es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

Ir al canal en Telegram

Gündəmi 1 mesajla izləyin!

Mostrar más
7 593
Suscriptores
-1024 horas
-347 días
-16530 días
Archivo de publicaciones
👆 Bir vaxt Arazın o tayında təlim verərək barmağı ilə Azərbaycanı da hədələmişdi. Gecə yatdığı yerdə başına düşən tonluq bom
👆 Bir vaxt Arazın o tayında təlim verərək barmağı ilə Azərbaycanı da hədələmişdi. Gecə yatdığı yerdə başına düşən tonluq bombadan yalnız bir barmağı salamat qalıb. Tanımayanlar üçün: SEPAH-ın baş komandanı, general-mayor Hüseyn Səlami. Zəngəzur və Qarabağ məsələlərində "qırmızı xətt" ritorikasını dilə gətirən adam. t.me/xeberlerlive
13 jun 2025, 03:10

‼Azərbaycanda sosial müavinətlər artırılır
● orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 (üç yüz) manat ● orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 (iki yüz əlli) manat ● orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 (yüz səksən) manat ● ailə başçısını itirməyə görə 140 (yüz qırx) manat ● müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 (yüz qırx) manat ● valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 (yüz qırx) manat ● bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 (yüz qırx) manat ı ● beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 (yüz qırx) manat; ● övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla) görə 240 (iki yüz qırx) manat ● himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 0–6 yaş arası uşağa görə 500 (beş yüz) manat, 7–13 yaş arası uşağa görə 600 (altı yüz) manat, 14–18 yaş arası uşağa görə 650 (altı yüz əlli) manat ● uşağın anadan olmasına görə 600 (altı yüz) manat; ● dəfn üçün 600 (altı yüz) manat. ● Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2200 (iki min iki yüz) manat; ● Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün 2000 (iki min) manat; ● şəhid ailəsi üçün 700 (yeddi yüz) manat ● 20 Yanvar şəhidinin ailəsi üçün 700 (yeddi yüz) manat; ● Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə 700 (yeddi yüz) manat;
t.me/xeberlerlive
12 jun 2025, 09:21

DİQQƏT❗ REKLAMA ŞOK ENDİRİM Hər iki kanalda @miriyevtv ve @xeberlerlive kanalında birlikdə reklam qiyməti 50% endirimdə. Sadəcə bu gün. ƏLAQƏ ➡️ @miriyevelaqe
10 jun 2025, 11:27

‼️ Kursant əsgər hərbi rütbəsinə bərabər tutulacaq Kursantların vəzifələri, eləcə də gizirlər, miçmanlar, zabitlərin hüquqlarına bir sıra dəyişikliklər edilib. Belə ki, müddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əsgərlərə (matroslara) münasibətdə şamil olunan bir sıra normalar kursantlara münasibətdə də tətbiq ediləcək. Bununla da, kursant hərbi rütbəsi əsgər (matros) hərbi rütbəsinə bərabər tutulacaq. Belə ki, kursantlar normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələri yerinə yetirəcəklər. t.me/xeberlerlive
10 jun 2025, 08:20

🔈 Ayxan Hacızadə: Təəccüblü hal odur ki, Medinski Qarabağın heç zaman mübahisəli ərazi olmadığını bilmir Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində Russia Today kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı iddialarına dair şərhində deyilir. t.me/xeberlerlive
10 jun 2025, 04:34

KİV: ⚡️Samux rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib. Bildirilir ki, yasda təkcə çay süfrəsinə icazə verilir. Qeyd edilir ki, əgər ehsan verilməsi aşkarlanırsa, vətəndaşlar cərimələnir. t.me/xeberlerlive
09 jun 2025, 18:01

🇵🇹⚽️Ronaldo millidə 138-ci, karyerasında 938-ci qolunu vurdu. Portuqaliya İspaniyanı penaltilər seriyasında məğlub edərək U
🇵🇹⚽️Ronaldo millidə 138-ci, karyerasında 938-ci qolunu vurdu. Portuqaliya İspaniyanı penaltilər seriyasında məğlub edərək UEFA Millətlər Liqasının qalibi olur. t.me/xeberlerlive
08 jun 2025, 18:02

