es
Feedback
MU'MİNUN🖋️

MU'MİNUN🖋️

Ir al canal en Telegram

Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️‍🩹

Mostrar más
399
Suscriptores
Sin datos24 horas
-27 días
-130 días
Archivo de publicaciones
تلاوة_جميلة_للقارئ_محمد_اللحيدان_من_سورة_الفرقانMP3_320K.mp36.50 MB

photo content

Rəşidi xəlifələrin ardıcıllığını göstərən gözəl bir hədis. Allahın hökmranlığı isə hər şeyin üstündədir.
Rəşidi xəlifələrin ardıcıllığını göstərən gözəl bir hədis. Allahın hökmranlığı isə hər şeyin üstündədir.

Huzeyfə bin əl-Yəmənidən rəvayət olunur: «Peyğəmbər ﷺ dedi: Görəsən məndən sonra sizə nə qalacaq? Məndən sonra Əbu Bərkdən və Ömərdən nümunə götürün!"» (Bu hədisi ət-Tirmizi öz hədis toplusunda rəvayət etmiş və həsən hədis adlandırmışdır. Əl-Əlbani də öz" "əl-Mişkat" əsərində onunla razılaşmışdır.) t.me/muminuntelegram

+3
Rəşidi xəlifələrimizi tanıyaq: Rəşidi xəlifələr İslam tarixində Peyğəmbərimizin ﷺ vəfatından sonra müsəlmanlara rəhbərlik etmiş dörd saleh və adil xəlifəyə verilən ümumi addır. Onlar İslam dininin əsaslarının qorunub yayılmasında və müsəlman cəmiyyətinin idarə edilməsində əhəmiyyətli rol oynayıblar. Rəşidi xəlifələr: 1. Əbu Bəkr Siddiq 2. Ömər ibn Xəttab 3. Osman ibn Affan 4. Əli ibn Əbu Talib Allah onlardan razı olsun!

"Məgər dərk etmirdiniz? Bu sizə vəd edilmiş Cəhənnəmdir. Kafir olduğunuza görə bu gün orada yanın! Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları günahlar barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər. Əgər istəsəydik, onların gözlərini kor edərdik və onda onlar düz yolla getməyə çalışardılar. Amma necə görə bilərdilər?" {YəSin surəsi; 62-66}

"Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki, gömülməklə qəbirləri ziyarət etdiniz." {Təkəsur surəsi;1-2} 📍Baqi Məzarlığı, Mədinə

SubhənAllah, dünya üzərində müsəlmanlar qırılır — Fələstin olsun, ya da elə uzağa getməyək, öz ölkəmizdəki təyyarə qəzası. Həyatını itirənlər… Bu hadisələr sizə ar deyilmi? Siz heç Ramazan bayramı qeyd edən və ya Qurban bayramında qurban kəsən xristian görmüsünüz? Amma müsəlmanlar necə olur ki, Yeni il keçirir?

photo content

Tiktokda və digər sosial şəbəkələrdə yayılan əxlaqsızlığı ölkəmizdən ancaq İslam əxlaqı apara bilər. Bunun yeganə dərmanı budur. İnsanları düzəltməyə çalışmalıyıq. İslami dərsləri, düzgün əqidəni yayın, dərsləri paylaşın! Batil əqidələri, çirkin əxlaqları yayanlar aktiv olduğu kimi, siz də xeyri yaymaqda aktiv olun. Şər əhli öz şərini yaymaqdan yorulmadığı kimi siz də xeyri yaymaqdan yorulmayın! Düzgün əqidə, İslam əxlaqı haqqında hazır dərslər çoxdur. Sadəcə bu dərsləri yaymaq lazımdır! "İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et". (Nəhl. 125). ©️ Sahib Əsədov

