cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

⚔History and Geography Channel 🌐🗺

Kanal 04.11.2020 tarixində yaradılıb. Kanalımızda tarix və coğrafiyaya aid paylaşımlar olur. 🌐 Tarix və Coğrafiya fənlərini sevən hər kəs dəvətlidir. Qarşılıqlı reklam üçün müraciət: @Geography_aNd_History Qurupumuz: @historyandgeographygroup

نمایش بیشتر
کشور مشخص نشده استزبان مشخص نشده استدسته بندی مشخص نشده است
پست‌های تبلیغاتی
149
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

⚜XRONOLOGİYA #QƏDİM ŞƏRQ ☑️E.ə. IV minilliyin sonu Qədim Misirdə vahid dövlətin yaranması; Qədim Misir yazısının meydana gəlməsi ☑️E.ə. III minilliyin əvvəlləri Mesopotamiyada mixi yazının meydana gəlməsi ☑️E.ə. III minilliyin birinci yarısı Mesopotamiyada Şumer şəhər-dövlətlərinin yaranması ☑️E.ə. III minillik Şumer şəhər-dövlətlərində zikkurat tipli məbədlərin tikilməsi ☑️B.e.ə III minillikdə Hindistanda qədim şəhərlərin meydana gəlməsi ☑️E.ə. II minillik Misir fironu III Tutmosun (e.ə. 1504-1450-ci illər) Suriya və Fələstinə yürüşü ☑️E.ə. 1296-cı il II Ramzesin (e.ə. 1301-1235-ci illər) Suriyaya birinci yürüşü ☑️E.ə. II minilliyin əvvəlləri Mesopotamiyada İsin, Mari, Babil şəhər-dövlətlərinin yaranması ☑️E.ə. 1792-1750-ci illər Hammurapinin hakimiyyəti dövrü ☑️E.ə. II minillik Çində ilk dövlətin meydana gəlməsi ☑️E.ə. II minillik Köçəri ari tayfalarının Hindistana yürüşü ☑️E.ə. II minilliyin sonu -I minilliyin əvvəli Aşşurda (Assuriyada) dəmir filizindən əmək alətlərinin hazırlanması ☑️E.ə. I minilliyin ortaları Çində müstəqil quldar dövlətlərin yaranması ☑️E.ə. I minillik Hindistanda dövlətlərin yaranması ☑️E.ə. VIII-VII əsrlər Aşşurun On Asiyanın ən qüdrətli dövlətinə çevrilməsi ☑️E.ə. VII əsrin birinci rübü Qara dənizin şimalında yaşayan iskit (skif) tayfalarının Ön Asiyaya böyük köçü ☑️E.ə.612-ci il Midiya və Babil tərəfindən Aşşur dövlətinin paytaxtı Ninevanır. dağıdılması ☑️E.ə. 605-ci il Aşşur dövlətinin süqutu ☑️E.ə. VII əsr Zərdüştiliyin meydana gəlməsi ☑️E.ə. 547-ci il Əhəmənilər tərəfindən Kiçik Asiyada Lidiyanm tutulması ☑️E.ə. 539-cu il Əhəməni dövlətinin Babil şəhərini tutması ☑️E-ə. 525-ci il Pelusiya döyüşü. Misirin Əhəmənilərə tabe edilməsi ☑️E.ə. VI-IV əsrlər Mərkəzi Asiyada vahə dövlətlərinin (Baktriya, Margiana, Xarəzm, Soqdiana və s.) yaranması ☑️E.