına sürüklədiyini bəyan edib və ABŞ seçicilərini Birləşmiş Ştatların və dünyanın gələcəyi naminə bu mrazmatiki durdurmağa çağırıb. Trampın seçicilərə olan bu çağırışında seçkilərdə Baydeni üstələməklə bağlı maraqların olmasına baxmayaraq, Baydenin məlum qərarının dünyanın təhlükəsizlik sistemini təhdid etməsi birmənalıdır. Baydenin kollektiv Qərbin liderlərinə məlum ismarıcından sonra nəzərlər əlbəttə Rusiya prezidenti V.Putinə yönəlmişdi, onun Rusiya Federasiyasının suverenliyini hədəfə alan çağırışlara cavabı yaxın perspektivdə Moskvanın hansı qərarlar verəcəyinə dair suallara aydınlığın gətirilməsi baxımından ciddi əhəmiyyət kəsb edirdi. Sankt-Peterburqda dünya iqtisadi forumunun toplantısı zamanı Putinin dünya informasiya agentliklərinin rəhbərlərinə bu suallarla bağlı verdiyi cavablar Qərbdə müharibə partiyasının tərəfdarları üçün soyuq duş təsiri bağışlayıb. Suallara təmkin və soyuqanlıqla cavab verən prezident Putin analoji vəziyyətin yaranacağı təqdirdə Rusiyanın hansı qərar qəbul edəcəyi ilə bağlı sualın cavabını Rusiyanın nüvə doktrinasına dair sənədin mətnində axtarmağı tövsiyə edib. Burada isə, Rusiyanın suverenlik və müstəqilliyinə təhlükənin yaranacağı təqdirdə Moskvanın vəziyyətdən çıxış edərək bütün zəruri addımları ata biləcəyi ilə bağlı məqamlar var. Prezident Putinin Rusiya öz təhlükəsizliyini təmin etmək üçün assosiativ addımlar atacaq deməklə Rusiyanın öz strateji silahlarını dost ölkələrin ərazisində yerləşdirmək və strateji silahlarla Rusiya üçün təhlükə təşkil edən qeyri dost ölkələrin ərazilərinin hədəfə alinacaqları ilə bağlı planlara malik olduğunu bildirib. Putin Rusiya strateji silahlarının hansı ölkələrdə yerləşdiriləcəyi ilə bağlı məsələlərə aydınlıq gətirməsə də, bu ölkələrin Latin Amerikası ölkələri Kuba, Venesuella və ya Braziliya olacaqları ehtimalları böyükdür. Zamanında sürətlə silahlanma, habelə beynəlxalq gərginliyin gücləndirilməsi istiqamətində kurs götürmüş ABŞ-ı dayanmaq və düşünmək üçün SSRİ belə bir üsluba əl atmışdı. SSRİ-nin Kubada orta və yaxın mənzilli raketlərini yerləşdirməsi, burnunun ucunda sovet raketlərini görən ABŞ-ın siyasi istibleşmenti və işguzar dairələrini qısa bir zamanda özlərinə gətirmiş, assosiativ addımlar isə, Kuba nüvə böhranını doğurmuşdu. Dünyanın ilk dəfə olaraq istilik nüvə müharibəsinin həddinə gətirilməsi onun sonrakı varlığını təhlükə qarşısında almışdı. Yalnız praqmatik mövqe, sağlam düşüncə, tərəflərin beynəlxalq qarşıdurmanın səngiməsi naminə atdıqları qarşılıqlı addimlar dünyanın başı uzərini almiş real təhlükənin sovuşmasına səbəb olmuşdur. Sovetlər Kubadan, ABŞ isə Turkiyədən strateji hücum silahlarını çıxarmaqla razılığa gəlməyə nail ola bildilər. Mütəxəssislər hazırkı nüvə silahlarının partlayış gücünün 1945-ci ildə amerikalıların Yaponiya şəhərləri üzərinə atdığı silahlarla müqayisədə 100 dəfə üstün olduqlarını bildirirlər. Təcavüzkarı sakitləşdirmək üçün zamanında belə qorxunc vasitəyə əl atmiş Amerika bumeranq faktoru ilə üzbəüz qalib. #geopolitika
41Loading...
