cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi_qomnam

Mostrar más
Publicaciones publicitarias
850
Suscriptores
Sin datos24 horas
-57 días
-2330 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

🔰İMKAN VƏ VÜCUB 📌Nə qədər sadə olsa belə,hər bir hadisə iki əsas məfhumdan (mövzu və məhmul-obyekt və predikat) təşkil olunur. ➖Məsələn,günəşin işıqlığının sübut olunmasına dəlalət edən “günəş işıqlıdır” hadisəsində “günəş” hadisənin mövzusu,“işıqlıdır” isə onun məhmulu hesab olunur. ➖Məhmulun mövzu üçün sübut olunması təkcə üç haldan ibarətdir: 🔸Ya qeyri-mümkündür (məsələn “üç dörddən böyükdür” kimi), 🔸yaxud zəruridir (iki dördün yarısıdır kimi), 🔸yaxud da nə qeyri-mümkündür,nə də zəruridir (məsələn,“bizim başımızın üstündə günəş vardır” kimi). ➖Məntiqi terminlərə uyğun olaraq birinci surətdə hadisə “imtina”, 🔹ikinci surətdə “zərurət”,yaxud “vücub”, 🔹üçüncü surətdə isə “imkan” adları altında müəyyən olunur. ➖Fəlsəfədə mövcud (varlıq) barəsində söhbət olunduğundan və qeyri-mümkün olan şeyin heç bir xarici vücudu olmadığından filosoflar mövcudu əqli fərz əsasında Vacibul-vücud və mümkünül-vücud olaraq iki yerə bölürlər. ➖Vacibul-vücud o varlıqdır ki,öz-özünə mövcud olsun və başqa bir varlığa ehtiyacı olmasın. ➖Təbiidir ki,belə bir varlıq əzəli və əbədi olacaqdır.Çünki hər hansı bir varlığın müəyyən zaman dövründə mövcud olmaması bunu göstərir ki,onun varlığı özündən deyildir və onun varlıq səhnəsinə gəlməsi üçün başqa bir varlığa ehtiyacı vardır ki,onun gerçəkləşməsinin səbəbi,yaxud şərtidir və onun olmaması ilə yoxa çevrilir. ➖Mümkünül-vücud isə o varlığa deyilir ki,özündən olan vücudu yoxdur və onun vücuda gəlməsi başqa bir varlıqdan asılıdır. ➖Əqli fərz əsasında gerçəkləşən bu bölgü varlığı qeyri-mümkün olan şeyi zəruri olaraq inkar edir,lakin xarici varlıqlardan hər hansı birinin bu iki qismdən hansı birinin (vacibul-vücud və mümkünül-vücud) olmasına dəlalət etmir. ➖Başqa sözlə desək,bu qəziyyənin (hadisənin) üç halda gerçəkləşməsi,yaxud tətbiq olunması təsəvvür olunur: 1⃣Hər bir varlıq Vacibül-vücud olsun, 2⃣Hər bir varlıq mümkünül-vücud olsun, 3⃣Varlıqlardan bəzisi vacib,bəzisi mümkün olsun. ➖Birinci və üçüncü fərziyyəyə əsasən Vacibul-vücudun varlığı sübuta yetir. ➖Deməli,bu fərziyyəni araşdırmaq lazımdır ki,görəsən,bütün varlıqların mümkünül-vücud olması mümkündür,ya yox? ➖Məhz bu fərzin batil edilməsi ilə Vacibul-vücudun varlığı qəti və yəqin surətdə sübuta yetir.Amma onun vahid olması,eləcə də digər sifətləri ayrı dəlillərlə sübut olunur. ➖İkinci fərziyyəni batil etmək üçün qeyd olunan bürhana digər bir müqəddimə də əlavə etmək lazımdır. ➖O da bundan ibarətdir ki,bütün varlıqların mümkünül-vücud olması qeyri-mümkündür. ➖Lakin bu müqəddimə bədihi (çox aşkar,məlum) olmadığından onu isbat edərək belə bəyan etmişlər: ➖Mümkünül-vücudun səbəbə ehtiyacı vardır.Səbəblər sonsuzluğu isə qeyri-mümkündür. ➖Deməli,səbəblər silsiləsi elə bir varlıqda sona çatmalıdır ki,o mümkünül-vücuda və başqa bir səbəbə ehtiyaclı olmasın,yəni Vacibul-vücud olsun. ➖Buna görə də digər bir fəlsəfi məfhumdan istifadə olunur ki, onun barəsində bir qədər izahat verilməlidir. T.me/kelam_ve_eqide
Mostrar todo...
Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi_qomnam

👍 1
Repost from Şiə Təqvimi
🌷Ən böyük bayramlardan olan Qədir xumun təbliğində şərik olmaq istəyənlərə tövsiyələr: 🌹Ya Allah Bismillah deyib gec olmadan Peyğəmbərin əmrini əlimizdən gələn qədər edək. 🌹Allah şahiddir siz bu aşağıdakı işləri etməklə Qədir xum gününün təbliğçisi ünvanında Peyğəmbərin əmrini yetirmiş olarsınız. 🔸1⃣-Ailə qohum-əqrəba,dost-tanışa baş çəkməklə Qədir təbliğçisi ola bilər. 🔹2⃣-İş adamları və ticarətçilər Qədir xum günündə xüsusi endirimlə Qədir təbliğçisi ola bilər. 🔸3⃣-Taksi sürücüsü maşınında ehsan (şirniyyat,konfet) verməklə. 🔹4⃣- Nənə nəvələrinə Qədir xum hekayə,ə və nağılları danışaraq Qədirin təbliğçisi ola bilər. 🔸5⃣-Məscid camaatının imamı Qədir xum haqqında danışmaqla.. 🔹6⃣-Bir namaz əhli ehsan paylamaqla digərlərinə Qədir xum təbliğçisi ola bilər.. 🔸7⃣-Bir ana Qədir xum günü övladlarına qəşəng paltar hazırlamaqla təbliğçi ola bilər. 🔹8⃣-Bir ana övladının sevdiyi yeməyi hazırlamaqla Qədir xum təbliğçisi ola bilər. 🔸9⃣-Bir ana gözəl dini nəğmələr qoymaqla təbliğçi ola bilər. 🔹🔟-Bir ana ya Ata övladının səhvindən Qədir xum günü keçməklə təbliğçi ola bilər.. 🔸1⃣1⃣-Bir ata övladlarına hədiyyə hazırlamaqla. 🔹1⃣2⃣-Baba öz nəvələrinə hədiyyə verməklə. 🔸1⃣3⃣-Nənə qədir xum günü nəzir verməklə. 🔹1⃣4⃣-Kişilər gözəl paltar geyinməklə xüsusi ilə ağ geyinməklə. 🔸1⃣5⃣-Bir tələbə,şagird öz müəllimlərinə,tələbə və şagird dostlarına Qədir xum haqqında kitab,kağız,elamiyyə,disk və ya digər şeylər verməklə. 🔹1⃣6⃣-Bir Müəllim öz sinifində ya digər şəraitdə müsabiqələr təşkil etməklə. 🔸1⃣7⃣-Bir sosial şəbəkə işlədən Qədir xumla əlaqəli paylaşım etməklə. 🔹1⃣8⃣-Bir qohum,dost öz ətrafına hədiyyə etməklə. 🔸1⃣9⃣-Bir universitet müəllimi öz sinifində bir qədər bu haqda danışmaqla. 🔹2⃣0⃣-Heyətlər ya digər qrupla bu barədə məclislər təşkil etməklə. 🔸2⃣1⃣-Qocalar evinə ya uşaqlar evinə ya hər hansı bir idarələrə,maqazinlərə getməklə bir şey ehsan etməklə. 🔹2⃣2⃣-Salavat düşərgələri,çay,şirin su və ya digər şeylər yol kənarında,məktəb ya ayrı paylamaqla. 🔸2⃣3⃣-Bir şəxs tanımadığı konfet,şokolad verməklə. 🔹2⃣4⃣-Bir ailə başçısı ailəsinə hədiyyə,paltar digər şeylər almaqla. 🔸2⃣5⃣-Bir tələbə,şagirdi video hazırlamaqla. 🔹2⃣6⃣-Bir şəxs öz məhəlləsində,qonşularına ehsan paylamaqla.. 🔸2⃣7⃣-Bir şəxs öz maşınını,evini həyətini bu gün münasibətilə bəzəməklə. 🔹2⃣8⃣-Qohumlara qonaq getməklə,bu gün haqqında məlumat verməklə. 🔸2⃣9⃣-Bir şəxs məlumat hazırlamaqla, kağızda,ya kartda. 🔹3⃣0⃣-Bir şəxs yalnız bir gülüşlə.. T.me/Shia_teqvimi
Mostrar todo...