ə. VI-V əsrlər Mərkəzi Asiyanın Əhəmənilərin hücumlarına məruz qalması ☑️E.ə. VI-V əsrlər Çində dəmirdən əmək alətləri və silahların hazırlanması ☑️E.ə. IV əsrin ortaları Don çayından Dunay çaymadək olan ərazidə İskit (Sak) dövlətinin yaranması ☑️E.ə. 339-cu və 331-ci illərdə Makedoniyalıların İskit dövlətinə hücumları ☑️E.ə. IV əsrin 30-cu illəri Mərkəzi Asiyanın Makedoniyalı İsgəndərin hücumuna məruz qalması ☑️E.ə. IV-III əsrlər Çin tarixində "vuruşan padşahlıqlar dövrü" ☑️E.ə. 221-ci il Sin padşahının bütün Qədim Çini vahid dövlətdə birləşdirməsi. Sin imperiyasının yaranması ☑️E.ə. 220-ci il Teoman Tanhu tərəfindən Böyük Hun imperiyasının yaradılması ☑️E.ə. 214-cü il Böyük Çin səddinin tikilişinə başlanması ☑️E.ə. III əsrin II yarısı Aşokanm bütün Hindistanı vahid dövlətdə birləşdirməsi ☑️E.ə. III əsrin sonu-bizim eranın III əsrinin əvvəlləri Çində Xan sülaləsinin hakimiyyət dövrü ☑️E.ə. II əsr İskitlərin Makedoniyalılar tərəfindən məğlubiyyətə uğradılması ☑️E.ə. II əsrin sonu Xan sülaləsi dövründə Böyük İpək yolunun salınması ☑️E.ə. II əsrin sonu - I əsrin əvvəli Sıma Tsyanm "Tarixi qeydlər" əsərinin yazılması ☑️E.ə. I əsr Hindistanda daşdan yonulmuş qədim darvazanın düzəldilməsi ☑️E.ə. 58-ci il Hoxanyəhin Hun imperatorluğunda tanhu seçilməsi. Böyük Hun imperiyasının iki hissəyə parçalanması ☑️E.ə. 36-cı il Çinlilərin qərbi hunlar üzərinə hücumu ☑️E.ə. 18-ci il Çinlilərin hakimiyyəti altında olan şərq hunlarının müstəqillik qazanması ☑️I əsrin əvvəlləri Çində «qırmızıqaşlılar» üsyanına başlanması ☑️184-cü il Çində "sarısarıqlılar" üsyanı .
نمایش همه...
Xronologiya 〽️ 552-ci il - Bumin xaqan Jujan dövlətini süquta uğratdı . I Göytürk dövlətinin əsasını qoydu 〽️ 553-cü il - Muğan xaqanın taxta çıxması 〽️ 572-ci il - Tapo xaqanın taxta çıxması 〽️ 588- ci il - I Göytürk imperatorluğunun iki hissəyə parçalanması 〽️ 630-cu il - Çin Göytürk dövlətini özündən asılı vəziyyətə saldı 〽️ 630-682- çox illər - Göytürklərin Çin əsarəti dövrü 〽️ 639-cu il - Çin əsarətinə qarşı Kür Şad üsyanının baş verməsi 〽️ 682-ci il - Qutluq bəyin Çin əsarətinə qarşı üsyan qaldırması 〽️ 682-ci il - II Göytürk imperatorluğunun yaranması 〽️ 716-cı il - Kül Tiginin qardaşı Bilgənin taxta çıxdı 〽️ 744-cü il - II Göytürk imperatorluğunun süqutu @history_and_geographyy
نمایش همه...