🌧️ ETSN xəbərdarlıq edir: iyunun 9-11-də bölgələrdə yağıntılı hava ilə əlaqədar bəzi dağ çaylarında sel və daşqın ehtimalı var. t.me/xeberlerlive
08 jun 2025, 09:57

Vakansiya; Aparıcı Nigarfərhad bacısı oğlu üçün dayə axtarır... t.me/xeberlerlive
+1
Vakansiya; Aparıcı Nigarfərhad bacısı oğlu üçün dayə axtarır... t.me/xeberlerlive
08 jun 2025, 08:18

🇦🇿🥀 DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat etmişdir. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir. t.me/xeberlerlive
08 jun 2025, 05:23

❗️Azərbaycanda bu gün 33 dərəcə isti olacaq. Bakıda və Abşeronda hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə 18-21° isti, gündüz 26-31° isti təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 16-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti proqnozlaşdırılır. t.me/xeberlerlive
08 jun 2025, 02:35

⚡️⚡️⚡️QURBAN BAYRAMI MÜNASİBƏTİNƏ ÖZƏL KANPANİYA Bizimlə əməkdaşlıq etmək vəya reklam yerləşdirmək üçün: Reklam qiymətlərimiz çox sərfəlidir. Əlaqə ☎️ @miriyevelaqe
07 jun 2025, 16:57

❗️Azərbaycan ərazisinə keçmiş iki erməni mülki şəxs Ermənistana təhvil verilib. t.me/xeberlerlive
06 jun 2025, 14:54

❗️Paşinyan Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. t.me/xeberlerlive
❗️Paşinyan Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. t.me/xeberlerlive
06 jun 2025, 11:25

Repost from N/a
🔥 Türkmənistanda “Cəhənnəm qapısı” adlı məşhur qaz kraterindəki yanğın üçdə biri qədər azaldılıb. 1971-ci ildən bəri yanan v
+2
🔥 Türkmənistanda “Cəhənnəm qapısı” adlı məşhur qaz kraterindəki yanğın üçdə biri qədər azaldılıb.
1971-ci ildən bəri yanan və “Qaraqum parıltısı” adı ilə də tanınan bu təbii qaz krateri ətrafında metan əldə etmək üçün çoxsaylı quyular qazılıb. “Türkmənqaz”ın direktoru İrina Luryevanın sözlərinə görə, əvvəllər kilometrlərlə uzaqdan görünən alov indi zəif bir yanma mənbəyinə çevrilib. ⛏️Kraterin yaranma səbəbi sovet dövründə qaz kəşfiyyatı zamanı torpağın çökməsi nəticəsində yaranan qaz sızmasının qarşısını almaq üçün onu yandırmaq qərarı olub. Geoloqlar bunun bir neçə günə sönəcəyini düşünürdülər, amma yanğın artıq 50 ildən çoxdur davam edir. 🌍 Beynəlxalq Enerji Agentliyi buranı metan tullantılarının dünyadakı ən iri mənbəyi adlandırır, lakin rəsmi Aşqabad bu iddianı qəbul etmir. Qeyd edək ki, Türkmənistan dünyanın ən böyük 4-cü təbii qaz ehtiyatına sahib ölkələrindən biridir.
t.me/vefadarmuallim
06 jun 2025, 10:34

❗️Ermənistan MTX: İki yeniyetmə azaraq Azərbaycan ərazisinə keçib Bildirilir ki, Sünik rayonunun Tex icmasının sakinləri - 2007-ci il təvəllüdlü Karen Cangiryan və 2008-ci il təvəllüdlü Andrey Qyaqunts iyunun 6-na keçən gecə saat 01:20 radələrində Aravus kəndi ilə bitişik ərazidə azaraq Azərbaycan ərazisinə keçiblər. Ermənistan MTX bəyan edib ki, yeniyetmələrin yerinin müəyyən edilməsi və onların təhlükəsiz şəkildə geri qayıtması üçün bütün lazımi tədbirlər görülür. t.me/xeberlerlive
06 jun 2025, 05:49

