XƏBƏRLƏR l LİVE
Ir al canal en Telegram
7 595
Suscriptores
-1024 horas
-347 días
-16530 días
Archivo de publicaciones
7 595
🇦🇲 Paşinyan: TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlaya bilər
"Əminəm ki, təməl işlərinə 2026-cı ildə başlayacağıq. Hesablamalarıma görə, elektrik xətləri ən tez işə düşəcək. Bu layihə həmçinin bir çox iş yeri yaradacaq və ümid edirəm ki, Ermənistan vətəndaşları üçün iş yerləri təmin edəcəyik və şirkətlər digər ölkələrdən işçi qüvvəsi cəlb etmək məcburiyyətində qalmayacaqlar", - deyə Paşinyan bildirib.t.me/xeberlerlive
22 abr, 08:50
7 595
⚡️Avtomobilin icbari sığortası ilə bağlı dəyişiklik təsdiqlənib:
● Qəza törədilmədiyi halda sığorta haqqına 5 faiz güzəşt tətbiq olunacaq
● Qəza törədən sürücülər zərər vurduqları hər hadisəyə görə 30 faiz əlavə sığorta haqqı ödəyəcəklər.
t.me/xeberlerlive
21 abr, 14:35
7 595
🇪🇺 Avropa Birliyi ilk dəfə kollektiv müdafiə ilə bağlı Aİ nizamnaməsinin 42-ci maddəsini tətbiq etməyi nəzərdən keçirir. Bu maddəyə əsasən ittifaqın hər hansısa bir üzvünə hücum bütün üzvləri hücumdur.
🔻 Aİ bunu NATO-nun 5-ci maddəsinin effektiv olmasına inamsızlığı və İranın Kiprə zərbələrindən sonra tətbiq etməyi müzakirə edir.
t.me/xeberlerlive | KİV
21 abr, 11:40
7 595
🇪🇺 Avropa Birliyi ilk dəfə kollektiv müdafiə ilə bağlı Aİ nizamnaməsinin 42-ci maddəsini tətbiq etməyi nəzərdən keçirir. Bu maddəyə əsasən ittifaqın hər hansısa bir üzvünə hücum bütün üzvləri hücumdur.
🔻 Aİ bunu NATO-nun 5-ci maddəsinin effektiv olmasına inamsızlığı və İranın Kiprə zərbələrindən sonra tətbiq etməyi müzakirə edir.
t.me/xeberlerlive | KİV
21 abr, 09:28
21 abr, ~09:28
7 595
⚡🇦🇿🇮🇹 İtaliya Baş naziri Meloni mayın 5-də ölkəmizə rəsmi səfər edəcək.
t.me/xeberlerlive
21 abr, 09:27
7 595
🇦🇿 Şəxsin razılığı olmadan onun görüntüsü və səsi ilə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə foto, video və ya audio materialları hazırlayan və ya yayan şəxslər üç min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
t.me/xeberlerlive
21 abr, 09:25
7 595
🇹🇷🇦🇿🇦🇲 Türkiyə XİN rəhbəri Hakan Fidan:
🔴Ümid edirik ki, bu razılaşma reallaşacaq və indiyədək görülən səylərin yekununu görəcəyik. Artıq münaqişənin olmamasının, sülh anının və onun bölgəyə gətirdiyi üstünlüklərin nəticələrini görürük.🔴 🔴Hesab edirik ki, yekun razılaşmanın imzalanması ilə Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması nəqliyyat əlçatanlığı, həmçinin iqtisadi, ticarət və enerji təhlükəsizliyi baxımından bölgəyə çox əhəmiyyətli nəticələr gətirəcək.t.me/xeberlerlive
21 abr, 06:19
7 595
‼️Paşinyan: Yeni konstitusiya Müstəqillik Bəyannaməsinə istinad etməməlidir
● Səbəb sadədir, əgər bu gün yeni bir Konstitusiya qəbul etsək və onun preambulasında Müstəqillik Bəyannaməsinə istinad varsa, bu, Qarabağ hərəkatını davam etdirdiyimiz anlamına gələcək. ● Əgər Qarabağ hərəkatını davam etdirsək, bu, Azərbaycanla münaqişəni yenidən başlatdığımız anlamına gələcək ● Əgər Azərbaycanla münaqişəni yenidən başlatsaq, bu, sülhün mümkün olmayacağı anlamına gələcək. ● Gəlin özümüzə sual verək - əziz Ermənistan Respublikasının vətəndaşları, bunu istəyirik, ya yox?!t.me/xeberlerlive
21 abr, 06:16
7 595
⚡️Baş Prokurorluq:
● Bəzi sosial şəbəkə subyektləri tərəfındən 13.02.2024-cü il tarixdə paytaxtın Xətai rayonunda 5 nəfər ailə üzvünü qəsdən öldürmüş Əhməd Əhmədovun saxlanıldığı tibb müəssisəsindən azad olunması barədə həqiqə uyğun olmayan məlumatlar yayılıb.
● Cəmiyyətdə süni ajiotaj yaratmağa, ictimai rəyi bilərəkdən çaşdırmağa xidmət edən bu cür uydurma məlumatları qəti şəkildə pisləyir və təkzib edirik.
t.me/xeberlerlive
21 abr, 06:14
7 595
Ucarda dəhşətli hadisə: 13 yaşlı yeniyetmə ana oldu.
