fa
Feedback
PATRUL.AZ

PATRUL.AZ

کانال بسته

📈 تحلیل کانال تلگرام PATRUL.AZ

کانال PATRUL.AZ در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 36 404 مشترک است و جایگاه 595 را در دسته حمل و نقل و رتبه 73 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 36 404 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 26 ژوئن, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -544 و در ۲۴ ساعت گذشته برابر -37 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 6.28% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 4.15% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 2 286 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 1 512 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 9 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
Qaynar xətt 📲 WP: +99450 670 00 67 🔷 https://patrul.az 🔷 https://instagram.com/patrul.az 🔷 https://www.facebook.com/patrul.az 🔷 https://www.tiktok.com/@patrul.az.official 🔷 https://m.youtube.com/@patrulazxeber

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 27 ژوئن, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته حمل و نقل تبدیل کرده‌اند.

36 404
مشترکین
-3724 ساعت
-1967 روز
-54430 روز
آرشیو پست ها
PATRUL.AZ
36 418
🇬🇪Gürcüstan parlamentində deputatlar əlbəyaxa olub.

PATRUL.AZ
36 418
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilir Yaşasın Azərbaycan Ordusu 🇦🇿❤️

PATRUL.AZ
36 418
‼️Ermənistana 8 vaqon yanacaq göndərildi Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub. 18 vaqo
‼️Ermənistana 8 vaqon yanacaq göndərildi Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub. 18 vaqondan ibarət, çəkisi 971 ton olan Aİ-92 markalı avtomobil benzini və 8 vaqondan ibarət, çəkisi 467 ton olan dizel yanacağı iyunun 26-da Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

PATRUL.AZ
36 418
​⚡️⚡️Azərbaycanda Hərbi Tibb Fakültəsinin növbəti buraxılış mərasimi keçirilib. Təntənəli tədbirdə məzun adını qazanan gənc hərbi həkimlər və zabitlər çiyinlərinə rütbə taxmağın qürurunu yaşayıblar. ​Mərasimin rəsmi hissəsindən sonra valideynlər, yaxınlar və ailə üzvləri məzunları təbrik etmək üçün meydana axışıblar.

PATRUL.AZ
36 418
🇦🇿 Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür Bu gün Azərbaycan Ordusunun yaradılmasının 108-ci ildönümüdür. 1918-ci il iyunun 26-da əsası qoyulan Azərbaycan Silahlı Qüvvələri ötən illər ərzində şərəfli inkişaf yolu keçərək regionun ən güclü ordularından birinə çevrilib. Vətənimizin ərazi bütövlüyünün və suverenliyinin qorunmasında misilsiz xidmətlər göstərən qəhrəman hərbçilərimizin fədakarlığı xalqımızın qürur mənbəyidir. Ordumuzun qazandığı tarixi qələbələr Azərbaycan dövlətinin gücünü, xalq ilə ordunun sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirib. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə bütün hərbi qulluqçuları, veteranları və şəhid ailələrini təbrik edir, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq. Yaşasın Azərbaycan Ordusu! 🇦🇿

PATRUL.AZ
36 418
"Arzum 999"un məhkəməsi təxirə salındı - Patrul.az-a eksklüziv danışdı - VİDEO

PATRUL.AZ
36 418
Venesuelada 7,1 bal gücündə zəlzələ baş verib. Nəticədə paytaxt Karakasda ciddi dağıntılar qeydə alınıb. Ölən və yaralıların sayı ilə bağlı hələlik məlumat yoxdur. 

PATRUL.AZ
36 418
❗️🇹🇷🇺🇸Ərdoğan: NATO sammitində Trampla təkbətək görüş ehtimalı yüksəkdir

PATRUL.AZ
36 418
🔴AccessBank da kart əməliyyatlarında yaranan problemlə bağlı müştərilərinə xəbərdarlıq mesajı göndərib ● Hazırda bir sıra bankların tətbiqlərinə daxil olmaqda çətinlik müşahidə olunur ● Bəzi kartlarda balans mənfi əks olunsa da, banklar problemin tezliklə aradan qaldırılacağını bildirirlər.

