es
Feedback
Axşam.az

Axşam.az

Ir al canal en Telegram

Şou-biznes saytı

Mostrar más
4 092
Suscriptores
-224 horas
-107 días
+430 días
Archivo de publicaciones
Xalq artisti Mənsum İbrahimovun bu gün 66 yaşı tamam olub. Axşam.az xəbər verir ki, xanəndənin tələbələri onun üçün sürpriz h
+1
Xalq artisti Mənsum İbrahimovun bu gün 66 yaşı tamam olub. Axşam.az xəbər verir ki, xanəndənin tələbələri onun üçün sürpriz hazırlayıblar. Sosial şəbəkədə yayılan həmin görüntüləri təqdim edirik:

Əməkdar artist, teleaparıcı Nailə İslamzadə Əməkdar artist Elxan Şirinovun məşhur “Bağışla” ifasını paylaşıb. Aparıcı 2002-ci ildə “Ailələr və talelər” verilişində səsləndirilən “Bağışla” mahnısının illər sonra İctimai Televiziyanın “Cümə axşamı” proqramında çəkiliş fasiləsində Elxan Şirinov tərəfindən bədahətən ifa olunduğunu bildirib. N.İslamzadə həmin anın Saleh Bağırov tərəfindən telefon kamerasına çəkildiyini qeyd edib: “24 il sonra… Eyni mahnı, başqa bir zaman və dəyişməyən bir duyğu. Elxan Şirinov 2002-ci ildə “Ailələr və talelər” verilişində oxuduğu “Bağışla” mahnısını illər sonra, bu dəfə İctimai Televiziyanın “Cümə axşamı” verilişində, çəkiliş arası fasilədə, keçən günlərdən danışarkən, bədahətən yenidən oxudu… Saleh Bağırov da həmin anı telefonunun kamerasına köçürdü. Videoda 2002-ci ilin mahnısı da var. Bəlkə də musiqinin ən gözəl möcüzəsi budur — illər keçir, insanlar dəyişir, amma bəzi xatirələr olduğu kimi qalır…”

photo content
+1

photo content

“Spotify” və “TikTok” şirkətləri Azərbaycanda vergi uçotuna alınıb. Axşam.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti m
“Spotify” və “TikTok” şirkətləri Azərbaycanda vergi uçotuna alınıb. Axşam.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. Yeni qeydiyyata alınan şirkətlər İsveçin “Spotify AB” və Sinqapurun “TikTok Pte. Ltd.” şirkətləridir. Hər iki şirkətin ƏDV məqsədləri üçün qeydiyyatı 1 oktyabr 2026-cı il tarixindən qüvvəyə minib. Qeydiyyata alınmış qeyri-rezident rəqəmsal xidmət təchizatçılarına göstərilən xidmətlərə görə edilən ödənişlər üzrə ƏDV banklar tərəfindən tutulmur. Bu halda ƏDV-ni həmin şirkətlər özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.

Parlament İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. Ax
Parlament İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. Axşam.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisin payız sessiyasının ilk plenar iclasında ikinci səsverməyə çıxarılıb. Layihəyə əsasən, Ombudsmanın aylıq vəzifə maaşı 3060 manatdan 12 000 manata qaldırılıb. Qanun qüvvəyə minənədək Ombudsmana ödənilmiş vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər yeni müəyyən edilən aylıq vəzifə maaşına daxil edilir.

Türkiyəli məşhur sosial media fenomeni Dilan Polat saxlanılıb. Axşam.az xəbər verir ki, fenomen “Prezidenti təhqir etmə”də ittiham olunur. O, ifadəsi alınmaq üçün ədliyyə binasına gətirilib. Qeyd edək ki, Dilan Polat və həyat yoldaşı Engin Polat daha əvvəl cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması, təşkilat yaratmaq və qanunsuz mərc oyunları ilə bağlı ittihamlarla həbs edilmişdi. Cütlük 9 aydan çox həbsdə qaldıqdan sonra məhkəmə nəzarəti şərtilə azadlığa buraxılıb.

photo content