cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

𝐇𝐚𝐝𝐢𝐬.𝐭𝐯.𝐢𝐬𝐥𝐚𝐦

Allah oxuyub faydalananlardan etsin.🕊

Mostrar más
Publicaciones publicitarias
241
Suscriptores
Sin datos24 horas
-27 días
-330 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

00:09
Video unavailableShow in Telegram
🤍🌸
Mostrar todo...
IMG_9053.MP42.55 MB
İslam dininə görə qəbirlərin üzərində yerimək, oturmaq, onları taptalamaq, oranı toplantılar üçün yer təyin etmək, qəbiri öpmək, üzərinə gül qoymaq və ya su tökmək olmaz. Qəbir üstündə ölüyə dua etmək və bağışlanma diləmək şəriətə uyğundur. Çünki, Rəsulullah (Allahın ona və ailəsinə salamı və salavatı olsun) ölünün dəfni qurtardıqdan sonra qəbirin önündə dayanıb deyərdi: "Qardaşınız üçün bağışlanma diləyin və möhkəmlik (sabitlik) istəyin! O, indi sorğu-sual edilir". (Əbu Davud). Ölü ilə danışmaq olmaz. Bütün ölülər "bərzəx" deyilən ruh aləmindədirlər. Uca Allah Qurani Kərimdə buyurur: "Sözsüz ki, sən nə ölülərə (haqqı) eşitdirə bilərsən, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən". (ən-Nəml, 80). Bu və digər ayələrdən aydın olur ki, ölülər diriləri eşitmir, hətta qəbirin yanında duran insanları da eşitmirlər. Bəzi insanlar ölülərin eşitdiklərini, onların diri insanlardan xəbər tutduqlarını zənn edərək bayram günlərində, ölünün doğum və ölüm günündə və başqa xüsusi günlər  təyin edərək ölüləri ziyarət edirlər. Hətta iş o yerə gəlib çatıb ki, bəzi insanlar hədlərini aşaraq qəbirin üstünə bəzi əşyaları gətirib qoyurlar. Halbuki, bütün bu əməllər dinimizə zidd olan əməllərdir.  
Mostrar todo...
💎 HÜSNÜ ZƏNNDƏ OLMAQ. ➡️Cəfər ibn Məhəmmədin (rahimahullah) belə dediyi rəvayət olunur: “Əgər qardaşın haqqında sənə xoşlanmadığın bir xəbər çatarsa, ona birdən yetmişə qədər üzr axtar. Əgər üzr tapsan, nə gözəl, yox əgər üzr tapmasan, onda belə de: “Ola bilsin ki, qardaşımın mənim bilmədiyim bir üzrü var.”
📖 “Şuabul-İman”. Beyhəqi. 8344.
🟩Öz daxilində öz müsəlman qardaşına qarşı pis hisslərin yarandığını görür. Çünki qardaşı onun yanından keçmiş və salam verməmişdir!
Gərək o öz qəlbini bu sözü deməklə rahatladaydı: Ola bilsin, qardaşımın başına bir bəla gəlib və o da bu bəla ilə məşğul olduğuna görə gözü gözümdə, fikri isə ayrı yerdə (dağınıq) olub. Kaş ki mən onun yanında olub ona köməklik edə biləydim!
🟩
Ona yaxın olan qohumu, tələbəsi və ya yaxşılığı keçmiş hansısa bir kəs tərəfindən toy məclisinə çağırılmamışdır!..
Ola bilsin ki, o məni dəvət etməyi unudub, qoy Allah onun üçün mübarək etsin!...
🟩
Bir kəsdən geri qaytaracağı bir ehtiyacı olan şeyi istəmiş, o da ona ehtiyacı olan şeyi verməmişdir. Nəticədə qəlbi ona qarşı qırılmışdır!
Ola bilsin ki, onun həmin şeyə ehtiyacı var...
🟩
Qardaşını sevincli bir gününə çağırmış, o da gəlməmişdir!
Ola bilsin ki, onun qonağı gəlmişdir, ona görə də gələ bilməmişdir və ya buna bənzər bir səbəbdən gələ bilməyib.
🟩
Bir qardaşı ona söz vermiş və sözünü yerinə yetirməmişdir!