PATRUL.AZ
36 418
6 maşını qarət etdi Bakının Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “Changan” markalı avtomobildən 1300 manat məbləğində pul
6 maşını qarət etdi Bakının Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “Changan” markalı avtomobildən 1300 manat məbləğində pul vəsaiti oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elməddin Rəhimov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Xəzər rayonu ərazisində daha 6 nəqliyyat vasitəsindən eyni üsulla oğurluq etdiyi də məlum olub. Araşdırmalar davam etdirilir.

PATRUL.AZ
36 418
Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər sahilinin neft tullantılarından təmizlənməsi davam etdirilir Heydər Əliyev Fondunun vits
+3
Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər sahilinin neft tullantılarından təmizlənməsi davam etdirilir Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib. IDEA İctimai Birliyinin təşkilatçılığı və Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə keçirilən aksiya çərçivəsində sahilboyu əraziyə yayılmış neft tullantılarının və neftlə çirklənmiş qalıqların təmizlənməsi işləri davam etdirilib. İştirakçıların sağlamlığının və təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması məqsədilə aksiya öncəsi onlara neft tullantıları ilə davranış, fərdi mühafizə vasitələrindən düzgün istifadə və fövqəladə hallarda görüləcək tədbirlərlə bağlı ətraflı təlimat verilib. Aksiya nəticəsində toplanan neft tullantıları zərərsizləşdirilməsi məqsədilə müvafiq qaydada təhvil verilib.

PATRUL.AZ
36 418
⚡İlham Əliyev: ● Bu gün dünyada müsəlmanlara qarşı nifrətin aşılanması, İslam mədəni irsinin hədəfə alınması və İslam dəyərlərinin təhqir olunması geniş vüsət alıb. ● Müqəddəs kitabımız "Qurani-Kərim"in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi heç bir halda ifadə azadlığı ilə əsaslandırıla bilməz və tamamilə qəbuledilməzdir. ● İslamofobiya yalnız müsəlmanlara qarşı dözümsüzlük halı deyil, qarşılıqlı anlaşmaya və dinc birgəyaşayışa təhdid yaradan təhlükəli tendensiyadır. ● Məyusedici haldır ki, Qərbdə bəzi siyasi dairələr, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq təsisatlar anti-İslam əhvali-ruhiyyəsini təlqin edərək, İslamı ekstremizm və terrorizm ilə eyniləşdirməyə, dinimizə qarşı qərəzli təsəvvür yaratmağa və onu təhlükə mənbəyi kimi qələmə verməyə cəhdlər göstərir.

PATRUL.AZ
36 418
❗️“TikTok”da cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadələr işlədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. S
❗️“TikTok”da cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadələr işlədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Sabirabad rayon sakini 1999-cu il təvəllüdlü Mirabbas Xuduzadə sosial şəbəkədə canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqiramiz ifadələr səsləndirib. Saxlanılan şəxs müvafiq qərarla inzibati qaydada həbs edilib.

PATRUL.AZ
36 418
Bakıda övladını təhlükəli şəkildə daşıyan motosiklet sürücüsü saxlanılıb

PATRUL.AZ
36 418
Türkmənistan prezidentinə Qarabağ atı hədiyyə edilib

PATRUL.AZ
36 418
Şəkil çəkdirərkən uşağın boyuna uyğunlaşan Prezidentin jesti ❤️

PATRUL.AZ
36 418
Qumar oyunlarına görə cəzalar sərtləşdirilir Azərbaycanda qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir. Bununl
Qumar oyunlarına görə cəzalar sərtləşdirilir Azərbaycanda qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir. Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir. Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.

PATRUL.AZ
36 418
Həyatdan köçən 4 gəncin son görüntüləri ortaya çıxdı Allah rəhmət eləsin 🥀💔

PATRUL.AZ
36 418
⚡️Hikmət Hacıyev: Azərbaycan və Türkmənistan prezidentlərinin tarixi Şuşa şəhərində birgə gəzintisi iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş ortaq iradəni əks etdirir. İki qardaş ölkənin – Azərbaycan və Türkmənistan Prezidentlərinin tarixi Şuşa şəhərində birgə gəzintisi xalqlarımız arasında mövcud olan möhkəm dostluq bağlarının, ortaq mədəni irsin və qarşılıqlı etimadın bariz ifadəsi olmaqla yanaşı, strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsinə yönəlmiş ortaq iradəni əks etdirir

PATRUL.AZ
36 418
🇦🇿İlham Əliyevin Şuşa səfərində uşaqlarla səmimi görüşü