AXIRKİ❗️ DİM: Ekspert komissiyası tərəfindən aparılan müzakirələr nəticəsində “Səfəvilər dövründə Azərbaycan mədəniyyəti” mövzusunda aşağıda təqdim edilən test tapşırığının doğru cavabının 2 və 3-cü bəndlər olması elmi mənbələrdə öz əksini tapmasına baxmayaraq, 8-ci sinif üzrə müxtəlif illərdə nəşr olunan Azərbaycan tarixi dərsliklərinin bəzilərində Məhəmməd Tahir Vahidin Şah II Abbasın tarixçisi olub sonra vəzir vəzifəsinə qədər yüksəlməsi, digərlərində Şah II Abbasın tarixçisi olub sonra isə baş vəzir vəzifəsinədək yüksəlməsi ilə bağlı bir-biri ilə uzlaşmayan məlumatlara istinad edildiyinə görə həmin tapşırıq bütün abituriyentlər tərəfindən doğru cavablandırılmış hesab olunur. t.me/xeberlerlive
05 jun 2025, 12:48

Repost from Miriyev TV
⚡⚡⚡⚡⚡️"Azercell"dən yeni tarif siyasəti ilə bağlı rəsmi açıqlama Azercell: Tariflər dəyişmir Azercell yeni tarif mexanizmi ilə bağlı dəyişikliklərə aydınlıq gətirib: 19 iyun 2025-ci il tarixindən etibarən fakturasız xətt nömrələrində danışıq kartlarının istifadəsi ilə bağlı yeni yanaşma nədən ibarətdir? Yetərli vəsait olduğu halda, tarif paketinin aylıq abunə haqqı  balansdan avtomatik çıxılacaq və nömrə 30 gün müddətində ikitərəfli, bu müddətdən sonra isə 90 gün ərzində birtərəfli açıq qalmağa davam edəcək.   Qiymətlər artırmı? Danışıq tarifləri olduğu kimi qalır. Əvvəl balansa əlavə məbləğ yükləmək lazım idisə, indi yalnız tarif haqqını ödəməklə nömrəni tam 30 gün ikitərəfli aktiv saxlamaq mümkün olacaq.   “1 manat = 1 gün” prinsipi kimə və nə vaxt şamil olunacaq? Balansa yüklənən məbləğ tarifin aylıq abunə haqqından az olarsa, aktivlik müddəti yeni prinsipə (məsələn, 1 manat 1 gün, 2 manat 2 gün və s.) uyğun hesablanacaq. Lakin bu halda belə, nömrə 90 gün ərzində birtərəfli aktiv qalacaq.  Fakturasız xətt nömrələri üçün internet paketlərinə hansı dəyişikliklər edildi? Saatlıq paketlərdə tətbiq olunan 2 Mbps sürət məhdudiyyətini aradan qaldırılır, gündəlik paketlərin həcmi artırılır.  1 iyuldan etibarən “Azercellim”, “Bölgə”, “GəncSim”, “Sadə6”, “GəncOl həftəlik”, “GəncOl 6” və “GəncOl 9” tariflərinə yeni qoşulmalar dayandırılır. Mənim istifadə etdiyim tarif necə olacaq? Dəyişiklik bu  tariflərin hazırkı abunəçilərinə deyil, 1 iyul tarixindən sonra sözügedən tarif paketlərinə qoşulmaq istəyən yeni istifadəçilərə şamil olunacaq.   t.me/miriyevtv
05 jun 2025, 10:44

🗣️Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiqi ilə bağlı Əmək Məcəlləsinə ediləcək dəyişiklik Nazirlər Kabinetinə təqdim olunub. 💵Saatlıq əməkhaqqı üçün də minimumlar məlum olacaq. 💳Saatlıq əməkhaqqının hesablanması bir tərəfdən vətəndaşlara işlədikləri müddətin saatlar üzrə hesablanması və onların əməkhaqlarında artımların reallaşmasına gətirib çıxara bilər. Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov t.me/xeberlerlive
05 jun 2025, 06:24

⚡️"Nar" rouminq paketlərində yenilik edəcəyini açıqlayıb.
1 iyul tarixindən etibarən “Rouminq 9", "Rouminq 15", "Rouminq 20", "Rouminq 28” paketləri ləğv olunacaq. Əvəzində isə səyahət zamanı müştərilərə digər internet paketləri təqdim olunur. Onların qiymətləri isə aşağıdakı kimidir.
● 200 MB, 1 gün, 3.90 AZN ● 1.5 GB, 10 gün, 19.90 AZN ● 5 GB, 30 gün, 34.90 AZN t.me/xeberlerlive
05 jun 2025, 05:35