fa
Feedback
SALEH▪️NASIROV

SALEH▪️NASIROV

رفتن به کانال در Telegram

Sosial məsələlər, məsləhətlər, ideya və təkliflər 🇦🇿

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام SALEH▪️NASIROV

کانال SALEH▪️NASIROV (@nasirovsaleh) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 31 410 مشترک است و جایگاه 7 951 را در دسته اخبار و رسانه‌ها و رتبه 100 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 31 410 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 13 ژوئن, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 198 و در ۲۴ ساعت گذشته برابر -31 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 14.59% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 7.99% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 4 583 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 2 509 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 34 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
Sosial məsələlər, məsləhətlər, ideya və təkliflər 🇦🇿

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 14 ژوئن, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته اخبار و رسانه‌ها تبدیل کرده‌اند.

31 410
مشترکین
-3124 ساعت
-327 روز
+19830 روز
آرشیو پست ها
From İTALİYA with ANALOQSUZ DƏLƏDUZLUQ 🫣 İtaliyada bir kişi anasının cəsədini gizlətməkdə və özünü anası kimi göstərərək pensiyasını almağa çalışmaqda ittiham olunur. Qəribə dələduzluq hadisəsi Mantua şəhərinin şimalındakı Borqo Virgilioda yaşanıb. Belə ki, 56 yaşlı kişinin 2022-ci ildə anasının ölümünü hakimiyyət orqanlarına bildirmədiyi, pensiyasını almağa davam etdiyi bildirilir. Deyilənə görə, o, anasının saç düzümünü təqlid edən parik taxıb, makiyaj edib, zərgərlik taxıb və yaşlı qadın kimi gəzməyə çalışıb. Adı açıqlanmayan şəxsin pensiyanı almağa davam etmək üçün şəxsiyyət vəsiqəsini yeniləməyə çalışıb. Bu zaman bələdiyyə işçisi kişinin boynunun “çox qalın” olduğunu və əllərindəki qırışların 85 yaşlı bir qadının əllərinə bənzəmədiyini görərəkvəziyyəti administratorlara bildirib. Onlar isə polisə məlumat veriblər. Daha sonra polis kişinin evinə gedib və yaşlı qadının cəsədini camaşırxanada aşkarlayıb. Borqo Virgilio meri Fransesko Aporti kişinin əməllərindən danışarkən deyib: “O, dodaq boyası, dırnaq boyası çəkir, zərgərlik əşyaları və köhnə dəbli sırğalar, tünd qəhvəyi parik taxırdı. Qadın kimi danışmağa çalışırdı, amma bəzən kişi səsi çıxarırdı”. Məlumata görə, işsiz tibb qardaşı olan kişi anasının maaşından və sahib olduğu üç əmlakdan ildə təxminən 53 min avro qazanıb. Qeyd edək ki, İtaliyada oxşar hallar daha əvvəllər də yaşanıb. 2023-cü ildə Veronada bir kişi anasının cəsədini 5 il evində gizlətməklə maaşını almağa davam etmişdi. Elə həmin il Apuliyadakı başqa bir kişinin atasının cəsədini 10 il evində gizlətdiyi aşkar edilmişdi.

Erros Ramazzottinin komənsertindən İNCİLƏR 👀🤦🏻‍♂️

From QARAÇUXUR with ƏSƏB Sonra da deyirlər xəstəlik elə, xəstəlik belə zırt-pırt 🤦🏻‍♂️ Nə qədər demək olar, həyətdə, küçədə, yolda heyvanı kəsmək olmaz! Ayrıca xüsusi yerlər ayrılmalıdır bu işlər üçün. Uşaqlar, camaat bu vəhşi, şok edici, travmatik və antisanitar mənzərənin şahidi niyə ollmalıdır?! Aidiyyatı qurumlar bu məsələni niyə hələ də həll etməyib? 🤦🏻‍♂️ İzləyicim; “Saleh bəy Sabahınız xeyir bura Qaraçuxurdu Zaur Şərifov küçəsi. Heyvana əziyyət verərək öldürdülər və buradan uşaqlar keçib məktəbə gedir. Müəllimənin üstü qan oldu. Qaraçuxur Tatlı Un tərəf tanınır ora”

