es
Feedback
MU'MİNUN🖋️

MU'MİNUN🖋️

Ir al canal en Telegram

Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️‍🩹

Mostrar más
398
Suscriptores
-124 horas
-37 días
-130 días
Archivo de publicaciones
📖 Əl-Əraf surəsi, 7-43 🎙 Anas Al Malik Linkə keçid edib, videonu YouTube kanalımızdan da izləyə bilərsiniz. ⤵️
https://youtube.com/shorts/Jhcyd8Y34ZQ?si=Qp4nICHLXl4dCdn1

Bəqərə (İnək) 2:150 وَمِنۡ حَیۡثُ خَرَجۡتَ فَوَلِّ وَجۡهَكَ شَطۡرَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۚ وَحَیۡثُ مَا كُنتُمۡ فَوَلُّوا۟ وُجُوهَكُمۡ شَطۡرَهُۥ لِئَلَّا یَكُونَ لِلنَّاسِ عَلَیۡكُمۡ حُجَّةٌ إِلَّا ٱلَّذِینَ ظَلَمُوا۟ مِنۡهُمۡ فَلَا تَخۡشَوۡهُمۡ وَٱخۡشَوۡنِی وَلِأُتِمَّ نِعۡمَتِی عَلَیۡكُمۡ وَلَعَلَّكُمۡ تَهۡتَدُونَ 🕋 Hara (səfərə) çıxsan, (namaz qıldıqda) üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin ki, insanlar arasındakı zalımlardan başqa heç kəsin sizə qarşı bir dəlili olmasın. Onlardan qorxmayın, Məndən qorxun ki, Mən də, sizə olan nemətimi tamamlayım və bəlkə, siz doğru yola yönələsiniz.

photo content

Repost from Ahlul-Quran
Bunu qısa şəkildə bir də yazıram:✨ 🌸Zilhiccənin 1-dən 13-nə qədər hər gün , günün istənilən vaxtı çalışın çoxlu-çoxlu "Allahu Əkbər Allahu Əkbər, Lə iləhə illəllahu vəllahu Əkbər Allahu Əkbər və lilləhil Hamd " deyin 🌸Ərafa günündən Zilhiccənin 13-nə qədər hər namazdan sonra "Allahu Əkbər Allahu Əkbər, Lə iləhə illəllahu vəllahu Əkbər Allahu Əkbər və lilləhil Hamd " deyin

