MU'MİNUN🖋️
Ir al canal en Telegram
Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️🩹
Mostrar más404
Suscriptores
+224 horas
+57 días
+1430 días
Archivo de publicaciones
404
Repost from « من القلب إلى ربي »
O, sənə günah edərkən baxır,sonra qəlbinə peşmanlıq salır, daha sonra sənə istiğfar etməyi ilham edir,sonra səni bağışlayır, sonra səndən razı qalır, sonra pisliklərini yaxşılıqlarla əvəz edir. Onun böyük lütfünün bir hissəsi də budur ki, o, səni gülümsəyən görəndə sənə savab yazır, ağrılı əziyyət çəkən görəndə günahlarını bağışlayır.Günahla savab arasında sən daim Onun lütfü ilə əhatə olunmusan.
• T.me/QelbdenRebbime •
404
Repost from N/a
1. 📚 Большие учёные | Böyük alimlər | كبار العلماء — BOOKS
https://notebooklm.google.com/notebook/efcb3c14-a2ea-42c1-98ff-53c7e9a32e34
2. 📚 Ибн Усеймин | İbn Useymin | ابن عثيمين — BOOKS
https://notebooklm.google.com/notebook/d434630a-63a7-48b3-ae54-c153b5919331
3. 📺 Большие учёные | Böyük alimlər | كبار العلماء — YOUTUBE
https://notebooklm.google.com/notebook/c8450266-bd0d-4836-8b28-5d9c559aff31
4. 🛡 Опровержения | Rəddlər | الردود — BOOKS
https://notebooklm.google.com/notebook/a1d1d825-64f5-45b4-aa1c-446a0dda98f4
5. 📺 Шейхи | Şeyxlər | الشيوخ — YOUTUBE
https://notebooklm.google.com/notebook/23eb81a0-9116-4d55-90ba-8ec25c8987ba
6. 📜 Фетвы | Fətvalar | فتاوى — BOOKS
https://notebooklm.google.com/notebook/ae1300b1-6443-4713-bdac-64ee00d19d6f
7. 🗃 Azərbaycan İslam Kitabxanası — BOOKS
https://notebooklm.google.com/notebook/4fdf5180-fc9f-4067-a4bc-9bf8841cb0cd
8. 🗃 Русская исламская библиотека — BOOKS
https://notebooklm.google.com/notebook/2e5d3b48-64f1-4db0-99c3-f3d0632539fd
9. 📚 Арабский язык | Ərəb dili | النحو والصرف — BOOKS
https://notebooklm.google.com/notebook/ac0b253c-8311-494d-bcc9-08983e36d956
10. 📚 Ибн аль-Каййим | İbn Qeyyim | ابن القيم — BOOKS
https://notebooklm.google.com/notebook/0f7e0ada-1e29-4d03-a3ca-13e076cba05d
11. 📺 Абдурраззак аль-Бадр | Əbdürrəzzaq əl-Bədr | عبد الرزاق البدر — YOUTUBE
https://notebooklm.google.com/notebook/2cd60ffb-9dd3-43af-93b8-a06143453342
404
Repost from ELM yolu
Dəyərli, ELM yolu izləyiciləri! 🌟🌟
Bu gün sizə elm öyrənmək işimizi, xüsusilə də hər hansı bir araşdırma apardıqda bu prosesi inanılmaz dərəcədə bizə asanlaşdıran çox faydalı bir proqram - NotebookLM barədə ən sadə dillə məlumat vermək istəyirəm.
NotebookLM nədir❓
Təsəvvür edin ki, yanınızda çox ağıllı və çox tez işləyən bir köməkçiniz var. Siz ona bir neçə və ya yüzlərlə qalın kitab verirsiniz və o, həmin kitabları saniyələr içində "oxuyub əzbərləyir". Sonra siz ona həmin kitablarla bağlı istədiyiniz sualı verirsiniz, o isə dərhal o kitabların içindən ən dəqiq cavabı tapıb sizə sadə dillə izah edir.
Bu proqramın hansı gözəl xüsusiyyətləri var və bizə necə kömək edə bilər?
🟡İstifadəsi çox asandır:
Proqramlardan çətinliklə istifadə edənlər üçün belə çox rahatdır. Heç bir mürəkkəb funksiyası yoxdur, sadəcə dostunuza mesaj yazırmış kimi sualınızı yazırsınız.
