cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

Məfatihul-cinan

Kanal barədə sual, təklif və iradlarınızı bizə yaza bilərsiz. Əlaqə üçün @Ya_sahibul_esr @Rahi_9

نمایش بیشتر
پست‌های تبلیغاتی
495
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Təkəbbürün əlamətləri
Təkəbbür qadağan olunmuş çirkin bir xüsusiyyətdir ki, insanın özünü başqalarından üstün tutması nəticəsində yaranır. Belə düşüncə insanda davamlı şəkil aldıqda və bir həyat tərzinə çevirildikdə təkəbbür yaranır. Bu elə bir ruhi xəstəlikdir ki, özünün hamıdan ağıllı olduğunu insana təlqin edir. Belə bir adam həyatda yalnız öz prizmasından baxır. Ona nə qədər dəlil və həqiqət göstərsəndə, o qəbul etmir. Çünki inandığı "həqiqət" meyarı özünün ən üstün təfəkkür sahibi olması fikridir. Məhs bu xüsusiyyət sayəsində də insan bir çox günahlara mübtəla olur. Təkəbbürlü insan başqalarının haqqını tanımır, onların hüquqlarını tapdalayır, həqiqi mənada özündən başqa heç kimi sevmir, zülmkar olur - bir sözlə, İlahi həqiqətləri və hökmləri öz mənafeyinə uyğunlaşdırmağa çalışır, alınmayanda isə inkar edir. Bu xüsusiyyət özü ilə bərabər insanı inadkar, asi, dikbaş, böyük günahlar törətməyə vadar edən ən pis xüsusiyyətdir. Bu xüsusiyyətlər vaxtilə mələklərin bir çoxuna rəhbərlik etmiş və Allaha 6 min il ibadət etmiş, İblisin ilahi rəhmətdən kənar düşməsinə və əbədi lənətlənməsinə səbəb olub. Digər günahlardan fərqli olaraq təkəbbür insanı pis ilə yaxşını ayırd etməyə, əməlindən peşman olmağa və Allahdan əfv diləməyə, tövbə etməyə qoymur. Tövbə etməyən insanın isə günahları bağışlanmır. Məs bu səbəbdən təkəbbür özü ilə bərabər bir çox böyük günahların törədilməsinə səbəb olan, bununla yanaşı insanı daim haqlı çıxarmağa təhrik edən ən pis və təhlükəli xüsusiyyətdir.
نمایش همه...
Photo unavailableShow in Telegram
نمایش همه...
Sual : Ruzinin Allahdan gəlməsinə inanmaq işi kənara qoymaq demək deyil⁉️ Allahın qismətinə, xüsusilə də maddi mənafe zəminində tabe və razı olmaq, insana arxayınlıq versə də, insanı tamahkarçasına mal-dövlət müsabiqəsinə və növbənöv haram işlərə batmaqdan xilas edib, kin və paxıllıq hisslərinin qarşısını alır. Lakin mümkünsüz deyil ki, cidd-cəhd ruhiyyəsini söndürmək kimi qələmə verilsin. Yəni, demək olar ki, maddi ruzi ilə bağlı belə bir qismətə etiqad bəsləmək insanlarda səy və çalışqanlıq ruhiyyəsini söndürə bilər. Belə bir halda hər kəs "bizim ruzimiz əvvəlcədən bölünüb və dəyişməz" bəhanəsi ilə artıq əmək və fəaliyyətlərdən əl çəkər. Bu da, iqtisadi, maddi inkişafdan geri qalmaq və insanı yoxsulluqla mübarizdən saxlamaqla nəticələnə bilər. Lakin iki məsələyə diqqət etməklə bu etiraza cavab vermək mümkündür. 