es
Feedback
XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

Ir al canal en Telegram

Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9

Mostrar más
8 819
Suscriptores
-1024 horas
-467 días
-22830 días
Archivo de publicaciones
Repost from Miriyev TV
⚡⚡⚡Ermənistan Silahlı Qüvvələri Azərbaycana hücuma hazırlaşır. Paşinyan “kiçik qələbəli müharibə” planlaşdırır Ermənistan revanşist əhval-ruhiyyə ilə dolur və birmənalı olaraq yeni müharibəyə hazırlaşır. Ermənistan ordusunun yenidən silahlanması, o cümlədən Hindistan və Fransa istehsalı olan hücum silahları tam sürətlə davam edir. Bundan əlavə, Caliber.Az-ın məlumatına görə, fransız təlimatçılarının rəhbərliyi ilə şərti sərhədin Ermənistan tərəfində bir-biri ilə tunel sistemi ilə birləşdirilən bastion qalaları tikilir. Və burada söhbət təkcə müdafiədən getmir – tunellər şəbəkəsindən erməni diversantları Azərbaycana qarşı təxribatlar törədə, onu təkcə müdafiə infrastrukturunun elementinə deyil, həm də mümkün hücum hərəkətləri üçün tramplinə çevirə bilər. Bu kontekstdə Polşa prezidenti Anjey Dudanın şərti sərhəddə “dürbün” təxribatı heç də təsadüfi görünmür. Bütün bunlar Ermənistana niyə lazımdır? t.me/miriyevtv l Caliber

🇷🇺 Putin: KTMT Qarabağda Ermənistanın tərəfində döyüşməməli idi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qarabağda Ermənistanın tərəfində vuruşmamalı idi, çünki həmin şəraitdə bu ölkəyə xarici təcavüz edilməmişdi. Bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən mətbuat konfransında bildirib. Onun fikrincə, Ermənistanın KTMT-yə hazırkı münasibəti daxili siyasi problemlər və Qarabağ mövzusu ilə bağlıdır. Eyni zamanda, Putin Ermənistanın KTMT-də tam formatda işə qayıdacağını istisna etməyib. t.me/xeberlerlive

❗️Polşa Ermənistan-Azərbaycan sərhədindəki müşahidə missiyası üzvlərinin sayını artıra bilər. 🗣️ Polşanın prezidenti Andjey Duda t.me/xeberlerlive

♦️ Ermənistan hökuməti Paşinyanın KTMT-nin Astanada keçiriləcək sammitində iştirak etməyəcəyi barədə məlumat yayıb. t.me/xeberlerlive

"Bank of China"in keçmiş baş direktoru Liu Liange korrupsiyaya görə edam cəzasına məhkum edilib t.me
"Bank of China"in keçmiş baş direktoru Liu Liange korrupsiyaya görə edam cəzasına məhkum edilib t.me

Repost from N/a
⚡️ Azərbaycanda zəlzələ olub. Qeyd edilib ki, zəlzələlərin tədqiqatı bürosuna əsasən, Gəncə stansiyasından 41 km şimal-şərqdə Mingəçevir su anbarında zəlzələ qeydə alınıb. t.me/vefadarmuallim

Repost from Miriyev TV
⚡⚡⚡Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyev həbs edilib. t.me/miriyevtv
⚡⚡⚡Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyev həbs edilib. t.me/miriyevtv

🇮🇷🇦🇿 İranda Azərbaycan əleyhinə tədbir keçirildi ▫️İranda gizlənərək molla rejiminə sığınan və Azərbaycana qarşı təxribat
🇮🇷🇦🇿 İranda Azərbaycan əleyhinə tədbir keçirildi ▫️İranda gizlənərək molla rejiminə sığınan və Azərbaycana qarşı təxribat fəaliyyətləri aparan “Hüseyniyyun” terror təşkilatının üzvlərinin iştirakı ilə dünən Urmiya şəhərində SEPAH və "Bəsic" qüvvələrinin təşkilatçılığı ilə Azərbaycan əleyhinə konfrans keçirilib. ▫️"Azadlıq Öncülləri" adı altında keçirilən konfransda "İngiltərə və İsrailin Qafqazdakı nüfuzu" mövzusunda terror təşkilatının radikal mövqeli qondarma lideri Tohid İbrahimbəyli də çıxış edib. Universitet öyrəncilərinin də məcburi cəlb olunduğu konfransın əsas mövzusu İranın Qafqazla bağlı mövqeyinin təbliğatı olub. ▫️Konfransda Azərbaycan əleyhinə də təbliğat aparılıb.Təəssüf ki, İranın molla rejimi Azərbaycanla münasibətlərini normallaşdırmaqda maraqlı görünmür. Görünsəydi bu kimi təxribatların qarşını alar və belə konfransların keçirilməsinə imkan verməzdi! - MOUZE t.me/xeberlerlive

