Science Arc
رفتن به کانال در Telegram
🔬Elmi məqalələr 📍 Xaricdə təhsil/karyera 📡Texnologiya ⏳Maraqlı faktlar 🔭Şəxsi inkişaf Digər platformalar: 🔍https://sciencearc.com 💡Facebook: ScienceArc 🎙Instagram: sciencearc.blog 🎬YouTube: https://www.youtube.com/c/AliyarAzimov Əlaqə: @azmff
نمایش بیشتر1 050
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
1 050
🧐 Böyük Giza Piramidası, ümumi çəkisi 6 milyon ton olan təxminən 2,3 milyon daşdan tikilmişdir. Daşların əksəriyyəti ölçü və forma baxımından eyni deyil. Təxmini hesablamalara görə piramida 4600 il əvvəl 27 il ərzində ərsəyə gəlib.
🧱 Tarixi məlumatlara görə istifadə olunan qranit daşlar Sinay yarımadasından gətirilib. Ancaq bu ağırlıqdakı daşları qaldırmaq və piramidanı tikmək üçün texniki avadanlıq olmadan nə edilə bilərdi? Bu barədə tədqiqatçılar bir neçə nəzəriyyə irəli sürürdülər. Hətta onlardan bəziləri piramidaların tikintisini yadplanetlilərlə əlaqələndirirdi.
🔗 Bu dəfəki yazımızda Misir piramidaları haqqında 15 maraqlı faktdan bəhs edirik.
https://sciencearc.com/misir-piramidalari-haqqinda-15-maraqli-fakt/
1 050
✈️ 19 avqust 1980-ci ildə Lockheed L-1011 TriStar təyyarəsi Səudiyyə Ərəbistanının 163 saylı uçuşu Səudiyyə Ərəbistanının Ər-Riyad Beynəlxalq Hava Limanından (indiki Kral Xalid Beynəlxalq Hava Limanı) Ciddəyə uçurdu. Ancaq təyyarə havaya qalxdıqdan sonra yük hissəsində yanğın baş verir. Təyyarə ekipajı tüstü detektorundan xəbərdarlıq aldıqdan sonra Ər-Riyada qayıtmaq qərarına gəlir.
⛔️ Kapitan təyyarəni təhlükəsiz şəkildə endirsə də, sərnişinlərin təcili təxliyəsinə başlamadılar. Əvəzində uçuş-eniş zolağından çıxaraq yanğınsöndürən maşınların gəlməsini gözlədilər. Nəticədə yanğının sahəsi böyüdüyü üçün bütün kabin tüstü ilə doldu və təyyarədəki 287 sərnişin, 14 ekipaj üzvü zəhərlənərək həlak oldu.
☢️ Təyyarədəki yanğın nasaz kondisionerin həddindən artıq qızması və alışması nəticəsində baş vermişdi. İndiyə qədər 163 saylı uçuş aviasiya tarixindəki ən faciəvi hadisələrdən biri sayılır.
1 050
✈️ Müasir dövrümüzdə təyyarə qəzaları olduqca az olsa da (demək olar ki, yoxdur), keçmişdə dəhşətli qəzaların sayı olduqca çox idi. Təyyarə qəzaları müxtəlif səbəblərdən baş versə də, motifləri ortaq idi: pilot səhvləri və ya texniki nasazlıqlar.
ℹ️ Ancaq And dağlarındakı təyyarə qəzası tarixə ən dəhşətli və xüsusi qəza kimi keçib. 13 oktyabr 1972-ci ildə 45 adamı daşıyan təyyarə And dağları ilə toqquşmuş, sadəcə 16 nəfər xilas olmuşdu. Bu yazımızda And dağlarında baş verən ağır təyyarə qəzası barədə, səbəblərindən və qəzanın dəhşətli, bir o qədər də maraqlı hekayəsindən bəhs edirik.
https://sciencearc.com/and-daglarinda-teyyare-qezasi/
1 050
🎨 Harvard Universitetində dünyanın ən nadir rənglərinin qorunduğu arxiv var.
🧐 Burada 2500-dən çox piqment nümunəsi olan Forbes Piqment Kolleksiyası yerləşir. Bu piqmentlərdən bəziləri mumiya, ağır metallar, zəhər və qiymətli minerallardan toplandığı üçün olduqca nadirdir.
