es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

Jibaro

Jibaro

Ir al canal en Telegram

Eşitdiklərim, oxuduqlarım, gördüklərim... Əlaqə: t.me/adilnahmat

Mostrar más
681
Suscriptores
Sin datos24 horas
-17 días
-430 días
Archivo de publicaciones
Sezar Sid əyləncəli əlifba seriyasında məşhur sənətçiləri hərflərə çevirib 😍 Bəs siz neçəsini tanıdınız ❓ @jibarochannel
+5
Sezar Sid əyləncəli əlifba seriyasında məşhur sənətçiləri hərflərə çevirib 😍 Bəs siz neçəsini tanıdınız ❓ @jibarochannel

Kitabı oxuduğum yerdə qəfil düşündüm ki, "Qanun" nəşriyyatından çıxmayan iş, nə gözəl tərcümədir. Əvvələ qayıdıb baxdım ki, t
Kitabı oxuduğum yerdə qəfil düşündüm ki, "Qanun" nəşriyyatından çıxmayan iş, nə gözəl tərcümədir. Əvvələ qayıdıb baxdım ki, tərcüməçi Əkrəm Əylisli imiş. Konstantin Paustovskinin "Qızıl qönçə" kitabı Bakıda ilk dəfə 1968-ci ildə çapdan çıxıb. "Qanun" nəşriyyatı da həmin tərcüməni saxlayaraq kitabı yenidən nəşr edib. Həm müəllifin üslubu, həm də tərcümə idealdır. Səhv etmirəmsə, kitabı nəşriyyatda endirim olanda almışdım. Heyif ki, belə gözəl əsərin dəyəri bilinməyib və 1-2 manatlıq kitabların içərisinə düşüb. @jibarochannel

Məhəmməd Hadinin ilk publisistik məqalələrindən biri "Həyat" qəzetində çap olunan "Bəyani-həqiqət" başlıqlı yazısıdır. Qərənfil Dünyaminqızı yazır ki, Hadi cəmiyyətdə daim həqiqət, doğru yol axtarışında olmuşdur. "Hadi" (ərəbcə "doğru yol göstərən") təxəllüsünü də elə ona görə seçmişdir. Qərənfil xanım BDU-da təhsil alarkən müəllimlərimdən biri olub. Hazırda onun "Füyuzatçılar" kitabını oxuyuram. Milli ədəbiyyata ciddi marağınız var, bioqrafiyalarla tanış olmağı sevirsinizsə, kitab sayəsində adlarını ilk dəfə görəcəyiniz ədiblərimizlə tanış ola bilərsiniz. @jibarochannel

Bu gündən spektator.az saytında da gündəlik yazılarla çıxış edəcəm 👇 https://spektator.az/