Şiə Təqvimi

Cəfəri məzhəbinin tarixindəki həssas məqamlar və hadisələr barəsində məlumat kanalı. @Talibi_qomnam

👍 1 1
Repost from Şiə Təqvimi
Photo unavailableShow in Telegram
🌹🌹İslamın ən böyük bayramı olan Qədir xum günü münasibəti ilə hər bir əzizi təbrik edirəm.🌹🌹 📌Əziz İslam Peyğəmbərimiz bizə əmr etmişdir Qədir xumda olanlar,olmayanlara çatdırsın. ☑️Aşağıdakı məlumatı imkanınız olan qədər paylaşın.
Mostrar todo...
1
7⃣-ci Dərs. 🔰BÜRHANIN MÖVZUSU 📌Mövcud (əqli fərz əsasında) ya Vacibul-vücuddur,ya da mümkünəl-vücud. ➖Heç bir varlıq əqlən bu iki fərzdən xaric deyildir və varlıqların hamısını mümkünəl-vücud hesab etmək olmaz,çünki mümkünəl-vücudun illətə (səbəbə,yaradana) ehtiyacı vardır və əgər bütün illətlər də mümkünəl-vücud və öz növbəsində başqa illətə ehtiyaclı olsa heç bir vücudun yaranışı gerçəkləşməyəcəkdir. ➖Başqa sözlə,illətlərin sonsuzluğa qədər getməsi qeyri-mümkündür. ➖Deməli illətlər silsiləsi hökmən özü başqa bir varlığın məlulu olmayan,yəni Vacibul-vücud olan bir varlıqda sona çatmalıdır. ➖Bu bürhan Allahın isbat olunması üçün fəlsəfi dəlillərin ən sadəsidir.O,bir neçə sırf əqli müqəddimədən təşkil olunmuşdur və heç bir təcrübi və hissi müqəddiməyə ehtiyacı yoxdur. ➖Lakin bu bürhanda fəlsəfi məfhum və istilahdan istifadə olunduğuna görə yuxarıdakı bürhanı təşkil edən bu müqəddimə və istilahların ətrafında bir qədər izahat veririk. T.me/kelam_ve_eqide
Mostrar todo...
Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi_qomnam

7⃣-ci DƏRS: 🔰VACİBUL-VÜCUDUN İSBAT OLUNMASI ➖MÜQƏDDİMƏ 🔰Əvvəlki dərsdə qeyd etdik ki,ilahi filosoflar və kəlam alimləri (teoloqlar) Mütəal Allahın isbat olunması barəsində çoxlu dəlillər gətirmişlər ki,bunlar müfəssəl fəlsəfə və kəlam kitablarında qeyd olunmuşdur. ➖Biz onların arasında daha az müqəddiməyə ehtiyac duyulan,eyni halda möhkəm bir dəlil və düşünüləsi sadə olan bir bürhanı seçmişik və onu izah edəcəyik. ➖Lakin diqqət yetirmək lazımdır ki,bu bürhan Allahı yalnız Vacibul-vücud,yəni vücudu zəruri və yaradana ehtiyacı olmayan bir varlıq kimi isbat edir. ➖Onun elm,qüdrət,cism olmamaq,zaman və məkana daxil olmamaq kimi xüsusiyyət və sifətləri başqa dəlillərlə sübut olunmalıdır. T.me/kelam_ve_eqide
Mostrar todo...
Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi_qomnam

👍 1
🔰TANIŞ NİŞANƏLƏR 🔰Allahı tanımağın sadə yolu Allahın kainatdakı nişanələri barədə dərindən fikirləşmək,Quranın təbiri ilə desək,“ilahi ayələrdə təfəkkür” etməkdən ibarətdir.Sanki yerdə,göydə və insanın varlığında olan hər şey tanış olan bir məqsədin nişanəsidir və qəlbin oxunu hər yerdə və həmişə hazır olan varlıq mərkəzinə doğru istiqamətləndirir. ➖Əlinizdəki kitab da Onun nişanələrindən biridir.Məgər onu oxumaqla agah və hədəfli bir yazıçı ilə tanış olmursunuzmu?Heç bu kitabın bir sıra hədəfsiz və maddi reaksiyalar nəticəsində yaranmış olmasını və onu yazanın da heç bir hədəfi olmamasını ehtimal edirsinizmi?Bir şəxsin bir neçə yüz cilddən ibarət olan ensiklopediyanın bir filiz mədənində baş verən partlayış nəticəsində yaranmasını güman etməsi səfehlik deyilmi?!Belə ki,onun zərrələri hərflər şəklinə düşmüş olsun,kağız parçaları ilə təsadüfi toqquşma zamanında yazıları vücuda gətirsin və sonra kağızlar təsadüfü olaraq tənzim olunub cildlənmiş olsun?! ➖Belə bir mürəkkəb aləmin,məlum və naməlum hikmət və sirlərlə dolu olan dünyanın təsadüf üzündən yaranmasını qəbul etmək yuxarıdakı təsəvvürdən də minlərlə dəfə gülüncdür! ➖Bəli,hər bir məqsədyönlü nizam onu icad edənin bir nişanəsidir və belə nəzmlər dünyanın hər yerində müşahidə olunur və onların hamısını ümumi bir nizamı təşkil edir.Bunu hikmətli yaradan vücuda gətirmiş və həmişə Onun Öz əli ilə idarə olunmuşdur. ➖Bağda mövcud olan və torpağın,gübrənin arasından cücərən rəngarəng ləçəklər və insanı məst edən ətrə malik gül budağı,kiçik bir dənədən yaranan və hər biri ləzzətli,ətirli və dadlı meyvələr verən alma ağacı,eləcə də müxtəlif şəkilli,rəngarəng ağaclar,gül budağının üstünə qonan bülbül,yumurtadan çıxaraq torpağı dimdikləyən cücə,təzə doğulub anasının döşünü tutan buzov,anasının döşündə onun üçün hazırlanmış süd-bunların hamısı Allahın qüdrət nişanələridir. ➖Doğrusu,körpənin doğuşu ilə eyni zamanda ananın döşündə südün yaranmasında nə qədər təəccüblü və insanı heyrətə gətirən uyğunluq vardır!Hər il kürü qoymaq üçün kilometrlərlə yolu ilk dəfə ötən balıqlar,öz yuvalarını çoxlu dəniz bitkiləri arasında tanıyan və heç vaxt səhv edərək başqasının yuvasına getməyən dəniz quşları,sübh tezdən öz yuvasından çıxıb uzun-uzadı yollar qət etdikdən sonra ətirli güllərdən istifadə edərək gecələr öz yuvalarına qayıdan arılar və s.hamısı Allahın nişanələridir. ➖Daha maraqlısı budur ki,bal arısı,süd verən inək və qoyun özü üçün lazım olan miqdardan qat-qat artıq süd və bal istehsal edir ki,müstəsna və seçilmiş varlıq olan insan onlardan bəhrələnsin.Amma nankor insan özünün Nemət Sahibini tanımır,Onun haqqında yersiz mübahisələrə girişir! Elə insan orqanizminin özündə olan bir çox hikmət,qüdrət nişanələri insanı heyrətə gətirir.