e.ə. 653-625-ci illər – Midiya skitlərin hakimiyyəti altında e.ə. 650-ci il – Aşşurbanipalın Manna qoşununu məğlub etməsi e.ə. 650-ci il – Ahşerinin sui-qəsd nəticəsində öldürülməsi e.ə. t. 650-630-cu illər – Manna hökmdarı Uallinin hakimiyyəti e.ə. 640-629-cu illər – Fars hakimi İkirim hakimiyyəti e.ə. 625-585-ci illər – Midiya hökmdarı Kiaksarın hakimiyyəti e.ə. 615-612-ci illər – Midiyanın Assuriya ilə müharibəsi e.ə. 585-ci il – Kiaksarın Lidiya ilə sülh müqaviləsinin bağlanması e.ə. 585-550-ci illər – Midiya hökmdarı Astiaqın hakimiyyəti e.ə. 584-558-ci illər – Fars hakimi I Kambizin hakimiyyəti e.ə. 558-530-cu illər – Fars hökmdarı II Kirin hakimiyyəti e.ə. 550-330-cu illər – Əhəmənilər sülaləsinin hakimiyyəti e.ə. 550-ci il – Midiyanın suquta uğraması e.ə. 530-cu il – II Kirin massaget tayfalarına qarşı yürüşü e.ə. 530-522-ci illər – Fars hökmdarı II Kambizin hakimiyyəti e.ə. 522-521-ci illər – Qaumata-Bardi və Əhməni dövlətində üsyanlar e.ə. 522-486-cı illər – Fars hökmdarı I Daranın hakimiyyəti e.ə. 486-465-ci illər – Fars hökmdarı Kserksin hakimiyyəti e.ə. 336-323-cü illər – Makedoniyalı İsgəndərin hakimiyyəti e.ə. 334-326-cı illər – Makedoniyalı İsgəndərin Şərq yürüşü e.ə. 333-cü il – Anadolu İsgəndərin hakimiyyəti altında e.ə. 331-ci il – Qavqamela (Cancal) düzənliyində döyüş e.ə. 330-cu il – Əhəməni dövlətinin süqutu e.ə. 327-ci il – Baktriya və Soqdanın İskəndər tərəfindən tutulması e.ə. 327-ci il – İskəndərin Hindistana yürüşü e.ə. 323-cü il – Adərbayqan (Atropatena) dövlətinin yaranması e.ə. 321-281-ci illər – Sələvkilər sülaləsinin hakimiyyəti e.ə. 223-187-ci illər – Sələvki II Antioxun hakimiyyəti e.ə. 222-220-ci illər – Midiya satrapı Molonun Sələvkilərə qarşı üsyanı e.ə. 220-ci il – Azərbaycanın sələvkilərdən asılılığı e.ə. 209-205-ci illər – III Antioxun Şərq yürüşü e.ə. II əsr – Albaniyada Aranilər sülaləsinin hakimiyyətə gəlməsi e.ə. 189-160-cı illər – Ərməniyə hökmdarı I Artaşesin hakimiyyəti e.ə. 175-163-cü illər – Sələvki hökmdarı IV Antioxun hakimiyyəti e.ə. 171-139-cu illər – Parfiya hökmdarı I Mitridatın hakimiyyəti e.ə. 148-147-ci illər – I Mitridatın Midiyanı zəbt etməsi e.ə. 95-55-ci illər – Ərməniyə hökmdarı I Tiqranın hakimiyyəti e.ə. 74-64-cü illər – Romanın VI Mitridatla müharibəsi e.ə. 71-ci il – Lukulun yürüşü e.ə. 67-ci il – I Tiqranın Kappadokiyanı tutması @history_and_geographyy
نمایش همه...
📌e.ə. 63-cü il – VI Mitridatın sonu 📌e.ə. 56-34-cü illər – Ərməniyə hökmdarı II Tiqranın hakimiyyəti 📌e.ə. 37-e. 3-cü illəri – Parfiya şahı IV Fraatın hakimiyyəti 📌e.ə. 36-cı il – Antoninin Parfiyaya yürüşü 📌e.ə. 31-ci il – Antoninin Oktavian ilə Aksi yanında döyüşü 📌e. I-II əsrlər – Xristianlığın meydana gəlməsi I-III əsrlər – Roma-Parfiya münaqişələri 📌63-cü il – Romanın Parfiya ilə sülh müqaviləsi 📌68-ci il – Neronun albanlarla qarşı yürüşə hazırlaşması 📌81-96-cı illər – Roma imperatoru Domisianın hakimiyyəti 📌96-117-ci illər – Roma imperatoru Trayanın hakimiyyəti 📌114-cü il – Trayan tərəfindən Ərməniyənin tutulması 📌115-ci il – Ərməniyənin Roma vilayətinə çevrilməsi Azərbaycan ilkin feodalizm dövründə 📌III – V əsrlər – Azərbaycanda feodalizmə xas olan iqtisadi münasibətlərin bərqərar olması 📌III – VII əsrlər – Sasanilər sülaləsinin hakimiyyəti @history_and_geographyy
نمایش همه...
