cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Vüqar Van

Mostrar más
Publicaciones publicitarias
262
Suscriptores
Sin datos24 horas
-37 días
+930 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Keçən günlərdə AYB-nin 90 illiyi keçirildi. Xəbərə baxdım, çıxış edənlər arasında Rəşad Məcid, Ramiz Rövşən, Afaq Məsud və bu qəbildən olan digər ədəbiyyatın kökəltdiyi adamlar yox idilər. Doğrudan, çox maraqlıdır. AYB-nin 90 illiyi keçirilir və AYB-nin ən böyük funksionerlərindən biri olan Rəşad Məcid çıxış etmir. Nədən inciyib görən?))) Onun yerinə də Sayman Araz otaylı-butaylı vətən həsrətindən bəhs edən şeirlər oxuyub. Sonra Anar düşünüb ki, bəs başqa cür necə alçalda bilərəm bu ayebeyə üzv olan şair-şüür, yazar-pozar tayfasını, qərar verib ki, Əkbər Qoşalıya şeir oxutdursun. Bakı. Muğam Mərkəzi. Müasir, işıqlı zal. AYB-nin 90 illiyi. Hər halda, böyük tədbirdir. Ölkənin hər yerindən üç-beş şeir yazan adam, ayebe üzvü durub tədbirə gəlib, üzvlərin içində əyalət şairlərindən başqa, çox istedadlı, qorxmadan-çəkinmədən yazıçı, şair deyəcəyimiz adamlar da var. Və bu adamların qabağında Əkbər Qoşalı şeir oxuyur. Təsəvvür edirsiz? Adam öz istedadına daha başqa cür necə xəyanət edə bilər? Adam özünü başqa cür necə alçalda bilər? Orda iştirak edən 3-5 yaxın dostum var, hansı ki, bir şeirləri, bir hekayələri nəinki əkbərqoşalıdan, Anardan, ayebedən də böyükdür. Mən onların yerinə xəcalət çəkirəm, onların yerinə utanıram. Stalinin yaratdığı, içində işıqlı insanların qanı olan qurumun üzvü olasan, sədrin 35 ildir kreslodan əl çəkməyə, özü də idarə etdiyi qurumdan 5 yaş balaca ola, bunlar azmış ki, əkbərqoşalılar, saymanaruzlar sənin qabağında şeir oxuya, sən də müticəsinə qulaq asıb, əl çalasan. Belə yaşamaq, yəqin, çox çətin olar. Həmişə ayebe üzvü olan dostları qınayanda, onların mənə cavabı bu olurdu ki, "biz nələrisə dəyişmək istəyirik, ona görə ordayıq, oranı içindən dəyişmək lazımdır, sən də gəl, haqqını əyalət şair-yazıçıları yeməsinlər. Gəl, dəstək ol, fikir bildir, nəsə iş görək, dəyişək. Deyinməklə, düşmən olmaqla, heç nə əmələ gəlmir". Məlum olur ki, bunların da hamısı fuflo söhbətlər imiş. Sən ordasan və sənin yerinə, sənin lobuna əkbərqoşalılar şeir oxuyurlar. Hər zaman, hər zaman bu belə olacaq. Hanı bəs, ay ayebeni içəridən dəyişmək istəyənlər, niyə sizə bir kəlmə söz verilmir? Sizi heç adam yerinə qoymurlar. Xatırlatmaqda fayda var. Qanımızın tərkibində hər kəsdə olduğu kimi leykosit, eretrosit, trombosit var və Allah bizi yaltaq, müti yaratmayıb. Kim istəyirsə sonradan yaltaq və müti olur.
Mostrar todo...
Azərbaycan Yazıçılar Birliyinin 90 illiyi qeyd olunub

Azərbaycan Yazıçılar Birliyinin (AYB) 90 illiyi münasibətilə nəzərdə tutulmuş silsilə tədbirlər çərçivəsində Beynəlxalq Muğam Mərkəzində ədəbi-bədii gecə təşkil olunub.

7👍 4❤‍🔥 2
Photo unavailableShow in Telegram
Bu gün saat 7-də Şəhriyarın poeziya dəqiqələri olacaq. Crescent Malldakı təzə açılan Əli və Nino mağazasında. Kim şairin özündən şeirlərinə qulaq asmaq istəsə, buyurub gəlsin. Maraqlı olacaq.
Mostrar todo...
4👍 2👎 1
00:38
Video unavailableShow in Telegram
Təzə bəstəmi istədim sizlərlə də bölüşüm)) hayku yazıram, roman yazıram, esse yazıram, indi da mahnı bəstələdim. Sənətin bütün sahələriylə məşğulam. Bircə rəsmlə kino da çəksəm, vəssalam. Ayaqlarımı uzadıb ölərəm)))
Mostrar todo...
7.80 MB
9👏 2❤‍🔥 1🔥 1
Təzə yazım. İmkan olsa, oxuyarsız)
Mostrar todo...
Vüqar Van: "Darıxıram"

