DEVELOPIA Kids
رفتن به کانال در Telegram
602
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Uşaq psixologiyası haqqında bilməli olduqlarınız
Uşaqların beyni şüşə kimidir. Uşaqlıqdan nələri görsələr beyinlərinə həkk edirlər. Ona görə onların şəxsi inkişaflarına dəstək olun.
Sizin böyüdüyünüz dövrlə övladlarınızın formalaşdığı zəmanə tam fərqlənə bilər. Ona görə də uşaqlarınıza imkan tanıyın ki, psixikaları olduqları vaxta uyğun formalaşsın
Uşaqlarınıza yaşlarına uyğun müxtəlif mövzularda məlumatları aşılamağa çalışın. Onlara mühakimə etməyi, tənqidi düşünməyi öyrədin.
Görəsən övladım böyüyəndə hansı peşəyə yiyələnsin? Buna necə nail olacaq? Kimi suallar sizi də düşündürürsə, önəmi durmadan artan proqramlaşdırma sahəsinə övladlarınızı cəlb edin. Bu mövzuda isə onların inkişafını bizə etibar edin!
İnternetin və şəbəkələşmənin inkişafı ilə təhsil sahəsində trendlər durmadan dəyişir. Bəs 2021-ci il üçün ən əsas üç təhsil trendi nələrdir?🤔
1️⃣Nanolearning – Bilik çoxluğu məlumatların yadda qalmasını çətinləşdirir. Nanolearning bitlərlə öyrənmə üsulu olmaqla şagirdləri məlumatları hissələrə bölüb dərk edərək yaddaşa həkk etmələrini təmin edir.
2️⃣Virtual reality – Təsəvvürün sərhədlərini aşan, tam fərqli üsullarla şagirdlərin inkişafına dəstək olan texnoloji yenilikdir
3️⃣Online Learning – Pandemiya, internetin sərhədsizləşməsi online öyrənməyi şərtləndirir, Belə ki, Online learning indinin və gələcəyin əsas trendlərindən biri olmaqda davam edir.
Texnologiyanın inkişafı cəmiyyəti formalaşdırır və onun inkişaf istiqamətlərini müəyyənləşdirir.
Kod yazmağı öyrənin, texnologiyanın inkişafında birbaşa iştirak edin, ən əsası siz də bu inkişafın bir parçası olun!
Yer və məkan fərqi olmadan çalışa bilmək üçün.
Analitik düşünmə qabiliyyətini artırmaq üçün.
Qısa müddətdə böyük problemləri həll edə bilmək üçün.
Həyatımızın hər bir sahəsinə girmiş komputerlə danışa bilmək və onun bizə deyil bizim ona əmr verə bilməyimiz üçün.
İstifadəçi yox İstehsalçı olmaq üçün.
Gələcəyin axtarılan kadrı ola bilmək üçün.
İçində yaşadığımız və qarşıdan gələn dövr ilə ayaqlaşa bilmək üçün.
Daha çox iş imkanı üçün.
Kodlaşdırmanın əhəmiyyəti - Analitik düşünmə bacarıqları verir, onlara yaradıcı düşünməsinə köməklik edir, problem həll etmə qabiliyyətini artırır, sistemli düşüncə ilə təmin edə, zehni bacarıqlarını gücləndirə və həyatlarında əhəmiyyətli fərqlər yaratmalarına kömək edə bilir.👨🎓
Proqramlaşdırma bu günümüzdə çox tələb olunan və qazanclı, potensial karyera yolu deməkdir.
Bu səbəbdən də valideynlər uşaqlarının parlaq gələcəyi üçün onları bu sahədə görmək istəyirlər.
Artıq dünyanın super güclü ölkələri əlavə zehni dəyəri olmayan hər hansı bir iş və ya mal ərsəyə gətirmir.
Çünki zehni dəyərsiz bir maldan qazanılacaq qazanc limitlidir və ölçülə bilir.
Amma zehni dəyəri olan hər hansı bir mala dəyər biçmək mümkün deyil. Günümüzdə əlavə zehni dəyər də proqramlaşdırma ilə mümkündür.
Üzərində işlənilən süni zəka və robot texnologiyalarının inkişafı və həyatın hər bir sahəsinə inteqrasiyası çərçivəsində 2040 – cı ildən sonra dünya əhalisinin yarısının işsiz qalacağı gözlənilir.
Digər yarının içində olabilmək üçün gecikmədən hərəkətə keçmək və gələcəyimizi qurmaq lazımdır.
Dövrümüz texnologiya dövrüdür və texnologiya da proqramlaşdırma üzərində qurulur.
2023 – cü ildə ABŞ da proqramlaşdırma biliyi tələb edən 1.000.000 milyon boş vakansiya olacaq.
Sadəcə ABŞ-da deyil artıq bizdə də hər bir sahədə bu biliklərin tələb olunacağı gözlənilir.
Proqramlaşdırma artıq maliyyədən hüquqa, əkinçilkdən inşaata, istehsalatdan tibbə qədər hər bir sahədə istifadə olunan bir ehtiyac halını almışdır.
Kodlaşdırma təlimləri, uşaqların xəyal ettikləri oyun, tətbiq proqramları, web səhifələri və başqa bir çox proqram yaza bilmələrini təmin edir.
Daha mürəkkəb və sürətli düşünmə, strategiya qurma və hadisələrə fərqli bucaqlardan baxa bilmə qabiliyyəti inkişaf edir.
Developia Kids, gənclərə gələcəkdəki iş həyatlarının önəmli bir parçası olacaq məlumatları indidən qazandırmağı hədəfləyir.
Ümumiyyətlə, komanda şəklində işlənildiyi zaman proqramlaşdırma daha effektiv nəticələr verir.
Proqramlaşdırmanı öyrənən uşaqlar əlavə olaraq gələcək həyatlarında çox faydalı olacaq komanda halında işləməyi də öyrənirlər.
Nizam – intizam, paylaşma və əməkdaşlıq kimi insan üçün önəmli xarakterlər qazanılır və inkişaf etdirilir.
Uşaqlar sıralama, dövrlər və şərtlər kimi anlayışları nə qədər erkən yaşda öyrənsələr o qədər daha yaxşı mənimsəyirlər.
Aparılan araşdırmalara görə hər 3 uşaqdan biri hələ danışmağa başlamadan öncə komputer, ağıllı telefon, planşet və sair kimi cihazlarla tanış olur.
Uşaqların kodlaşdırma ilə tanış olması istifadə etdikləri cihazları faydalı alətlərə çevirir.