🎯 Kolleksiya 1910-1944-cü illər arasında Harvardın Fogg Muzeyini idarə edən Edvard Forbes tərəfindən toplanmışdır. Forbes ABŞ-da incəsənətin mühafizəsinin atası hesab olunur və həyatının çox hissəsini klassik italyan rəsmlərinin təsdiqi üçün istifadə etdiyi müxtəlif piqmentləri toplamaq üçün dünyanı gəzərək keçirib.
ℹ️ Piqmentlər hələ də sənət mütəxəssisləri tərəfindən rəsmlərin həqiqiliyini yoxlamaq və başa düşmək üçün istifadə olunur.
1 050
📸 Bu gördüyünüz şəkil 1900-cü ildə Royal London Xəstəxanasında çəkilib. Şəkildə rentgen cihazından məsul şəxsin radiasiyaya məruz qalan əli təsvir edilib.
🧐 Hər səhər texniklər rentgen cihazını kalibrasiya edirdilər. Həmin illərdə insanlar radiasiyanın potensial təsirlərindən xəbərsiz idilər. Hətta bəziləri evdə əyləncə məqsədilə rentgen cihazları alıb quraşdırırdılar. Belə insanların çoxu ya xərçəng olurdular, ya da amputasiyalardan əziyyət çəkirdilər.
ℹ️ Rentgen cihazı 1895-ci ildə alman mexanika mühəndisi və fiziki Wilhelm Conrad Röntgen tərəfindən kəşf olunmuşdu. O, kəşfini "X-ray" adlandırmışdı, çünki adlandırmaq üçün ağlına fikir gəlmədiyi üçün naməlum ifadələrin simvolu olan "x"-dən istifadə etmişdi.
☢️ Röntgen bu kəşfi üçün patent almamışdı, çünki o, rentgen şüalarının praktik tətbiqindən cəmiyyətin faydalanmasını istəyirdi. 1901-ci ildə Röntgen fizika üzrə ilk Nobel mükafatına layiq görüldü.
1 050
☀️ Bəşəriyyət özünü dərk etməyə başladığından bəri insanlar daim maraqlanır, sorğulayır, suallarına cavab axtarır. Əslində elmin təməlində də bu yerləşir. Əgər insanların marağı olmasaydı elm nə inkişaf edə bilərdi, nə də indiki texnologiya və mədəniyyətə sahib ola bilərdik.
💡 Dünya tarixində minlərlə elm adamı olsa da, onlardan bəziləri öz fikir və kəşfləri ilə iz qoymağı bacarıb. Çünki bilinməyən bir şeyi kəşf etmək və araşdırmaq olduqca çətindir. Ancaq bu elm adamları olmasaydı, bu gün bir çox şeyin sirrinə agah olmazdıq. Bu yazımızda tarixə iz qoymuş məşhur elm adamları və onların elmə töhfələrindən bəhs edirik. 👇🏻
https://sciencearc.com/meshur-elm-adamlari/
1 050
🧐 "100 müəllif Eynşteynə qarşı" əsəri Nisbilik Nəzəriyyəsini təkzib etmək üçün yayımlananda Eynşteyn belə cavab vermişdi: "Nisbiliyi təkzib etmək üçün 100 elm adamının sözünə ehtiyac yoxdur, sadəcə bir fakt kifayətdir".
⚔️ Eynşteynin şöhrəti onun nəzəriyyələrinin uğuru sayəsində artdıqca, ona qarşı olanların sayı da artmağa başlamışdı. O dövrdə yaranan siyasi hərəkatlardan biri nisbilik nəzəriyyəsini hədəf almış və onu “yəhudi fizikası” kimi etiketləmişdi.
⛔️ Eynşteyni və onun nəzəriyyələrini gözdən salmaq üçün konfranslar təşkil olunur, kitabları yandırılırdı. Nüfuzlu fiziklər, o cümlədən Nobel mükafatçıları Philipp Lenard və Johannes Stark, Eynşteynə qarşı çıxmaq üçün bu hərəkata cəlb edildi. Ona qarşı atılan addımların son nöqtələrindən biri olan "Yüz Müəllif Eynşteynə qarşı" adlı kitab 1931-ci ildə nəşr olundu. Təbii ki, bu cür addımlar onu nüfuzdan sala bilmədi. Əksinə, Eynşteynin nəzəriyyələri fizika elmində inqilab yaratdı və onun davamçıları üçün böyük yol açdı.