Kəlbəcər dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə, Tərtər çayı vadisində, Kiçik Qafqaz dağlarında yerləşir. Rayon zəngin flora və faunaya malik təbiət muzeyidir.  Kəlbəcər inzibati rayon kimi 8 avqust 1930-cu ildə yaradılmışdır. Ərazisi 3054 kvadrat kilometrdir. Rayona bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu) və 128 kənd daxildir. Dəlidağ, Keyti, Murovdağ, Kəpəz, Şərgi Göyçəgölü, Göyçənin Mıxtökən, Qarabağ yaylasının bir hissəsi Kəlbəcərin təbii sərhədləri tərkibindədir. Ən yüksək zirvəsi olan Camışdağın (Murov dağının zirvəsi) hündürlüyü 3724 metrdir.  Rayon faydalı qazıntılarla, o cümlədən qızıl, civə və qiymətli tikinti materialları (tuf, perlit, obsidan, travertin, və s.) ilə zəngindir. Kəlbəcərin 280 min hektar ərazisini meşələr təşkil edir. Kəlbəcər rayonu ərazisində, Tərtər çayının sol sahilində yerləşən, xalq arasında “Xotavəng” və ya “Xudavəng”, yəni “Tanrı məbədi” adlandırılan monastır kompleksi Qafqaz Albaniyası dağıldıqdan sonra (IX əsrdə) Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olmuşdur. Kompleksdə alban yepiskopunun iqamətgahı olmuş və dini maarif mərkəzi fəaliyyət göstərmişdir. Arxeoloji tədqiqatların nəticələri göstərir ki, monastırın əsası VI-VII əsrlərdə qoyulmuşdur. Mehranilər sülaləsindən olan Xaçın knyazı Həsən Cəlalın oğlu Vaxtanq kompleksin ərazisində geniş tikinti işləri aparmış, Arzu xatun isə 1214-cü ildə əri Vaxtanqın və iki oğlunun xatirəsinə kompleksdə kilsə tikdirmişdir. Kilsənin şərq fasadında daş üzərində knyaz Vaxtanqın, cənub fasadında isə Arzu xatunun iki oğlunun təsvirləri həkk olunmuşdur. Alban knyazı tərəfindən inşa edilmiş baş kilsə memarlıq xüsusiyyətlərinə görə erməni və gürcü xalqlarının kilsələrindən fərqlənir.   Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Qandzasar (Gəncəsər) monastırı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastırın divarında daş üzərindəki epiqrafik yazıda bildirilir: “Yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir”.  Albaniyada I əsrin ortalarında hakimiyyətə gəlmiş çar I Vaçaqanın nəslindən olan Arşakilər sülaləsinin hökmdarları “arşax”, VI əsrdən VIII əsrin əvvəlinədək hakimiyyətdə olmuş Mehranilər sülaləsinin hökmdarları isə “aranşax” adlandırılmışlar. 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlal Dövləni oğlu knyaz Atabəy Qandsazar monastırında dəfn etmişdir. Bu monastır 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya Sinodunun (ölkənin ruhani idarəsi) rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək, diofizit (Həzrət İsanın (ə) həm bəşəri, həm də ilahi sifətə malik olmasına inanmaq) alban xristianlarının iqamətgahı olmuşdur. Həsən Cəlalın nəslindən olan bir çox alban din xadimi bu monastır kompleksinin ərazisində dəfn edilmişdir. Hündür qala divarları ilə əhatə olunmuş Qandzasar kompleksinə alban xristian memarlığı üslubunda inşa edilmiş baş kilsə, ona bitişik dörd maili dam örtüyündə yüksələn monastır binası və qala divarlarına içəri tərəfdən hörülmüş tikililər daxildir.  Monastır kompleksinin memarlıq üslubu, heykəltəraşlıq nümunələri və diofizit xarakterli elementlər bu abidənin çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir. Uzun müddət yerli xristianların iqamətgahı olmuş monastır dinin baş xəzinəsi mənasında Gəncəsər adlanmışdır. t.me/MutluTurkum

