𝑀𝑜𝑜𝓃𝒻𝑒𝓁𝓁𝓈
رفتن به کانال در Telegram
1 126
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-67 روز
-2530 روز
آرشیو پست ها
1 126
Mənə elə gəlir mən XXI əsrin adamı deyiləm…ya mən uyğunlaşa bilmirəm bu nəsilə ya da bu nəsil mənimlə uyğunlaşa bilmir..birisi məndən bir şey istədiyində o qədər can atıram ki onun istədiyi şeyi edim amma mən kimdənsə bir şey istəyəndə ya mesajıma geri dönülmür ya bəhanə edilir…digər misal: birisinə borc verəndə geri istəməyə üzüm olmur amma qarşı tərəf də əsla borcumu qaytarmağı düşünmür. Məsələ burda qarşı tərəfin mənim istədiyim şeyi etməsi ya da borcumu qaytarması deyil, bunlar sadəcə xırda misallardı, məsələ burda insanlara davrandığım davranışın qarşılığını almamağımdadır, qarşılıq da gözləmirəm, mən etdiyim yaxşılığı qarşılıqsız edirəm, sadəcə hörmət görmək istəyirəm.
Əvvəllər heç bir insanın pisliyini istəmirdim amma artıq o qədər səbrimi tükətdilər ki beynimdə bu cümlə yaranır “mənə yaşatdıqları şeyin 2 qatını yaşasınlar, o zaman ədalətə inanaram.” Bu dünya ilə baş etmək üçün pis insan olmalısan amma çox təssüf bu məndə alınmır və buna görə də həmişə uduzan tərəf mən olacam. Yaxşı insanam demirəm amma pis insan da deyiləm, mənim davranışlarım və s. pis insan kimi göstərsə də mən öz ürəyimi və öz vicdanımı bilirəm, bunu mənim tanışlarım və dostlarım da bilir və bundan yetəri qədər istifadə edirlər və pis tərəfi budur ki mən buna icazəm verirəm.
1 126
Yaddaşım zəif olduğu üçün çox şeyi xatırlaya bilmirəm ya da zorluq çəkirəm amma mənim “qoxu” və “qulaq” yaddaşım çox güclüdür. Məsələn baxçada olan anılarımın çox azını xatırlayıram amma orada paltar dəyişmə otağındakı qoxunu unuda bilmirəm ya da 10 il əvvəl hardasa qulaq asdığım mahnını indilərdə qulaq assam o ana qayıdıram…bunlar sadəcə 1 misal idi. 1 il əvvəl danışdığım adamın adına qədər unuduram amma qoxu və dinlədiyim (ancaq mahnı) şeyləri unutmuram :D qəribədir
1 126
Lyricsi düzəldəcəm tam hazır deyil, video niyə bu qədər keyfiyyətsiz düşdü onu bilmirəm😂
1 126
1 saata yaxındı video editləyirəm sabah paylaşacam, videoya az baxış gəlsə və s, soyuyaram😂həvəslə düzəltdim
1 126
Bu mahnı məni uşaqlığımı xatırladır tam əmin deyiləm amma bir şeylər hiss etdirdiyinin fərqindəyəm
1 126
Dostlar bu anamın xəstəsinin kartıdı, maddi durumları çox pisdi deyə əgər imkanınız çatsa pul atın sabah da bayramdı sevindirək🫶🏿atsanız mənə çeki atmağı unutmayın ( 1 manat atsanız belə çek atın)
