cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Psixoloq Arya Mahmud

✅ Psixoloji məlumatlar ✅ Psixoloji dəstək ✅ Psixoloji testlər ✅ Maraqlı Sorğular ✅ Cəmiyyətin əsas problemleri ✅ Faydalı məlumatlar ✅ Psixoloji kitablar ✅ Motivasiya

Mostrar más
Publicaciones publicitarias
835
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
-830 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

👩‍👦👩‍👧Anaların övladlarına şiddət göstərməsinin 5 səbəbi : 1. Bütün yükü(ev işi, uşağa vaxt ayırmaq, pul qazanmaq, ətraf amillər) öz çiyinlərinə götürməsi və həyat yoldaşlarında kömək istəməmələri ; gələn köməyi qəbul etməmələri ; kömək istəsələrdə dəstək görməmələri ; 2. Keçmiş yaşantıların üzərinə daha çox ananı gərginləşdirəcək hadisələrin yaşanması ; hətta, uşağın etdiyi kiçik bir davranış belə anada qıcıq yaradır. Ana sudan səbəbdən övladına şiddət göstərir və “ vurulursansa, demək günahkarsan.” psixologiyası ilə böyüdüyünə görə eynisini övladına tətbiq etməyə davam edir. Yəni, fərqindəlik qazanmadığı üçün döngü davam edir. 3. Ananın hisslərini ifadə edə bilməməsi ; 4. Ananın özünə vaxt ayıra bilməməsi , özünü gözəl şeylərə layiq görə bilməməsi, özdəyərinin az olması ; 5. Rahatlığı üçün övladını yalnış(telefon vermək, TV-ya baxmağa yönləndirmək,“ yox “ deyə bilməmək, izah edə bilməmək.)tərbiyə edən ana bir müddət sonra, işlərin idarədən çıxdığını anlayır. Bu zaman isə biraz gec olur. Vəziyyətin necə bu hala gəldiyi anlamaq və sağlam formada həll etmək əvəzinə, qısa yoldan, yəni şiddət göstərək problemi həll edir. Şiddətin qarşısını almağa kömək edəcək 5 metod : 1. Stress yaradan amillərin müəyyən etmək və bu mövzuların onun həyat keyfiyyətinin aşağı saldığının fərqinə varmaq ; 2. Uşaqla empatiya qurmağa çalışmaq və “ əgər ona bu formada davranılsa necə hiss edərdi və ya edirdi? “ sualı üzərində düşünmək ; 3. Hər gün “ ÖZ “ zamanı ayırmağı öyrənmək - istədiyi, ona yaxşı təsir edəcək şeyləri etmək ; 4. Uşaq psixologiya dair kitablar oxumaq və video,film izləmək ; 5. Sonuncu və ən önəmlisi - uşaqla vaxt keçirməyə çalışmaq ; Əgər uşağa yük kimi baxsan yük olar, sevgi kimi baxsan dəyərli .. Övladınızın sizə, sizin isə ən çox özünüzə, dəyərli hiss etməyinizə ehtiyacınız var. Bu günün kiçik səhvi, gələcəyin ən böyük travması ola bilər. 🧡⬇️🎁Əgər daha ətraflı formada stressinizi idarə etməyi öyrənməyi istəyirsinizsə, 7 oktyabrda baş tutacaq Analara özəl endirimdən yararlanaraq stressin idarə edilməsi ilə bağlı Workshopa qoşula bilərsiniz. - 0513950118
Mostrar todo...
👍 3
00:10
Video unavailableShow in Telegram
👍 3
İllərdir istifadə etdiyim və danışanlarımında çox fayda gördüyü texnikaları sizinlə bölüşəcəm.☺️📥 Bir çox izləyicinin faydalanması üçün ödənişi cibinizə uyğun ödəyəcəksiniz.😍👍🏻 Qeydiyyat üçün mesaj və ya 0513950118 nömrəsinə yazın. 📥
Mostrar todo...
📝 4-5 yaşımda başıma gəlmiş bir hekayəmi bölüşürəm : Qonaq getmişdik. Anam xanımla söhbət edirdi. Qardaşım, mən və xanımın oğlu digər otaqda oyun oynayırdıq. Oğlan məndən yaşca 2-3 yaş böyük olardı. Dedi gəl evcik-evcik oynayaq, sən ana ol, məndə ata, qardaşında uşağımız. Üstümə çıxıb, məni öpmək istəyəndə, tez ordan qaçıb, tənginəfəs bunu anamgilə dedi. Mənə güldülər.. Mən orda özümü müdafiə etdim. Amma, hər kəs özünü müdafiə edə bilməyib.. Bu vəziyyəti yaşamış izləyicilərim siz tək deyilsiniz. Yaşadığınız hadisə bu gün ki, həyatınıza hansısa mənfi formada təsir edir. Bunun fərqinə varın və dəstək alın. 2,5 yaşdan etibarən, hətta daha tez uşaqlar öz cinsi orqanları ilə tanış olmağa başlayır. Bu mövzuda DOĞRU informasiyaya sahib valideyn əlbətdəki, övladına cinsi tərbiyə verə bilir. Əks halda əgər bu mövzuda müzakirələr “ ayıbdır. “ - deyilib, bağlanırsa, gələcəkdə bu yalnış davranış böyük fəlakətlərə gətirib çıxarır. Hansı fəlakətlərə ❓ - Qadının/Kişinin öz bədənini sevməməsi və özündən diksinməsi ; - Gizlənmə və özünüqoruma ehtiyacının həddindən çox olması ; - Qarşı cinslə münasibətdən qaçması ; - Vaginizm ; - Cinsi zorakılıq hallarının artması ; - Şiddətlə hər şeyi həll etmə ehtiyacı ; Təəssüflər olsun ki, pedaqogika və psixologiya sahələri ildən-ilə inkişaf etsə də bu gün hələ də “ Cinsi tərbiyə “ kimi mövzunu 10 insan sadəcə 3-ü sərbəst formada danışır və ya araşdırır. 3 illik təcrübəmdə mənə müraciət edən 10 danışanın 4-5-inin həyat hekayəsində çox təəssüflər olsun ki, belə bir yaşantı olub. Onlar ya bunu ailəsinə bölüşməkdən çəkiniblər və ya bölüşsələr də, valideynlər hadisəni ciddiyə almayıb. ⬇️Belə halların azalması və ya bu mövzuda travmalar üzərində çalışılması, zərərçəkmiş insanların mütəxxəsis dəstəyi alması üçün bu mövzuda daha ətraflı bir araşdırma etdim. Bir çox insanın maariflənməsi daha sağlam gələcək deməkdir. ⬇️ Səhifələri vərəqləyərəq paylaşdığım youtube videolarını izləyin. Övladlarınıza BƏDƏNLƏRİNİ qorumağı öyrədin! Başqa birinin uşağın icazə olmadan və ya uşağın icazəsi olsa da, özəl bölgələrinə toxunmasının doğru olmadığını izah edin. Övladınızla güvən bağını yaradın ki, ÇƏTİNLİYƏ DÜŞƏNDƏ İLK SİZƏ GƏLSİN..
Mostrar todo...
👏 3
Mostrar todo...
Qızlarımızın inkişafı üçün bir addım(təmannasız dəstək)📚

