es
Feedback
MU'MİNUN🖋️

MU'MİNUN🖋️

Ir al canal en Telegram

Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️‍🩹

Mostrar más
399
Suscriptores
Sin datos24 horas
-47 días
+230 días
Archivo de publicaciones
Repost from MU'MİNUN🖋️
💡 BAYRAM TƏKBİRLƏRİ 💡
Şeyx ibn Useymindən soruşulmuşdur: Ramazan bayramında bayram təkbiri nə vaxt başlayır və bitir? Cavab: "Bayram günü təkbir Ramazan son gününün axırında günəşin batması ilə başlayır, imamın bayram namazın qıldırana qədər davam edir." (Məcmu' Fətəvə 16/259)

Repost from N/a
🩷Bayram təkbirləri🩷 Məğrib namazından sonra başlayıb bayram namazına kimi bu təkbirləri demək sünnədir.🌷
▫️“Allahu Əkbər Allahu Əkbər lə iləhə illəllah, Allahu Əkbər Allahu Əkbər və lilləhil həmd”
▫️və ya “Allahu Əkbər Allahu Əkbər Allahu Əkbər lə iləhə illəllah, Allahu Əkbər Allahu Əkbər Allahu Əkbər və lilləhil həmd."

السلام عليكم ورحمة الله وبركاته ▪️ Gənclər üçün faydalı xatırlatmalar və dualar üçün kanal linkinə keçid edə bilərsiniz.T.me/QelbdenRebbime • • T.me/QelbdenRebbime • • T.me/QelbdenRebbimeNə gözəldir qəflət zamanı xatırlatmaların olması... ◾️ Paylaşaraq xeyirə vəsilə olun. Xeyirə vəsilə olan, onu etmiş kimi əcr qazanır. Bir çox gənclərimizin xətalarından çəkindirməyə səbəb olun.

Əlhəmdulilləh ...
Əlhəmdulilləh ...

Bizi bir gün daha oruc tutmağa müvəffəq edən Allaha həmd olsun!🤍

Repost from SƏLƏFİN ƏXLAQI
🌙 Əssələmu aleykum. Möhtərəm müsəlmanlar! Səudiyyə Ərəbistanında ay görünmədi, sabah inşəAllah orucuq. 20 mart Ramazan bayramıdır. Uca Allah bu ayda etdiyiniz ibadətləri qəbul etsin! 🌙 t.me/selefinexlaqi

📣📣📣📍Ay görsənmədi. Sabah Ramazanın sonuncu günüdür inşəAllah. Bu gecə də son gecəsi..

Ay hələ görsənməyib dəqiq məlumat yoxdur

Repost from ixlasla.com
Şeyx Saleh əl-Fovzan, Ramazanı gözəl tamamlamaq barəsində.. 🌙 https://youtu.be/J1EznQxGZG8

Repost from İslamla yaşa
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir: Qədr gecəsini Ramazanın son gecəsində axtarın. ("Sahihul Cəmi", 1238) So
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir: Qədr gecəsini Ramazanın son gecəsində axtarın. ("Sahihul Cəmi", 1238) Sonuncu gecəni könülsüz keçirtmə, əksinə ibadətləri daha da gücləndir. 🌙✨Faydalanmaq üçün bizi izləyin 💎https://t.me/islamlayasha 💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j 💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr 💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