Tayler və Meddi adlı gənc cütlük karavanda yaşamağa qərar verir. Bir gecə kimsəsiz magistral yolda irəliləyərkən dəhşətli qəza ilə qarşılaşırlar. Hadisə yerindən uzaqlaşdıqdan sonra isə həmin qəzadan onlara bir şərin dadandığını anlayırlar. "Yolçu" adlanan bu mistik qüvvə, addım-addım onların arxasınca gələn və qaçılması qeyri-mümkün olan kabusa çevrilir. Hər an izlərini təqib edən bu iblis, hər ikisini yox etmək üçün dayanmadan hərəkətə keçir. Rejissor Andre Ovredal ilk olaraq "Troll Hunter" (2010) adlı Norveç istehsalı olan filmlə adından söz etdirib. Daha sonra fəaliyyətini Hollivudda davam etdirərək "The Autopsy of Jane Doe" (2016), Gilmermo del Toronun prodüserliyi ilə ərsəyə gələn "Scary Stories to Tell in the Dark" (2019) və Brem Stokerin məşhur əsərindən adaptasiya olunmuş "The Last Voyage of the Demeter" (2023) kimi layihələrlə qorxu janrının tanınmış ustalarından birinə çevrilib. Ovredalın "Bloody Disgusting" nəşrinə verdiyi müsahibədə bu ekran işini "kariyerasının ən qorxulu filmi" adlandırması, təəssüf ki, son nəticədə özünü doğrultmur və sadəcə iddia olaraq qalır. "Passenger" filminin ideyası maraqlı görünsə də, ekran işi gözlənildiyi kimi yalnız yolda və avtomobil daxilində cərəyan etmir. Halbuki Ovredal normalda "The Autopsy of Jane Doe" filmində morqu, "The Last Voyage of the Demeter"də isə gəmini yeganə məkan seçərək qorxunu həmin dar çərçivəyə sığışdırmaqda usta biridir. Rejissor bu layihədə də lənətlənmiş yol mövzusundan istifadə edib hadisələri sadəcə maşına və yollara bağlaya bilərdi. Lakin o, süjeti fərqli məkanlara və günlərə bölməklə gözlənilən o sirli ab-havanı dağıdır. Baş qəhrəmanlar motel otağından restorana, oradan festival meydanına, daha sonra isə Arizona səhrasındakı kuliminasiya nöqtəsinə qədər sürüklənirlər. Bu pərakəndəlik filmin ritmini hər dəfə sıfırdan qurmağı tələb edir və yol qorxusunun yarada biləcəyi o boğucu, qapalı mühit hissini kökündən yox edir. Ekran işində qorxu effekti əsasən qəfil hürkmə ("jumpscare") səhnələri üzərində qurulub. Bu kadrların çoxu texniki baxımdan peşəkar hazırlansa da, həddindən artıq təxmin edilə biləndir və bir müddətdən sonra öz təsirini itirərək bezdirici olur. Filmin ümumi səviyyəsi isə Ovredal kimi təcrübəli bir rejissor üçün olduqca zəifdir; sanki sektora yeni addım atmış birinin ilk işi təəssüratını bağışlayır. İblis obrazının xarici görünüşü üzərində də çox baş sındırılmadığı aşkar görünür. Cozef Lopesin həyat verdiyi "Yolçu" xarakteri keşiş libasında gəzən və qurbanlarının qarşısına qorxunc bir təbəssümlə çıxan bir varlıq kimi təsvir olunur. Lakin vizual cəhətdən bu tipaj tamaşaçıya həddindən artıq tanış gəlir. Sanki "The Conjuring: Last Rites" filmindəki kimi yaşlı və uzunsaçlı bir kişi obrazı yenidən qarşımıza çıxarılıb. Bu şablon vizual həll iblisin malik olmalı olduğu o vahiməli və gizli güc hissini zəiflədir. Filmdə irəli sürülən "Müqəddəs Kristofer" mifologiyası əslində maraqlı bir ideyadır, fəqət ssenari bu mövzunu kifayət qədər dərinləşdirə bilmədiyi üçün əksər səhnələr yarımçıq və əsassız təsir bağışlayır. Federiko Verardinin operator işi isə filmi xilas edən əsas element kimi ön plana çıxır, xüsusilə işıqdan məharətlə istifadə olunması tamaşaçını məmnun edir. Ekran işinin böyük hissəsi gecənin dərin qaranlığında yalnız avtomobil farlarının işıqlandırdığı yollar, avtodayanacaq fənərlərinin solğun şüaları və kinoteatr proyektorunun titrəyən parıltısı kimi məhdud mənbələrlə vizuallaşdırılan səhnələrdən ibarətdir. "Passenger" filmi Ovredalın karyerasındakı ən uğursuz iş olaraq yadda qalır. Şablonların çoxluğu, bəsit xarakter işlənməsi, təxmini asan olan qəfil hürkmə səhnələrinin bolluğu və sıradan iblis vizualı bu ekran işini qorxu janrının sıravi, ortabab nümunələrindən birinə çevirir. @jibarochannel

🎬 2026-cı il istehsalı "Passenger" filmini izlədim. Qorxu filmlərinin böyük azarkeşi kimi bu filmi də uzun müddətdir siyahım
🎬 2026-cı il istehsalı "Passenger" filmini izlədim. Qorxu filmlərinin böyük azarkeşi kimi bu filmi də uzun müddətdir siyahıma əlavə etmişdim. Ekran işi il bağlı düşüncələrimi növbəti postda bölüşəcəm. @jibarochannel

Frangeliko Portuqaliya və İtaliya başda olmaqla dünyada çox məşhur olan, fındıq dadı və ətri ilə seçilən İtalyan mənşəli bir
Frangeliko Portuqaliya və İtaliya başda olmaqla dünyada çox məşhur olan, fındıq dadı və ətri ilə seçilən İtalyan mənşəli bir likördür. Likörün adı, XVII əsrdə İtaliyanın Pyemont bölgəsindəki dağlarda yaşamış və yerli vəhşi fındıqlardan müxtəlif içkilər distillə edən Fra' Angelico adlı əfsanəvi katolik keşişindən gəlir. Bu hekayəyə uyğun olaraq, Frangelico likörünün şüşəsi də əllərini önündə birləşdirmiş xristian rahibi formasında dizayn edilib. Hətta şüşənin belinə rahiblərin geyimini simvolizə edən ağ kəndir bağlanır. @jibarochannel