photo content

Heydər Əliyev prospektində mikroavtobus yanır

🫣🤯 SADƏCƏ DƏHŞƏT‼️Bakıda 41 yaşlı Pərvanə Eyvazovanın 3 günlük körpəsini dənizə ataraq öldürməsinin bəzi təfərrüatı məlum olub. Hava limanında çalışan Pərvanə Eyvazova 6 ay öncə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həyat yoldaşı Həmid Eyvazovdan rəsmən boşanıb. Onların birgə nikahdan üç övladı olub. Böyüyünün 25 yaşı var. Pərvanə Eyvazova hamiləlik dönəmində xüsusi korsetdən istifadə etdiyi üçün hamilə olduğu bilinməyib. Onun keçmiş əri Həmid Eyvazov bildirib ki, 2 ildir Pərvanə Eyvazova ilə münasibəti yoxdur, bu səbəbdən yeni doğulan körpə ilə bağlı DNT analizinin aparılmasını istəyib. Keçmiş ərinin bu təklifindən sonra P.Eyvazova uşağı Türkan qəsəbəsində əvvəllər yaşadıqları evin arxasına dənizə atıb. H.Eyvazov keçmiş həyat yoldaşını yalan danışmaqda ittiham edib: "Əvvəl dedi ki, uşaq ölü doğulub. Sonra dedi ki, iş yerinə vermək üçün xəstəxanadan uşağın ölü doğulduğuna dair sənəd ala bilmir. Birlikdə xəstəxanaya getməyimizi təklif etdim. Çıxılmaz vəziyyətdə qaldı və dedi ki, körpəni 3 min manata TikTok-dan tapdığı adama satıb, amma həmin adama zəng çatmır. Dedim polisə bildir ki, uşağımı aparıblar. 3 saat sonra zəng etdim, telefonu polis açdı və bildirdi ki, Pərvanə körpəni Türkanda kiməsə verib. 10-11 gün polislər Türkanda uşağı axtardılar. Ötən həftənin 5-ci günü polisə gedib və deyib ki, körpəni diri-diri dənizə atıb. Hər kəsə yalan danışıb. Ona inanmıram. Lap tutaq ki, uşağın atası mənəm, niyə öldürürsən? Özüm baxardım, niyə özünü övlad qatili elədin?!". Faktla bağlı araşdırma aparılır. https://t.me/nasirovsaleh/8505?comment=164691

DİQQƏT! SÖYÜŞ VAR! 🔞 Mənim qaydaları pozmayan mütləq paylaşımlarımı TikTok səbəbsiz və şərtsiz silir, burada isə SİQARET çəkilir özü də CANLIDA, heçnə etmir, hələ söyüşləri demirəm 🤦🏻‍♂️ Ala sənə ikili standartlar və qərəzli yanaşma. Bu azmış kimi bu cür kontentləri TikTok KƏŞFİYYATA salır. Çində öz uşaqlarını, yeniyetmələrini QORUYUR, dünyaya isə ƏXLAQSIZLIĞI TƏŞVİQ EDİR TikTok! 🤦🏻‍♂️

Deyilənə görə yağ yanıb RƏSMİ AÇIQLAMA Bakının Nizami küçəsində baş verən yanğın qurumuş yağ qalıqlarının qısaqapanma yaratması nəticəsində başlayıb. Qısaqapanma naticəsində lokal alovlanma müşahidə olunub. Hadisə yerində olan işçi vəziyyəti aradan qaldırmaq məqsədilə həmin sahəyə su tökdükdə suyun isti yağla reaksiyası nəticəsində alovlanma güclənərək açıq yanğına səbəb olub. P.S.Məktəbdə Kimya dərsini oxusaydı, belə olmazdı 🤦🏻‍♂️

