Şimali Kipr Türk Cumhuriyyətinin Prezidenti Ersin Tatar iyulda Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının Sammitinə dəvət olunub.t.me/xeberlerlive
‼️Ermənistan MTX Azərbaycan hərbçisinin sərhədi keçməsinə dair xəbərlərə münasibət bildirib.
Bizdə Azərbaycan Ordusunun hərbi qulluqçusunun Azərbaycan-Ermənistan sərhədini keçməsi barədə hər hansı məlumat yoxdur.
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətindən “Azadlıq Radiosu”nun erməni xidmətinin sorğusuna cavab olaraq bildirilib.
Bildirilib ki, sözügedən faktı təsdiqləyəcək hər hansı informasiya olarsa, ictimaiyyət bununla bağlı məlumatlandırılacaq.
t.me/xeberlerlive
MN:❗️ Hərbi qulluqçumuz naməlum şəraitdə itkin düşüb
Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.
Hərbi qulluqçumuzun axtarışı ilə bağlı zəruri tədbirlər görülür.
t.me/xeberlerlive
‼️ DSX-nin iki hərbi qulluqçusu ildırım vurması nəticəsində vəfat edib
İyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat edib.
DSX-dən verilən xəbərə görə, faktla bağlı araşdırma aparılır.
t.me/xeberlerlive
“Telegram” messenceri texniki problemlər səbəbindən çöküb.
Messencerə qoşulmaq mümkün olmur. Belə ki, istifadəçilər ya ümumiyyətlə messencerin xidmətlərindən yararlana bilmirlər, bəzi istifadəçilər isə mesajların göndərilməsi və qəbul edilməsi zamanı problemlər yaranmasından şikayət ediblər.
t.me/xeberlerlive
🇹🇷🇦🇿🇷🇺 Eurasia Review:
▫️Türkiyə və Azərbaycan Rusiyanın türk dövlətləri üzərində hökmranlığını qırdılar.
▫️Rusiyanın qüdrəti azalarkən türk dövlətlərinin hərbi əməkdaşlığı artır.
▫️Türk Dövlətləri Təşkilatı (TDT) bütün Qafqazda və Orta Asiyada böyük müdafiə və maliyyə gücünə çevrilib.
t.me/xeberlerlive
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
İyunun 8-də ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şərur, Şahbuz, Culfa, Ordubad, Cəlilabad, Salyan, Mingəçevir, Neftçala, Biləsuvar, Hacıqabul, Goranboyda sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək.
Sarı xəbərdarlığa uyğun olaraq ictimai təhlükəsizlik, yaşayış sahələri və əmlak üçün orta risk gözlənilir.
Mədəniyyət Nazirliyi və COPAT dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının musiqisinin bir hissəsinin və Azərbaycan musiqi irsinin digər nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi ilə bağlı birgə bəyanat yayıb.
Bəyanatda bildirilir ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının musiqisinin bir hissəsi guya erməni bəstəkarı Arno Babacanyanın müəllifi olduğu “Vaqarşabat rəqsi” adı altında “Youtube” platformasında yerləşdirilib.
t.me/xeberlerlive
İrəvanın yaxınlığındakı Abovyan şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış olub.
🗣 “Abovyan şəhərində qazdoldurma məntəqəsində partlayış baş verib. Təfərrüatlar hələlik məlum deyil”, – kanalda qeyd olunub.
t.me/xeberlerlive
🇦🇿Prezident İlham Əliyev:
"4 kəndin qaytarılması onu göstərir ki, məsələlər sülh yolu ilə həll oluna bilər.
Əgər Ermənistan 2020-ci ildə bizim sözümüzə qulaq assaydı və sülh yolu ilə bizim torpaqlarımızı qaytarsaydı, İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına ehtiyac qalmazdı.
Yəni o, onlar üçün dərs olmalıdır və mən görürəm ki, o dərsdən onlar, necə deyərlər, nəticə çıxarırlar".
t.me/xeberlerlive