cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Dünyagörüş🌍

✓Dövlət qulluğu ✓Vergi/Gömrük/Miqrasiya ✓Digər dövlət orqanları Motivational speaker 🌍

Mostrar más
Publicaciones publicitarias
1 101
Suscriptores
+324 horas
+67 días
+12630 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Əhmədiyyə Cəbrayılov ✓Fransada əsir düşərgəsindən qaçan ✓Armed Mişel (Xarqo)ləqəbli ✓Fransanın ən yüksək hərbi mükafatını "paradda əsgərə generaldan öndə getmək haqqı verən ordeni almışdır .
Mostrar todo...
5
Mən ölməyi üstün tuturam və düşmənlərimin qarşısında diz çökmərəm. Mən məşrutə dövrünün övladıyam və ərəblərə baş əyməyən Babək Xürrəminin nəslindənəm” Fikirlər kimə aiddir ?
Mostrar todo...
Suraxanıdakı atəşpərəst abidəsi «Atəşgah», yəni «od yeri», «od səcdəgahı» adlandırılırdı. Gəncədəki Şah Abbas məscidi, Nardaranda tikilmiş məscid XVII əsr Azərbaycan memarlığı üçün səciyyəvi olan qiymətli abidədir.
Mostrar todo...
👍 2
Hələ Şah İsmayıl hakimiyyəti dövründə yaranmış Şeyx Səfi məqbərəsinin kitabxanası o dövrdə Şərqin ən zəngin kitabxanalarından biri idi. 1828-ci ildə Şeyx Səfi məqbərəsində olan qiymətli əlyazmalar qənimət kimi müsadirə edildi. Minlərlə əlyazma xüsusi mühafizə altında Tiflisə göndərildi. Tiflisdə əlyazmaların siyahısı tərtib edildi və onlar Peterburq İmperator Kitabxanasına (indiki M.Sal- tıkov-Şedrin adına Rusiya Milli Kitabxanasına) aparıldı. Həmin əlyazma və kitabların bir çoxu bu gün də orada saxlanılır.
Mostrar todo...
👍 2
XVIII əsrdə Bakıda İçərişəhər qala divarları daxilində, Şamaxı darvazası yaxınlığında əzəmətli saray kompleksi inşa olunmuşdur. 1764-cü ildə İrəvan şəhərində yerləşən Göy məscid, eləcə də Sərdar sarayı İrəvan xanı Hüseynəli xan Qacar tərəfindən inşa etdirilmişdir. Onun oğlu Məhəmməd Hüseyn xan isə 1791-ci ildə sarayın Güzgülü salonunu və Yay imarətini inşa etdirmişdir.
Mostrar todo...
👍 2
Şəki qalasının daxilində tikilmiş Xan sarayı. 1763-cü ildə inşa olunmuş bu saray oymalarla işlənmiş şəbəkə üslubu ilə bəzədilmişdir. Sarayın üzərində memarın adı — «Ustad Abbasqulu» yazılmışdır.
Mostrar todo...
3
Müştaq* təxəllüsü ilə əsərlər yazan şəkili Hüseyn xan maarifin inkişafına diqqət ayırmış, şairlərə qayğısını əsirgəməmişdi. Onun dövrün görkəmli şairi Molla Vəli Vidadi ilə dostluğu Vidadinin «Müsibətnamə» əsərində də öz əksini tapmışdır. Müştaqın simasında Vidadi özünün ədalətli və vicdanlı hökmdar haqqında arzularını əks etdirmişdir.
Mostrar todo...
8
Coğrafiya sahəsində Hacı Zeynalabdin Şirvani görkəmli alim idi. O, XVIII əsrin sonu — XIX əsrin əvvəllərində 40 il səyahət etmiş, Asiya, Avropa və Afrika qitələrini, Hind və Atlantik okeanlarını gəzib dolanmışdı. «Səyahət bağı» və «Səyahət gülzarı» əsərlərində gəzdiyi ölkələrin coğrafiyası, tarixi, etnoqrafiyası, arxitekturası, ədəbiyyatı və görkəmli ictimai xadimləri barədə dəyərli məlumatlar verilmişdir.
Mostrar todo...
4👍 3
Heydər Əliyev Fondu Azərbaycan Xalça Muzeyinə XVIII əsrə aid Qarabağın nadir “Xətai” xalçasını hədiyyə etmişdir. Bu xalça uzun illər boyu Avstriya və İtaliyada şəxsi kolleksiyalarda qorunub saxlanılırdı. “Xətai” kompozisiyası dünyada “Əjdahalı” kimi tanınan xalça tipinə aiddir. Orta əsrlərdə bu cür xalçalar yalnız Azərbaycanda - Qarabağ və Şirvanda toxunur, Böyük İpək Yolu ilə xarici ölkələrə göndərilirdi.
Mostrar todo...
6👍 1
Xarici işğallardan qorunmaq üçün Gəncə xanlığı:Anonymous voting
  • A)Osmanlı dövləti ilə dostluq münasibətləri qurmağa çalışırdı
  • B)Gürcü çarlığı ilə ittifaq qurdu
  • C)Quba xanlığından aslılığı qəbul etdi
  • D)Qarabağ xanlığının tabeliyine keçdi
  • E)Rusiya dövlətindən hərbi yardım almağa çalışırdı
0 votes