İnsan bədəni bir-biri ilə tam uyğun və mütənasib olan “cihazlardan”,hər cihazın tərkibi də özünə münasib olan əzalardan təşkil olunmuşdur.Hər bir üzv milyonlarla canlı və xüsusi hüceyrədən ibarətdir,halbuki onların hamısı vahid bir ana hüceyrədən əmələ gəlmişdir.Hər bir hüceyrənin müəyyən lazım olan maddədən təşkil olunması,hər bir hissəciyin bədənin ən münasib yerində qərar tutması,üzvlərin məqsədyönlü hərəkət və fəaliyyətləri,ağ ciyərin vasitəsilə oksigenin cəzb olunub qırmızı qan cisimcikləri vasitəsilə hüceyrələrə ötürülməsi,qara ciyərin vasitəsilə lazımi qədər şəkər hazırlanması,yeni hazırlanan hüceyrələr vasitəsilə xəsarət alan toxumaların bərpa olunması,ağ qan cisimcikləri vasitəsilə bədənə hücum edən yad cisimlər və mikroblarla mübarizə,bədənin həyat işlərinin tənzim olunmasında mühüm rolu ifa edən vəzilər vasitəsilə müxtəlif hormonların ifraz edilməsi və s.Bunların hamısı Allahın nişanələridir.Minlərlə alimin uzun əsrlər boyu tədqiqat aparmasından sonra incəlikləri hələ də dəqiq şəkildə öyrənilə bilməyən bu qəribə quruluş kim tərəfindən yaradılmışdır?Hər bir hüceyrə kiçik,amma hədəfli bir sistemdir.Hüceyrələrdən təşkil olunan bir məcmu hüceyrələrə nisbətən daha böyük və məqsədyönlü sistem olan bir üzvü təşkil edir.Müxtəlif və mürəkkəb sistemlər məcmuəsi bədənin ümumi və müəyyən hədəfə malik olan sistemini təşkil edir.Amma iş bununla
Mostrar todo...
Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi_qomnam

👍 1
bitmir.Canlı və cansız varlıqlardan təşkil olunan və sayı-hesabı məlum olmayan sistemlər böyük və qeyri-sabit bir sistemi təşkil edir.Bu da “təbiət aləmi” adlanır ki,son dərəcə nəzm və vahid bir hikmət sayəsində idarə olunur. 📖« Budur Allah! Axı siz Ondan nə cür döndərilirsiz?» ➖Aydındır ki,bəşərin elmi nə qədər irəliləsə,təbiət varlıqları arasındakı əlaqə və qanunlar nə qədər artıq kəşf olunsa yaradılışın hikmət və sirləri də bir o qədər aşkar olacaqdır.Bu sadə və aydın nişanələrə dərindən diqqət yetirmək aludə olmamış,günah çirkabına düşməmiş pak qəlblər üçün kifayətdir. T.me/kelam_ve_eqide
Mostrar todo...
Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi_qomnam

👍 1
6⃣-cı Dərs. 🔰ALLAHI TANIMAĞIN YOLLARI 🔰Mütəal Allahı tanımaq üçün çoxlu yollar mövcuddur ki,müxtəlif fəlsəfə və kəlam kitablarında,dini rəhbərlərin sözlərində,eləcə də asimani kitablarda onlara işarə edilmişdir. ➖Bu dəlil və bürhanlar bir-biri ilə müxtəlif cəhətlərdən fərqlənirlər.Məsələn,onların bəzilərində hissi və təcrübi müqəddimələrdən istifadə olunur,halbuki digərləri sırf əqli müqəddimələrdən təşkil olunmuşdur. ➖Bəziləri Həkim (hikmət sahibi) olan Allahı birbaşa isbat etmək məqsədi güdür,halbuki bəziləri yalnız varlığı başqa bir varlıqdan asılı olmayan bir vücudu (Vacibül-vücudu) isbat etmək istəyir.Onun sifətlərini tanımaq üçün başqa dəlillər gətirmək lazımdır. ➖Allahı tanımaq dəlillərini çayın üstündən keçmək üçün qoyulan müxtəlif körpülərə oxşatmaq olar,onların bəziləri çayın üzərinə salınan sadə taxta körpüdür ki,yüngül şeylər oradan asanlıqla keçərək tez bir zamanda öz