Salafi
Ir al canal en Telegram
🌴Hər gün bir ayə, bir dua, bir hikmət.... Əgər sən də imanını gücləndirmək, dinimizi daha yaxşı öyrənmək və həyatına nur qatmaq istəyirsənsə, sən də bizimlə ol!🌿 Dəvət var - yer sənin üçün də ayrılıb!💌 @salafi_life
Mostrar más569
Suscriptores
-224 horas
-17 días
-230 días
Archivo de publicaciones
569
قال النَّبيُّ ﷺ: سَبعةٌ يُظِلُّهمُ اللهُ في ظِلِّه يَومَ لا ظِلَّ إلَّا ظِلُّه:
الإمامُ العادِلُ، وشابٌّ نَشَأ في عِبادةِ رَبِّه، ورَجُلٌ قلبُه مُعلَّقٌ في المَساجِدِ، ورجُلانِ تَحابَّا في اللهِ اجتَمعا عليه وتَفَرَّقا عليه، ورجل طَلبَتْه امرَأةٌ ذاتُ مَنصِبٍ وجَمالٍ، فقال: إنِّي أخافُ اللهَ، ورجل تصدَّقَ، أخفى حتَّى لا تَعلمَ شِمالُه ما تُنفِقُ يَمينُه، ورجل ذَكرَ اللهَ خاليًا ففاضَت عَيناه
Peyğəmbər ﷺ demişdir:
Yeddi sinif insan vardır ki, Allahın kölgəsindən başqa heç bir kölgənin olmadığı gün Allah onları Öz kölgəsində kölgələndirəcəkdir:
1. Ədalətli rəhbər,
2. Rəbbinə ibadətdə böyüyən gənc,
3. Qəlbi məscidlərə bağlı olan kişi,
4. Allah rızası üçün bir-birini sevən, bu sevgi ilə bir araya gəlib, bu sevgi ilə də ayrılan iki şəxs,
5. Məqam və gözəllik sahibi olan bir qadın özünə çağırdıqda: "Mən Allahdan qorxuram!"– deyən kişi,
6. Sağ əlinin verdiyi sədəqəni sol əli bilməyəcək şəkildə gizli sədəqə verən kişi,
7. Tənhalıqda Allahı xatırlayıb gözləri yaşla dolan kişi.
Buxari, 660https://t.me/salafi_life
569
"Şübhəsiz ki, ayələrimizi inkar edənləri oda atacağıq. Hər dəfə onların dəriləri yandıqca, əzabı (daim) dadsınlar deyə, Biz o (dəriləri) başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən, Allah qüdrətlidir, hikmət sahibidir.
İman gətirib saleh əməllər edənləri isə (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. Orada onlar üçün pak zövcələr vardır. Biz onları sıx kölgəlikdə yerləşdirəcəyik."
Nisə surəsi ,56-57📚https://t.me/salafi_life
569
İbn Teymiyyə (rahiməhullah) demişdir: 📜
"Hər bir verilən nemət ikram deyildir və hər bir imtahan (çətinlik) əzab deyildir."
(Məcmuatur-Rəsail, 1/51) 📖https://t.me/salafi_life
569
"Əgər elmlə əməl olunarsa, o (elm) sabit qalar, davamlı olar, böyüyər və bərəkəti artar. Yox, əgər əməl etmək tərk olunarsa, o (elm) gedər (yox olar) və bərəkəti də kəsilər.📚📖
🔸 Buna görə də İmam Şafi (rəhiməhullah) buyurur:
'Elm, əzbərlənən şey deyil; elm, fayda verən şeydir.'
🔹 Həmçinin (Peyğəmbərimizdən) gələn duada belə deyilir:
اللَّهُمَّ عَلِّمْنِي مَا يَنْفَعُنِي، وَانْفَعْنِي بِمَا عَلَّمْتَنِي
[Allahummə 'allimni mə yənfə'uni, vənfə'ni bimə 'alləmtəni.]
'Allahım, mənə fayda verəcək şeyləri öyrət və öyrətdiyin şeyləri mənim üçün faydalı et.'
