cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Müxbir Az

🌎Aktual xəbərlər 💱İqtisadi və siyasi başlıqlar ⚡Dəqiq və operativ 🌐Müxbir Az-xəbərin doğru ünvanı!

Mostrar más
Publicaciones publicitarias
9 786
Suscriptores
-1424 horas
-1067 días
-35330 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

❗️SOCAR-ın Türkiyə ofisinə hücum etməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb. Bu barədə Türkiyə KİV bildirir
Mostrar todo...
Şimali Koreya lideri Kim Çen In Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib: “Fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətləri gələcəkdə də möhkəmlənəcək və inkişaf edəcəkdir. Sizə ölkənin sosial-iqtisadi inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Mostrar todo...
❗️SOCAR Türkiyə açıqlama yayıb. SOCAR tərəfindən İsrailə xam neftin satışının həyata keçirilməsi ilə bağlı ittihamlar həqiqəti əks etdirmir və qəsdən ictimai rəyi çaşdırmaq məqsədi daşıyır. Dünyada neft satışı bazarının özünəməxsus xüsusiyətləri var və hasil edilən xam neftin ticarət və ya treydinq şirkətləri vasitəsilə satışı həyata keçirilir. Tədarükçü şirkətlər xam neftin hansı ölkələrə daşınmasına, hansı məqsədlər üçün istifadə edilməsinə nəzarət və müdaxilə imkanlarına malik deyillər.
Mostrar todo...
Bu gün Bakıda intihar hadisəsi baş verib. 2003-cü il təvəllüdlü Məhəmmədzadə Zərifə Bəhrəm qızı özünü Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli binadan atıb. Binanın 12-ci mərtəbəsindən özünü atan 21 yaşlı qız hadisə yerində ölüb. Z.Məhəmmdəzadənin həmin binanın daimi sakini olmadığı bildirilir. Faktla bağlı Yasamal Rayon Prokurorluğu araşdırmalara başlayıb
Mostrar todo...
⚡️Növbədənkənar parlament seçkiləri ilə bağlı icra başçılarına yay məzuniyyəti indidən verilməyə başlanılıb və onlara avqustun ilk həftəsində işə qayıtmaq tələbi qoyulub. (KİV)
Mostrar todo...
Photo unavailable
Şuşanın Bayraq meydanında yenidənqurma işləri aparılacaq
Mostrar todo...
Photo unavailable
Qurban Qurbanov: "Kadi Borgesin "Qarabağ"da olmasını istəyərəm" "Azarkeşlər də bunu arzulayırlar. Amma bəzən bizdən asılı olmayan səbəblər olur. Ola bilər ki, nə vaxtsa komandamıza qayıtsın"
Mostrar todo...
Hizbullah silahlı birləşmələri İsrailin Yuxarı Qalileydəki yaşayış məntəqələrinə raket zərbələri endirib.
Mostrar todo...
⚡ "Qarabağ" futbol üzrə Azərbaycan Kubokunun qalibi oldu. "Atlılar" finalda "Zirə"ni 2-1 hesabı ilə məğlub etdi.
Mostrar todo...
Astarada yol-nəqliyyat hadisəsi olub. Hadisə rayonun Züngüləş kəndində baş verib. Belə ki, “QAZ-66” markalı yük maşını velosipedlə hərəkətdə olan rayonun Ərçivan qəsəbə sakini 2010-cu il təvəllüdlü O. N-ni vurub. Qəzada ağır xəsarət alan yeniyetmə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.
Mostrar todo...