Repost from İslami sual-cavab
🔔 İ C A B Ə T / D U A  E T! ✨ Allahım, biz Səndən Firdous Cənnətini və ona yaxınlaşdıran sözləri deməyi  və əməlləri etməyi diləyirik və Sənə cəhənnəm odundan, ona yaxınlaşdıran sözləri deməkdən və əməlləri etməkdən sığınırıq. ✨ Allahım! Səndən Öz elminlə mənə kömək etməyi və Öz qüdrətinlə mənə qüdrət verməyi diləyirəm. Səndən, Sənin böyük lütfünü diləyirəm. Sənin (hər şeyə) qüdrətin çatır, mənimsə qüdrətim çatmır, Sən (hər şeyi) bilirsən, mən isə bilmirəm. Qeybləri bilən Sənsən. Mənə görünən və görünməyən, dünyam və axirətim üçün lazım olan bütün xeyirləri nəsib et. Məni görünən və görünməyən, dünyam və axirətim üçün zərərli olan bütün şərlərdən uzaq et. ✨ Ey Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla! ✨ Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş müsəlmanları bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən! ✨ Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işləri görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam! ✨ Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur! Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə! Məni Nəim bağının varislərindən et! ✨ Ey qəlbləri döndərən! Qəlbimi dinin üzərində sabit et! ✨ Ey Rəbbim! Köksümü açıb genişlət! İşimi yüngülləşdir! ✨ Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir! ✨ Allahım! Öyrətdiklərinlə mənə fayda ver, fayda verəcək şeyləri mənə öyrət və elmimi artır! ✨ Allahım! Sən məni gözəl biçimdə yaratdın. Əxlaqımı da gözəl et! ✨ Allahım, hidayəti, Allah qorxusunu, iffətli və qənaətkar olmağı Səndən diləyirəm. ✨ Allahım, günahımı bağışla, yaşadığım yeri genişlət və mənə verdiyin ruzini bərəkətli et! ✨ Allahım! Səndən faydalı elm, təmiz ruzi və məqbul əməl diləyirəm! ✨ Allahım, mənə verdiyin nemətin tükənməsindən, verdiyin uğurun dəyişməsindən, qəfil qisas almağından və bütün qəzəbindən Sənə sığınıram! ✨ Ey Rəbbim! Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin yaxud yaratdıqlarından kiməsə öyrətdiyin yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et. ✨ Allahım! Mən özümə çoxlu zülm etmişəm. Günahları yalnız Sən bağışlayırsan. Özün günahımdan keçməklə məni bağışla və mənə rəhm et. Həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən! ✨ Allahım! İsmətli olan dinimi, yaşadığım dünyamı və qayıdacaq axirətimi islah et Xeyirli işlər üçün ömrümü artır, ölümümü isə şər əməllərdən qurtarmaq üçün rahatlıq vasitəsi et! ✨ Allahım, nəfsimi təqvalı et və onu təmizə çıxart, Sən təmizə çıxaranların ən xeyirlisisən. Sən nəfsimin qəyyumu və hamisisən! ✨ Allahım! Bilə-bilə Sənə şərik qoşmaqdan Sənə sığınıram və bilmədiklərimə görə də Səndən bağışlanma diləyirəm! ✨ Allahım! Filistində yaşayan müsəlmanlara öz qüdrətinlə yardım et! Onlara asanlıq ver, başlarına gələn müsibət üçün çoxlu səbr ver savablarına yaz! Allahım! Əqsa məscidini işğalçı yəhudilərin əlindən qurtar. 🌻 T.me/islamisualcavabb

🍃Fəcr surəsi, 21-26 🎙Saud Al Juma Paylaşaraq xeyirə vəsilə olun!t.me/muminuntelegram

photo content

İbn Ömər (radiyallahu anhu) demişdir: “Peyğəmbər ﷺ camaatın arasında ayağa qalxıb Allaha - Ona layiq tərzdə təriflər dedikdən sonra dəccalı yada salıb dedi: “Mən sizi ondan xəbərdar edib çəkindirirəm. Elə bir peyğəmbər olmamışdır ki, ümmətini ondan çəkindirmiş olmasın. Nuh da öz ümmətini ondan çəkindirmişdir. Lakin mən dəccal barəsində sizə elə bir söz deyəcəyəm ki, (onu) heç bir peyğəmbər öz ümmətinə deməmişdir. Bilin ki, o, təkgözdür. Allah isə təkgöz deyildir.” (Buxari 3057, 3337, 6175/Muslim 7540, 2932/97) t.me/muminuntelegram

Repost from Sən Xatırlat
🔔Bəlkə də o təyyarəyə minməyi istəyib amma müxtəlif səbəblərdən dolayı minə bilmədiyi üçün üzülən neçə-neçə kəslər var idi. Bəlkə üsyan edirdi ki, niyə uça bilmədim. Bu gün isə onlar şükr edirlər. "Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bilmirsiniz." (Bəqara, 216)

إِنَّ شَجَرَتَ ٱلزَّقُّومِ [٤٤:٤٣] Həqiqətən, zəqqum ağacı طَعَامُ ٱلْأَثِيمِ [٤٤:٤٤] günahkar adamın yeməyidir. كَٱلْمُهْلِ يَغْلِى فِى ٱلْبُطُونِ [٤٤:٤٥] Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar – كَغَلْىِ ٱلْحَمِيمِ [٤٤:٤٦] qaynar su qaynayan kimi.

Allahın Firon kimi bir zalıma belə yumşaqlıqla yanaşmasını düşünərkən, Onun bizə olan saysız-hesabsız Rəhmət və Mərhəmətinə q
Allahın Firon kimi bir zalıma belə yumşaqlıqla yanaşmasını düşünərkən, Onun bizə olan saysız-hesabsız Rəhmət və Mərhəmətinə qarşı etdiyimiz asiliklərdən utanmamalıyıqmı?

✍️🏼Bəzi insanlar, Allahın rəhm etdikləri istisna, ən çox arxa fonda nəşid, qəmli musiqi olan videolardan təsirlənirlər. Elə düşünürlər ki, bununla onların imanı artır. ⚠️Lakin bu sadəcə şeytanın bir aldatmasıdır və bu " imanın artması hissi" köpük kimi müvəqqətidir. 🫧 Şeyx də buna izn vermir. Əks təqdirdə onun haqqına girmiş olunur.. Ağıllı insan özünü qul haqqı ilə yükləməz..

SubhənAllah