məqsədinə çata bilər. ➖Bəziləri isə ağır və uzun körpülərə bənzəyir ki,onların da möhkəmliyi daha artıqdır,lakin bunların yolu bir qədər uzaqdır. ➖Bəziləri də əyri-üyri dəmir yolları kimi çoxlu yüksəkliyə,alçaqlığa,böyük tunellərə malikdir ki,ağır qatarların keçməsi üçün nəzərdə tutulmuşdur. Sadə zehnə malik olan bir şəxs Allahı çox sadə yollarla tanıyaraq Ona bəndəçilik edə bilər. ➖Amma üzərinə şübhələrdən ibarət olan ağır bir yük götürən şəxs daş körpüdən keçməlidir,nəhayət həddindən artıq şübhələr və vəsvəsələr yükünü daşıyan bir şəxs də çox möhkəm bünövrəsi olan yollardan keçməlidir,onun hətta çoxlu əyrilikləri,eniş-yoxuşları olsa da belə. ➖Biz,ilk növbədə,Allahı tanımağın sadə yolunu,sonra da orta səviyyəli yolu bəyan edəcəyik. ➖Lakin çoxlu mürəkkəb fəlsəfi məsələlərin həll olunmasını tələb edən mürəkkəb yolları da o kəslər ötməlidir ki,onların zehnləri çoxlu şübhələrlə qarışmış olsun,yaxud şübhələri təmizləmək və yoldan azmış şəxslərə nicat vermək istəyində olsunlar. T.me/kelam_ve_eqide
Mostrar todo...
Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi_qomnam

👍 2
5⃣-ci Dərs; 🔰FİTRİ MƏRİFƏT 🔰Din rəhbərlərinin,ariflərin və hikmət sahiblərinin sözlərinin çoxunda aşağıdakı ifadələrlə rastlaşırıq: 📌“Allahı tanımaq fitridir”,“İnsan fitri olaraq Allahı tanıyır”. ➖Bu cümlələrin mənasını düzgün başa düşmək üçün fitrət kəlməsi barədə bir qədər izah verməyi lazım görürük. ➖Fitrət kəlməsi ərəb mənşəli söz olub “yaradılış növü” deməkdir. ➖O işləri fitri (fitrətə məxsus olan) hesab etmək olar ki,hər hansı bir varlığın yaradılışı onları tələb etsin.Buna görə də onlar üçün üç xüsusiyyəti nəzərə almaq lazımdır: 1⃣Varlıqlardan hər bir növün fitri işləri həmin növün bütün fərdlərində mövcuddur,baxmayaraq ki,zəif və ya güclü olmaq baxımından fərqli ola bilər. 2⃣Fitri işlər bütün tarix boyu sabit olmuşdur.Hər hansı bir varlığın fitrətinin tarixin müəyyən dövründə xüsusi bir şeyi tələb etməsi,başqa dövrdə isə başqa bir şeyi tələb etməsi mümkün deyildir. 3⃣Fitri işlər varlığın yaradılışının tələbi olduğundan onların öyrənib-öyrədilməyə ehtiyacı yoxdur,amma onlar gücləndirilib istiqamət verilməkdə yol göstərənə ehtiyaclı ola bilər. 🔰İnsanın fitri işlərini iki qismə bölmək olar: 🔸a)Fitri mərifətlər: ➖Belə ki,hər bir insan təlimə ehtiyac olmadan onlardan bəhrələnir. 🔸b)Fitri meyllər. ➖Belə ki,bu hər bir fərdin yaradılışının tələbidir. ➖Deməli,əgər hər bir fərd üçün Allah barəsində sübut olunsa və öyrənib təlim görməyə ehtiyacı olmasa,onu fitri allahşünaslıq adlandırmaq olar. ➖Əgər Allaha bir növ meyletmə və Ona pərəstişetmə hissi hər bir insanda tapılsa,onu fitri allahpərəstlik adlandırmaq olar. ➖İkinci dərsdə qeyd olundu ki,nəzər sahibləri və mütəxəssislərdən çoxu dinə və Allaha olan meyli insanın ruhi xüsusiyyətlərindən hesab edərək onu dini hiss,yaxud dini atifə adlandırmışlar. ➖Bunu da əlavə edirik ki,Allah mərifəti də insan fitrətinin tələbi hesab edilmişdir.Amma