🟡Tam dəqiqdir:
İnternetdəki hər cür qarışıq və ya yalan məlumatı yox, yalnız sizin ona verdiyiniz etibarlı mənbələrdəki (yüzlərlə kitablar, dərslər, xütbələr və s.) məlumatları verir.
🟡Dəqiq mənbəni göstərir:
Proqramın möhtəşəm üstünlüyü odur ki, NotebookLM hər hansı bir sualınıza cavab verərkən həmişə mənbəni göstərir. Yəni, o sizə sadəcə quru cavab vermir, eyni zamanda həmin məlumatı hansı kitabdan və ya hansı dərsin mətnindən götürdüyünü xüsusi linklərlə qeyd edir. Siz o linklərin üzərinə basaraq birbaşa alimin kitabındakı həmin yerə gedə və oxuduğunuz məlumatın doğruluğunu öz gözünüzlə görə bilərsiniz.
🟡Vaxta qənaət:
Minlərlə səhifəlik elmi əsərlərin içindən axtardığınız konkret bir mövzunu saniyələr ərzində tapmağa kömək edir.
Ən gözəl xəbər isə budur:↩️
Artıq içərisində böyük İslam alimlərinin möhtəşəm əsərləri toplanmış hazır qovluqlar (bloknotlar) mövcuddur.📚
👍 Bunu bir az da sadə dillə izah edək:
Hər bir link (yəni bloknot) xüsusi bir mövzuya və ya alimə (alimlərə) həsr olunub.
Proqram isə suallarınıza yalnız və yalnız o bloknotun içindəki kitablara, dərslərə əsaslanaraq cavab verir. İnternetdəki ixtiyari, bəzən etibarsız olan məlumatları yox, məhz o bloknotdaki etibarlı elmi sizə təqdim edir, özündən heç nə uydurmur.
➡️ Məsələn, siz "Ərəb dili qrammatikası" kitabları toplanmış bloknota daxil olub sual versəniz, proqram sizə başqa mövzulardan yox, konkret olaraq oradakı qrammatika kitablarına əsaslanaraq ən düzgün cavabı tapıb verəcək.
Və ya İbnul-Qayyimin kitabları toplanmış bloknota daxil olsanız, proqram sizin sualınızı yalnız onun kitablardakı məlumatlara əsaslanaraq cavablandıracaq.
Artıq istifadə edə biləcəyiniz bir neçə hazır bloknotumuz var.🩵
📌NotebookLM tətbiqini yüklədikdən sonra sadəcə bloknotlara aid keçidlərin üzərinə basaraq bu hazır bloknotları avtomatik olaraq öz NotebookLM hesabınıza əlavə etmiş olacaqsınız.
Tətbiqi yükləmək üçün:↩️
https://play.google.com/store/apps/details?id=com.google.android.apps.labs.language.tailwind
Bloknotların keçidlərini və mütəmadi olaraq əlavə ediləcək yeni mənbələri bu Telegram kanalda tapa bilərsiniz:⬇️
https://t.me/notebookislam
📗 Kanalda mövcud olan bloknotlar:
⏺Böyük alimlərin (İbn Baz, Əl-Albani, İbn Useymin, Əs-Səədi, Saleh əl-Fovzan, Saleh Ali Əş-Şeyx) dərslərinin, fətvalarının və xütbələrinin yazılı mətnləri olan bloknot.
⏺ Dörd böyük alimin (İbn Baz, Əl-Albani, İbn Useymin və Saleh əl-Fovzan) kitab, fətva, şərh və dərslərinin yazılı mətnlərindən ibarət böyük bazaya malik bloknot.
⏺ Şeyx Abdurrazzaq ibn Abdulmuhsin əl-Bədrin YouTube dərslərinin, mühazirələrinin və xütbələrinin yazılı mətnləri olan bloknot.
⏺ Ərəb dili üzrə böyük kitabxanası olan bloknot:
Qrammatika, morfologiya, i'rab, bəlağət, lüğət və ərəb dili alimlərinin klassik əsərləri... Və digər bloknotlar.. 📝
Allah faydalı etsin. Amin🌺
404
الله أكبر - !Allah ən Böyükdür
Nə deməkdir “Allahu Əkbər”?
🔘 Gəlin, hər gün təkcə fərz namazlarında belə dəfələrlə təkrar etdiyimiz, bəlkə də artıq bizim üçün adiləşdiyi üçün mənası haqqında düşünməyi tərk etdiyimiz əzəmətli sözün mənası barədə bir az düşünək.