📌 *Manna hökmdarları* 📝 Mannanın ən qüdrətli hökmdarı Iranzu olmuşdur: ✒️İranzu: Mərkəzləşmə siyasəti aparırdı; Urartunun işğal etdiyi Manna torpaqlarını geri qaytardı; Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etdi; Ölkədə canişinlik sistemi yaratdı; Assuriya ilə müttəfiqlik əlaqələri qurdu Şuandahul və Durdukka şəhərlərinin əhalisinin üsyanını Assuriyanın köməyi ilə yatırdı (e.ə. 719-cu il);Mannanın şimal sərhədlərini Araz çayına qədər genişlən-dirdi; Mana dövlətini Urmiya gölü hövzəsində qüdrətli dövlətə çevirdi; İzirtu şəhəri Mannanın paytaxtına çevirdi ✒️Azanın dövrü (e.ə. 718 — e.ə. 716)- Azanın hakimiyyəti illərində Mannada daxili çəkişmələr gücləndi. Urartu dövlətindən dəstək alan qüvvələr e.ə. 716-cı ildə Azanı öldürdülər. ✒️Hakimiyyətə Ullusunu (e.ə. 716 — e.ə. 680) gəldi və Urartu ilə ittifaqa girdi. Bundan qəzəblənən Assuriya hökmdarı II Sarqon e. ə. 716-cı ildə Mannaya hücum edərək Ullusununu özünə tabe etdi. E. ə. 715-ci ildə II Sarqon tərəfindən qiyamçı Dayaukku və I Rusa məğlub edildi. Bu qələbədən istifadə edən Manna Urartu tərəfindən işğal edilmiş torpaqlarını geri qaytardı. II Sarqon e. ə. 714-cü ildə Manna, Midiya və başqa ərazilərə yürüşə çıxdı. Yürüşün əsas məqsədləri: Mannanı tamamilə Urartu təcavüzündən xilas etmək;Mannada Assuriyanın mövqeyini gücləndirmək;Mannadan Assuriya xəzinəsinə göndərilən xəracın vaxtlı — vaxtında gəlməsini təmin etmək. ✒️Ahşerinin dövrü (e. ə. 675 — e. ə. 650)- Müstəqil xarici siyasət yeridən Ahşerinin Assuriya ilə müttəfiqlik əlaqələri pozuldu. Bundan qəzəblənən Aşşurbanipal Mannaya hücum edərək əhalinin var-dövlətini talan etdi və Izirtu şəhərini dağıtdı. Qəzəblənən əhali qiyam qaldıraraq Ahşerini öldürdülər. ✒️Ualli (e.ə. 650 — e.ə. 630) Assuriya ilə ittifaqı yenidən bərpa etdi. Uallidən sonra hakimiyyətə gələn hökmdarlar da Assuriya ilə ittifaqa sadiq qaldılar. E.ə. 616-cı ildə Assuriya Midiya və Yeni Babilistan tərəfindən hücuma məruz qaldığı zaman Manna Assuriya ilə müttəfiqlik əlaqəsinə sadiq qaldı. Assuriyanın varlığına son qoyulmasından sonra Manna da öz müstəqiliyini qoruyub saxlaya bilmədi və e.ə. 590-cı ildə Midiyaya birləşdirildi. 📝Dövlət idarəçiliyi-Manna dövlətini qeyri-məhdud hakimiyyətə malik olan hökmdar idarə edirdi. Manna mərkəzləşmiş quldar dövlət idi və ölkənin vilayətləri canişinlər tərəfindən idarə olunurdu. Mannada dövlətin idarə olunmasında “ağsaqqallar şurası” da mühüm yer tuturdu. Lakin “ağsaqqallar şurası” hökmdardan asılı idi. Manna mədəniyyətinə aiddir: 📝Həsənlidə tapılmış “qızıl cam” (camın üzərində günəş, ay və külək-yağış allahları təsvir edilmişdi);Ziviyədə tapılan və üzərində heroqlif yazılar olan gümüş sini;Qrifonlar (qrifon-şir bədənli, qartal qanadlı şir və ya qartal başlı əfsanəvi heyvan);Sfinks (sfinks — şir bədənli, insan başlı əfsanəvi varlıq);Heroqlif yazılardan istifadə;Ritonlar (gümüş qədəh);Yazılı abidə (II Sarqonun şərəfinə qoyulmuş).