Repost from Ahlul-Quran
Zilhiccənin ilk 10 günündə iki cür təkbir olur: 1.Ət-Təkbir əl-Muqayyəd 2.Ət-Təkbir əl-Mutləq 🔹Təkbir Mutləq (xüsusi vaxtı olmayan)Zilhiccənin ilk günündən başlayaraq Təşriq günlərinin sonuna qədər yəni zilhiccənin 13-ü əsr namazının bitməsinə qədər davam edən və istənilən vaxt edilən təkbirdir. 🔹Təkbir Muqayyəd (xüsusi vaxtı olan) isə fərz namazlarından dərhal sonra heç bir başqa zikr etmədən edilən təkbirdir. Bu həm imama, həm də imama uyanlara aiddir. Yəni salam verən kimi belə deyilir: " Allahu Əkbər, Allahu Əkbər, Lə iləhə illəllahu vəllahu Əkbər, Allahu Əkbər və lilləhil Hamd" , sonra isə ardınca namazdan sonra deyilən istiğfar və digər zikirlər oxunur. Təkbir muqayyədə dəlil alimlərin icması və səhabələrdən gələn rəvayətlərdir. Əlidən (radiyallahu anhu) İbn Əbi Şeybənin rəvayətetdiyi hədisdə, həmçinin ,İbn Abbasdan (radiyallahu anhu) və bir çox səhabədən varid olan bütün rəvayətlərə görə təkbir muqayyədin vaxtı Ərafa günü fəcr namazından sonra başlayır. İmam Əhmədin (rahiməhullah) məzhəbi də bu rəydə ittifaq edib. Həcdə olmayanlar Ərafa günü fəcr namazından sonra təkbir etməyə başlayır ta ki Zilhiccənin 13-ü əsr namazından sonraya kimi. Yəni namazlardan dərhal sonra olan son təkbir, Zilhiccənin 13-ü əsr namazınından sonradır. Bununla da təkbir muqayyədin vaxtı bitir. Bir çox alimlərin, habelə İmam Əhmədin görüşünə əsasən , bir çox səhabədən nəql olunduğu üçün təkbir muqayyəd fərz namazlarından sonra olduğu kimi, nafilə namazlarından sonra da deyilir. Təkbir muqayyəd kişilərə aid olduğu kimi qadınlara da aiddir. Buxaridən (rahiməhullah) rəvayət olunur ki, Ömər bin Abdulazizin dövründə qadınlar örtük arxasında namaz qılar və təkbir muqayyədi deyərdilər. Təkbir Mutləq isə Zilhiccənin ilk günündən başlayaraq Zilhiccənin 13-ü məğrib namazınadək istənilən vaxt oxunur . Buxaridən rəvayət olunur ki, İbn Ömər və Əbu Hureyrə Zilhiccənin ilk 10 günündə bazara çıxar və yüksək səslə təkbir gətirərdilər, insanlar da onların ardınca təkbir gətirərdi. Xülasə: Ərafa günü fəcr namazından etibarən həm təkbir muqayyəd, həm də təkbir mutləq deyilir. Yəni həm namazlardan dərhal sonra , həm də günün istənilən vaxtı təkbir oxunur. {وَاذْكُرُوا اللَّهَ فِي أَيَّامٍ مَّعْدُودَاتٍ} [البقرة: ٢٠٣] Allah Quranda buyurur: " Sayılı günlərdə Allahı zikr edin" (Əl-Bəqara;203) Sayılı gün dedikdə Təşriq günləri nəzərdə tutulur.

Zəmzəm Məkkədə Kəbə yaxınlığındakı bulaqdan çıxan mineral suyun adıdır. Min illər boyu eyni mənbədən çağlayan bulaq möcüzəvi şəkildə əmələ gəlib. Bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin عليه السلام körpə oğlu İsmail عليه السلام susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır. Belə ki, İbrahim عليه السلام Allahın əmri ilə kiçik yaşlı oğlu İsmaili عليه السلام və onun anası Həcəri Məkkədə, susuz bir yerdə buraxır. Övladının susuzluqdan ölməsindən qorxan Həcər Səfa və Mərvə təpələri arasında su axtarmağa başlayır. Yeddi dəfə həmin təpələr arasında gedib-gəlir. Həcər su axtararkən İsmail عليه السلام ayağını yerə vurmağa başlayır və birdən ayağının dəydiyi yerdən su çıxır. Həcər yerdən çıxan su ilə İsmailin عليه السلام oynadığını görür və Süryani dilində zəm-zəm, yəni “dur-dur” deyərək suyun qabağını qumla kəsərək gölməçə formasına salmağa çalışır. Muhəmməd صلى الله عليه و سلم “Yer üzünün ən xeyirli suyu Zəmzəmdir” buyurmuş və onu “Mübarək” adlandırmışdır. Həmçinin, zəmzəmin hansı niyyətlə içilərsə ona dərman olacağını bildirmişdir. Yəni, xəstəlikdən şəfa tapmaq üçün zəmzəm içən şəxs şəfa tapar, susuzluğu üçün zəmzəm içənin susuzluğunu aparar. Bir litr suyun tərkibində ən azı 250 mq mineral varsa, həmin su mineral su sayılır. Zəmzəm suyu üzərində aparılan laboratoriya analizlərinə görə isə, bir litr zəmzəm suyunun tərkibindəki 800-1000 mq arasında mineralların olduğu müəyyən edilib. Bu nəticə zəmzəm suyunun insan orqanizminə lazım olan minerallarla zəngin olduğunu göstərir. Zəmzəm Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) içməli su meyarlarına uyğundur. Zəmzəm; Sümüklərin inkişafı, sinirlərin, əzələlərin və ürəyin nizamlı işləməsi üçün lazım olan kalsium, sağlam dişlər üçün lazım olan flüor və qidaların həzm edilməsi üçün lazım olan natrium bikarbonat baxımından çox zəngindir. Mineral suların çoxsaylı müalicəvi faydaları olduğu və oynaq və əzələ iltihablarının müalicəsində istifadə edildiyi hamıya məlumdur. Zəmzəm bu məqsədlə də istifadə olunur.
Dünyanın məşhur mineral sularından biri olan “Evian”ın bir litrində təxminən 78-80 mq kalsium, “Perrier”də isə 147-150 mq kalsium var. Bir litr zəmzəmdəki kalsium miqdarı isə 190-200 mq-dır.
4-8 yaşlı uşaqların gündəlik kalsiuma ehtiyacı 800 mq-dır. Hamilə qadınların və laktasiya edən anaların gündəlik kalsiuma ehtiyacı isə 1300 mq-dır. Sağlam həyat üçün çox zəruri olan kalsiumu müxtəlif qidalardan əldə etmək olar. Bunun üçün ən vacib qida süddür. Təkcə Zəmzəm suyu isə gündəlik kalsium ehtiyacımızın 15-25%-ni qarşılayır.