◻️ Uca Allah, Zumər surəsinin 67-ci ayəsində buyurur:
وَمَا قَدَرُوا۟ ٱللَّهَ حَقَّ قَدۡرِهِۦ وَٱلۡأَرۡضُ جَمِیعࣰا قَبۡضَتُهُۥ یَوۡمَ ٱلۡقِیَـٰمَةِ وَٱلسَّمَـٰوَ ٰتُ مَطۡوِیَّـٰتُۢ بِیَمِینِهِۦۚ سُبۡحَـٰنَهُۥ وَتَعَـٰلَىٰ عَمَّا یُشۡرِكُونَ
*⃣Onlar Allahı layiqincə dəyərləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun ovcunda olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların (müşriklərin Ona) şərik qoşduqlarından ucadır.
◻️ Həmçinin O (سبحانه وتعالى), Ənbiya surəsinin 104-cü ayəsində buyurur:
یَوۡمَ نَطۡوِی ٱلسَّمَاۤءَ كَطَیِّ ٱلسِّجِلِّ لِلۡكُتُبِۚ كَمَا بَدَأۡنَاۤ أَوَّلَ خَلۡقࣲ نُّعِیدُهُۥۚ وَعۡدًا عَلَیۡنَاۤۚ إِنَّا كُنَّا فَـٰعِلِینَ
*⃣O gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyik. (Məxluqatı) ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik.
Diqqət edin, Allah Subhənəhu və Təalənin Kürsüsü haqqında görün Rəsulu-Əkram nə demişdir.
💬 Əbu Zərr 🤩 Rəsulullahın ☪ belə dediyini rəvayət edir:
▶️“Yeddi qat göy və yeddi qat yer, Allahın Kürsüsü yanında, geniş bir səhraya qoyulmuş bir halqa kimidir. Ərşın Kürsüyə olan üstünlüyü isə səhranın bu halqaya üstünlüyü kimidir.”
◾️Səhih Əhməd (5/178) əl Bəzzar (160) İbn Əbi Şeybə əl-Ərş (58) Əbu’ş-Şeyx (1/206, 220) Əbu Nuaym Hilyə (1/166) Beyhəqi əl-Əsma və’s-Sifət (2/149) əl Albani Sahiha (109)◻️ Hamımızın əzbər bildiyi Kursi ayəsində Uca Allah nə buyurur? وَسِعَ كُرۡسِیُّهُ ٱلسَّمَـٰوَ ٰتِ وَٱلۡأَرۡضَۖ وَلَا یَـُٔودُهُۥ حِفۡظُهُمَاۚ وَهُوَ ٱلۡعَلِیُّ ٱلۡعَظِیمُ *⃣Onun Kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları qoruyub saxlamaq Ona ağır gəlməz. O, Ucadır, Əzəmətlidir. {2:255} 🔘 İndi isə, Allahu Təalənin Ərşinin böyüklüyü haqqında bir düşünün. Hansı ki, bizə xəbər verilmişdir ki, Ərş məxluqatın ən əzəmətlisidir. Son olaraq bu hədisə diqqət etməyinizi istəyirəm: 💬 Ənəsdən 🤩 rəvayət edilən hədisdə Peyğəmbər ☪ belə buyurmuşdur: ▶️“Allah Subhənəhu və Təalə mənə Ərşi daşıyan mələklərin biri haqqında danışmağa icazə vermişdi. Onun ayaqları yerin üzərində, Ərş isə buynuzu üzərindədir, qulağının ucu ilə çiyni arasında olan məsafə, quş uçuşu ilə yeddi yüz ilə bərabərdir və bu mələk daima: “Harada olursansa ol, Sən pak və nöqsansızsan” deyir.”
◾️Təbərani “əl-Mu’cəm əl-avsat”da (6503) rəvayət etmişdir. Şeyx Albani “Səhihul Cəmi” 853.➡️Bu hədisdə bir məqama diqqət çəkmək istəyirəm: Peyğəmbər ☪ Ərşi daşıyan mələklərdən biri haqqında demişdir ki, “onun qulağının ucu ilə çiyni arasında olan məsafə, quş uçuşu ilə yeddi yüz ilə bərabərdir.” SubhənAllah! Allahın yaratdığı məxluqların böyüklüyü haqqında eşitdikdə insan heyrətə düşür. Allah Subhənəhu və Təalə isə bütün bunların Yaradıcısıdır. O, əl-Ə'lədir (Ən Uca), əl-Kəbirdir (Ən Böyükdür). Ondan böyük, ondan uca heç nə yoxdur. Elə isə bir anlıq dayanıb "Allahu Əkbər" kəlməsini düşünərək təkrar edək. Namazda dəfələrlə söylədiyimiz bu kəlmə bizə Allahın hər şeydən böyük olduğunu xatırladır. İnsanın Rəbbi haqqında təfəkkür etməsindən daha gözəl nə ola bilər ki?