Repost from İSLAM VƏ SUNNA
✨Qədr gecəsinin 27 ci gecə olmasına dəlillər✨ 1⃣ Zirr ibn Hubeyş Ubey ibn Kəbin (Allah hər ikisindən razı olsun) belə dediyini rəvayət etmişdir: «Tək olan Allaha and olsun ki, mən bilirəm Qədr gecəsi hansı gecədir. Qədr gecəsi o gecədir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə o gecəni ibadətdə keçirməyi əmr etmişdir. O gecə iyrimi yeddinci gecədir. O gecənin səhəri günəş şüasız doğar». (Səhih Muslim, 762). 2⃣ Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib belə dedi: - Ey Allahın Rəsulu! Mən yaşlı və xəstə bir kişiyəm. Davamlı gecə namazı qılmaq mənə ağır gəlir. Sən mənə bir gecəni ibadətdə keçirməyi əmr elə, ola bilsin Allah məni qədr gecəsinə müvəffəq edər. Rasulullah(Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: «İyirmi yeddinci gecəni ibadətdə keçir». (Müsnəd Əhməd, 2149, Əhməd Şakir səhih olduğunu deyib) 3⃣ İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir : «Qədr gecəsini axtaran onu iyrimi yeddinci gecədə axtarsın». Başqa bir rivayətdə buyurmuşdur: «Onu iyrimi yeddinci gecədə axtarın» (Müsnəd Əhməd, 4808, hədis səhihdir) 4⃣ Muaviyə ibn Əbu Sufyan (Allah hər ikisindən razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir: «Qədr gecəsi iyrimi yeddinci gecədir» (Sünən Əbu Davud, 1386, Albani səhih deyib). 5⃣ İmam Nəvəvi (Allah ona rəhmət etsin) demişdir: «Qədr gecəsinin iyrimi yeddinci gecə olduğunu: Ömər, Huzeyfə İbn Yəmən, Ubeyy ibn Kəb, Zirr ibn Hubeyş, Abdə İbn Əbu Lubəbə (Allah həmısından razı olsun) və digər səhbələr deyiblər və o gecənin iyrimi yeddinci gecə olduğundan şəkk etməyiblər». (Şərh Sahih Muslim) 6⃣ Şeyx Albani(Allah ona rəhmət etsin) Sünən Əbu Davudda (1247) demişdir: «Əksər hədislərə və racih olan görüşə görə Qədr gecəsi iyrimi yeddinci gecədir». 7⃣ Şeyx Səd Xaslən (Allah onu qorusun) demişdir: «Daha doğru olan görüş odur ki, Qədr gecəsi bütün illərdə sabitdir, dəyişmir çünki o gecənin şərəfi onda Quranın nazil olmasıdır. Quranın da bir gecədə nazil olub dəyişməməsi Qədr gecəsinin hər il bir gecədə olması ilə ziddiyyət təşkil edir. Əgər Qədr gecəsi dəyişən gecə olsaydı Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) həmin gecəni ümmətinə xəbər vermək istəməzdi. Sonra iki müsəlmanın davasına görə unutdurludu. Qədr gecəsinin dəyişməyən gecə olması səhabələrdən nəql olanla da sabitdir. Belə ki, onlardan kimsə o gecənin hər il dəyişdiyini deməyib. Onun dəyişdiyini yalnız sonradan gələn alimlər deyiblər». 8⃣ Şeyx Xalid Huveysin (Allah onu qorusun) demişdir: «Qədr gecəsi iyrimi yeddinci gecədir, dəyişmir və bu haqda səhih hədislər var. Mən iyrimi ildən artıq bir zaman izləmişəm və onun iyrimi yeddinci gecə olduğunu görmüşəm. Həmin gecənin iyrimi yeddinci gecə olduğu haqda Munziri və Qurtubi müstəqil başlıq zikr ediblər. İmam Əhməd və İshaq ibn Rahavey də iyrimi yeddinci gecə olduğunu deyiblər» . Kanala abunə olub öz səhifələrinizdə paylaşmaqla xeyrin yayılmasına səbəb olun https://telegram.me/islamveelm

Ümidsizlikdən sonra gələn rəhmət;
+4
Ümidsizlikdən sonra gələn rəhmət;

🌟Ümidsizlikdən sonra gələn rəhmət;🌟
+4
🌟Ümidsizlikdən sonra gələn rəhmət;🌟

Repost from N/a
⚪️https://t.me/etrafimizdakinisaneler ⚪️Elmi-populyar mövzuda kanal,lakin dinimizin prizmasından. ⚪️Burada Allahın qüdrətinə və hikmətinə işarə edən və ağıllı insanın üzərində düşünməli olduğu etibarlı mənbələrdən insan,təbiət,kosmos və ətraf aləm haqqında materiallar paylaşılacaq. ⚪️Həm müsəlmanlar,həm də iman etməyənlər üçün ibrət və fayda verə biləcək mövzular seçməyə çalışacağıq.Allah bu layihəni faydalı,maraqlı və bərəkətli etsin. ⚪️Abunə olun və başqaları ilə də paylaşın)
سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنفُسِهِمْ حَتَّى يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ ⚪️«(Quranın) haqq olduğu onlara aydın olana qədər,Biz dəlillərimizi onlara həm kainatda,həm də onların özlərində mütləq göstərəcəyik.» [41:53]
                                                       ❐❐❐