Tarqovuda Yarmarka yanir

photo content
+1

LEGAZ HÜQUQ ŞİRKƏTİNDƏN ŞİKAYƏT İzləyicim; “Salam Saleh bey. "Legaz" MMC 2 sayli Asan xidmetin 3cu mertebesinde 1 otag goturu
+9
LEGAZ HÜQUQ ŞİRKƏTİNDƏN ŞİKAYƏT İzləyicim; “Salam Saleh bey. "Legaz" MMC 2 sayli Asan xidmetin 3cu mertebesinde 1 otag goturub huquq sirketi kimi fealiyyet gosterirdi. Qohumumuza pensiya duzeldecekleri barede soz verib atamdan 1500 azn (medaxil qebzi de veribler) aliblar. 1 il yarim "get gelen ay gelersen, hazir olacag" deye-deye yola saliblar kisini. 6 ay evvel yeniden gedib hemin sirkete ve gorub ki, ofis baglidi. Yanindaki ofisden de deyibler ki, sizin kimi cox insani aldadiblar, onlar da axtarir bunlari. Atam ordan cixib polis bolmesine gedib. Polisde deyibler ki, bununla bagli prokurorluga sikayet etsin. Atam da hem prokurorluga, hem de vekiller kollegiyasina sikayet erizesi yazib Əlaqə üçün 050 358 30 34 Əli müəllim Yazdim ki, belke paylasasiz, bizi aldatdiqlari kimi basga insanlari da aldatmasinlar.”

❗️Bakıda DƏHŞƏT: körpəsini dənizə atan ananı polis saxladı Hadisə Türkan qəsəbəsi ərazisində qeydə alınıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayəti törədən körpənin anası 41 yaşlı şəxs müəyyən olunaraq saxlanılıb.

Biləcəridəki “Lake Hotel” restoranının həyətində 4 ofisiantı da cərəyan belə vurub öldürüb. Faciəvi şəkildə həlak olan işçilərin ikisi Tərtər sakinləridir. Belə ki, onlardan biri 1998-ci il təvəllüdlü Muradlı Cavidan Tofiq oğlu Tərtər şəhər sakini,  2006-cı il təvəllüdlü Əliyev Eltac Habil oğlu isə rayonun Köçərli kənd sakinidir. Faciə nəticəsində həyatından olan digər iki gənc isə 20 yaşlı Emil Quliyev və 18 yaşlı Əkbər Zeynalovdur.