1) İslam dininin bu kimi təlim və əxlaqi tövsiyələri insanların maddi istəklərə doğru sürətlə irəliləməsinin qarşısında bir əyləcdir. Başqa sözlə desək insan vücudunun dərinliyində, onu mal-dövlətə, iqtisadiyyatını genişləndirməyə tərəf aparacaq çox sayda stimul var. Müəyyən amillər onları nəzarətdə saxlamasa, bütün etik və əxlaqi hüdudları adlayıb tamaha doğru yönələcək, mal-dövlət uğrunda yarışa atılacaq. Əli ibn Hüseyn (əleyhis-salam) dəqiqliklə bu məsələyə toxunur: مَعاشِرَ أَصْحابی! أُوصیکُمْ بِالاْخِرَةِ وَ لَسْتُ أُوْصَیْکُمْ بِالدُّنْیا! فَإِنَّکُمْ بِها مُستَوصُونَ وَ عَلَیْها حَریْصُونُ وَ بِها مُتَمَسِّکُونْ “Mənim dostlarım! Sizə axirət dünyası ilə bağlı tövsiyələrim var. Dünya barəsində isə təklif etmirəm. Çünki sizə onunla bağlı təklif olunub, ona qarşı hərissiniz, ondan möhkəm yapışmısınız.” (1) Digər tərəfdən İslam dininin təlimləri ilə bağlı tam nəticə almaq üçün müxtəlif ayə və hədisləri müqayisə etmək lazımdır. Çünki köklü məsələlər barəsində bir hədis və yaxud bir ayə ilə mühakimə yürütmək olmaz. Bir qisim hədislərdə, daha çox ruzi əldə etmək üçün cəhd etməkdən, digər qisim hədislərdə isə ilahi müqəddəratla razılaşmaq və tabe olmaqdan söz açılır. Digər tərəfdən də səy və çalışmaqla bağlı ayə və hədislərin məcmusundan başa düşmək olur ki, bu yolda nə süstlük - tənbəllik, nə də İlahi müqəddərata göz yumub, Onun Pak Zatına təvəkkül etmədən günah dolu tamahkarlıq doğru deyil. Bir sözlə ruzi Allah tərəfindən bölünsə də onun müəyyən şərtləri var. Şərtləri təqva, etik normalar və mətanətlə bərabər səy və çalışqanlıqdır. Şair deyir: Ruzi güman olunmayan yerdən gəlsə də, Onun üçün qapıları döymək ağılın şərtidir. Hər kəsin bir əcəli varsa da, Özünü əjdahanın ağzına atma Bu sətirləri peyğəmbərin (səlləllahu əleyhi və alih) “razılıq və təslim” məqamının əhəmiyyəti ilə əlaqədar sözləri ilə bitiririk. Həzrət buyurdu: "Qiyamət günü Allah-taala mənim ümmətimdən bir dəstəsinə qanad verəcək. Onlar məzarlarından cənnətə doğru qanad çalacaq və cənnətin fəzasında azad olacaqlar. Cənnətin bütün nemətlərindən istədikləri kimi istifadə edəcəklər. Mələklər onlardan: – Siz Allahın hesab çəkməsini gördünüzmü? – deyə soruşarlar. Onlar: – Görmədik, – deyə cavab verərlər. – Sirat körpüsünü gördünüzmü? – Sirat körpüsünü də görmədik. Onlardan təkrar soruşular: – Cəhənnəmi gördünüzmü? Onlar cavab verər: – Heç nə görmədik, – deyə cavab verərlər. Soruşarlar: – Siz hansı ümmətdənsiniz? Onlar cavab verər: – Məhəmməd (səlləllahu əleyhi və alih) ümmətindənik. Mələklər soruşar: – Sizi Allaha and veririk! Deyin görək sizin dünyadakı əməlləriniz nə olmuşdur (ki, belə bir məqama çatmısınız)? Onlar cavab verər: – Bizdə iki xüsusiyyət olduğu üçün Allah-taala öz fəzl və rəhməti ilə bizi bu dərəcəyə çatdırdı. Mələklər soruşar: – O iki xüsusiyyət hansılardır? Onlar deyərlər: کُنّا إِذا خَلَوْنا نَسْتَحی أنْ نَعْصیه وَ نَرْضى بِالْیَسیرِ مِمّا قُسِّمَ لَنا – Biz gizlində də günah etməkdən xəcalət çəkərdik və bizə qismət olan az (miqdar) ilə də razı idik. Mələklər deyər: حَقُّ لَکُمْ هذا – Bu yüksək dərəcə sizin haqqınızdır. (3) (4) 📚: 1. "Biharul-ənvar" cild 75, səh. 147. 