Ola bilsin ki, daha mühüm bir işi çıxıb deyə görüşə gələ bilməyib, Allahdan istəyirəm ki, ona xoşagəlməz hal göstərməsin.
🟩
Naməlum (məchul) bir nömrədən həyat yoldaşına gələn mesaja görə onun irzinə tənə etmişdir.
Bunu ancaq günah əhlindən olan yaramazlar edə bilərlər.
🟩
Qardaşına zəng edib, o da onun telefonuna cavab verməyib!
Ola bilsin ki, o yuxuludur və ya məşğuldur və ya unudaraq telefonu səssiz rejimdə qoymuşdur.
🟩Ona deyilib ki, filankəs sənin haqqında pis danışıb!
Ola bilsin ki, eşidən başa düşmədiyi bir şeyi yaymışdır. Beləliklə də, xəbər verən və haqqında xəbər verilən şəxs barədə pis zənnə düşməkdən qurtulardı.
🌐 Sual Cavab və Faydalar
Mostrar todo...
Allah bir qulunu sevərsə... Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah bir qulunu sevdiyi zaman Cəbrailə (aleyhi-s-sələm): "Allah filankəsi sevir, sən də onu sev!" - deyə buyu­rur, Cəb­rail (Ona Allahın salamı olsun) də həmin adamı sevir. Sonra Cəbrail (Ona Allahın salamı olsun) səma əhlinə xitab edib: "Allah filankəsi sevir, siz də onu sevin!" - deyir, səma əhli də onu sevir. Daha sonra yer üzərində olanların da ona rəğbət bəslə­məyə başlayırlar". (əl-Buxari, 3209).
Mostrar todo...
Photo unavailableShow in Telegram
Əziz müsəlmanlar. Qurban bayramınız mübarək olsun. Uca Allah bizdən də, sizdən də saleh əməlləri qəbul etsin.
Mostrar todo...
💘 4
🤲🏻 Allahım, Səndən bu mübarək günün son saatında bütün islam ümməti üçün əmin-amanlıq diləyirik. Dünyanın hər yerində olan bütün zəif müsəlmanlara yardım et, onlara sabitlik ver, onlara rəhm et və onları sorğu-sualsız cənnət nemətlərinə qovuşdur. @RADsuresi28
Mostrar todo...
Repost from Sən Xatırlat
Assalamu aleykum. Sabah əzəmətli bir gündür. O gündə qazananlar var, bir də böyük xeyirlərdən məhrum olanlar. Çalış ki, qazanlardan olasan, itirənlərdən olmayasan. Xüsusən dua məsələsində. Sabah il içərisində dua üçün ən əlverişli zamandır, ələlxüsus də Əsr-Məğrib arası. Dilə nə diləyəcəksənsə. Nə dərdin nə sıxıntın, nə həll edə bilmədiyin məsələn, nə çözə bilmədiyin düyünlərin, nə ödəyə bilmədiyin borcların, nə qurtula bilmədiyin günahların, nə çata bilmədiyin hədəflərin, nə xilas ola bilmədiyin pis vərdiş və xasiyyətlərin varsa, sabah hamısı ilə Allaha yönəl. Sabah yönəlməsən nə zaman yönələcəksən? Əgər O qəbul etməsə kim qəbul edəcək?! Əgər Ona ümüd etməsən kimə/nəyə ümid edəcəksən?! Hansı aciz məxluq sənə istədiyini verə bilər ki?! Bu qədər sıxıntın var. Elə bilirsən günahlarının təsiri yoxdur?! Vallahi ki, var. Sabah onlara görə Allahdan bağışlanma dilə. Sabahki qədər Allah heç vaxt oddan qul azad etmir. Ən çox sabah azad edir. Yalvar, göz yaşı axıt ki, sən də onların sırasına daxil olasan. Bil ki, O səni əfv etsə - dünya və axirət xeyirləri sənə doğru axın-axın gələcəkdir. Çünki bu gün gəlməyən hər bir xeyirin yolunu günahların bağlayıb. Neçə insanlar olub ki, ömürlərindən keçən Arafa günlərindəki duaları sayəsində qurtulublar. Bunu unutma. www.senxatirlat.com
Mostrar todo...
👍 2💘 1
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.