نمایش همه...
🌎Dunyanin siyasi xəritəsinin formalasmasi🌎 🌐Qədim dovr-Avropa və Sərq sivilizasiyasinin ilk quldar dovləri yaranmisdir:Qədim Misir,Qədim Yunanistan və.s. 🌐Orta əsrlər dovru-5-15ci əsrlər feodal dovlətlər;Kiyev Rus dovləti,Bizans Osmanli imperiyasi və s 🌐Yeni dovr-BCK.dan XX əsrin əvvəllərinə kimi davam etmisdir.Bu dovrdə Avropa sivilizasiyasi dovlətləri Dəniz səyahətləri nəticəsində oz ərazilərini genisləndirmiər və coxlu mustəmləkələrə sahib olmuslar 🌐Ən yeni dovr-1ci dunya muharibəsinin sonundan baslamis indi də davam edir 4mərhələyə ayrilir❗️❗️❗️ ❗️XXəsrin 40ci illərinə kimi-Avropanin siyasi xəritəsində xeyli dəyisikliklər bas verdi ❗️XX əsrin 40 50-60ci illərə kimi-2ciDM,sosializm sisteminin yaranmasi,Almaniyanin bolunməsi ❗️XXəsrin 60-80ci illəri-Mustəmləkə sistemi dagildi Asiya və Afrikanin əksər olkələri mustəqillik əldə etdi.SSRİ ve Qərb olkələri arasinda "soyuq muharibə "siyasəti ❗️XX əsrin 90ci illərindən indiki dovrə kimi @history_and_geographyy
نمایش همه...
🌎Dunyanin əsas qaynar noqtələri🔥🔥 🚫Cənub Qərbi Asiyada -Kurd problemi (Suriya İraq -Turkiyə),Simali Kipr Turk Respublikasi,İsrail-Fələstin munaqisəsi,Abxaziya,Cənubi Osetiya(Gurcustan)Qarabag(Azərbaycan) 🚫Cənubi Asiyada-Tamil İlama(Sri Lanka)Azad Kəsmir (Hindistan-Pakistan) 🚫Sərqi Asiyada-Tayvan,Tibet(Cin) 🚫Avropada-Ukrayna-Rusiya(Krim bolgəsi)Simali İrlandiya(Olster)Basklar olkəsi(İspaniya)Dnestrboyu(Moldova) 🚫Afrikada -Boyuk Səhra Demokratik Respublikasi(Qərbi Boyuk Səhra)
نمایش همه...
-----Relyef----- Relyef – (fr. Relief) Yer səthindəki girinti–çıxıntıların cəminə deylir. Relyefin səciyyəsi onun genezisinin (tektonik, suffozion, buzlaq-akkumulyativ, buzlaq-erozion, eol formaları və s.) və formalarının (geomorfologiyasının) öyrənilməsinə əsaslanır. Relyefin torpaqəmələgətirən amil kimi öyrənilməsinə bir çox torpaqşünasların – V.V.Dokuçayev, N.M.Sibirtsev, Q.N.Vısotskiy, S.A.Zaxarov, S.S.Nestruyev, B.B.Polınov, V.R.Vilyams, İ.P.Gerasimov və başqalarının əsərləri həsr olunmuşdur. GEOMORFOLOJI TERMIN RELYEF- (rus. рельеф, ing. relief, topography) /lat.relevo, fr. relief- qaldırıram/- görünüşünə, ölçülərinə, mənşəyinə, yaşına və inkişaf tarixinə görə fərqlənən, yer səthinin nahamarlıqlarının /forma­la­rının /məcmusu. R. yüksəklikləri əmələ gətirən müsbət və çökəkləri ifadə edən mənfi for­ma­lardan təşkil olunmuşdur. Miq­yasına görə pla­netar, meqa, makro, mezo, mikro və nano formalara ayrılır. R. endogen və ekzogen qüv­vələrin yer səthinə birgə təsiri altın­da for­malaşır. Relyef Formalaş­masında bila­vasitə ağırlıq qüvvə­sinin do­ğur­duğu qravitasiya prosesləri mü­hüm rol oynayır. Relyef Geomorfo­lo­giya elmi öyrənir. RELYEFIN ƏSAS FORMALARI Relyefin 6 qrup formasını fərqləndirirlər:planetar.meqa. makrorelyef, mezorelyef.nano və