03
Öldüyü iddia edilən terror lideri Fətullah Gülənin videosu paylaşıldı. #AvrasiyaHərəkatı @Turan_ekspressi
111Loading...
04
🇺🇿🇹🇷⚡️ Özbəkistanın prezidenti Türkiyədə olub və mükafat alıb Şavkat Mirziyoyev Türkiyənin Dövlət ordeni ilə təltif edilib. Mükafatlandırma mərasimi Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Ankaradakı Prezident iqamətgahında baş tutub. #Avrasiya @turan_ekspressi
171Loading...
05
Fransa beş Mirage 2000 qırıcısını Ukraynaya təhvil verəcək və ukraynalı pilotlara təlim keçəcək. Fransa həmçinin Ukrayna Silahlı Qüvvələrinin 4500 nəfərdən ibarət briqadasını hazırlamaq, təlim keçmək və silahlandırmaq niyyətindədir. Bu barədə bu gün Fransa prezidenti Emmanuel Makron bildirib. #AvrasiyaHərəkatı @Turan_ekspressi
280Loading...
06
Hizbullahın İran istehsalı olan "Almaz" tank əleyhinə idarə olunan raketlə vurduğu İsrailin "Dəmir Günbəz" HHM sisteminin son görüntüsü. #AvrasiyaHərəkatı @Turan_ekspressi
280Loading...
07
‼️ İsrail ordusunun məktəbə endirdiyi zərbə nəticəsində 17 uşaq, 29 qadın və 21 BMT əməkdaşı həlak olub. İsrail məktəbə raket hücumunu etiraf edib, lakin buna qətiyyən peşman deyil. Çünki o hesab edir ki, məktəb HƏMAS-ın qərargahı olub və buna görə də uşaq və qadın ölümləri sadəcə ziyandır. Netanyahunun rəhbərlik etdiyi müharibə kabineti sülh təşəbbüslərinə məhəl qoymur və Rəfahda qeyri-insani hərbi əməliyyatı davam etdirir. #AvrasiyaHərəkatı @Turan_ekspressi
261Loading...
08
⚡️İsrail Baş naziri Benyamin Netanyahu iyulun 24-də ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxış edəcək-- “Tayms of İsrail” #Avrasiya @turan_ekspressi
370Loading...
09
🇮🇷🇩🇪🇬🇧🇫🇷 Tehran öhdəliklərə əməl etməsə yenidən Qərbin sanksiyalarına məruz qalacaq Wall Street Journal: "Tehran öz kursunu dəyişməsə, İngiltərə, Fransa və Almaniya tətik mexanizmini işə salaraq İran rejiminə qarşı beynəlxalq sanksiyaları Təhlükəsizlik Şurasında geri qaytara bilər!" Çərşənbə günü qəbul edilən qətnamənin son tətik mexanizmi üçün əsas ola biləcəyini bildirən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik daha İran rejiminin nüvə proqramının dinc xarakter daşıdığına dair zəmanət verə bilməyəcəyini bildirir, qətnamədə İran rejiminin qarşıdakı aylarda daha çox təzyiqlə üzləşə biləcəyi xəbərdarlığı edilir. #AvrasiyaHərəkatı @Turan_ekspressi
401Loading...
10
🚨Ürəyi zəif olanlar baxmasın. ❗️Qatarla selfi çəkdirmək istəyərkən aldığı zərbədən yerindəcə öldü.
391Loading...
11
⚡️Daşkəsəndə üzərinə benzin tökərək yandıran qazi Ədalət İsmayılov Bakıda xəstəxanada dünyasını dəyişib. #AvrasiyaHərəkatı @Turan_ekspressi
361Loading...
12
Çində təhsil #Avrasiya @turan_ekspressi
311Loading...