Azyaşlı qıza təcavüz edən 64 yaşlı Mərdanı, görün kim İFŞA EDİB... - TƏFƏRRÜAT Ötən həftə Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən 64 yaşlı Mərdan Hüseynovun məhkəmə prosesi keçirilib, o, 17 il müddətinə azadlıqdan məhrum edilib. Mərdan Həsənovun məsuliyyətə cəlb olunmasına səbəb olunan video onun ögey qızı tərəfindən ifşa olunması məqsədilə lentə alınıb. Mərdan Hüseynovun əxlaqsız hərəkətlər etdiyi 6 yaşlı qız onun qonşusunun qızı olub. Anası işi çox olduğu vaxtda azyaşlı övladlarını Mərdanın arvadına və qızına tapşırıb. 2025-ci ilin iyununda yenə anası uşaqları Mərdanın ailəsinə tapşıraraq öz işinin arxasınca gedib. Bu zaman Mərdanın ögey qızı ilə bir qədər həyətdə oynadıqdan sonra evə daxil olublar. Həmin vaxt Mərdan öz telefonunda "TikTok"a baxırmış. Qızı yenidən həyətə qayıtdıqdan sonra Mərdanın əlindəki mobil telefonun səsinin kəsildiyini eşidib, azyaşlı ilə telefona baxmadıqları təqdirdə nə etmələri ona maraqlı gəlib. Təxminən 2-3 dəqiqə sonra Mərdan onun yanına gələrək mobil telefonunun ekranının kilidə düşdüyünü deyib və aça bilmədiyini bildirib. Qızı ögey atasından telefonu alıb baxan zaman "TikTok"da videoçəkiliş üçün nəzərdə tutulmuş bölmədə təxminən 6-7 saniyəlik videogörüntü olduğunu, lakin həmin görüntünün yaddaşa yazılmadığını görüb. Həmin görüntüyə diqqətlə baxarkən ögey atası Mərdanın 6 yaşlı qonşu qızını öpdüyünü görüb, bu görüntüləri ögey atasının özü də bilmədən qeydə aldığını başa düşüb və bu barədə heç kimə xəbər etmədən videonu telefonun yaddaşına yazmadan silib. Lakin Mərdanın 6 yaşlı qıza bu formada öpməsinin normal olmamasını başa düşərək ögey atasının azyaşlıya qarşı seksual hərəkət etməsindən şübhələnib. Qız bu barədə evə gəldikdən sonra anasına danışsa da, qadın inamayıb və "uşaqdır, öpür də, burada nə var ki, Mərdan həmin uşaqları nəvəsi gözündə görür" deyə cavab verib. Həmin günün səhəri saat təxminən 12 radələrində anası evdə olmadığı müddətdə Mərdan ona səslənərək qonşunun qızını evə gətirməyi, onunla oynamaq istədiyini bildirib. Qız bu dəfə Mərdanın nə etdiyini dəqiqləşdirmək üçün evə daxil olub qonaq otağına girərək mobil telefonunu cərəyana qoşacağını deyib, əslində isə həqiqəti öyrənib anasına çatdırmaq üçün mobil telefonu videogörüntüyə qoyaraq yenidən həyətə qayıdıb. Təxminən 5-6 dəqiqə sonra Mərdan hər iki uşaqla birlikdə həyətə düşdükdə evə qalxıb mobil telefonunu götürüb çəkilmiş videogörüntüyə baxarkən Mərdanın azyaşlıya qarşı əxlaqsızlıq etdiyini görüb. Təxminən 1 saat sonra evə gələn anasına videonu göstərib. Anası onunla birlikdə qonşusunun evinə gedərək olanları sonuncuya danışıb və mobil telefonundakı videonu göstərib. Azyaşlının anası əsəbiləşsə də, camaat arasında biabır olmamaları üçün Mərdanın barəsində heç yerə şikayət etməyəcəklərini bildirib və ondan telefonundakı videonu silməyini xahiş edib. O, telefonunun qalereya bölməsindən videonu silib, lakin görüntü "Google foto" bölməsinin yaddaşından qalıb. Xeyli müddət keçməsinə baxmayaraq, qızı azyaşlının anası və valideynlərinin, eləcə də öz anasının Mərdanın iyrənc və qanunsuz əməlini bilə-bilə bu barədə polisə şikayət etməmələrini və heç nə olmamış kimi davranmalarını gördükdə əsəbiləşib, Mərdanın azyaşlı qıza qarşı etdikləri ağlından çıxmayıb, həmin əməllərindən sonra təqsirləndirilən şəxsin azadlıqda qalması onu incidib. Buna görə 2025-ci ilin iyul ayının sonlarında "Instagram"da hesab açaraq videonun ictimaiyyətə yayılmasını təmin etmək üçün səhifələrdən birinə göndərib, əxlaqsızlıq edən şəxsin kimliyi barədə məlumat verdikdən sonra hesabını silib. Qeyd edək ki, sözügedən video ictimailəşəndən sonra Mərdan Həsənov məsuliyyətə cəlb olunub

photo content

QAZ SIZIB, MAQİSTRAL XƏTTDƏN

Yeni qayda❗️Paylaşımlarınıza diqqət edin: Sosial şəbəkədə cəmiyyətə hörmətsizlik edənlərə 2000 manatadək cərimə nəzərdə tutulur.