mikrorelyef. Makrorelyef dedikdə böyük ərazilərin ümumi görkəmini müəyyən edən relyefin ən iri formaları başa düşülür: düzənliklər, yaylalar, dağ sistemləri. Makrorelyefin yaranması əsasən yer qabığında baş verən tektonik proseslərlə əlaqədardır. MEZORELYEF Mezorelyef – relyefin orta ölçülü formalarıdır: dağətəyi, təpə, dərə, vadi, terras və onun elementləri – hamar sahələr, müxtəlif meylli yamaclar və s. Mezorelyefin yaranması əsasən ekzogen geoloji proseslər (denudasiya prosesləri, kontinental çöküntülərin yaranması və s.), o cümlədən qurunun ayrı-ayrı sahələrinin tədrici qalxması və enməsi ilə bağlıdır. Mikrorelyef adı altında relyefin kiçik formaları başa düşülür. Bu relyef formalarının sahəsi bir neçə kvadrat desimetrdən bir neçə yüz kvadrat metrə qədər, nisbi hündürlüyü isə bir metr arasındadır. Mikrorelyef formalarına düzən sahələrdə çökmə, donuşluq deformasiyası və başqa səbəblərdən əmələ gəlmiş təpəciklər, çökəkliklər aid edilir. Yamaclarda mikrorelyef formaları torpaq-qrunt kütləsinin sürüşməsi və ya torpaq-eroziya prosesləri səbəbindən yaranır. Torpağın formalaşmasında və torpaq örtüyünün inkişafında relyefin əhəmiyyəti böyükdür. Relyef yamacların baxarlığından və meylliyindən asılı olaraq günəş radiasiyasının və yağıntıların paylanmasının əsas amili kimi çıxış edir və torpağın su, istilik, qida, oksidləşmə-reduksiya və duz rejimlərinə təsir göstərir. Dağlarda yüksəklikdən asılı olaraq temperaturun aşağı düşməsi və nəmliyin dəyişməsi səbəbindən iqlim, bitki və torpaqların şaquli zonallığı yaranır. Hava kütlələri dağlara yaxınlaşarkən tədricən yuxarı qalxır, soyuyur 56 və yağıntıların düşməsinə səbəb olur. Dağları aşan həmin hava kütlələri aşağı enərək tədricən qızır və quru hala keçir. MEZO Mezo – və mikrorelyefin elementləri və xüsusən də müxtəlif meylliyə malik yamaclar ilk növbədə yer səthində yağıntıların paylanmasında iştirak edir və səthdə axan su ilə torpağa hopan suyun nisbətini tənzimləyir. Müxtəlif meylliklərin və yamacların səthi eyni miqdarda günəş radiasiyası almır. Bu da temperatur və su rejimində öz əksini tapır. Nəmlikdə olan fərqlər torpağın qida, oksidləşmə-reduksiya və duz rejimlərinə də öz təsirini göstərir. Bütün bunlar müxtəlif bitkilərin məskən salmasına və inkişafına, üzvi maddələrin sintez və parçalanmasındakı fərqlərə, torpaq minerallarının çevrilməsinə və nəhayət son nəticədə relyefin müxtəlif şəraitlərində müxtəlif torpaqların formalaşmasına gətirib çıxarır. Hazırda relyefdə mövqeyinə və relyefin təsiri altında yağıntıların paylanmasına görə rütubətlənmə sırası adlanan aşağıdakı qrup torpaqları ayırırlar: Avtomorf torpaqlar – səth sularının sərbəst axdığı və qrunt sularının dərində yerləşdiyi ( 6 m- dən dərin) hamar səthdə və yamaclarda formalaşır. @history_and_geographyy
نمایش همه...