13
🇺🇸🇷🇺ABŞ Rusiya gəmiləri dəstəsinin Kubaya səfəri ətrafında vəziyyəti izləyir və bu hadisədə milli təhlükəsizliyinə təhdid görmür . Yalandır. Bəs niyə izləyirsinisiz? Qrupumuzun Kubada mümkün yerləşdirilməsi Rusiyanın ABŞ-ın Ukraynadakı hərəkətlərinə cavabı ola bilər--Hərbi və Strateji Münaqişələrin Öyrənilməsi Mərkəzinin rəhbəri Andrey Klintseviç Rusiya prezidenti Vladimir Putinin Kiyevə uzunmənzilli silah tədarükünə cavab verməsi ilə bağlı açıqlamaları kontekstində Rusiya Hərbi Dəniz Qüvvələrinin Karib dənizində hərbi təlimlərinin keçirilməsi barədə məlumatlar ortaya çıxıb. Kubanın İnqilabi Silahlı Qüvvələri təsdiq edib ki, bir qrup Rusiya gəmisi iyunun 12-də Havana limanına rəsmi səfərə gələcək. "2024-cü il iyunun 12-17 -dək olan müddətdə dörd gəmidən ibarət Rusiya Hərbi Dəniz Qüvvələrinin bir qrup gəmisinin Havana limanına rəsmi səfəri olacaq. Gəmilərin heç biri nüvə silahı daşımır, ona görə də onların ölkəmizdə qalması region üçün təhlükə yaratmır." Söhbət "Admiral Qorşkov" freqatından, "Kazan" atom sualtı qayığı, "Akademik Paşin" tankeri və "Nikolay Çiker" xilasedici yedək gəmisindən gedir. #Avrasiya @turan_ekspressi
350Loading...
14
🇹🇯🇧🇾 Tacikistan Belarusla aqrar sahədə əməkdaşlığı genişləndirir Minskdə iki ölkənin ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 17-ci iclası keçirilib. İclasda Tacikistan və Belarus Kənd təsərrüfatı nazirləri iştirak ediblər. Tərəflər, xüsusilə kənd təsərrüfatı sektoru, sənaye, əczaçılıq, elm və təhsildə ticarət və investisiya əlaqələrinin mövcud vəziyyətini və perspektivlərini qiymətləndiriblər.Xüsusilə Düşənbə və Minsk kənd təsərrüfatı sektorunda kadr hazırlığını müzakirə ediblər. #Avrasiya @turan_ekspressi
380Loading...
15
Fransa Prezidenti Emmanuel Makron ölkəsinin hərbi yardım çərçivəsində Ukraynaya “Miraj 2000” döyüş təyyarələri verəcəyini açıqlayıb. #Avrasiya @turan_ekspressi
370Loading...
16
ABŞ “xarici təsir” qanununun qəbul edilməsi ilə əlaqədar Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının üzvlərinə, Gürcüstan parlamentinin deputatlarına, həmçinin aksiyaların dağıdılmasında iştirak edən polis zabitlərinə sanksiya tətbiq edib. #Avrasiya @turan_ekspressi
330Loading...
17
🇬🇪 Fransada yaxşı olan, Gürcüstanda pisdir, baş nazir şikayət edib Gürcüstan hakimiyyətinə məntiqsiz şeylərdən danışırlar. Belə çıxır ki, Fransa xarici müdaxiləyə qarşı qanun qəbul edə bilər, Gürcüstan isə xarici maliyyənin şəffaflığı haqqında qanun qəbul edə bilməz. Bunu respublikanın Baş naziri İrakli Kobaxidze deyib. Fransa parlamenti bu yaxınlarda xarici müdaxiləyə qarşı Milli təsir reyestrinin yaradılmasını və maliyyə aktivlərinin dondurulması prosedurunu nəzərdə tutan qanunu təsdiqləyib. Qanun 1 iyul 2025-ci ildə qüvvəyə minəcək. Eyni zamanda, Qərb Gürcüstanı "xarici təsirin şəffaflığı haqqında qanun"qəbul edildikdən sonra demokratik normalardan uzaqlaşmaqda günahlandırır. "Bizə deyirlər: Fransada yaxşı olan Gürcüstanda pisdir. Amerikada yaxşı olan Gürcüstanda pisdir", - Kobaxidze qeyd edib. #Avrasiya @turan_ekspressi
380Loading...
18
🇷🇺🇮🇱🇵🇸 Vladimir Putin: İsrail Qəzza zolağı ilə müharibə aparmır, mülki əhalinin tamamilə məhv edilməsini həyata keçirir ☝️Unutmayaq ki, sionistlərin ABŞ-ın və onların Avropa peyklərinin təmsil etdiyi kollektiv Qərbin dəstəyi olmasaydı, fələstinlilərin soyqırımı mümkün olmazdı. #Avrasiya @turan_ekspressi
340Loading...
