cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

Hacı Şahin Həsənli

Hacı Şahin Həsənlinin rəsmi kanalı 💠 Moizələr 💠 Çıxışlar 💠 Məqalələr 💠 Tədbirlər 💠 Xəbərlər 📧 [email protected]

نمایش بیشتر
پست‌های تبلیغاتی
4 405
مشترکین
-224 ساعت
-37 روز
-1630 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Photo unavailableShow in Telegram
Əziz on birincilər! Məktəb illərini geridə qoyub, müəllimlərin və valideynlərin sizə hazırladığı həyat sovqatı ilə gənclik dönəminə qədəm qoyursunuz. Siz artıq müstəqil yaşamağı təcrübə edəcəksiniz. Uşaqlıqla vidalaşmaq nə qədər kədərli olsa da, sizi qarşıda sonsuz imkanlar üfüqü gözləyir. Bu üfüqlərdə hər biriniz öz yolunuzun axtarışına çıxırsınız. Hansı yolu seçsəniz də, həmişə öndə olun. Həyatı enişi və yoxuşu ilə sevin. Hər zaman ümidlə yaşayın, istənilən uğursuzluğu yeni uğura çevirin. Unutmayın ki, hər bir son zəng yeni mərhələnin ilk zəngidir. Allahdan sizə sonsuz müvəffəqiyətlər, uzun və səmərəli həyat arzu edirəm. Yeni həyatınız mübarək! 14.06.2021/ Hacı Şahin Hәsәnli
نمایش همه...
35👍 3👏 2
Photo unavailableShow in Telegram
İnsanın hədəfi olmasa bu dünyada hər şeyi olsa da yenə narahat olacaqdır. Hacı Şahin Hәsәnli
نمایش همه...
72👍 7
02:15
Video unavailableShow in Telegram
Hәr alınan xәbәrә verilәn reaksiya, bu bizim kimliyimizin göstәricisidir... Cümәniz mübarәk!
نمایش همه...
51.59 MB
56👍 5
01:05
Video unavailableShow in Telegram
Onu әn yaxşı Hacı Şahin parodiya edirdi...
نمایش همه...
6.75 MB
👍 44 27👏 2
Photo unavailableShow in Telegram
Əziz uşaqlar! Bu gün Sizin müdafiə gününüzdür. Biz böyüklərdən olan təmənnalarınızı doğrulda bilməsək də, sizi çox sevirik. Siz, peyğəmbərimizin (s) təbiri ilə desək, cənnət güllərisiniz. Sizin qoxunuz, sizin çiçəklənməniz, sizin varlığınız ən böyük sevincimizdir. Vaxtı ilə biz də uşaq idik, bizim də ümid və təmənnamız var idi böyüklərdən... Bilirsiniz, dünyanı sevgi və ya nifrətlə dolduran biz özümüzük. Ona görə də, sizə bir arzum var - uşaq məsumluğunu heç zaman əldən verməyin. Qəlbinizin böyüklüyünü, sevginizin sonsuzluğunu özünüzlə gələcəyə daşıyın. Böyümək adı ilə kiçilməyin. 01.06.2020
نمایش همه...
75👍 6🥰 2
02:41
Video unavailableShow in Telegram
Bu gün saxta dinlәrlә hәqiqi dinin davası gedir... Cümәniz mübarәk!
نمایش همه...
61.53 MB
67👍 3
Müstəqillik böyük qurbanlarla əldə olunur və onun yükünü daşıya bilənlərə nəsib olur. Xalqımız bunu çox gözəl bilir. Bu vətənin azad və müstəqil qalması üçün elə bir dönəm olmadı ki, xalqımız qurban verməsin, əziyyətlərə qatlaşmasın. Bu gücün və qüdrətin qaynağı yalnız sarsılmaz mənəviyyat, özünəinam ola bilər. Başqasından asılı olmamaq başqasına bənzəməməkdir, başqasına bənzəməmək isə, öz fərqliliyini, özəlliyini anlamaqdır. Dünyaya nəsə verə biləcəyinə inanmayan xalq asılılığa məhkumdur. Güc isə bəşər tarixinə töhfə verəcəyinə inanan xalqın qismətidir. Bu da ərazinin böyüklüyü və ya sayın çoxluğuna deyil, məhz mənəvi gücə bağlı olan bir məsələdir. Allaha şükür olsun ki, Azərbaycan xalqı bu mənəviyyata sahib olub müstəqil və azad bir dövlət qurdu. Və bu gün də tarixin çağırışlarına cavab verib müstəqilliyini qoruyur. Müstəqil dövlət kimi var olmaq günümüzdə böyük fədakarlıq və müdriklik tələb edir. Xalqımız bu yüksək dəyərlərə sahib olduğu üçün tarixin sınağından üzüağ çıxıb müstəqil dövlət qurdu, bu dövlətin ərazi bütövlüyünü bərpa edə bildi. Məhz bu səbəbdən bu günü bayram kimi qeyd etməyə həmişəkindən daha çox layiqdir. Müstəqillik Gününüz mübarək! 28 May 2022 - Hacı Şahin Hәsәnli
نمایش همه...
71👍 5
Photo unavailableShow in Telegram
39
Photo unavailableShow in Telegram
Cəhənnəm özünü təkamüldən (inkişafdan) məhrum etməkdir. -Hacı Şahin Hәsәnli
نمایش همه...
75👍 8
Photo unavailableShow in Telegram
Müsəlman dünyagörüşündə qadın-kişi dixotomiyası heç vaxt olmayıb. Antik dövrdən XX əsrə qədər Avropada mənəvi-maddi, dini-dünyəvi, metafizik-fiziki, hökumət-xalq, uca-alçaq oppozisiyası kişi-qadın dixotomiyası və qarşıdurması üzərində qurulurdu. İslam dünyagörüşündə isə belə dualizm mövcud deyil. Qadın arxetipi olan Həvva kişi arxetipi sayılan Adəmin artıq qabırğası və ya asayişini əlindən alan kəs deyil. Qurani-Kərim insanın bir kişi və bir qadından yaradıldığını bəyan edir. Beləliklə də nə kişi ucalığı, nə də qadın alçaqlığı tərənnüm edir. Nəticə etibarilə müsəlman dünyagörüşündə dövlət, hüquq, əxlaq, mədəniyyət nə kişimərkəzlidir, nə də qadınmərkəzli. Hacı Şahin Həsənli - Xoşbəxt ailə modeli kitabından
نمایش همه...
👍 52 27