🇦🇿 Bu gün Kəlbəcər şəhərinin işğaldan azad olunmağından 4 il ötür. Bu gün doğma Kəlbəcərimiz azaddır. İşğaldan azad olunan
🇦🇿 Bu gün Kəlbəcər şəhərinin işğaldan azad olunmağından 4 il ötür. Bu gün doğma Kəlbəcərimiz azaddır. İşğaldan azad olunan bütün ərazilərimizdə olduğu kimi Kəlbəcərdə də üçrəngli Bayrağımız əzəmət və qürurla dalğalanır. Torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edirik. Qarabağ Azərbaycandır! t.me/MutluTurkum

🇦🇿🇮🇷İran və Azərbaycan birgə hərbi təlimlərə başlayıb ▫️İran İslam Respublikası Quru Qoşunları ilə Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrinin “Arz təlimləri” adlı birgə təlimləri bu gün başlayıb və 4 gün davam edəcək. t.me/xeberlerlive

♦️Laçın rayonu ərazisində zəlzələ qeydə alınıb ▪️Yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4.5-ə bərabər olub. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib. ▪️Təkanlar Qarabağ və Şərqi Zəngəzurda hiss olunub. t.me/xeberlerlive

🇹🇷 Mövlud Çavuşoğlu Azərbaycana gəlir Türkiyənin sabiq xarici işlər naziri, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək. Modernaz xəbər verir ki, o, 5-6 dekabr tarixlərində Qərbi Azərbaycan İcmasının beynəlxalq tədbirində iştirak edəcək. t.me/xeberlerlive

🚀Yeni Telegram botu! Bu digər botlar kimi AirDrop özəlliyi daşımır. Yəni, siz zamanınızı xərcləyərək ümidinizi bəlli olmayan bir məbləğə dikmirsiz. Tapşırıqları et, DOLLAR-ı qazan. Bu qədər sadə. Minimum çıxarış $1. Bot: https://t.me/optimus_x_bot/app?startapp=01b73874cf

Repost from N/a
🇳🇴 Norveç t.me/vefadarmuallim
+6
🇳🇴 Norveç t.me/vefadarmuallim

Repost from N/a
🇳🇴 Norveç
+6
🇳🇴 Norveç

🇦🇿⚡Gələn il Qazaxın yeni işğaldan azad olunan Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım və Qızılhacılı kəndlərində yeni zastavalar tikiləcək. t.me/xeberlerlive / Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədov

🚨2025-ci il fevralın 4-dən aprelin 18-dək Ermənistanda ehtiyatda olan hərbçilərin təlim-məşq toplanışlarının keçirilməsi planlaşdırılır. t.me/xeberlerlive

– Bu gün COP29-un Yaşıl Zonasında "Azərbaycan İrəvanı" adlı tədbir keçiriləcək. t.me/xeberlerlive

Repost from N/a
☀️ Alimlər Günəşin ən detallı görüntüsünü əldə ediblər. Xüsusi teleskop təkcə şəkillər çəkməklə kifayətlənməyib, həm də maqni
+3
☀️ Alimlər Günəşin ən detallı görüntüsünü əldə ediblər. Xüsusi teleskop təkcə şəkillər çəkməklə kifayətlənməyib, həm də maqnit sahəsinin istiqamətini ölçüb və Günəşin səthinin hansı sürətlə hərəkət etdiyini müəyyən edib. 🆕 Şəkillər Solar Orbiter teleskopu Günəşdən 74 milyon kilometrdən az məsafədə olduğu vaxt çəkilib. Günəşə bu qədər yaxınlıq səbəbindən hər bir görüntü onun yalnız kiçik bir hissəsini əhatə edib. Nəticədə təqdim olunan son görüntü 25 «birləşdirilmiş» şəkildən ibarətdir. t.me/vefadarmuallim