404
🌟 Ərəb dili qrammatikasını öyrənənlərin nəzərinə:🌟 Ərəb dili - “Mədinə 1” proqramına əsasən suallar və onların cavablarının cəm olunduğu kanal: ⚪️https://t.me/erebdiliqrammatika1 🌟 Və Ərəb dili - “Mədinə 2” proqramına əsasən suallar və onların cavablarının cəm olunduğu kanal: ⚪️https://t.me/erebdiliqrammatika2
404
⚪️İbn Rəcəb 🇧🇬 bundan əvvəlki iki hədisdə, Rəsulullahın ﷺ haram buyurduğu yemək-içməkləri zikr etdikdən sonra halal və təmiz yemək-içməklərə aid olan bu hədisi nəql edir və bununla bildirir ki, müsəlman israfa yol vermədən və həddi aşmadan, halal və təmiz nemətlərdən istədiyi qədər yeyib-içə bilər.
⚪️İbn Rəcəb 🇧🇬 demişdir: “Bu hədis, tibbin bütün əsaslarını özündə cəm edən bir bünövrədir. Rəvayət edilir ki, hicrətin 243-cü ilində vəfat etmiş, nəsrani həkim İbn Əbu Masiveyh, Əbu Xeysəmənin kitabında bu hədisi oxuduqdan sonra demişdir: “Əgər insanlar bu hədisdə deyilənə əməl etsəydilər, sağlam olardılar beləliklə də, nə bir xəstəxana, nə də bir əczaxana qalardı.” Demək, bütün xəstəliklərin səbəbi həddən ziyadə yeməkdir.”¹
⚪️Həqiqətən də, həddən ziyadə yemək, insanın mədəsində xəstəliklərin əmələ gəlməsinə səbəb olur, habelə, insanda tənbəllik, halsızlıq və başqa bu kimi xoşagəlməz hislər əmələ gətirir. Normasında yemək yeyən insan isə daim sağlam və gümrah olur. Bu hədisdə Peyğəmbər ﷺ insanın qarnını tuluğa bənzədir və həddən ziyadə yemək doldurulduqda, o yeməyin xeyirsiz olduğunu bildirir. “əl-Əraf” surəsinin 31-ci ayəsində belə buyurulur: “Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir.” Ayədən aydın başa düşülür ki, insan nə tamamilə ac qalmaqla özünü məhv etməli, nə də ki, həddən ziyadə yeməklə canına zülm etməlidir.
⚪️Bəs nə etməlidir ki, yediyinin ona faydası olsun? Bu sualın cavabı şərh etdiyimiz hədisdə zikr edilir. Peyğəmbər ﷺ buyurur ki, Adəm övladına belini dik tutacaq qədər az miqdarda loxmalar yemək bəs edər. Demək, insanın sağlam və gümrah olması üçün az yeməsi məsləhətdir. Bu, birinci mərhələdir, yəni ən yaxşısı adamın az yemək yeməsidir. Lakin, əgər adamın iştahası çəksə və daha çox yemək istəyərsə, o zaman mədəsinin üçdə biri qədər yemək yeməlidir.
⚪️¹ Camiul-Ulum vəl-Hikəm, 2/467.Ardı var...⚪️
404
Repost from Towards Akhirah
HƏR GÜN YENİDƏN OXUNMAĞA DƏYƏR NƏSİHƏT
*⃣Hafiz əz-Zəhəbi özünün Siyər Ə'ləm ən-Nubələ əsərində (22/322) bir şairin nəsihət və vəsiyyətini nəql etmişdir:
1⃣«Həyat tərzin ilk müsəlman nəsillərinin yolu ilə uyğun olsun.
2⃣Muhəmmədin 🔘 həyatını öyrən,onun əməllərinə tabe ol və bacardığın qədər hər şeydə ona bənzəməyə çalışaraq onun izi ilə get.
3⃣Elm öyrənməyin acısını dadmayan kəs, elmin şirinliyini heç vaxt dada bilməz.
4⃣Özünü ağır zəhmətlə yormayan kəs,həqiqi uğura nail ola bilməz.
