cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

Vüsət Əzizov

Təhsil ilə bağlı rəsmi məlumatlar Abituriyentlər və tələbələrə online şəkildə bütün növ təhsil xidmətləri göstərilir. Əlaqə: +994707645000 Youtube:https://youtube.com/c/VusetAzizov İnstagram: https://www.instagram.com/vuset.azizov

نمایش بیشتر
پست‌های تبلیغاتی
11 703
مشترکین
-624 ساعت
-167 روز
+2730 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Photo unavailableShow in Telegram
Kolleclərə yeni direktorlar təyin olunub. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Şəhriyar Laçınov Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecinə, Sevinc Həmzəyeva Qida Sənayesi Kollecinə və Davud Davudov Maliyyə-İqtisad Kollecinə direktor təyin edilib. Şəhriyar Laçınov bakalavriat təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində, magistratura təhsilini isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ABŞ-nin Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirdiyi “Təhsil menecmenti/Təhsil və insan inkişafı” istiqaməti üzrə almışdır. 3-cü “Yüksəliş” müsabiqəsinin finalçısı Ş.Laçınov bu təyinatadək Elm və Təhsil Nazirliyinin Kadrların peşəkar inkişafı sektorunun müdiri vəzifəsində çalışmışdır. Davud Davudov Milli Aviasiya Akademiyasında “Hüquqşünas” ixtisası üzrə təhsil almış və 2018-ci ildə ona Ali Attestasiya Komissiyası tərəfindən Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. D.Davudov müxtəlif notariat kontorlarında aparıcı mütəxəssis, vəkil bürosunda hüquqşünas vəzifəsində çalışmışdır. O, 2020-cü ildən etibarən Milli Avasiya Akademiyasında müəllim olaraq fəaliyyətini davam etdirmişdir. Sevinc Həmzəyeva 2005-ci ildə Bakı Qızlar Universitetinin Tarix və ictimaiyyət ixtisası üzrə bakalavriat təhsili almışdır. O, Cəbrayıl rayon Hovuslu kənd orta məktəbində tarix müəllimi, Bakı Qida Sənayesi Kollecində tarix müəllimi, şöbə müdiri və direktor müavini vəzifələrini icra edib. S.Həmzəyeva bu təyinatadək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. #EATDA #Kollec
نمایش همه...
👍 5
Photo unavailableShow in Telegram
نمایش همه...
👍 5 1
Photo unavailableShow in Telegram
14 iyulda keçiriləcək qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəzərinə! İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 14-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. İyulun 14-də III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə əlavə imtahan da keçiriləcək. Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.    “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub. Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:  - İmtahana buraxılış vərəqəsi; -  Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; -   Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
نمایش همه...
👍 3
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin III günündə riyaziyyat və kimya fənləri üzrə yüksək bal toplayan namizədlərin bir qismini təqdim edirik. #ElmVəTəhsilNazirliyi #MÜTDA #ARTİ #İRM #MİQ #Müəllim #İşəQəbul #MİQ2024
نمایش همه...
👍 8
Photo unavailableShow in Telegram
Prezident Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub
نمایش همه...
👍 5
Photo unavailableShow in Telegram
Müraciət etmək istəyənlər +994777645000 əlaqə yarada bilər!
نمایش همه...
3👍 1😁 1
Photo unavailableShow in Telegram
İyulun 4-də Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin “Dini-mənəvi xidmət” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsi keçirilib. #DiniQurumlarlaİşüzrəDövlətKomitəsi #BakıİlahiyyatKolleci
نمایش همه...
2
Photo unavailableShow in Telegram
Qarabağ Universitetinin loqosunun hazırlanması üzrə Loqo müsabiqəsi elan edilir. Müsabiqənin şərtləri: • Müsabiqədə bu sahədə bacarıqlı olan hər kəs iştirak edə bilər; • Hər iştirakçı maksimum 2 variantda eskiz təqdim edə bilər; • Təqdim olunan eskizlərin qısa izahedici mətni olmalıdır; • Təqdim olunan eskizlər yeni olmalıdır; • Loqo orijinal, müasir, rəngli və konseptual görünüşlü olmalıdır; • Loqo digər loqolara və ya onların komponentlərinə uyğun gəlməməlidir; • Təqdim olunan loqotiplər *jpeg, *png, *eps, *ai və ya *cdr formatında olmalıdır; • Qarabağ Universiteti qalib gəlmiş loqonu istənilən tərzdə blanklarda, vizit kartlarında və digər məhsullarda istifadə etmək üçün müstəsna hüquqa malikdir. Eskizlərin qəbulu üçün son tarix: 17 iyul 2024-cü il Hazırlanan loqo eskizlərini göndərmək üçün elektron poçt ünvanı: [email protected]
نمایش همه...
6
Photo unavailableShow in Telegram
Dekorativ tətbiqi sənət (15) və Dizayn (14) komissiyalarına aid rəsm fənni üzrə imtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyən abituriyentlərin nəzərinə! Təsviri sənət istiqamətinin Dekorativ tətbiqi sənət (15) və Dizayn (14) komissiyaları üzrə imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 10 iyul 2024-cü il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək və bununla bağlı abituriyentlərə elektron ərizələrindəki əlaqə vasitələri ilə məlumat veriləcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 6 iyul saat 10:00-dan 8 iyul saat 17:00-dək apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər imtahan nəticələri, “tapşırıq çəkilmiş rəsm vərəqi”nin fotosurəti, yerinə yetirilən tapşırıq üzrə qiymətləndirmə meyarları və qiymətləndirmə şkalası ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların əhəmiyyətli bir hissəsi qiymətin yenidən araşdırılması ilə bağlı komissiyaya müraciət etsələr də, ünsiyyət zamanı qiymətlərindən razı olduqlarını bildirir, sadəcə komissiya üzvlərindən bu və ya digər səbəblə əlaqədar onlara güzəşt edilməsini xahiş edirlər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmır. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya prosesi təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri də müzakirədə iştirak edə bilər. Muraciətlərə “Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə baxılır. Bir abituriyentin müraciəti üzrə 10 dəqiqə müzakirə aparılması nəzərdə tutulub. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır. Abituriyentlərin görüş üçün təyin olunmuş vaxtdan 15 dəqiqə əvvəl proqrama qoşulması xahiş olunur. Görüşə qoşulmaqdan imtina edən abituriyentlər üçün ikinci dəfə komissiya yaradılması nəzərdə tutulmur. Qeyd edək ki, apellyasiya prosesinin qaydalara uyğun təşkilinə dair daxili nəzarəti həyata keçirmək məqsədilə namizədlərin komissiya üzvləri ilə görüşünün video və səsyazısı aparılır. Təsviri sənət istiqamətinin digər komissiyaları üzrə apellyasiyalar imtahandan sonrakı 1-3 iş günü müddətində imtahan keçirilən binada təşkil edilir. Apellyasiyanın tarixi, saatı və apellyasiyası təşkil edilən komissiya barədə məlumat imtahan binasının girişindəki elanda verilir. Qeyd: İstiqamət üzrə yalnız elan edilən tarix və günlərdə apellyasiya müraciətləri qəbul olunur.
نمایش همه...
👍 4
Photo unavailableShow in Telegram
Nəticələr saytımıza yerləşdirilib. İştirakçılar imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
نمایش همه...
2
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.