XƏBƏRLƏR l LİVE
Ir al canal en Telegram
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
Mostrar más8 778
Suscriptores
-824 horas
-487 días
-21430 días
Archivo de publicaciones
8 784
🇦🇿🇦🇲 Ermənistanda adekvat insanların cəmi 2,9%-i müəyyən edilib
Respondentlərin 87,5%-i Nikol Paşinyanın Tavuşla (Tovuzqala) mövqeyinin əleyhinədir. Respondentlərin yalnız 2,9%-i 4 Azərbaycan kəndinin geri qaytarılmasını tam təsdiqləyir - Gallup Beynəlxalq Araşdırmalar Mərkəzinin sorğusu.
t.me/xeberlerlive
8 784
🚕🟢Taksilərə ŞAD XƏBƏR: Bu maşınlardan rəng tələb edilməyəcək.
🔴Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlərə müraciət edib.
📣Verilən məlumata görə, 1 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır. Həmin tarixədək müraciət edənlərə bu tələb tətbiq edilmir.
📣Əgər avtomobiliniz 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət etmisinizsə, 3 illik icazə alacaqsınız. Bu halda rəng tələbi tətbiq edilmir.
t.me/xeberlerlive
8 784
🇹🇷Zəfər Partiyasının sədri Ümit Özdağ:
▫️Vandan başlayan və bir çox vilayətlərə yayılmaq istənən PKK-DEM terror hərəkətlərini soyuqqanlılıqla izləyək.
▫️Bilək ki, bəzən heç bir şey ilk göründüyü kimi olmur. Heç yerdə hadisələrə qarışmayaq.
t.me/xeberlerlive
8 784
🇹🇷🏴☠️ Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya:
➖"2 aprel 2024-cü il Çərşənbə axşamı günü icazəsiz nümayiş keçirən, Separatçı Terror Təşkilatına qarşı tərif və dəstək şüarları səsləndirən, təhlükəsizlik qüvvələrimizə daşla hücum edən, dağılışmayarak xəbərdarlıqlara baxmayaraq müqavimət göstərən."
➖"Cəmi 89 şübhəli saxlanılıb: Vanda 26, Hakkari Yüksekovada 29, Hakkari Mərkəzində 9, Siirtdə 4, Batmanda 5, Şırnakda 10, İzmirdə 6."
➖"Təhlükəsizlik qüvvələrimiz ölkəmizin əmin-amanlığı və təhlükəsizliyi üçün səylə çalışmaqda davam edir."
t.me/xeberlerlive
8 784
Hal hazırda pkk tərəfdarları Van, Iğdır, Şırnak, Adana, Ceyhan, Batman, İstanbul vilayətlərində etirazlar edir ,polis ilə toqquşma var.
8 784
🔺Avropadan yayımlanan PKK mediası Şərqi və Cənub-Şərqi Anadolu əyalətlərində küçə etirazlarına və üsyanlara çağırır.
t.me/xeberlerlive
8 784
🇦🇿Azərbaycan XİN Stefan Sejurneyə cavab verib:
🟢 Stefan Sejurnenin Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar növbəti dəfə Fransanın bölgədə açıq-aşkar gərginlik yaratmaq və sülh prosesinə mane olmaq səylərinin bariz nümunəsidir.
🟢Azərbaycanın COP29-a ev sahibliyi etdiyi dönəmdə, ölkənin imicinə xələl gətirmək məqsədi güdən və sədrliyimizi hədəf alan bu kimi çağırışlardan çəkinilməsinin Fransa və dünyamız üçün daha faydalı olacağını hesab edirik.
t.me/xeberlerlive
8 784
🇦🇲🇦🇿 Nikol Paşinyan:
➖"Biz bu kəndlərdən əl çəkməliyik, nə əsasımız var, nə qanunumuz, biz qaytarmalıyıq, onlar bizim deyil."
t.me/xeberlerlive
8 784
Ağdamda ANAMA-nın əməkdaşı minaya düşdü
Aprelin 2-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hadisə nəticəsində ərazidə mina təmizləmə işləri aparan Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Əliyev Xəyyam Qəmbər oğlu xəsarət alıb və istifadə olunan texnikaya maddi ziyan dəyib.
Hazırda Xəyyam Əliyevin vəziyyəti qənaətbəxşdir.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
t.me/xeberlerlive
8 784
‼️‼️ Tərtərdə üç nəfər minaya düşüb
2024-cü il 2 aprel tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində mina hadisəsi baş verib.
1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmir Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
🔸 Mina partlayışında yaralanan 3 nəfərdən birinin ayaqları amputasiya edilib.
t.me/xeberlerlive
8 784
Ukrayna SQ pilotsuz təyyarələrlə Tatarıstan Respublikasında Elabuqaya hücum edib.
Hücumun hədəfi Geran kamikadze dronlarının istehsal xətləri olub.
t.me/xeberlerlive
8 784
‼️Azərbaycanda qadın dövlətə xəyanətdə ittiham olunur
Validə Yusifova Elçin qızı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Lakin cinayət işinin təfərrüatı haqda məlumat yayılmayıb.
Artıq iş üzrə ibtidai istintaq tamamlanıb, toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olub.
Xanım müttəhimə qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.
t.me/xeberlerlive
8 784
🇦🇿🇹🇷Türkiyə və Azərbaycan müdafiə sənayesi şirkətləri arasında birgə fəaliyyətlə bağlı anlaşma memorandumları imzalanıb.
Bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün İlham Əliyevlə görüşdə məlumat verib.
📌Görgünün rəhbərliyi ilə respublikaya gələn heyətə “ASELSAN”, “ASFAT”, “HAVELSAN”, “Maşınqayırma və Kimya Sənayesi”, “REPKON Grup”, “ROKETSAN”, “Müdafiə Texnologiyaları və Mühəndislik”, “Türkiyə Aviasiya və Kosmos Sənayesi - TUSAŞ” kimi hərbi sənaye şirkətlərinin rəhbərləri daxildir.
t.me/xeberlerlive
8 784
⚡️⚡️Ermənistan MN-nin məlumatına görə gecə saat 1 radələrində atəşkəs pozulub.
t.me/xeberlerlive
8 784
❗️📢MN: Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.
Aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
t.me/xeberlerlive
8 784
🇦🇿🇦🇲 Bakı Ermənistan qoşunlarının sərhəd zonasına dislokasiya edilməsinə, qətiyyətli cavab verməklə hədələyib.
🇷🇺 Rusiyanın Vedmosti nəşri.
t.me/xeberlerlive
8 784
🇮🇷🇮🇱İran İnqilab Keşikçiləri Korpusunun lideri Məhəmməd Rza Zahedi İsrailin Dəməşqə endirdiyi hava zərbəsi nəticəsində öldürülüb, Reuters-in təhlükəsizlik mənbəsi bildirib.
🔺SEPAH Hərbi Hava Qüvvələrinin sabiq komandanı olub.
t.me/xeberlerlive
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