Pendirlərin Kralı 🇫🇷 1814–1815-ci illərdə Napoleon müharibələrindən sonra Avropanın sərhədlərini yenidən cızmaq üçün Vyanad
Pendirlərin Kralı 🇫🇷 1814–1815-ci illərdə Napoleon müharibələrindən sonra Avropanın sərhədlərini yenidən cızmaq üçün Vyanada böyük bir konqres toplandı. Siyasi müzakirələrin gərgin keçdiyi günlərin birində, fransız diplomatı və dövlət xadimi Şarl Moris de Taleyran diplomatlar arasında mühiti yumşaltmaq və eyni zamanda Fransanın qastro-mədəni üstünlüyünü nümayiş etdirmək üçün maraqlı bir pendir müsabiqəsi təşkil etdi. 👑 Konqresdə iştirak edən hər bir ölkənin səfiri öz dövlətinin ən yaxşı pendirini təqdim etdi. Taleyran isə masaya Fransanın məşhur Brie de Meaux pendirini gətirdi. Pendirin dadına baxan digər ölkələrin nümayəndələri onun mükəmməlliyini qəbul etdilər və rəsmi olaraq Bri pendirini "Pendirlərin Kralı və Kralların Pendiri" elan etdilər. 🧀 Bri, inək südündən hazırlanan, üzəri ağ kütlə (kif təbəqəsi) ilə örtülmüş, içi yumşaq və kremli olan çox qədim bir fransız pendiridir. Tarixən fransız monarxlarının və kübar cəmiyyətin ən sevimli təamlarından biri olub. @jibarochannel

1938-ci ildə alman naşirlər "Hobbit" romanını alman dilinə tərcümə etməzdən əvvəl ingilis yazıçısı Con Tolkinə rəsmi məktub g
1938-ci ildə alman naşirlər "Hobbit" romanını alman dilinə tərcümə etməzdən əvvəl ingilis yazıçısı Con Tolkinə rəsmi məktub göndərərək onun mənşəyini soruşurlar. Peşəkar filoloq olan Tolkin cavab məktubunda nasistlərin terminologiyasını alt-üst edərək qeyd edir ki, "ari" sözü əslində Hind-İran mənşəli dillərə aiddir. Yazıçı məktubun davamında nasistlərin irqçi siyasətinə incə bir şəkildə istehza edərək yəhudi əcdadlarının olmadığına görə dərin təəssüf hissi keçirdiyini vurğulayır. Nasist Almaniyasında yəhudi müəlliflərin əsərlərinə qadağa qoyulduğu üçün alman nəşriyyatı Tolkinin yəhudi olub-olmadığını yoxlamaq istəyirdi. Tolkin isə cavabında yazmışdı: "Əgər sizin sorğunuz mənim yəhudi mənşəli olub-olmadığımla bağlıdırsa, yalnız onu cavablandıra bilərəm ki, bu istedadlı xalqın (yəhudilərin) heç bir əcdadına sahib olmadığım üçün təəssüf edirəm". @jibarochannel

Spoon-back XVIII əsrin əvvəllərində Böyük Britaniyada hökmranlıq etmiş Kraliça Annanın dövrünə aid olan mebel üslubunda stull
Spoon-back XVIII əsrin əvvəllərində Böyük Britaniyada hökmranlıq etmiş Kraliça Annanın dövrünə aid olan mebel üslubunda stulların arxa hissəsi insan onurğasının quruluşuna uyğun olaraq daxilə doğru qövsvari (qaşıq formasında) hazırlanırdı. Bu dizayn həm estetik görünüş verir, həm də əyləşərkən kürəyi rahat dəstəkləyirdi. @jibarochannel