5⃣Elm əldə etməkdən və dərin düşüncələrdən boşaldığın zaman dilini Allahı zikr etməyə yönəlt.Xüsusilə də yatmağa gedərkən.
6⃣Əgər qəlbində dünya nemətlərinə görə sevinc və məstlik yaranarsa,ölümü,dünyanın keçiciliyini və onun çoxsaylı kədər və çətinliklərini xatırla.
7⃣Sənə hər hansı ağır bir müsibət üz verdikdə belə de:
إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ
İnnə lilləhi və innə iləyhi raciun
— "Şübhəsiz ki,biz Allaha məxsusuq və Ona da qayıdacağıq."
8⃣Əgər sənə qəflət hakim olarsa,Rəbbindən bağışlanma dilə.»
🆗 [منجد الخطيب ، ٧٣-٧٤]
404
Məhz bizim üçün sevimli Peyğəmbərimiz ☪ mübarək üzündən yaralanmış, azı dişi qırılmış, dəbilqəsi başının yanlarına batmış, səhabələri isə canlarını sipər etmişlər. Talha ibn Ubeydullah 🤩 kimi igidlər Allahın dinini qorumaq və bizə çatdırmaq üçün böyük əziyyətlər çəkdilər.
Bu gün bizə düşən isə onların bizə əmanət qoyduğu dini öyrənmək, yaşamaq və başqalarına çatdırmaqdır.
404
Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər var. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (əhdlərini) əsla dəyişdirməyiblər. {33:23}Dəhşətli dərsdir, dinləməyinizi şiddətlə tövsiyə edirəm.. ❤️🩹 https://youtu.be/Bha6s0whvK4?si=FqmmjULYN1q9bW88
404
🗯 TƏĞA'FUL (GÖZ YUMMAQ)
يقول سفيان الثوري رحمه الله:”ما زال التغافل من فعل الكرام“. ويقول الإمام أحمد رحمه الله:”تسعة أعشار حسن الخلق في التغافل“.
💬 Sufyan əs-Səuri ◽️ demişdir:
➡️(Əttəğaful) İnsanların davranışlarına əhəmiyyət verməmək alicənab insanların hər zamanki davranışıdır.
🆗 Husnul usva, 1/240💬 İmam Əhməd ◽️ demişdir: ➡️Əxlaq ondursa, doqquzu əttağaful'dur.
⏺(Əttağaful: faydasız və ya zərərli şeylərə əhəmiyyət verməməkdir.)🔘Qısa izah: Alicənab, yüksək əxlaqlı bir şəxs insanlardan özünə və ya digərlərinə qarşı olan xoşa gəlməyən söz və ya hərəkətlərə qarşı sanki görməyən və ya eşitməyən kimi davranar. Beləcə, həm dinini, həm dilini, həm də qəlbini çox möhkəm şəkildə qoruyar. Və özünün fitnələrdən uzaq qalmasına səbəb olar.
404
Repost from 📒SUALLARA CAVAB📒
Faydalana biləcəyiniz səhih kanallar.
1. https://t.me/suallaracavab1
2. http://t.me/dinimiznesihetdir
3. https://t.me/ElmNurdurr
4. https://t.me/muminuntelegram
5. https://t.me/ilkinselefi
6. http://t.me/Rabbinaibadetet
7. https://t.me/Hikmetli_davet
8. https://t.me/islamfezileti
9. https://t.me/rebbine_don
10. https://t.me/dini_nusxeler
11. https://t.me/selefin_izi
12. https://t.me/ahl_al_tawhed
13. https://t.me/faavvaid
14. http://t.me/rebbinixatirla
15. https://t.me/elmehlindensorush
16. https://t.me/selefibacilar1
17. https://t.me/fayda_m
18. https://t.me/bacilarkanal
Allahın dininə yardım edin.
Paylaşın bu əməldə sizində əcriniz olsun
404
☪☪☪☪☪️
Rəvayət edilir ki, Miqdam ibn Mə'dikərib 🤩 demişdir: “Mən Rəsulullahın ☪ belə dediyini eşitmişəm:
⚪️“İnsanın ən çox şər doldurduğu tuluq - onun qarnıdır. Adəm övladına belini dik tutacaq qədər az miqdarda loxmalar yemək bəs edər. Və əgər daha çox yemək istəyirsə, onda mədəsinin üçdə birini yemək üçün, üçdə birini su üçün, üçdə birini də hava üçün ayırsın.”
⚪️(Bu hədisi İmam Əhməd, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmişlər. Tirmizi: “Bu, həsən hədisdir” - demişdir.)
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