#Ramazanın_son_cüməsiFəzilətli Şeyx Həsən Buxari حفظه الله: "Dua edərkən Rəbbindən sevdiyin şeyləri istəmədən öncə, Rəbbinə Onun sevdiyi şeyləri eşitdir. Rəbbin təriflənməyi, səna edilməyi, ucaldılmağı, geniş mənası olan (qısa) sözləri sevir: SubhənAllahi va bihəmdihi, SubhənAllahil Azim. Ərşin altındakı xəzinələrdən-əbədi qalan saleh əməllərdən olan dörd kəliməni: SubhənAllah, Əlhəmdulilləh, Lə iləhə illəllah, Allahu Əkbər. Bunları dualarında de, çünki onlar duanın ən böyük ədəblərindəndir. Sonra duana Peyğəmbərﷺə salavat deməklə başla və bununla da bitir. O da həmçinin duanın ədəblərindəndir. Hansı ki, sünnənin nasları onun dua edənlərin duasına cavab veriləcəyinə səbəb olduğuna dəlalət edir".T.me/arabiazeri

'Elmin bəlaları və ədəbləri 1'_251204_234037.pdf2.48 KB

سورة الكهف .pdf6.26 KB

Sübh vaxtının fəziləti 🌱 Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: Allahım ümmətimin sübh vaxtlarına bərəkət ver! Əb
Sübh vaxtının fəziləti 🌱
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: Allahım ümmətimin sübh vaxtlarına bərəkət ver! Əbu Davud, 2606
İbn Qayyim (rahiməhullah) demişdir:
Saleh insanlar sübh namazı ilə günəş doğana qədər olan vaxt arasında yatmağı xoşlamazdılar. Çünki o qənimət, ruzinin enmə və bərəkətin başlama vaxtıdır. 📗 Mədəricus-Səlikin, 1/457 🖇 T.me/ibnqayyimrahimahullah

Abdullah ibn Amr ibn əl-As 🤩 rəvayət edir ki, Allah Elçisi buyurdu: 🔖Ümmətimdən olan bir kişi Qiyamət günü məxluqatın qarşısına çağırılacaq və ona doxsan doqquz ədəd kitab göstəriləcək. Hər bir kitabın ölçüsü gözün gördüyü son məsafəyə qədər olacaq. Sonra Uca Allah buyuracaq: “Bunlardan birini inkar edə bilərsənmi?” O: “Xeyr, ey Rəbbim!”- deyə cavab verəcək. Allah buyuracaq: “(Əməlləri) yazan gözətçi mələklərim sənə zülm ediblərmi? Bu qədər kitabın qabağında sənin savabın ola bilərmi?” O, qorxu içində: “Xeyr!”- deyə cavab verəcək. Allah buyuracaq: “Əksinə, dərgahımızda sənin üçün savab vardır. Odur ki, bu gün sənə zülm edilməyəcək”. Bu vaxt onun qarşısına içində “əşhədu əl-lə iləhə illəllah və ənnə Muhəmmədən abduhu və rəsuluhu” yazılmış bir kağız parçası qoyulacaq. O deyəcək: “Ey Rəbbim! Bu qədər kitabın qabağında bu kağız parçası nə fayda verə bilər?” Allah buyuracaq: “Sənə zülm olunmayacaq!” Sonra kitablar tərəzinin bir gözünə, kağız parçası isə digər gözünə qoyulacaq və bu kağız parçasının ağırlığından o kitablar havaya qalxacaq”.🔖
📚 ət-Tirmizi, 2639, 2850; İbn Macə, 4300. 4442. əl-Albani hədisin səhih olduğunu bildirmişdir.