Allaha pərəstiş fitrəti agahlıq üzündən olan meyl olmadığından Allahı tanımaq fitrəti də agahlıq üzündən olmayan mərifətdir. ➖O mərifətdir ki,adi şəxsləri Mütəal Allahı tanımaq üçün əqli səylərdən ehtiyacsız edir. ➖Lakin unutmaq olmaz ki,hər bir fərd,heç olmazsa,fitri-hüzuri mərifətin zəif mərtəbəsindən bəhrələndiyindən azacıq fikir və istidlalla Allahın varlığını qəbul edə bilər. ➖Tədricən agahsızlıq üzündən olan şühudi mərifəti gücləndirərək onu agahlıq mərtəbəsinə çatdıra bilər. ➖Bir sözlə,“Allah barəsində mərifət kəsb etmək fitridir”,dedikdə mənası budur ki,insanın qəlbi (ruhu) Allahla tanışdır və ruhunun dərinliklərində agahlıq üzündən Allahı tanımaq üçün bir vasitə vardır ki,bu da inkişaf edib çiçəklənmək qabiliyyətinə malikdir. ➖Amma bu fitri sərmayə adi insanlarda elə bir səviyyədə deyildir ki,onları əqli istidlal və təfəkkürdən tamamilə ehtiyacsız edə bilsin. T.me/kelam_ve_eqide
Mostrar todo...
Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi_qomnam

👍 1
5⃣-ci Dərs; 🔰HÜZURİ VƏ HÜSULİ MƏRİFƏT 🔰Mütəal Allah barəsində iki növ mərifət mövcuddur: 1⃣Hüzuri mərifət. 2⃣Hüsuli mərifət. ➖Allah barəsində “hüzuri mərifət” dedikdə insanın Allahı zehni məfhumların və heç bir yardımçı vasitənin köməyi olmadan batini idrak və qəlbi müşahidə ilə tanınması nəzərdə tutulur. ➖Aydındır ki,bir şəxs Allah barəsində agahlıq üzündən şühuda malik olsa,(belə ki,yüksək irfan mərtəbəsi bunu iddia edir) əqli bürhanlara və dəlillərə ehtiyac olmayacaqdır. ➖Amma əvvəldə qeyd olunduğu kimi,belə hüzuri və şühudi elm adi şəxslər üçün irfani seyri-süluk mərhələlərini ötüb ruhu aludəliklərdən,rəzil sifətlərdən paklandıqdan sonra müyəssər olur. ➖Amma onun zəif mərtəbələrinin adi şəxslərdə də olmasına baxmayaraq,bu həmin şəxslərdə agahlıqla yanaşı olmur və buna görə də onlarda olan hüzuri elm agahlıq üzündən olan dünyagörüşü əldə etməyə kifayət etmir. ➖Hüsuli mərifət dedikdə isə məqsəd budur ki,insan müəyyən məfhumlar vasitəsilə,məsələn,yaradan,ehtiyacsız,hər şeyi bilən,hər şeyə qadir olan və s. kimi ümumi məfhumların vasitəsilə Mütəal Allah haqqında qaibanə mənada olan zehni bir mərifət tapır və belə bir varlığın olması “O kəs ki,dünyanı yaradıb və...” etiqadına malik olur. ➖Daha sonra hasil olan digər mərifətləri ona əlavə edir ki,mütənasib etiqadi bir sistemə (dünyagörüşə) nail olsun. ➖Əqli tədqiqatlardan və fəlsəfi bürhanlardan birbaşa əldə olunan məlumat,elə hüsuli mərifətdir,lakin belə bir mərifət hasil olduğu zaman insan agahlıq üzündən olan hüzuri mərifət tapmaq fikrinə düşür. ➖Əlbəttə,agahlıq üzündən belə bir şühuda malik olan müstəsna şəxslərin varlığını inkar etmək olmaz. ➖Belə ki,bizim məsum rəhbərlərlə bağlı,etiqadımız budur ki,onlar uşaqlıqda da və hətta,bəziləri ana bətnində belə mərifətə malik olmuşlar. T.me/kelam_ve_eqide
Mostrar todo...
Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi_qomnam

👍 3
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.