2. "Gülüstane Sədi", üçüncü bab, qənaətin fəziləti. 3. "Məskənul-fuad", "Biharul-ənvar"dan nəqlən, cild 100, səh. 25. 3. "Pəyami İmam Əli (ə)", cild 2, səh. 48.
نمایش همه...
Photo unavailableShow in Telegram
Şərik ibn Ə'vər Müaviyə ibn Əbu Süfyanın yanına gəldi, Şərik eybəcər görkəmli şəxs idi. Müaviyə ona dedi: " Sən eybəcərsən, gözəl eybəcərdən daha yaxşıdır. Sənin adın Şərikdir, halbuki Allahın şəriki yoxdur. Sənin atanın gözü əyridir, düzgün gözlər əyridən daha yaxşıdır. Qəbilən səni özünə necə başçı seçib?" Şərik bu sözlərin müqabilində Müaviyəyə dedi: "Sən müaviyəsən, Müaviyə hürməyə deyilir. Səndə it kimi hürürdün. Sən Səxrin (daş qayanın) oğlusan, halbuki, düzənlik yer daşlıqdan daha yaxşıdır. Sən Hərbin oğlusan, halbuki, sülh müharibədən daha yaxşıdır. Sən Üməyyənin oğlusan, Üməyyə isə əmə (kəniz) kəlməsinin kiçildilmiş şəkilidir. Bəs, necə oldu ki, sən mömünlərin əmiri oldun.? 😉 📚Mənbə "Rəbiul-əbrar" @Cennetin_Acarlari
نمایش همه...
Ya Allah, əziz qardaş və bacılar. Müəyyən səbəblərdən kanalımızın fəaliyyətini dayandırmışdıq. Allahın lütfü ilə bu gündən bu müqəddəs işə start veririk. Sizdən xahişimiz budur ki, Allahdan bizə müvəffəqiyyətlik arzu edəsiniz.🤲
نمایش همه...
Mömün kimdir⁉️ Mömün - Allaha, mələklərə, kitablara, elçilərə, axirət gününə iman bəsləyən və saleh əməl edən şəxsdir. İnsanlar öz canları və mallarına görə ondan amandadırlar. Mömün çox zikr edən, çox düşünən nemətlərə şükür edən, bəlalar qarşısında səbirli olan şəxsdir. Mömün gizlində şükr edər, bəlalarda səbir göstərər və firavan vaxtındada Allahdan qorxar. @Cennetin_Acarlari 📚İslamda əxlaq və ədəb qaydaları
نمایش همه...
نمایش همه...
QƏDİM TƏBABƏTLƏ SAGLAM OL 🌺

Bunu yaxşı deyib bir dərman satan, Sağalmaq istəsən iç acı dərman ! Xəstəyə qənd vermək xoş deyil, inan Xəstə fayda görər acı dərmandan .. ✍️Sədi Şirazi .

🥀Zəhra__kənizi🥀 Əlaqə üçün:👇 @zehranin_gulu •------------••🍃🌺🍃••-----------• Anam deyərdi: "Aşiqlik bir gecədir, peşmanlıqsa min gecə." Min gecədir peşmanam ki, niyə bir gecə aşiqlik etmədim. •------------••🍃﷽🍃••-----------• https://t.me/zehra_1kenizi
نمایش همه...
İmam Zeynal-abidin (ə) (Səccad): 🔹“Qeybətdən çəkinin, çünki qeybət xalqın ətini yeyənlərin xuruşudur.” 📚“Müstədrəkul-вəsail”, c. 9, s. 113. 🔹“Allahın verdiyi ruziyə qənaət edən xalqın ən ehtiyacsızı olar.” 📚“Tuhəful-uqul”, s. 285. @Cennetin_Acarlari
نمایش همه...
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.