19
🇦🇲Ermənistanın Abovyan şəhərində yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Yanğın nəticəsində 5 nəfər xəstəxanaya yerləşdirilib. #Avrasiya @turan_ekspressi
350Loading...
20
🇷🇺🇹🇷 RİA Novosti'yə Türkiyənin "Vətən" Partiyasının lideri Doğu Perincek bildirib ki, Türkiyə hökuməti Rusiya ilə bank köçürmələri problemi ilə bağlı qətiyyətsizlik göstərir, bu qəbuledilməzdir "Bu, ilk növbədə Türkiyənin problemidir. Axı söhbət Qərbin sanksiyaları səbəbindən Rusiyadan Türkiyə xəzinəsinə girə bilməyən Türkiyənin pullarından gedir. Türkiyədəki iqtisadi böhrandan çıxış yolu Rusiya ilə əməkdaşlıqda, Türkiyədə enerji, ticarət mərkəzi yaratmaq planlarının həyata keçirilməsi üçün mümkündür. Burada məqsəd Rusiya deyil, Türkiyədir. Bu, Türkiyənin gəlirlərinə mane olmaq, Türkiyənin yoxsulluğa aparmasıdır. Türkiyə hökumətinin Rusiya ilə bank problemlərinin həlli ilə bağlı qətiyyətsizliyi, narazılığı qəbuledilməzdir. Ümumi bankın yaradılması və milli valyutalarda ticarətin yaradılması ilə bağlı qərarlar lazımdır", - Perincek bildirib. 🤔Türkiyə burada BRİKS-ə qoşulmaqla bağlı söz açıb.. Bəs bu, Rusiyaya qarşı sanksiyalar və ödəmələrin həyata keçirilməsinin mümkünsüzlüyü ilə necə bağlıdır? Yoxsa bütün bunlar Qərbin fırıldağı və şantajıdır: pul verməsəniz--BRİKS-ə girərik? https://ria.ru/20240606/turtsiya-1950877045.html?in=l #Avrasiya @turan_ekspressi
460Loading...
21
Sabahınız xeyir ❤️ #Avrasiya @turan_ekspressi
430Loading...
22
⚡️Finlandiyada NATO qüvvələrinin daimi mövcudluğu tələb olunmur. Bunu Helsinkidə keçirilən mətbuat konfransında ölkə prezidenti Aleksandr Stubb bildirib. Stubb qeyd edib ki, NATO-nun əhəmiyyətli iştirakı olmasa belə, Finlandiya hərbi cəhətdən “çox yaxşı təmin olunub”. Prezident əlavə edib ki, silahlı münaqişə baş verərsə, ölkədə 280 min ehtiyatda olan əsgər və ümumilikdə yaxşı müdafiə qabiliyyəti var. O vurğulayıb ki, ölkədə NATO və ya ABŞ qüvvələrinin bütün briqadalarını yerləşdirmək planları yoxdur: “Biz belə bir şey etməyəcəyik, lakin NATO-nun Finlandiya ərazisindəki təlimlərini alqışlayırıq". #Avrasiya @turan_ekspressi
710Loading...
23
⚡️Rusiya və Azərbaycan “3+3” regional platformasının fəal, faydalı və təşəbbüskar iştirakçılarıdır-- Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin O qeyd edib ki, məhz bu format regiona daha çox ehtiyac duyulan sabitlik və təhlükəsizliyin gətirilməsini vəd edir: “3+3” regional platformasında Azərbaycan, Ermənistan, Rusiya, İran, Türkiyə iştirak edir. Gürcüstana isə qarşılıqlı fəaliyyət üçün qapı həmişə açıqdır”. #Avrasiya @turan_ekspressi
690Loading...
24
İran Xəzər sahillərindəki çimərliklərə 7 min polis göndərib İran hakimiyyəti Xəzər dənizi sahillərində çimərliklərdə hicaba nəzarət etmək məqsədi ilə bölgəyə 7 min polis əməkdaşı ezam edib. Bunu İran polisi komandanının müavini Kasem Rezai bildirib. O, xəbərdarlıq edərək vurğulayıb ki, çimərliklərdə baş verə biləcək istənilən qayda pozuntusuna qarşı qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbirlər görüləcək. #Avrasiya @turan_ekspressi
621Loading...
