fa
Feedback
Fövqəladə Hallar Nazirliyi

Fövqəladə Hallar Nazirliyi

رفتن به کانال در Telegram

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmi telegram kanalı 1️⃣1️⃣2️⃣-Qaynar xətt ☎️+994 12 512 00 28

نمایش بیشتر
2 155
مشترکین
+124 ساعت
-87 روز
-730 روز
آرشیو پست ها
FHN Mətbuat xidmətinin məlumatı Daha ətraflı ➡️ https://fhn.gov.az/az/melumatlar/fhn-metbuat-xidmetinin-melumati-a2e93412 #fhn #azerbaycanfhn #yanğındanmühafizə #fövqəladəhallarnazirliyi #xilasetmə

FHN Mətbuat xidmətinin məlumatı Daha ətraflı ➡️ https://fhn.gov.az/az/melumatlar/fhn-metbuat-xidmetinin-melumati-video-5cad9079 #fhn #azerbaycanfhn #yanğındanmühafizə #fövqəladəhallarnazirliyi #xilasetmə

FHN əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün maarifləndirmə tədbiri keçirib Daha ətraflı ➡️ https://fhn.gov.az/az/
+2
FHN əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün maarifləndirmə tədbiri keçirib Daha ətraflı ➡️ https://fhn.gov.az/az/melumatlar/fhn-elilliyi-olan-sexsler-ve-onlara-qulluq-edenler-ucun-maariflendirme-tedbiri-kecirib #fhn #azerbaycanfhn #yanğındanmühafizə #fövqəladəhallarnazirliyi #xilasetmə

Ağdam rayonu, Sarıcalı kəndində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətini
Ağdam rayonu, Sarıcalı kəndində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb. #fhn #azerbaycanfhn #yanğındanmühafizə #fövqəladəhallarnazirliyi #xilasetmə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonu, Sarıcalı kəndində açıq ərazidə yanğın baş verməsi ba
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonu, Sarıcalı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. Əlavə məlumat veriləcək. #fhn #fövqəladəhallarnazirliyi #xilasetmə #yanğın

#fhn #22iyulmillimətbuatgünü #xilasetmə #yanğın
#fhn #22iyulmillimətbuatgünü #xilasetmə #yanğın

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunun Nardaran qəsəbəsində və Sumqayıt şə
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunun Nardaran qəsəbəsində və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində dənizdə nəzarətsiz ərazidə vətəndaşların batma təhlükəsi ilə üzləşməsi barədə məlumatlar daxil olub. Məlumatlarla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib. Həyata keçirilən operativ xilasetmə əməliyyatları sayəsində dənizdə batma təhlükəsində olan vətəndaşlar, 1997-ci il təvəllüdlü Əlizadə Cəfər Fikrət oğlu Nardaran qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralıda və 1996-cı il təvəllüdlü Quliyev Ceyhun Hüseyn oğlu H.Z.Tağıyev qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 300 metr aralıda dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıblar. #fhn #fövqəladəhallarnazirliyi #xilasetmə #yanğın

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsində dənizdə nəzarətsi
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsində dənizdə nəzarətsiz ərazidə vətəndaşın batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib. Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1957-ci il təvəllüdlü Quliyev Sadiq Qubad oğlu dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb. #fhn #fövqəladəhallarnazirliyi #xilasetmə #yanğın

17 iyul 2026-cı il tarixində Qarabağ kanalının Bərdə rayonundan keçən hissəsində batan 1967-ci il təvəllüdlü Bünnətov Rəsul İ
17 iyul 2026-cı il tarixində Qarabağ kanalının Bərdə rayonundan keçən hissəsində batan 1967-ci il təvəllüdlü Bünnətov Rəsul İbiş oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən təxminən 40 km aralı, Qarabağ kanalının Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. #fhn #fövqəladəhallarnazirliyi #xilasetmə #yanğın

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş ida
+3
Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşəbbüsü və Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə “Fövqəladə hallar zamanı dalğıc-axtarış və xilasetmə işinin təşkili sahəsində birgə fəaliyyət” mövzusunda “dəyirmi masa” keçirilib. #fhn #fövqəladəhallarnazirliyi #xilasetmə #yanğın