1 050
⚔️ 1945-ci ilin yazında SSRİ və Nazi Almaniyasının döyüş qüvvələri arasında Berlindən küçə döyüşləri gedirdi. Paytaxt demək olar ki, təslim olmaq üzrə idi. Müttəfiqlər bu döyüşün sonunda qələbə qazanacaqlarını bilirdilər.
📸 İki həftəlik döyüş bitdikdən sonra 33 yaşlı LİFE jurnalının fotoqrafı William Vandivert hadisə yerinə gələrək şəhərin dağıdılmış mənzərəsini çəkdi. Ancaq onun ərsəyə gətirdiyi ən təsirli foto isə Adolf Hitlerin həyatının son aylarını keçirdiyi bunkerin içi idi: Hitler Eva Braun ilə burada evlənmişdi və aprelin 30-də hər ikisi də burada həyatlarına son qoymuşdular.
1 050
📡 1961-1984-cü illərdə Sovet İttifaqının təşəbbüsü ilə həyata keçirilən Venera proqramı kosmik zondlardan istifadə edərək Venera planetini tədqiq etmək və öyrənmək məqsədi daşıyırdı.
🧐 Göndərilən bütün kosmik gəmilər arasında yalnız bir neçəsi Veneranın səthindən şəkillər gətirə bildi. Planetin həddə artıq isti və güclü təzyiqi kosmik gəmiləri sıradan çıxarırdı. Buna görə də ora göndərilən hər hansı bir aparat eniş zamanı böyük təhlükələrlə üzləşirdi.
📸 Buna baxmayaraq, 1975-1982-ci illər arasında Sovet İttifaqının Venera zondlarından dördü Veneranın səthinin şəkillərini gətirməyə müvəffəq olmuşdu. Bu, həmin nadir görüntülərdən biridir.
1 050
🧪 1955-ci ildə Jonas Salk poliomielit peyvəndini hazırlayaraq milyonlarla uşağın iflicdən qorunmasına səbəb oldu.
💡 Salk bu peyvəndi patentləşdirmədi, nəticədə peyvəndin ödənişini ödəyə bilməyəcək milyonlarla insan üçün əlçatan oldu. Müsahibələrin birində ona bunun səbəbini soruşduqda isə o belə demişdi:
"İnsanlar deyərdim. Patent yoxdur. Günəşi patentləşdirə bilərsinizmi?"
🧐 Salk bu qərarına görə təxminən 7 milyard dollar itirsə də, milyonlarla insanın həyatını xilas etdi.
1 050
🐶 Yəqinki Haçikonun adını bir dəfə də olsun eşitmisiniz. Haçiko professor Eizaburo Unoya məxsus idi. O, Şibuyada yaşayır və Tokio İmperial Universitetində dərs deyirdi.
🐕 Hər gün professor iti ilə birlikdə Şibuya stansiyasına gedir, oradan da qatarla universitetə yollanırdı. İşi bitdikdən sonra isə saat 3-də stansiyaya geri qayıdırdı. Haçiko hər gün səbrlə sahibini burada gözləyirdi.
🧐 Bir gün professor Uno seminarda beyin qanaması nəticəsində qəflətə dünyasını dəyişdi. Növbəti 9 il ərzində Haçiko hər gün stansiyaya gedir və öz sahibini gözləyirdi. O, bunu ölümünə qədər təkrarladı. 1935-ci ildə Haçiko da dünyasını dəyişdi və Unonun ailəsi onu professorun yanında basdırdı. Aşağıdakı 4-cü şəkil Haçikonun Unonun ailəsi birlikdə son şəklidir.
1 050
🧸 1942-ci ildə Polşa əsgərləri İranın Həmədan şəhərində yetim qalmış qonur ayı tapmışdılar. Onlar ayını öz sıralarına qəbul edib, "xoşbəxt əsgər" mənasını verən Wojtek adını vermişdilər.