25
Putin: İran qüdrətli ölkədir və heç kim Qərbin köləsi və bayrağı altında olmamalıdır. İran agentlik qarşısında götürdüyü öhdəliklərə əməl edib. İran Beynəlxalq Atom Enerjisi Agentliyi qarşısında götürdüyü öhdəliklərə tam əməl edir və onları pozmayıb. Biz İranda prezident seçkilərini gözləyirik. Ümid edirəm ki, yeni prezidentlə beynəlxalq tədbirlərin keçirildiyi məkanda, Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS-də görüşəcəyəm. Amerikalılar öz baxışlarına yenidən baxmalıdırlar, dünya bu ölkənin əməkdaşlığı əsasında formalaşır, biz Rusiya, Çin, İran və digər ölkələrin əməkdaşlığının şahidi oluruq. İran və Rusiya iqtisadi sahədə inkişaf edən iki ölkədir və Avropa siyasətçilərini narahat edən də budur. #AvrasiyaHərəkatı @Turan_ekspressi
570Loading...
26
Dünyaca məşhur televiziya həkimi Maykl Mosli Yunanıstanın Simi adasında istirahət edərkən itkin düşüb. Yunan polisinin yerli KİV-ə verdiyi məlumata əsasən, Maykl Mosli həyat yoldaşını çimərlikdə qoyduqdan sonra adanın mərkəzinə gəzintiyə çıxıb. Daha sonra onunla əlaqə kəsilib. Onun telefonu həyat yoldaşı ilə istirahət etdiyi məkandan tapılıb. Qeyd edək ki, Maykl Mosli BBC-nin məşhur “Mənə güvən, mən həkiməm” serialı və “The One Show” telelayihəsi ilə populyarlıq qazanıb. #Avrasiya @turan_ekspressi
550Loading...
27
Avropa İttifaqı “xarici təsir” qanunun qəbul edilməsinə cavab olaraq Gürcüstanla vizasız rejimin ləğvini nəzərdən keçirəcək. Bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski bildirib. #Avrasiya @turan_ekspressi
561Loading...
28
❗️🚀👨🏻‍🚀 Moskva və Bakı Azərbaycanda Yuri Qaqarinin abidəsinin yaradılması layihəsini hazırlayır. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən Rusiya-Azərbaycan sessiyasında deyib. Onun sözlərinə görə, iki ölkə arasında güclü mədəni əlaqələr mövcuddur. #Avrasiya @turan_ekspressi
500Loading...
29
🇷🇺🇨🇳🇮🇷🇺🇸 Rusiya, Çin və İran Qərb ölkələrinin Tehranla nüvə sazişinin bərpa edilməsinin zəruriliyi barədə birgə bəyanat yayıblar. Onlar ABŞ-ın 2018-ci ildə qanunsuz və birtərəfli qaydada 2015-ci ildən bəri qüvvədə olan müqavilədən çıxdığını bildiriblər. 🤔 Moskva, Pekin və Tehranın mövqeyi tamamilə anlaşılmazdır və birmənalı olaraq İran xalqının rifahına töhfə verməyəcəkdir. İranın Qərblə nüvə razılaşması-- ABŞ-ın İrana daxil olmaq, onu içəridən parçalamaq və gələcəkdə rəngli inqilab və İslam Respublikasının hazırkı rejiminin devrilməsini təşkil etmək imkanının kəşfidir. Vəziyyəti həmişə İranla nüvə sazişinin təşəbbüskarı olmuş və Trampın prezidentliyi dövründə onu qorumağa müvəffəq olmayan Amerika demokratları belə görürlər.  Tehran üçün ABŞ-ın nüvə sazişindən çıxması Qərb fondlarının, siyasi strateqlərin və strateqlərin ölkəyə girişinin bütün kanallarının bağlanması, Qərblə münasibətlərin pozulması və "vətəndaş cəmiyyəti" nin yaradılması sahəsində hər hansı humanitar, sosial, ideoloji əməkdaşlığın dayandırılması, "insan hüquqları" nın tətbiq edilməsi (bu konsepsiyanın sırf Qərb mənasında) və nəticədə İran cəmiyyətinin içəridən parçalanması demək idi. ❗️İndi ABŞ-da seçkilər ərəfəsində nüvə sazişinin bərpası Trampa gözlənilən zərbə, səsvermədən əvvəl mövqelərinin qəsdən zəifləməsidir. Pekin, Tehran və Moskvaya bu nə üçün lazımdır? ❓Rusiya və Çinin İranı nüvə çətiri ilə örtməsi və bununla da İranın öz atom bombasının hazırlanmasına lazımsız xərclər sərf etməsinin qarşısını almaq daha asan deyilmi? #Avrasiya @turan_ekspressi
480Loading...
