es
Feedback
MU'MİNUN🖋️

MU'MİNUN🖋️

Ir al canal en Telegram

Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️‍🩹

Mostrar más
407
Suscriptores
-124 horas
+27 días
+730 días
Archivo de publicaciones
Şeytanın qəlblərimizə hüzn, dərd və həmçinin qorxu salan ən böyük 2 silahi vardir. Hüzn keçmişdə baş verən işlərə görə olur, qorxu isə gələcəkdə baş verəcək işlərə görə olur. Möminin bu iki silahı özündən dəf etdiyi ən əzəmətli vasitə Allaha təvəkkül etməsi və Allahın hökmləri ilə razı qalmasıyla olur. Təvəkkül etmək qorxunu aparır qədərdən razı qalmaq isə hüznü aradan qaldırır. Şeyx Valid Səidanın (Allah onu qorusun) faydalarından. 🎤

🌷
🌷

🤎
🤎

🖋Muhəmmədin 🕋 sifətləri və xislətləri
⚫️Muhəmmədin 🕋 xarakter və şəxsiyyəti: Muhəmməd 🕋 xasiyyəti sakit və davranışı yumşaq idi, özü isə kobud və sərt deyildi. Ona 10 il xidmət edən Ənəs ibn Məlik 🇧🇳 onu vəsf edərək belə demişdir: “Peyğəmbər 🕋 insanların ən əxlaqlısı idi. O bir dəfə də olsa belə mənə “uff” deməmişdir”. Gülüşlərinin çoxu təbəssüm şəklində idi. Səhabələri ilə zarafat edirdi. Ancaq zarafat edəndə həmişə həqiqəti deyirdi. Sözləri yersiz və ədəbsiz deyildi. Onun sözləri və hərəkətləri olduqca ədəbli idi. Heç vaxt ucadan danışmazdı, qışqırmazdı. (Peyğəmbərimiz 🕋 səhabələri ilə zarafatlaşırdı: Ənəsin 🇧🇳 rəvayət etdiyi bir hədisdə, bir kişi (başqa bir rəvayətdə qadın) Muhəmmədin 🕋 yanına gəlir və bir minik heyvanı istəyir. Muhəmməd 🕋 : “Səni dəvə balasına mindirəcəyəm” deyə cavab verir. Adam, “Ya Rəsulullah, mən sizdən bir minik istəyirəm, dəvə balasını nə edim?” dedi. Onun təəccübləndiyini görən Peyğəmbər 🕋 : “Bütün dəvələr başqa bir dəvənin balası deyilmi?” deyərək zarafat etdiyini bildirir. Əbu Davud, Ədəb, 84, 92)
Ardı var...

📖 Əhzab surəsi, 35 🎙 Yasser Al Dosari

📖 Zumər surəsi, 53 🎙 Maher Al Muaiqly

اللهم اغفر لموتانا وضاعف لهم الأجور ‏ وألطف بهم في القبور ؛ وآمنهم يوم البعث والنشور .. ‏وخص منهم الآباء والأُمهات ؛ وارحمهم كما ربونا صغارا💔 _ دعاء القنوت ليلة 5 رمضان 1446 | الشيخ د.#ياسر_الدوسري .

Allahummə innəkə Afuvvun, tuhibbul-afvə fəafu anni Tərcüməsi: Allahım sən Əfv edənsən, Əfv etməyi sevirsən, məni əfv et!🌟
Allahummə innəkə Afuvvun, tuhibbul-afvə fəafu anni
Tərcüməsi: Allahım sən Əfv edənsən, Əfv etməyi sevirsən, məni əfv et!🌟

Repost from MU'MİNUN🖋️
Oruc açarkən edilən dua: ذَهَبَ الظَّمَأُ، وَابْتَلَّتِ الْعُرُوقُ، وَثَبَتَ اْلأَجْرُ إِنْ شَاءَ اللهُ Zəhəbəz-zəməu, vəbtəl
Oruc açarkən edilən dua: ذَهَبَ الظَّمَأُ، وَابْتَلَّتِ الْعُرُوقُ، وَثَبَتَ اْلأَجْرُ إِنْ شَاءَ اللهُ Zəhəbəz-zəməu, vəbtəllətil-uruq, və səbətəl-əcru inşə Allah. Susuzluq getdi və damarlar islandı. Allah istəsə, savab yazıldı!¹ ¹ Əbu Davud, 2/306 və başqaları rəvayət etmişlər. Bax: «Səhihul Cami», 4/209.

🖋Muhəmmədin 🕋 sifətləri və xislətləri
⚫️Muhəmmədin 🕋 təsviri və xüsusiyyətləri: Orta boylu nə hündür, nə də qısa idi. Onun mübarək üzü çəhrayı-ağ, ay kimi parıldayırdı. Görənlər dərhal onu sevərdi. Onun alnı iri, mübarək gözləri isə qara və iri idi. Saçları qara olsa da, arasında bir neçə ağ saçları var idi. Saçı nə hamar, nə də qıvrım deyildi. Saqqalı çox uzun deyildi amma gur idi. O, kök deyildi qarnı düz və sinə səviyyəsində idi. Yeriyərkən iti-iti yeriyir ayağını yerə sürtməzdi. Geriyə baxmaq lazım olanda bütün bədəni ilə dönərdi.
Ardı var...

Ən təvazökar səhabə kim idi?
Anonymous voting

Vəfat etdikdən sonra mələklərin yuyaraq qüsl etdiyi yeganə səhabə kimdir?
Anonymous voting

Ölümünə acıyaraq Ərşin titrədiyi səhabə kimdir?
Anonymous voting

İslamın ilk şəhid qadını kimdir?
Anonymous voting

“Quranın tərcüməçisi” adlanan səhabə kimdir?
Anonymous voting