🧐 Bu sadəcə simvolik bir jest deyildi. Onlar Wojtekə rütbə, xidmət nömrəsi və maaş kitabçası verməklə onu rəsmi olaraq hərbi xidmətə götürmüşdülər. Bu ayın əsgərlərlə birlikdə sıraya düzülür, onların yanın yatırdı. Hətta qısa müddətdən sonra o, öz bölməsinin digər üzvləri kimi pivə və siqaretdən həzz alırdı.
⚔️ Döyüşlər zamanı Wojtek cəsarətlə yoldaşlarının yanında dayanmış, hətta 1943-cü ildə İtaliyada Monte Kassino döyüşündə 100 kiloqramlıq silah-sursatı daşımaq üçün əsgərlərə kömək etmişdi. Onun sarsılmaz fədakarlığı və gücü sıravi əsgərdən onbaşı rütbəsinə yüksəlməsinə səbəb oldu. Bu günə qədər Wojtek bütün Polşada döyüş qəhrəmanı kimi hörmətlə anılır.
1 050
🧐 “Çernobıl üçlüyü” kimi tanınan mühəndislər Aleksey Ananenko, Valeri Bespalov və Boris Baranov 1986-cı ildə AES-də baş vermiş tarixi partlayışdan bir neçə gün sonra apokaliptik fəlakətin qarşısını almaq üçün həyatlarını riskə atdılar.
🧯 Yanğınsöndürənlər reaktora su vurmağa başlayan kimi su birbaşa aşağıda yerləşən zirzəmi otağına dolurdu. Zirzəmidə isə reaktoru sabit saxlayan soyuducu mayeni idarə edən klapanlar var idi. Buna baxmayaraq reaktorun istiliyi 1000 dərəcəyə qalxdığı üçün qoruyucu döşəmə əriməyə başlamışdı.
☢️ Ərimiş nüvə əgər su ilə təmasa keçsəydi, böyük partlayışa səbəb olar və yaydığı radiasiya o qədər böyük olardı ki, Şərqi Avropanın əksər hissəsində ən az 100 il ərzində yaşamaq mümkün olmazdı.
🎯 28 aprel 1986-cı ildə şəkildə gördüyünüz bu üç şəxs könüllü olaraq zirməyi enib, klapanları tapıb, çəni boşaltdılar. Onlar sadəcə dalğıc kostyumu geyinmiş, respiratorlar qorunaraq sadəcə fənərlə axtarışa keçmişdilər. Klapanları tapmaq və drenaj prosesinə başlamaq üçün onlar bir neçə gün enib çıxmalı oldular. Nəticədə mayın 8-nə kimi 20000 tondan çox su boşaldıldı və milyonlarla insan böyük faciədən xilas oldu.
1 050
🧐 Tarixin ən mübahisəli psixoloji təcrübələrindən biri 1920-ci ildə John Watson və Rosalie Rayner tərəfindən həyata keçirilən "Kiçik Albert" araşdırmasıdır. Bu araşdırmanın məqsədi uşağa qorxunun necə aşılana biləcəyini öyrənmək idi.
🐕 Buna nail olmaq üçün onlar Albert adlı doqquz aylıq uşağı seçmişdilər. Onu müxtəlif heyvanların - siçovulların, dovşanların və itlərin əhatəsində saxlayaraq, yüngül zərbələrə məruz qoymuşdular.
⏰ Zaman keçdikcə, Albert bu heyvanlarla qarşılaşdıqda, hətta hər hansı zərbəyə məruz qalmasa belə, qorxu əlamətləri göstərməyə başlamışdı. Bu təcrübə, qorxunun uşaqlarda formalaşdırıla biləcəyini (şərtli olaraq) və təbii olaraq yaranmadığını göstərmişdi.
1 050
🧐 Martin Couney tarixə "inkubator həkim" kimi keçmiş şəxsdir. Fəaliyyəti dövründə 7000-dən çox vaxtından əvvəl doğulan uşağın həyatını xilas edib.