Mən psixoloq Arya Mahmud artıq 3 ildir ki, həm psixoloq, həm də mentor olaraq xidmət göstərirəm. Uşaqlıqdan arzum çətinliklərə rəğmən özü üçün sağlam gələcək qurmaq istəyən xanımlara dəstək olmaqdır. Uzun müddət ki, onlarla xanıma dəstək oluram. Bu dəfə isə məqsədim, hədəfə çatmaq mövzusunda çətinlik çəkən, qərarsız, bacarıqlarını və potensialını ortaya çıxarmaq istəyən qızlarımıza dəstək olmaqdır. 3 xanıma online(ZOOM)formada, 2 xanıma isə real(Bakı) formada psixoloq Arya Mahmud tərəfindən mentor dəstəyi göstəriləcəkdir. Seçiləcək : 2 abituriyent, 3 tələbə Müddət : 3 ay ( 12 mövzuda 12 təlim ) Keçirilmə forması : Qrup şəkilində Qeydiyyatın son tarixi : 10 oktyabr Seçilən 5 xanımla əlaqə yaradılacaq. Gedişat haqqında ətraflı məlumat seçilən xanımlarla bölüşüləcək.📥

Photo unavailableShow in Telegram
👍 2
2
00:04
Video unavailableShow in Telegram
1. Özünüzü tənqid etmədən ertələmə problemini aradan qaldırmaq üçün 2. Mentorun təcrübəsindən faydalanmaq üçün 3. Zamanın idarə edilməsi ilə bağlı təkrarlanan səhvləri etməmək üçün 4. Güclü tərəflərinizdən düzgün istifadə etmək üçün 5. Potensialınızı ortaya çıxarmaq üçün 📝Əgər mənim tərəfimdən mentor dəstəyi alsanız, 3 ay ərzində bir sıra hədəflərinizə çata bilərsiniz. ➡️ Psixoloq olduğum üçün psixoloji məqamlara da bir başa toxunacam. Həyatıma tətbiq edib, faydasını gördüyüm düşüncələri və davranışları mentilərimə də öyrədirəm. 📥 1 oktyabra qədər qeydiyyatdan keçən izləyicilər üçün 20% endirim təklifim var.🛋️ Ətraflı məlumat üçün rəy yazmağınız kifayətdir.☺️ #mentor #telebe #zamaninidareedilmesi
Mostrar todo...
👍 2
🌸Bəs nə etməli? Yalnış davranışlarınızın fərqinə varmalısınız. Özdəyəri salan davranışlarınızı sizi dəyərli hiss etdirə biləcək davranışlarla əvəzləməlisiniz. Bu proses asan deyil. Amma, mümkümsüzdə deyil. Zamanla “ mən dəyərliyəm.” düşüncəsinə inandıqca, şəxsi sərhədlərinizi də doğru təyin edə biləcəksiniz. Əgər həyat keyfiyyətinizin gündən-günə daha da azaldığınızın fərqindəsinizsə, psixoloji dəstək alın. - 0513950118 📥
Mostrar todo...
3👍 1