Vüqar Van: "Darıxıram"

7👍 2
Təzə şeir və haykularımı sizinlə paylaşıram. Məncə, şeir yaradıcılığımda yeni mərhələdir)) *** Bir bulud aş gətirdilər mənə, Yeyib getdim girdim ayebeyə Anar məllimi öpüb gəldim evə. *** İlqar Fəhmi İlqar Səhmi İlqar Rəhmi İlqar Sanki İlqar Sənki İlqar Yamal Amin Amal Lamin Yamal *** Əzizinəm, Azərbaycan, Qovrulmuş badımcan, Lənkəranda fisincan, Canım Seymur Baycan. *** Oba marketin xırdası olmayan kassirləri yordu məni. Yüz minlik ordu məni, Axtarır tapa bilmir. *** Bu zamana kadar bana yapılan hiç bir şeyi unutmadım, Mümkünse yapanlar da unutmasın... İyiliyiğiniz de, kötülüğünüz de aklımda. *** Ay Qismət məəllim, Bu dünyanın əyrisi də, Doğrusu da yalandı, Yolu kəsən bəxti əldən alandı, İlan kimi qıvrılandı çalandı, Şıkı-şıkı, mıkı-mıkı dünyadı. *** "Qarabağ Azərbaycan"dır adlı marketdən, Bir ədəd balaca batareya aldım. Gətirib dayanmış saatımıza saldım. Dərin fikirlərə daldım. *** Ət-dönəri dadlıdır, Hörmətli, ad-sanlıdır Azəri oğlanları, Dövlətli və şanlıdır. *** Allah massonlara lənət eləsin İlahi amin. Dua etdi Zamin.
Mostrar todo...
😁 16 2🤪 2
Photo unavailableShow in Telegram
Aee senin bığlarını yeyərəm men ele, heç Emrahın belə klipi yoxdu, nə olub, bu nə klipdi?)))
Mostrar todo...
😁 12
Repost from Orkhan Shahbaz
Bir şey ya var, ya da yoxdur. Bəlkə... Zamanla... Ümid edirəm ki... vaxtı uzatmaq üçün deyilən sözlərdir. Təcrübəli insan güman etməkdənsə, həll etməyi önə çıxarır. Özünü təkmilləşdirən insanlar bir gün qarşılaşırlar və o gün hər şey bir anda baş verir. İllərlə zəhmət çəkib nəticə əldə etmək kimidir. O zəhmətin nə olduğunu anlayanlar bir anda hər şeyi hiss edə bilir. Yəni təktərəfli gücü sərf edib yorulmaq yox, iki gücün birləşməsindən daha yaxşı var olmaq. Sinerji. #ZİDD
Mostrar todo...
😁 7🤯 2
Orxan Şahbazın kanalına qoşulmuşam)))) Əbülfəqızıdan sonra çoxdandır oxumağa, əylənməyə bir şey tapmırdım. Belə ağzına gələni danışan, ağzının danışığını bilməyən adamlar çox az qalıb. Bir sözlə, təzə əyləncəmiz var)))
Mostrar todo...
😁 7
Qismətin təzə yazısı. "Maşınımı sür" filmi haqqında 4 əjdaha indiyə qədər yazı yazıb. Aliyə xanım, Sevda xanım, Hacı Səfərov və Qismət. Aliyə və Hacının yazısını "Fokus" jurnalından gərək oxuyasız, Sevda və Qismətin yazılarının da linkini qoymuşam. Bu əjdahaların içində Sevda xanımın bir razılaşdığım tənqidi var. Çox dəqiq deyir ki, "Maşınımı sür"də ədəbiyyat filmdən daha çoxdur. İndi Qismətin də yazısını oxudum, köhnə yazıları da oxudum, fikrimcə, film haqqında ən yaxşı yazını Aliyə yazıb. Təbii bütün yazılar master-klassdır, uşaq-muşaq söhbəti deyil, amma əjdahaların içində ən yaxşısı Aliyə xanımındır, çünki öz qənaətləri çoxdur. Bu yazısındakı bir ifadəsini qulağımda sırğa edib həyatımda da tətbiq edirəm: "Həyat hər fürsətdə gözardı etdiyin həqiqəti qarşına çıxarır". Bəh bəh bəh. Film isə doğrudan da 2021-ci ilin ən yaxşı filmidir. Mən keçən il baxmışdım deyəsən. Çox gözəldir, baxmayanlara da təklif edirəm mütləq baxsınlar. Sonra da bu yazıları oxusunlar. Kabab üstündən sərin su içən kimi gedir)))
Mostrar todo...
👍 6 2
Təzə yazım. Vaxtınız olsa, oxuyarsız.
Mostrar todo...
15 yaşlı qızını satan ata - Məşədini kim aldatmışdı?

15 yaşlı qızını satan ata - Məşədini kim aldatmışdı?

8👍 2
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.