🔹 Başqa bir duada isə belə deyilir:
اللَّهُمَّ إنِّي أَعُوذُ بِكَ مِنْ عِلْمٍ لَا يَنْفَعُ
[Allahummə inni ə'uzu bikə min 'ilmin lə yənfə'.]
'Allahım faydasız elmdən Sənə sığınıram.'"
✍️ Şeyx Abdurrazzaq əl-Bədr (həfizəhullah)https://t.me/salafi_life
569
🔸 Şeyx İbn Useymin (rahiməhullah) demişdir: “Yalnız Aşura günü oruc tutmağın bəyənilməyən olması elm əhli arasında icma edilmiş bir məsələ deyil. Alimlərdən elələri var ki, yalnız Aşura günü oruc tutmağı qınanılan hesab etmirlər. Lakin daha yaxşı olan, ondan bir gün əvvəl və ya bir gün sonra da oruc tutmaqdır. Ancaq doqquzuncu gün on birinci gündən daha yaxşıdır. Çünki Peyğəmbər ﷺ buyurmuşdur: “Əgər gələn ilə qədər yaşasam, doqquzuncu günü də oruc tutacağam” (Muslim, 1134)
Elm əhlindən bəziləri demişlər ki, Aşura günü oruc tutmağın üç halı vardır:
Birincisi: Aşura günü ilə birlikdə ondan bir gün əvvəl və ya bir gün sonra oruc tutmaq.
İkincisi: Yalnız Aşura günü oruc tutmaq.
Üçüncüsü: Aşuradan bir gün əvvəl və bir gün sonra oruc tutmaq.
Onlar qeyd etmişlər ki, ən yaxşı və ən kamil olan, Aşura günü ilə birlikdə ondan bir gün əvvəl və bir gün sonra oruc tutmaqdır.
Bundan sonra doqquzuncu və onuncu gün oruc tutmaq gəlir.
Sonra onuncu və on birinci gün oruc tutmaq gəlir.
Daha sonra isə yalnız Aşura gününün özündə oruc tutmaq gəlir.
Mənə daha doğru görünən budur ki, yalnız Aşura günü oruc tutmaq qınanılan deyil. Lakin daha yaxşı olan, Aşura günü ilə birlikdə ondan bir gün əvvəl və ya bir gün sonra da oruc tutmaqdır”. (“Fətava İbn Useymin”, 20/42)
✅ Şeyxul-İslam İbn Teymiyyə (rahiməhullah) demişdir: “‘Aşura günü oruc tutmaq bir ilin günahlarına kəffarədir və yalnız bu gündə oruc tutmaq qınanılan deyil”. (“əl-Fətava əl-kubra”, 4/461)
🔺 İbn əl-Qəyyim (rahiməhullah) demişdir: “Bu gündə oruc tutmağın üç növü vardır:
Onların ən üstünü — ondan bir gün əvvəl və bir gün sonra da oruc tutmaqdır.
Sonrakı növ — doqquzuncu və onuncu gün oruc tutmaqdır. Hədislərin əksəriyyəti də buna dəlalət edir.
Bundan sonra isə yalnız Aşura günü, yəni onuncu gün oruc tutmaq gəlir”. (“Zad əl-Məad”, 2/76)
🔹 İbn Həcər (rahiməhullah) demişdir: “Aşura günü oruc tutmağın üç dərəcəsi vardır:
Onların ən aşağısı — yalnız Aşura günü oruc tutmaqdır.
Ondan üstün olan — Aşura ilə birlikdə doqquzuncu gün də oruc tutmaqdır.
Ən yüksək dərəcə isə — Aşura orucunu doqquzuncu və on birinci günlə birlikdə tutmaqdır”. (“Fəthul-Bari”, 4/346)
🔸 İmam əş-Şövkani (rahiməhullah) demişdir: “Ən yaxşısı ehtiyatlı davranaraq hər üç günü — doqquzuncu, onuncu və on birinci günləri oruc tutmaqdır”. (“Neyl əl-Əvtar”, 2/549)
❗️Bu il Məhərrəm ayının günləri miladi təqvimlə belə uyğun gəlir:
9-cu Məhərrəm — 24 iyun
10-cu Məhərrəm — 25 iyun (Aşura günü)
11-ci Məhərrəm — 26 iyun
https://t.me/salafi_life