👉🏻 O, "Coney Island" sərgisində bu körpələri inkubatorlarda nümayiş etdirməklə, ziyarətçilərdən tələb etdiyi 25 sentlə nail olmuşdu. 1900-cü illərin əvvəllərində ABŞ-da insanlarda belə bir inanc var idi ki, vaxtından əvvəl doğulmuş uşaqlar ölümə məhkumdurlar və həyatlarını xilas etməyə dəyməz.
⛔️ Lakin Couney öz unikal sərgisi ilə bu anlayışı tamamilə dağıtdı. Çikaqoda "toyuq inkubatorlarını" gördükdən sonra körpələr üçün təşkil etdiyi inkubatorların nə qədər potensiallı olduğunu başa düşmüşdü. Ona görə də uşaqların həyatını xilas etməklə həm inkubatorların geniş yayılmasına, həm də bundan sonra doğulan uşaqların həyatının xilas olmasına nail oldu.
🩺 1943-cü ildə onun sərgisi fəaliyyətini dayandırdı. Amma onun inkubatorları artıq ABŞ-da bütün xəstəxanalarda yerləşdirilmişdi.
1 050
🧐 Bu şəkildə gördüyünüz şəxs Robert Landsburqdur. 1980-ci il mayın 18-də Müqəddəs Helena dağında baş verən aktivliyi çəkmək üçün öz kamerası ilə onun yaxınlığına getmişdi. Elə həmin gün vulkanik partlayış baş vermişdi. Partlayışın şiddəti o qədər böyük idi ki, dağın böyük hissəsini parçalamışdı.
📸 Landsburq püskürmənin fotoşəkillərini son mümkün ana qədər çəkməyə davam etdi. Daha sonra çəkdiyi kameranı qutusuna qoyub, bel çantasına yerləşdirərək üzərinə uzandı.
👉🏻 Onun cəsədi 17 gün sonra küllərin içində tapıldı. Kadrların olduğu lent isə işlək vəziyyətdə idi. Onun çəkdiyi şəkillər 1981-ci ildə National Geographic jurnalında çap olundu.
🌋 Vulkanik partlayış nəticəsində 57 nəfər həlak oldu. Ətrafda yerləşən ərazilər küllərin altında qaldı. Dəyən zərərin həcmi təxminən 1 milyard dollar (indiki məzənnə ilə 3.1 milyard) idi.
1 050
📸 Şeytanın buynuzları
☀️ Bu gördüyünüz şəkil 2019-cu ildə Elias Chasiotis tərəfindən Qətərdə günəşin qismən tutulması zamanı çəkilib. Bu baş verən hadisə qeyri-adi idi. Halqavari günəş tutulması zamanı qismət tutulma da baş vermişdi.
🧐 Bunun səbəbi ayın mövqeyi ilə bağlı idi. Buna görə də şəkildə gördüyünüz buynuzvari görüntü əmələ gəlmişdi. Elə həmin andan etibarən foto bir çox yerdə "şeytanın buynuzları" kimi adlandırıldı.
1 050
🧐 İnsanlar tərəfindən edilmiş dünyanın ən bahalı səhvi Rusiya rəsmilərinin Alyaskanl ABŞ-a satmağı hesab olunur. Rus imperiyası həmin dövrdə geniş ərazilərə hökm etdiyi üçün Alyaskanı idarə etmək çətinləşmişdi. Böyük Britaniya tərəfindən həmin ərazi təhdid altında olduğu üçün ruslar buranı ABŞ-a satmağa qərar verdilər. Alyaska 7.2 milyon dollara, günümüz ekvivalenti ilə 123 milyard dollara satıldı.
🐴 Rəsmi mərasim Sitkada oktyabrın 18-i 1867-ci ildə rus və amerikan əsgərlərinin birgə marşı ilə reallaşmışdı. Həmin dövrdə rusların Alyaska torpaqlarının altındakı neftdən xəbəri yox idi. Onlar həm də ümid edirdilər ki, ABŞ-ın buranı alması Britaniyanın Sakit okean boyu mövcudluğuna təhlükə yaradacaq.
📌 Təxminən 20 ildən sonra, 1890-cı ildə Alyaskada neft tapıldı. Hesablamalara görə burda təxminən 1.2 milyard barel neft və 53 trilyon kub metr kəşf edilməmiş qaz var. Sadəcə neftin qiyməti bu gün 85 milyard dollardır.