.-----Coğrafiya----- Dünya xəritəsində yaşıl rəngdə təsvir edilənlər dənizə çıxışı olmayan dövlətlərdir. Özbəkistan və Lixtenşteyn isə dünyada dünya okeanına bir başa çıxışı olmayan ölkələrlə sərhəd olan nadir dövlətlərdəndir.Dənizə çıxışı olmayan dövlətlər — coğrafi vəziyyətinə görə dünya okeanına birbaşa çıxışı olmayan ölkəl ər qrupu. Dünyada hazırda 44 belə dövlət vardır. Onlardan 16-sı Afrikada, 14-ü Avropada, 12-si Asiyada, 2-si Cənubi Amerikada yerləşir. Dənizə çıxışı olmayan Özbəkistan və Lixtenşteyn dənizə çıxışı olmayan ölkələrlə əhatə olunublar. Azərbaycanın isə okeanlara çıxışı var,amma dünya okeanlarına birbaşa çıxışı yoxdur. DÜNYA OKEANINA ÇIXIŞI OLMAYAN DÖVLƏTLƏRIN SIYAHISI ASIYA 1. Azərbaycan 2. Ermənistan 3. Əfqanıstan 4. Butan 5. Qazaxıstan 6. Qırğızıstan 7. Laos 8. Monqolustan 9. Nepal 10. Tacikistan 11. Türkmənistan 12. Özbəkistan Bu dövlətlərin birbaşa okeana çıxışı yoxdur. AFRIKA 1. Botsvana 2. Burkina Faso 3. Burundi 4. Zambiya 5. Zimbabve 6. Lesoto 7. Malavi 8. Mali 9. Niger 10. ruanda 11. Esvatini 12. Uqanda 13. Mərkəzi Afrika Respublikası 14. Çad 15. Efiopiya 16. Cənubi Sudan AVROPA 1. Avstriya 2. Andorra 3. Belarus 4. Vatikan 5. Macarıstan 6. Kosovo — qismən tanınan ölkə 7. Lixtenşteyn 8. Lüksemburq 9. Makedoniya Respublikası 10. Moldova 11. San-Marino 12. Serbiya 13. Slovakiya 14. Çexiya 15. İsveçrə CƏNUBI AMERIKA 1. Boliviya 2. Paraqvay @history_and_geographyy
نمایش همه...
🏝️Yarımadalar və yerləşdiyi ölkələr🗺️ 🏝️Abşeron→(Azərbaycan🇦🇿) 🏝️Çukot, Kamçatka, Taymır, Yamal, Kola→(Rusiya🇷🇺) 🏝️Arnhem-lend, Keyp York→(Avstraliya🇦🇺) 🏝️Yukatan, Kaliforniya→(Meksika🇲🇽) 🏝️Bretan→ (Fransa🇫🇷) 🏝️Florida, Alyaska→(ABŞ🇺🇸) 🏝️Labrador→(Kanada🇨🇦) 🏝️Somali→(Somali🇸🇴) 🏝️Malakka→(Malayziya🇲🇾) 🏝️Hindistan→(Hindistan🇮🇳) 🏝️Krım→(Ukrayna🇺🇦) 🏝️Kiçik Asiya→(Türkiyə🇹🇷) 🏝️Skandinaviya→(Norveç🇳🇴 İsveç🇸🇪 Finlandiya🇫🇮) 🏝️Pireney→(İspaniya🇪🇸 Portuqaliya🇵🇹 Andorra🇦🇩) 🏝️Appenin→(İtaliya🇮🇹 Vatikan🇻🇦 Monako🇲🇨 Sanmarino 🇦🇸) 🏝️Balkan→(Yunanıstan🇬🇷 Albaniya🇦🇱 Makedoniya🇲🇰Serbiya🇷🇸 Monteneqro🇲🇪) 🏝️Ərəbistan→(Ərəbistan Oman🇴🇲 Yəmən) 🏝️Hind-çin→(Vyetnam, Laos🇱🇦 Tailand🇹🇭 Kamboca) 🏝️Koreya→(Şm Koreya və Cənubi Koreya🇰🇵🇰🇷)
نمایش همه...
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.