🛑Yandırma, yaşat! #fhn #fövqəladəhallarnazirliyi #yanğındanmühafizə #xilasetmə #yandırmayaşat

Ötən həftənin xronikası #fhn #xronika #xilasetmə #yanğındanmühafizə #ötənhəftə

15 iyul 2026-cı il tarixində Lüksemburqun paytaxtı Lüksemburq şəhərində Avropa Voleybol Federasiyasının təşkilatçılığı ilə ki
+2
15 iyul 2026-cı il tarixində Lüksemburqun paytaxtı Lüksemburq şəhərində Avropa Voleybol Federasiyasının təşkilatçılığı ilə kişilərdən ibarət voleybol üzrə CEV Çempionlar Liqasının (CEV Champions League Volley 2027) püşkatma mərasimi keçirilib. Liqada Avropanın müxtəlif ölkələrindən 18 komanda püşkatma mərasimində iştirak edib. Son ölkə çempionu FHN-in kişilərdən ibarət “Xilasedici” voleybol komandası püşkatma mərhələsində boş komandaya (Bye) təsadüf edərək birbaşa növbəti mərhələyə yüksəlib. Növbəti mərhələdə isə “Xilasedici” voleybol komandasının rəqibi Portuqaliyanın “Sporting CP Lisboa” komandası olub. Cütün ilk oyunu 3-5 noyabr, cavab görüşü isə 10-12 noyabr tarixlərində baş tutacaq. #fhn #fövqəladəhallarnazirliyi #xilasetmə #yanğın #cev

Bakı şəhəri, Sabunçu rayonu, R.Rüstəmov küçəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğınd
Bakı şəhəri, Sabunçu rayonu, R.Rüstəmov küçəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. #fhn #fövqəladəhallarnazirliyi #xilasetmə #yanğın

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, R.Rüstəmov küçəsində açıq ərazidə yanğın
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, R.Rüstəmov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək. #fhn #fövqəladəhallarnazirliyi #xilasetmə #yanğın

Fövqəladə Hallar Nazirliyi səlahiyyətləri daxilində ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə vətəndaşların yanğın
+7
Fövqəladə Hallar Nazirliyi səlahiyyətləri daxilində ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə vətəndaşların yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi işini davam etdirir. Daha ətraflı: https://fhn.gov.az/az/melumatlar/fhn-isgaldan-azad-olunmus-erazilerde-yangin-tehlukesizliyi-ile-elaqedar-vetendaslarin-maariflendirilmesi-isini-davam-etdirir-1e16be59 #fhn #fövqəladəhallarnazirliyi #xilasetmə #yanğın

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri ərazisində vətəndaşın Gəncə çayına yıxılaraq köməksiz
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri ərazisində vətəndaşın Gəncə çayına yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1988-ci il təvəllüdlü Şirinov Qoşqar Arif oğlu ehtiyatsızlıqdan çay dərəsinə yıxılıb bədən xəsarəti alaraq köməksiz vəziyyətdə qalıb. Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı çay dərəsindən çıxarıb xilas edərək, təcili tibbi yardım briqadasına təhvil veriblər. #fhn #fövqəladəhallarnazirliyi #xilasetmə #yanğın

FHN-in Şimal-Qərb Regional Mərkəzinin təşkilatçılığı ilə Qəbələ şəhərində yerləşən “Qafqaz Riverside Resort” otelində “Yanğın
+9
FHN-in Şimal-Qərb Regional Mərkəzinin təşkilatçılığı ilə Qəbələ şəhərində yerləşən “Qafqaz Riverside Resort” otelində “Yanğınların söndürülməsi və təxliyə” mövzusunda nəzəri-praktiki maarifləndirmə tədbiri keçirilib. Tədbirdə FHN-in Şimal-Qərb Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin, eyni zamanda otelin əməkdaşları iştirak ediblər. #fhn #fövqəladəhallarnazirliyi #xilasetmə #yanğın