30
🇨🇳🇺🇿🇰🇬 Çin, Özbəkistan və Qırğızıstan dəmir yolunun tikintisinə dair saziş imzalayıblar Pekində "Çin – Qırğızıstan – Özbəkistan" dəmir yolu layihəsinin birgə təbliğində hökumətlərarası əməkdaşlıq sazişinin imzalanması mərasimi keçirilib. Sənəd.dəmir yolu magistralının maliyyələşdirilməsi, tikintisi, istismarı və istismarının əsas prinsiplərini və mexanizmlərini müəyyənləşdirir. #Avrasiya @turan_ekspressi
470Loading...
31
🇦🇿🇷🇺Moskva və Bakı Rusiyanın Azərbaycanda Baş konsulluqlarının yaradılmasını müzakirə edir. Bunu Peterburq beynəlxalq forumu çərçivəsində keçirilən Rusiya-Azərbaycan sessiyasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. Qeyd edək ki, Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin bir müddət öncə ölkəsinin Azərbaycanın Xankəndi şəhərində konsulluq açmaq niyyətində olduğunu açıqlayıb. #Avrasiya @turan_ekspressi
510Loading...
32
Polşa əsgəri Belarus sərhədindən qeyri-qanuni mühacirlərdən birinin ona atdığı nizə ilə ölümcül yaralanıb. #AvrasiyaHərəkatı @Turan_ekspressi
531Loading...
33
Dünən Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq, Ukraynaya silah tədarük edən ölkələrlə müharibə vəziyyətində olan ölkələrə Rusiya silahlarının göndərilməsinə icazə verdi. Beləliklə, yaxın vaxtlarda Rusiyanın gəmi əleyhinə raketlərini, torpedolarını və yaxud digər ballistik raketlərini Husilərin istifadəsində gördüyünüzdə təəccüb etməyin. Bir də eşidəcəksiniz ki, Husilər Londona raket zərbələri endirib. #AvrasiyaHərəkatı @Turan_ekspressi
581Loading...
34
Bayden Makronla görüşdükdən sonra heç kimin görmədiyi "gözəgörünməz" stulda oturub. 🤦‍♂Və bu şəxsin əlində 5500-dən çox nüvə bombasının düyməsi var. #AvrasiyaHərəkatı @Turan_ekspressi
580Loading...
35
❗️Rusiyanın NATO-ya hücum etmək istədiyi barədə bəyanatlar cəfəngiyyatdır. Bunu Rusiya Prezidenti Vladimir Putin Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda çıxışında deyib. “Məsələn, Rusiyanın NATO-ya hücum etmək istədiyini düşünürdülər. Dəlisiniz? Bunu kim fikirləşib? Bu, cəfəngiyyatdır”, - Putin bildirib. #Avrasiya @turan_ekspressi
590Loading...
36
İngilis təhlükəsizlik xidməti olan MI-5 təşkilatının keçmiş zabiti Enn Maçon, 1994-cü ildə İsrailin Londondakı öz səfirliyini necə partlatması və günahı fələstinlilər və "İslami terrorçuları"nın üzərinə neçə atdığı barəsində danışır. #AvrasiyaHərəkatı @Turan_ekspressi
621Loading...
37
🚫#Son_dəqiqə🚫 ☄️KİV: Daşkəsəndə qazi özünü yandırdıb... #AvrasiyaHərəkatı @Turan_ekspressi
690Loading...