Zəmzəm Məkkədə Kəbə yaxınlığındakı bulaqdan çıxan mineral suyun adıdır. Min illər boyu eyni mənbədən çağlayan bulaq möcüzəvi şəkildə əmələ gəlib. Bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin عليه السلام körpə oğlu İsmail عليه السلام susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır. Belə ki, İbrahim عليه السلام Allahın əmri ilə kiçik yaşlı oğlu İsmaili عليه السلام və onun anası Həcəri Məkkədə, susuz bir yerdə buraxır. Övladının susuzluqdan ölməsindən qorxan Həcər Səfa və Mərvə təpələri arasında su axtarmağa başlayır. Yeddi dəfə həmin təpələr arasında gedib-gəlir. Həcər su axtararkən İsmail عليه السلام ayağını yerə vurmağa başlayır və birdən ayağının dəydiyi yerdən su çıxır. Həcər yerdən çıxan su ilə İsmailin عليه السلام oynadığını görür və Süryani dilində zəm-zəm, yəni “dur-dur” deyərək suyun qabağını qumla kəsərək gölməçə formasına salmağa çalışır. Muhəmməd صلى الله عليه و سلم “Yer üzünün ən xeyirli suyu Zəmzəmdir” buyurmuş və onu “Mübarək” adlandırmışdır. Həmçinin, zəmzəmin hansı niyyətlə içilərsə ona dərman olacağını bildirmişdir. Yəni, xəstəlikdən şəfa tapmaq üçün zəmzəm içən şəxs şəfa tapar, susuzluğu üçün zəmzəm içənin susuzluğunu aparar. Bir litr suyun tərkibində ən azı 250 mq mineral varsa, həmin su mineral su sayılır. Zəmzəm suyu üzərində aparılan laboratoriya analizlərinə görə isə, bir litr zəmzəm suyunun tərkibindəki 800-1000 mq arasında mineralların olduğu müəyyən edilib. Bu nəticə zəmzəm suyunun insan orqanizminə lazım olan minerallarla zəngin olduğunu göstərir. Zəmzəm Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) içməli su meyarlarına uyğundur. Zəmzəm; Sümüklərin inkişafı, sinirlərin, əzələlərin və ürəyin nizamlı işləməsi üçün lazım olan kalsium, sağlam dişlər üçün lazım olan flüor və qidaların həzm edilməsi üçün lazım olan natrium bikarbonat baxımından çox zəngindir. Mineral suların çoxsaylı müalicəvi faydaları olduğu və oynaq və əzələ iltihablarının müalicəsində istifadə edildiyi hamıya məlumdur. Zəmzəm bu məqsədlə də istifadə olunur. Dünyanın məşhur mineral sularından biri olan “Evian”ın bir litrində təxminən 78-80 mq kalsium, “Perrier”də isə 147-150 mq kalsium var. Bir litr zəmzəmdəki kalsium miqdarı isə 190-200 mq-dır. 4-8 yaşlı uşaqların gündəlik kalsiuma ehtiyacı 800 mq-dır. Hamilə qadınların və laktasiya edən anaların gündəlik kalsiuma ehtiyacı isə 1300 mq-dır. Sağlam həyat üçün çox zəruri olan kalsiumu müxtəlif qidalardan əldə etmək olar. Bunun üçün ən vacib qida süddür. Təkcə Zəmzəm suyu isə gündəlik kalsium ehtiyacımızın 15-25%-ni qarşılayır.