Posada 🇲🇽 Meksika və bəzi Mərkəzi Amerika ölkələrində Miladdan əvvəlki 9 gün ərzində (16-24 dekabr) qeyd olunan Las Posadas adlı adət var. İspan dilində Posada sözü "karvansara", "sığınacaq" və ya "mehmanxana" mənasını verir. Bu ritual Həzrəti Məryəm və Həzrəti Yusifin körpə İsanın doğulmasından əvvəl Betlehəmə gəldikləri zaman qalmağa təhlükəsiz yer axtarmalarını canlandırır. 🎉 Bayramın məhz 9 gün çəkməsi Həzrəti Məryəmin 9 aylıq hamiləliyini simvolizə edir. Həmçinin bura asteklərin qış gündönümündə qeyd etdiyi 9 günlük qədim ayinlərin təsiri də var. 🕯 Bayram ərzində hər gecə insanlar əllərində şamla küçələrdə yürüş edirlər. Kostyum geyinmiş iştirakçılar təyin olunmuş evlərin qapısını döyüb xüsusi nəğmə ilə sığınacaq istəyirlər. Ev sahibləri əvvəlcə yer olmadığını desələr də, nəğmənin sonunda qapını açırlar. ⭐️ Qonaq qəbul edən evdə uşaqların gözləri bağlanır. Onlar əllərindəki çubuqla 7 guşəli ulduz formalı pinyatanı (içi şirniyyatlı oyuncaq) vurub sındırmağa çalışırlar. Ulduzun 7 guşəsi xristianlıqdakı 7 ölümcül günahı təmsil edir. Gözün bağlanması kor-koranə imanı, çubuq şərlə mübarizəni, içindən tökülən konfetlər isə günahlara qalib gəlməyin mükafatını simvolizə edir. 🍽 Evə daxil olan qonaqlara "Tamales" (qarğıdalı yarpağına bükülmüş xəmir yeməyi) ikram olunur. Yanında isə darçın və meyvələrdən hazırlanan isti, ədviyyatlı Ponche Navideño içkisi verilir. @jibarochannel

Feliks Batista adam oğurluğuna qarşı peşəkar mübarizə aparan və təlimlər keçən siyasi xadim, hərbiçi idi. 2008-ci ildə Batist
Feliks Batista adam oğurluğuna qarşı peşəkar mübarizə aparan və təlimlər keçən siyasi xadim, hərbiçi idi. 2008-ci ildə Batista insanları eyni mövzuda maarifləndirmək üçün Meksikaya getmişdi. Həmin ilin 10 dekabr tarixində onu oğurladılar və bir daha tapılmadı. @jibarochannel

🔹Teksas’ da şöyle bir deyiş vardır: “En yüksek sesle havlayan en küçük köpektir.” 🔹...kim odaya girdiğinde insanlar Kızıl Deniz gibi ikiye ayrılsınlar istemez ki! 🔹Başarınızı belirleyen “Neyin tadını çıkarmak istiyorsun?” sorusu değildir, doğru soru “Hangi ıstıraba katlanmaya razı­sın?” sorusudur. Mutluluğa uzanan yol engebelidir ve utançla döşenmiştir. 🔹Bir konuda ilerlemek binlerce küçük başarısızlık üzerine inşa edilir ve başarınızın cüssesi o şeyde ne kadar başarısız olduğunuza bağlıdır. Biri bir konuda sizden daha başarılıysa, muhtemelen sizden daha fazla başarısız olmuştur. Biri sizden daha kötüyse, muhtemelen sizin geçtiğiniz ıstıraplı öğrenim sürecinden geçmemiştir. Yürümeyi öğrenen küçük bir çocuğu düşünürseniz, yüz­lerce kere düşüp canını acıtacaktır. Ama çocuk durup da, “Bu yürümek bana göre değil sanırım, pek beceremiyorum,” demez. 🔹En büyük önceliğimiz sürekli kendimizi iyi hissetmek ya da partnerimize kendisini iyi hissettirmek olursa, neticede kimse kendini iyi hissetmez. Biz farkına bile varmadan ilişki dağılır. 🔹Güven Çin porseleni gibidir. Bir kez kırıldı mı, biraz dikkat ve özenle yapıştırabilirsiniz, ama bir daha kırarsanız, daha da fazla parçalanır ve parçaları birleştirmek çok daha uzun zaman alır. Kerelerce kırmaya devam ederseniz, artık tamir etmenin mümkün olmayacağı bir hal alır, un ufak olmuştur. 🔹Afrika’da kanat çırpan bir kelebek Florida’da kasırgaya neden olur denir; gider­ken siz ardınızda hangi kasırgaları bırakacaksınız? 🔹Modern zihnin pohpohlanması bir şeyi kazanmadan hak ettiğini düşünen, fedakârlık yapmadan sahip olmaya hakkı var sanan bir toplum yarattı. Hiçbir gerçek yaşam deneyimi olmayan insanlar kendilerini uzman, girişimci, kâşif, yenilik­çi, öncü ve koç ilan edebiliyorlar. Yapıyorlar çünkü herkesten daha büyük olduklarına inanıyorlar; sadece olağanüstü ola­nın yayınlandığı bir dünyada kabul görmek için büyük olma­ya ihtiyaç duyuyorlar. @jibarochannel