38
🇺🇦🇷🇺‼️Ukrayna Baş Kəşfiyyat İdarəsi “sülh konfransı” zamanı Krım körpüsünə kütləvi zərbələr hazırlayır. Dünən Sırskinin qərargahında Xarkov vilayətində və DXR-də əks-hücumun mümkünsüzlüyünü bildirilib. Krım körpüsünü vurmaq üçün olduqca ciddi hazırlıqlar gedir. İyunun 10-11-də Fransa və ABŞ-dan hərbi ekspertlər öz ölkələrində istehsal olunan raketlər üçün uçuş missiyasını quraşdırmaq və uyğunlaşdırmaq üçün Kişinyova, daha sonra isə Ukraynaya gələcəklər. Rivne və Kiyev vilayətlərində səkkiz SU-24 təyyarəsi, həmçinin Himars OTRK bazasında 4 buraxılış qurğusu hazırlanır. Sülh sammitində Zelenskiyə gözəl şəkillər və xəbər lentləri lazımdır. #AvrasiyaHərəkatı @Turan_ekspressi
630Loading...
39
⚡️Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı keçirdiyi mətbuat konfransında bildirib ki, Qərbin Ukrayna Prezidenti Vladimir Zelenskinin yerinə bir neçə namizədi var. “Düşünürəm ki, Zelenskiyə daha bir il ölkə başçısı kimi tab gətirəcəklər. 2025-ci ilin yazına qədər dözüb, sonra ona əl qoyacaqlar”. Putin qeyd edib ki, ABŞ Ukrayna rəhbərliyini səfərbərlik yaşını aşağı salmağa, sonra isə Zelenskidən “qurtulmağa” məcbur edəcək. #Avrasiya @turan_ekspressi
650Loading...
🇷🇺❗️Rusiya XİN: ABŞ Kiyevin Rusiya Federasiyası ərazisini Amerika silahları ilə vurmasına icazə verdiyinə görə məsuliyyətdən yayına bilməyəcək #Avrasiya @turan_ekspressi
نمایش همه...
ABŞ bumeranq faktoru qarşısında. Hazırda dünyanın müxtəlif hissələrində gedən hərbi münaqişələrin müqayisəli təhlili göstərir ki, SSRİ-nin süqutundan istifadə edərək bir qütblü dünya nizamının qurulmasına nail olan ABŞ bu sistemin axrını gətirə biləcək proseslərin qarşısını almağa səy göstərir, zira Ağ evin Ukraynada alovlandırmış olduğu müharibənin perspektiv sonluğu, Yaxın Şərqdə dərinləşməkdə olan böhran, Cənub-Şərqi Asiyada Tayvan faktoru ilə Çin ətrafinda gərginliyin saxlanılması cəhdlərinin səmərəsizliyi ABŞ-ın yaratdığı nizamın domino sistemi kimi çökəcəyindən xəbər verir. İmperialist maraqlarına dəyə biləcək ziyan isə, ABŞ-ı daha da quzğunlaşdırır. Nəticə etibari ilə Ağ ev məsuliyyət hissini itirərək Ukrayna və Kollektiv Qərbə Rusiyanın ərazilərinin dərinliklərinə belə uzaq mənzilli silahlar vasitəsilə zərbələrin endirilməsi barədə qərar qəbul edib. Prezident Baydenin bu qərarına onun seçkilərdə rəqibi ola biləcək, sabiq prezident Tramp əsəbi şəkildə reaksiya verərərək bu qoca mrazmatikin dünyanı 3-cü cahan müharibəsinin girdabına sürüklədiyini bəyan edib və ABŞ seçicilərini Birləşmiş Ştatların və dünyanın gələcəyi naminə bu mrazmatiki durdurmağa çağırıb. Trampın seçicilərə olan bu çağırışında seçkilərdə Baydeni üstələməklə bağlı maraqların olmasına baxmayaraq, Baydenin məlum qərarının dünyanın təhlükəsizlik sistemini təhdid etməsi birmənalıdır. Baydenin kollektiv Qərbin liderlərinə məlum ismarıcından sonra nəzərlər əlbəttə Rusiya prezidenti V.Putinə yönəlmişdi, onun Rusiya Federasiyasının suverenliyini hədəfə alan çağırışlara cavabı yaxın perspektivdə Moskvanın hansı qərarlar verəcəyinə dair suallara aydınlığın gətirilməsi baxımından