Ərəbcə Öyrən
Ir al canal en Telegram
📘 Ərəb dilini sıfırdan, ƏN SADƏ üsulla öyrən! ✔️ Gündəlik işlədilən sözlər ✔️ Sadə və başa düşülən izah ✔️ Qrammatika — qarışıq yox, rahat! ✔️ Testlər və çalışmalar ✔️ Addım-addım sistemli dərslər ❌ Çətin qaydalar YOX ❌ Qarışıq izah YOX
Mostrar más2 846
Suscriptores
Sin datos24 horas
-47 días
-330 días
Archivo de publicaciones
2 845
İstisna – istisna ədatlarından biri vasitəsilə bir ismin, başqa bir isim üçün sabit olan hökmdən çıxarılmasıdır.
İstisna sözündən də göründüyü kimi, istisna ədatlarından biri vasitəsilə bir ismin ümumi hökmdən çıxarılmasına istisna deyilir. Başqa sözlə, əvvəlcə müəyyən bir qrup və ya ümumi hökm qeyd edilir, daha sonra isə həmin qrupun daxilində olan bir və ya bir neçə şəxs bu hökmdən istisna olunur. Beləliklə, ümumi hökm istisna edilən şəxs və ya əşyaya şamil edilmir.
- جَاءَ الطُّلَّابُ إِلَّا مُحَمَّدًا
Muhəmməddən başqa bütün tələbələr gəldilər.
Qeyd olunan misala diqqət etsəniz, görərsiniz ki, əvvəlcə tələbələrin hamısının gəldiyi bildirilir. Daha sonra isə həmin tələbələr arasından Muhəmməd istisna edilir. Yəni, bütün tələbələr gəlib, Muhəmməddən başqa. Məhz buna görə də bu qayda “istisna” adlandırılır.
Qeyd: Bu cümlədə istisna ədətı إِلَّا (illəə)-dir.
https://whatsapp.com/channel/0029VbBg63p8qIzw5vLotL3D
2 845
Ən sadə metodla "Ərəbcə Öyrən" kitabı.: https://www.youtube.com/playlist?list=PLZBEKjLie1AfyRJsIVpRTm5NJyNfbUWtq
2 845
Ərəb dilində təmyiz mövzusu qrammatikanın ən çətin mövzularından biri hesab olunur. Lakin, qarşıdakı dərslərdə bu mövzunu sizə mümkün olan ən sadə və anlaşıqlı şəkildə təqdim edəcəyik. إن شاءالله
2 845
ذَهَبَ مُحَمَّدٌ إِلَى الْبَيْتِ
Muhəmməd evə getdi.
Qrammatik təhlil:
ذَهَبَ — getdi
فِعْلٌ مَاضٍ مَبْنِيٌّ عَلَى الْفَتْحِ.
Keçmiş zaman felidir və fəthə üzərində məbnidir.
مُحَمَّدٌ — Muhəmməd
فَاعِلٌ مَرْفُوعٌ، وَعَلَامَةُ رَفْعِهِ الضَّمَّةُ الظَّاهِرَةُ.
Faildir, mərfu haldadır. Mərfu olmasının əlaməti (sözün sonunda) zahir olan dammədir.
إِلَى — -a, -ə (… tərəfə)
حَرْفُ جَرٍّ.
Hərfu-cərrdir.
الْبَيْتِ — ev
اسْمٌ مَجْرُورٌ بِـ«إِلَى»، وَعَلَامَةُ جَرِّهِ الْكَسْرَةُ الظَّاهِرَةُ.
«İləə» hərfu-cərinə görə məcrur (yiyəlik halda olan) isimdir. Məcrur olmasının əlaməti (sözün sonunda)zahir olan kəsradır.
2 845
Repost from Ərəbcə Öyrən
📚✨ ƏRƏBCƏ DANIŞIQ VƏ QRAMMATİKA DƏRSLƏRİ ✨📚
🔹 Ərəbcə danışıq
🔹 Qrammatika qaydaları
🔹 Sadə və anlaşıqlı izah
🔹 Sıfırdan və yüksək səviyyəyə qədər tədris
🔹 Rahat və effektiv öyrənmə metodu
🎯 Dərslər yüksək səviyyədə və ən asan dillə izah olunur.
⚠️ Cəmi 6 nəfərə ehtiyac var.
📌 Ərəbcə öyrənmək istəyənlər üçün gözəl fürsət!
📲 Əlavə məlumat və qeydiyyat üçün WhatsApp: 📞 0517756269
2 845
التَّمْيِيزُ: اسْمٌ نَكِرَةٌ مَنْصُوبٌ يُذْكَرُ لِإِزَالَةِ الْإِبْهَامِ عَمَّا قَبْلَهُ.
Təmyiz — Təmyiz, özündən əvvəl gələn sözdəki qeyri-müəyyənliyi aradan qaldırmaq üçün zikr edilən mənsub (təsirlik halda) və qeyri-müəyyən isimdir.
-Təmyizin tərifini izah etməzdən əvvəl onun lüğəvi mənasını bilmək faydalıdır. Ərəb dili lüğətlərinə müraciət etdikdə görürük ki, təmyiz sözünün bir neçə lüğəvi mənası vardır. Bu mənalara bəyan etmək, təfsir etmək və açıqlamaq daxildir. Təmyiz sözünün bu mənaları ifadə etməsinin səbəbi onun cümlədəki funksiyası ilə əlaqədardır. Belə ki, təmyiz özündən əvvəl gələn mubhəm (qeyri-müəyyən) sözün, ifadənin və ya cümlənin mənasını açıqlayır, ona izah verir və onu bəyan edir. Məhz buna görə də ərəb dili lüğətlərində bu sözə bəyan etmək, təfsir etmək və açıqlamaq kimi mənalar verilmişdir.
Misal olaraq:
- اِشْتَرَيْتُ كِيلُو تُفَّاحًا
Bir kilo alma aldım.
Qeyd etdiyimiz cümləyə diqqət etsəniz, görərsiniz ki, burada qeyd olunan (تُفَّاحًا) sözü təmyizdir. Cümləni tərcümə etdikdə “Bir kilo alma aldım.” deyirik. Əgər burada sadəcə “Bir kilo aldım” desək, cümlənin mənası qeyri-müəyyən qalar. Çünki həmin bir kilonun nədən ibarət olduğu məlum olmaz. Bir kilo nə aldım? Alma, arpa, banan, armud, yoxsa başqa bir şey? Bu cümlədə تُفَّاحًا (tuffəhən) sözü təmyiz olaraq كِيلُو (kiiluu) sözünün mənasını açıqlayır, onu bəyan edir, təfsir edir və izah edir. Məhz buna görə də bu sözə təmyiz deyilir.
https://t.me/erebceoyren
2 845
Ərəbcə öyrənənlər üçün möhtəşəm qiraət kitabları. Cəmi bir ədəd qalıb.
WhatsApp: 0517756269