Ucar rayonunda 2011-ci il təvəllüdlü (13 yaşlı) qız uşağı oğlan uşağı dünyaya gətirib. 7-ci sinif şagirdi yaşındakı azyaşlının ana olması cəmiyyətdə böyük rezonans doğurub. Əsas məqamlar: • Cinayət işi: 16 yaşına çatmayan şəxslə cinsi əlaqə qanunla ağır cinayət sayılır. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb. • Vəziyyəti: Azyaşlının və körpənin vəziyyəti həkim nəzarətindədir. • Nəzarət: Məsələnin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürüldüyü bildirilir.t.me/xeberlerlive
20 abr, 17:25
7 595
❗️Azərbaycan XİN Belçika və Niderland səfirlərinə nazirliyə çağırdı.
Görüşdə Belçika və Niderland Parlamentləri tərəfindən qəbul edilmiş, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, eləcə də Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini sarsıtmaq məqsədi daşıyan növbəti məsuliyyətsiz cəhdlər olan sənədlərə qarşı kəskin etiraz bildirilib. Sənədlərin tamamilə yalan və əsassız qiymətləndirmələrə uyğun olaraq tərtib edildiyi, bu qurumlar daxilində dərin kök salmış Azərbaycan əleyhinə qərəzi nümayiş etdirdiyi vurğulanıb. Bundan əlavə, görüşlər zamanı Azərbaycanın suveren əraziləri ilə bağlı saxta istinadlar, eləcə də Ermənistanın ərazi bütövlüyünün pozulması iddiası, erməni əsilli şəxslərin hüquqları və onların guya qanunsuz həbsi ilə bağlı bütün əsassız ittihamlar qətiyyətlə və sərt şəkildə rədd edilib. Belçika və Niderland tərəfləri müvafiq parlamentlərində anti-Azərbaycan qruplarının ikitərəfli münasibətlərə zərər verməsinin qarşısını almaq üçün təsirli tədbirlər görməyə çağırılıblar.t.me/xeberlerlive
20 abr, 09:39
7 595
Sabah şimşək çaxacaq - PROQNOZ
Aprelin 21-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.t.me/xeberlerlive
20 abr, 07:42
7 595
🇦🇿🇮🇱🇮🇷 Mossadın bəyanatında bildirilib ki, bir neçə həftə əvvəl Azərbaycan-Gürcüstan-Türkiyə qaz kəmərində diversiya törətməyi planlaşdıran və Bakıdakı İsrail səfirliyinə və sinaqoqa hücum etməyə hazırlaşan Azərbaycan vətəndaşlarından ibarət qrup Azərbaycan Kəşfiyyatı və Mossadın birgə əməliyyatı nəticəsində zərərsizləşdirilib.
🔴Həbs olunanlardan kamikadze dronlarının hissələri və partlayıcı götürülüb. 🔴Sorğular zamanı şübhəlilər İran İslam İnqilabı Keşikçiləri Korpusunun 4000-ci kəşfiyyat bölməsinin operatorlarından birbaşa göstəriş aldıqlarını etiraf ediblər.t.me/xeberlerlive
20 abr, 04:26
7 595
🇮🇷🇦🇿🇷🇺 İran və Rusiya Azərbaycandan keçən qaz kəməri üçün hibrid maliyyələşdirməni müzakirə edirlər.
🔻 İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib ki, Rusiyadan İrana Azərbaycandan keçməklə qaz kəməri layihəsi üçün "hibrid maliyyələşdirmə modeli" nəzərdən keçirilir. O bildirib ki, Rusiyanın böyük enerji şirkətləri bu sxemdə iştirak edə bilər və ödənişlər milli valyutalarda həyata keçiriləcək.
🔻 Cəlali Azərbaycan marşrutunu iki ölkə arasında qaz əməkdaşlığının inkişafı üçün ən real və hazır variant adlandırıb. O, alternativ marşrutların texniki cəhətdən mümkün olduğunu, lakin Azərbaycandan keçən marşrutu mövcud vəziyyətdə ən praktik və etibarlı hesab etdiyini vurğulayıb.
t.me/xeberlerlive
20 abr, 04:24
7 595
Balaca qızım ağır ürək xəstəsidir. Həkimlər onun təcili əməliyyata ehtiyacı olduğunu bildiriblər. Vaxt isə bizim əleyhimizə işləyir…
Əməliyyat üçün 6400 AZN tələb olunur. Təəssüf ki, bu məbləği toplamağa gücümüz çatmır.
Sizdən xahiş edirəm, imkanınız çatdığı qədər dəstək olun.
Bəlkə sizin kiçik yardımınız bir körpənin həyatını xilas edəcək… 🤲
📞 Əlaqə: 0519149554
🏦 Beynəlxalq Bank
💳 5522099358467611
Paylaşaraq da dəstək ola bilərsiniz.
Allah kömək olan hər kəsdən razı olsun 🤍
20 abr, 04:17
27 may, ~04:56
7 595
🇺🇲🇮🇷 #SONDƏQİQƏ
🗣️ "Bab əl-Məndeb boğazını artıq da atəş dairəsinə daxil edirik. Düşmən üçün cəhənnəm saatları başlayacaq".
- İran Dövlət Televiziyası
t.me/xeberlerlive
19 abr, 17:57