ciddi əhəmiyyət kəsb edirdi. Sankt-Peterburqda dünya iqtisadi forumunun toplantısı zamanı Putinin dünya informasiya agentliklərinin rəhbərlərinə bu suallarla bağlı verdiyi cavablar Qərbdə müharibə partiyasının tərəfdarları üçün soyuq duş təsiri bağışlayıb. Suallara təmkin və soyuqanlıqla cavab verən prezident Putin analoji vəziyyətin yaranacağı təqdirdə Rusiyanın hansı qərar qəbul edəcəyi ilə bağlı sualın cavabını Rusiyanın nüvə doktrinasına dair sənədin mətnində axtarmağı tövsiyə edib. Burada isə, Rusiyanın suverenlik və müstəqilliyinə təhlükənin yaranacağı təqdirdə Moskvanın vəziyyətdən çıxış edərək bütün zəruri addımları ata biləcəyi ilə bağlı məqamlar var. Prezident Putinin Rusiya öz təhlükəsizliyini təmin etmək üçün assosiativ addımlar atacaq deməklə Rusiyanın öz strateji silahlarını dost ölkələrin ərazisində yerləşdirmək və strateji silahlarla Rusiya üçün təhlükə təşkil edən qeyri dost ölkələrin ərazilərinin hədəfə alinacaqları ilə bağlı planlara malik olduğunu bildirib. Putin Rusiya strateji silahlarının hansı ölkələrdə yerləşdiriləcəyi ilə bağlı məsələlərə aydınlıq gətirməsə də, bu ölkələrin Latin Amerikası ölkələri Kuba, Venesuella və ya Braziliya olacaqları ehtimalları böyükdür. Zamanında sürətlə silahlanma, habelə beynəlxalq gərginliyin gücləndirilməsi istiqamətində kurs götürmüş ABŞ-ı dayanmaq və düşünmək üçün SSRİ belə bir üsluba əl atmışdı. SSRİ-nin Kubada orta və yaxın mənzilli raketlərini yerləşdirməsi, burnunun ucunda sovet raketlərini görən ABŞ-ın siyasi istibleşmenti və işguzar dairələrini qısa bir zamanda özlərinə gətirmiş, assosiativ addımlar isə, Kuba nüvə böhranını doğurmuşdu. Dünyanın ilk dəfə olaraq istilik nüvə müharibəsinin həddinə gətirilməsi onun sonrakı varlığını təhlükə qarşısında almışdı. Yalnız praqmatik mövqe, sağlam düşüncə, tərəflərin beynəlxalq qarşıdurmanın səngiməsi naminə atdıqları qarşılıqlı addimlar dünyanın başı uzərini almiş real təhlükənin sovuşmasına səbəb olmuşdur. Sovetlər Kubadan, ABŞ isə Turkiyədən strateji hücum silahlarını çıxarmaqla razılığa gəlməyə nail ola bildilər. Mütəxəssislər hazırkı nüvə silahlarının partlayış gücünün 1945-ci ildə amerikalıların Yaponiya şəhərləri üzərinə atdığı silahlarla müqayisədə 100 dəfə üstün olduqlarını bildirirlər. Təcavüzkarı sakitləşdirmək üçün zamanında belə qorxunc vasitəyə əl atmiş Amerika bumeranq faktoru ilə üzbəüz qalib. #geopolitika
نمایش همه...
00:46
Video unavailableShow in Telegram
Öldüyü iddia edilən terror lideri Fətullah Gülənin videosu paylaşıldı. #AvrasiyaHərəkatı @Turan_ekspressi
نمایش همه...
3.40 MB
🇺🇿🇹🇷⚡️ Özbəkistanın prezidenti Türkiyədə olub və mükafat alıb Şavkat Mirziyoyev Türkiyənin Dövlət ordeni ilə təltif edilib. Mükafatlandırma mərasimi Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Ankaradakı Prezident iqamətgahında baş tutub. #Avrasiya @turan_ekspressi
نمایش همه...
Photo unavailableShow in Telegram

00:23
Video unavailableShow in Telegram
🚨Ürəyi zəif olanlar baxmasın. ❗️Qatarla selfi çəkdirmək istəyərkən aldığı zərbədən yerindəcə öldü.
نمایش همه...
4.42 MB