📖 Uzun müddət sonra ilk dəfə pdf kitab oxuyub bitirə bildim. Ənənəvi şəxsi inkişaf kitablarından xeyli fərqlənir, oxunaqlıdı
📖 Uzun müddət sonra ilk dəfə pdf kitab oxuyub bitirə bildim. Ənənəvi şəxsi inkişaf kitablarından xeyli fərqlənir, oxunaqlıdır və düşündürür. Bəzi bəyəndiyim hissələri sizinlə bölüşəcəm, amma türkcə oxuduğum üçün həmin hissələr də türkcə olacaq ⬇️

🔹Turnirin 3 maskotu - Meypl, Klatç, Zayya müvafiq olaraq Kanada, ABŞ və Meksikanı təmsil edirlər. Meypl maral, Klatç keçəl qartal, Zayya isə yaquardır. Onların öz ampluaları da var: Meypl qapıçı, Klatç müdafiəçi, Zayya isə hücumçudur. 🔹Builki turnir loqosunda kubokun təsviri olan ilk Dünya Çempionatıdır. 🔹Turnirin topu Trionda "Adidas"ın DÇ üçün istehsal etdiyi 15-ci topdur. " Trionda" ispan dilindən tərcümədə "üç dalğa" mənasını verir. 🔹Mundiala Azərbaycan Çempionatından da futbolçu yollanıb. Bu, "Turan Tovuz"un panamalı legioneri Roderik Millerdir. 🔹Oyunlar ABŞ-də 13, Meksikada 3, Kanadada 2 olmaqla, ümumilikdə 16 şəhərdə keçiriləcək. 🔹Tarixdə ilk dəfə DÇ üç ölkədə keçiriləcək. 🔹İordaniya, Kabo Verde, Kürasao və Özbəkistan ilk dəfə DÇ-də iştirak edəcəklər. Kürasao tarixdə turnirə qatılan ən kiçik ölkədir. @jibarochannel

Sizinlə qarşıdan gələn Dünya Çempionatı ilə bağlı bəzi maraqlı məqamları bölüşmək istəyirəm ⬇️
Sizinlə qarşıdan gələn Dünya Çempionatı ilə bağlı bəzi maraqlı məqamları bölüşmək istəyirəm ⬇️

Bu gün bizə son dərəcə funksional və adi görünən market arabaları ilk yarandığı dövrdə insanların daxili qüruruna və gender rollarına ciddi zərbə vurmuşdu. Kişilər hesab edirdilər ki, əgər mən marketdə səbəti əlimdə daşıya bilmirəmsə, deməli, fiziki olaraq gücsüzəm. Qadınlar isə övlad böyütdükdən sonra yenidən oxşar formalı bir təkərli obyekti itələməyi özlərinə sığışdırmırdılar. Market arabalarının yaradıcısı Silvan Qoldman bu stereotipi qırmaq üçün mağazada "saxta alıcılar"dan istifadə etdi; gələn real müştərilər digər insanların arabaları rahatlıqla sürdüyünü və heç bir gülməli vəziyyətin yaranmadığını gözləri ilə gördükdən sonra bu ixtiranı qəbul etməyə başladılar. @jibarochannel

Qananın yeganə təbii gölü olan Bosumtvi yerli asanti xalqı üçün müqəddəs məkandır. Onların inanclarına görə, ölənlərin ruhlar
Qananın yeganə təbii gölü olan Bosumtvi yerli asanti xalqı üçün müqəddəs məkandır. Onların inanclarına görə, ölənlərin ruhları axirət dünyasına köçməzdən əvvəl məhz bu göldə Yer kürəsi ilə vidalaşır, buna görə də bura çox vaxt "Ruhlar gölü" deyilir. Təxminən 1 milyon il əvvəl əraziyə nəhəng meteoritin düşməsi nəticəsində yer qabığı çatlamış və maqma ilə birlikdə zəngin qızıl yataqları səthə çıxmışdır. Peyk şəkillərində "Ruhlar gölü"nün ətrafında parıldayan qızıl damarları və son illərdə genişlənən qızıl mədənləri aydın şəkildə görünür. @jibarochannel