📖 Əz-Zumər surəsi, 29-33 🎙 Yasser Al Dosari Linkə keçid edib, videonu YouTube kanalımızdan da izləyə bilərsiniz. ⤵️ https://youtube.com/shorts/MFNi7gJo9NQ?si=R3jMRaTjGV63D2NG

📖 Əz-Zumər surəsi, 53-59 🎙 Muhammad Al Luhaidan Linkə keçid edib, videonu YouTube kanalımızdan da izləyə bilərsiniz. ⤵️ https://youtube.com/shorts/rPHN8BZfRmY?si=J74ckcdHAKqHSrxs

Anketdə dəyişikliklər etdik, cavablarınızı yenidən göndərə bilərsiniz.

Kanalımızda daha çox hansı tip videolar paylaşılsın?
Anonymous voting

photo content

Kanalımızda daha çox hansı tip videolar paylaşılsın?
Anonymous voting

photo content

Əlhəmdulilləh..! STOP Elanda toplanan məbləğ 561azn 75 qəpik. “Uca Rəbbim Sədəqənizi  günahlarınizdan bir təmizlik, malınizdan bərəkət, xəstəliyinizə şəfa, Allahın razılığına və mərhəmətinə bir səbəb etsin. Uca Allah Sizə berket verisn Əziz Qardaş Və bacilar

📢 TƏCİLİ ELAN Əssələmu aleykum və rahmətullahi və bərakətuhu, dəyərli müsəlmanlar! Yaxından tanıdığımız 4 uşaq atası bir qardaşımızın ağır vəziyyətini sizlərlə paylaşmaq istəyirik. Bu qardaşımız şəraiti olmayan bir evdə kirayədə qalır. Yeni işə başlayıb, lakin ailəsinin ehtiyaclarını tam qarşılayacaq imkanları yoxdur. Son vaxtlar mağazaya olan borcunu ödəyə bilmədiyinə görə, mağaza sahibi onu sıxışdırmağa başlayıb. Eyni zamanda, digər kommunal borcları da toplanıb və vəziyyəti getdikcə çətinləşir. Hazırda bu qardaşımıza hərtərəfli yardım vacibdir. Biz mağazaya olan borcunun ödənilməsini öz üzərimizə götürürük və əlavə olaraq ərzaq yardımı da etmək istəyirik. Lazım olan məbləğ: 550 AZN Kart nömrəsi: 4169 7388 5425 0002 Əlaqə: Sədi qardaş – 070 863 22 21 Gəlin, Allahın bizə verdiyi malın az bir hissəsini Onun rizası üçün bu ehtiyac içində olan qardaşımız üçün sərf edək. Unutmayaq ki, sədəqə malı azaltmır, əksinə onu bərəkətli edir. Bismilləh! İmkan daxilində yardım edin və bu elanı paylaşaraq savabda şərik olun. 📌 Daha çox faydalı paylaşımlar üçün: 🔗 t.me/peygemberineexlaqi

Kəhf (Mağara) 18:107-108 إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ كَانَتْ لَهُمْ جَنَّـٰتُ ٱلْفِرْدَوْسِ نُزُلًا 🌷 İman gətirib xeyirxah əməllər işləyənlərin məskəni isə Firdovs bağları olacaqdır. خَـٰلِدِينَ فِيهَا لَا يَبْغُونَ عَنْهَا حِوَلًا 🌷 Onlar orada əbədi qalacaq, oranı başqa bir yerə dəyişmək istəməyəcəklər.

Repost from المكتبة
📖"Qurani Kərim" in sözbəsöz tərcüməsi. المكتبة📚