XƏBƏRLƏR l LİVE
Ir al canal en Telegram
7 585
Suscriptores
-524 horas
-287 días
-16230 días
Archivo de publicaciones
7 585
⚡⚡⚡Müdafiə Nazirliyinin məlumatı:
Sentyabrın 4-ü saat 11:20-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan qazıntı işləri dərhal dayandırılıb.
t.me/xeberlerlive
04 sep 2023, 05:04
7 585
🔥⚡️Ermənistan MN iddia edir ki, təxminən 1 saat əvvəl atəşkəs pozulub
Qeyd edilir ki,atışmada iriçaplı silahlardan istifadə edilib
t.me/xeberlerlive
04 sep 2023, 03:55
7 585
⚡⚡Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Sentyabrın 4-ü saat 09:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
t.me/xeberlerlive
04 sep 2023, 03:48
7 585
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Sentyabrın 4-ü saat 07:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
t.me/xeberlerlive
04 sep 2023, 03:47
7 585
YENƏ❗️
Təxminən 02:00 radələrində Masallı və yaxın ərazilərdə də sirkələnənmə olub.
t.me/xeberlerlive
03 sep 2023, 18:06
7 585
SON DƏQİQƏ❗️Kürdəmirdə daha bir zəlzələ oldu
Zəlzələ 3 bal gücündə olub.
Bu barədə Seysmoloji Xidmət Mərkəzi bildirib.
t.me/xeberlerlive
03 sep 2023, 17:54
7 585
Repost from Miriyev TV
Qalib TÜRKİYƏ ❗️AVROPA VOLEYBOL ÇEMPİONATI 2023 🇹🇷
#FileninSultanları
t.me/miriyevtv
03 sep 2023, 16:39
7 585
🚨Kürdəmirdə baş vermiş zəlzələ nəticəsində bəzi evlərdə çatlar əmələ gəlib.
t.me/xeberlerlive
03 sep 2023, 14:43
7 585
⚡ Yeraltı təkanlar Saatlı, Göyçay, Cəlilabadda hiss edilib. 5 bal gücündə olduğu deyilir.
03 sep 2023, 12:48
7 585
⚡⚡⚡Ağdam ərazisində 5 bal gücündə zəlzələ olub, ətraf rayonlarda hiss edilib.
t.me/xeberlerlive
03 sep 2023, 12:46
7 585
⚡⚡Müdafiə Nazirliyinin məlumatı
Sentyabrın 3-ü saat 18:10 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
t.me/xeberlerlive
03 sep 2023, 11:29
7 585
❗️Separatçılar iddia edir ki, Ağdərə istiqamətində Canyataq kəndi yaxınlığında atəşkəs pozulub.
⚡️⚡️ Ermənistan ordusunun hərbi qulluqçusu yaralanıb.
t.me/xeberlerlive
03 sep 2023, 10:04
7 585
⚡⚡Caliber-in hərbi mənbələrdən əldə etdiyi məlumata görə, bu gün Qarabağdakı ZVO-RMK-da yerli quldurların növbəti təxribatının qarşısı alınıb.
Belə ki, saat 14:00 radələrində mülki geyimli 6 silahlı şəxs təcili tibbi yardım maşını ilə Ağdam rayonunun Papravənd kəndi istiqamətində Azərbaycan ordusunun mövqeləri ilə üzbəüz Ermənistan silahlı qüvvələrinin mövqelərinə gəlib. Onlar maşından düşüb, hərbçilərimizin ünvanına qışqırmağa başlayıblar, bundan sonra mövqelərimizi avtomat silahlardan atəşə tutublar. Xoşbəxtlikdən tərəfimizdən ölən və xəsarət alan olmayıb.
t.me/xeberlerlive |Caliber
03 sep 2023, 08:55
7 585
🐷 Erməni deputat Tiqran Abramyan:
Ermənistan ordusu son 1 həftədə 8 hərbçisini itirib.
t.me/xeberlerlive
03 sep 2023, 04:49
7 585
❗️❗️Ermənistan öz ərazilərində yanğınlar törədərək Azərbaycanı ittiham edir
t.me/xeberlerlive
03 sep 2023, 04:10
