es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

Ir al canal en Telegram

Gündəmi 1 mesajla izləyin!

Mostrar más
7 593
Suscriptores
-1024 horas
-347 días
-16530 días
Archivo de publicaciones
🇺🇸 Elon Musk: ▫️”Dərin dövlətin satqınları ənənəvi mediada pullu tərəfdarlarını mənim üstümə salmağa başladılar”. ▫️”Müharibəni başladan mən olmaq istəmirəm, amma onlar başlasa, dərin dövləti bitirərəm”. t.me/xeberlerlive
17 dic 2024, 15:45

❗️ Separatçıların Azərbaycana qarşı törədilmiş qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib. ⚠️ Ümumilikdə 2548 epizod üzrə Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittham olunan 15 nəfərdir. t.me/xeberlerlive
17 dic 2024, 09:17

🗓️ Azərbaycanda gələn ilin qeyri-iş günləri açıqlanıb 2025-ci il üçün iş vaxtı normasına əsasən gələn ilin aşağıdakı günləri
🗓️ Azərbaycanda gələn ilin qeyri-iş günləri açıqlanıb 2025-ci il üçün iş vaxtı normasına əsasən gələn ilin aşağıdakı günləri iş günü hesab edilmir:⬇️ 1, 2 yanvar–Yeni il bayramı; 20 Yanvar–Ümumxalq Hüzn Günü; 8 Mart–Qadınlar Günü; 20, 21, 22, 23, 24 mart–Novruz bayramı; 30, 31 mart –Ramazan bayramı; 9 May –Faşizm üzərində Qələbə günü; 28 May–Müstəqillik Günü; 6, 7 iyun–Qurban bayramı; 15 İyun–Azərbaycan xalqının Milli Qurtuluş Günü; 26 İyun–Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü; 8 Noyabr–Zəfər Günü; 9 Noyabr– Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü; 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü. t.me/xeberlerlive
17 dic 2024, 03:48

⚡Dövlət Xidməti: "Həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil. Yəni ali təhsilli çağırışçılar əvvəllər olduğu kimi 12 ay, digər hallarda isə 18 ay müddətində həqiqi hərbi xidmətə cəlb olunacaqlar” t.me/xeberlerlive
17 dic 2024, 01:51

HƏR NÖV REKLAMLAR ⚡️⚡️⚡️Reklamınızı bizə əmanət edin 🤝🏻 Ən sərfəli qiymətə günlük, həftəlik, aylıq və saatlıq paketlərimiz mövcuddur. Reklam yerləşdirmək üçün əlaqə: ➡️➡️ @aliyev_146
16 dic 2024, 11:39

❗️Milli Məclisdə hərbi xidmət yaşının 35-dən 30-a endirilməsi birinci oxunuşda təsdiqlənib. t.me/xeberlerlive
16 dic 2024, 03:45

Müəyyənləşdirilmişdir ki, xarici ölkə vətəndaşının da iştirakı ilə təşkil olunmuş gizli toplantıda cinayətkar birliyin bayrağının hazırlandığı bəyan edilərək, birliyin məqsədləri naminə törədiləcək cinayətlərin plan və şərtlərinin işlənib hazırlanmasına rəhbərlik etmək üçün Fəxrəddin Şahmurova təqdim edilmişdir. Fəxrəddin Şahmurov cinayət qruplaşmasının digər üzvləri ilə birlikdə mütəşəkkil dəstə halında ölkənin müdafiə qabiliyyətinə və iqtisadi təhlükəsizliyinə ziyan vurmaq məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən gömrük postunu ələ keçirmək, cinayətkar birliyin tələblərini irəli sürmək üçün orada xidmət aparan əməkdaşları və digər şəxsləri girov götürmək barədə təxribat planı hazırlamış, görülmüş tədbirlərlə mütəşəkkil dəstənin qanunsuz əməllərinin qarşısı alınmışdır. (DTX) t.me/xeberlerlive
16 dic 2024, 03:30

DTX: ▫️”Təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma aşkarlanıb, 3 nəfər saxlanılıb.” t.me/xeberlerlive
16 dic 2024, 03:20

❗️İsrail İrlandiyadakı səfirliyini bağladı. – Buna səbəb kimi İrlandiyanın anti-İsrail siyasəti göstərilib. t.me/xeberlerlive
15 dic 2024, 13:19

Repost from Miriyev TV
🚯🗑️ Nəqliyyat vasitələrindən bayıra zibil atanlar 4.000 manatadək CƏRİMƏLƏNƏCƏK t.me/miriyevtv
13 dic 2024, 12:09

⚡️Hərbi xidmətə çağırışla bağlı yeni dəyişiklik təklifləri: ● Xəstəliyinə görə hərbi xidmətə yararsız hesab olunan şəxslərin komissiyaya çağırılma yaşı azaldılır ● Orta ixtisas təhsili müəssisələrində təhsil alanlara hərbi xidmətlə çağırışa möhlət veriləcək yaş həddi dəyişir ● Hərbi xidmətdən boyun qaçıranların ölkədən getmək hüququ məhdudlaşdırılacaq ● Tibbi müayinəyə gəlməmə hərbi çağırışdan boyun qaçırma sayılacaq, 2 ilədək həbs nəzərdə tutulur t.me/xeberlerlive
13 dic 2024, 11:07

❗️Azər Babayev: “Əsas məqsədimiz bütün sui-istifadə hallarının qarşısının alınmasıdır. Çağırışın ancaq elektron qaydada olması, bütün qərarların bildirilməsi nəzərdə tutulur. Bu da şəffaflığın təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Ancaq hərbi xidmət müddətinin azaldılmasında başqa bir yol fikirləşirik. Burada ali təhsillilərlə orta təhsillilər fərqləndirilir. Ali və orta təhsillini fərqləndirmək düzgün deyil. Onların bərabərləşdirilməsi lazımdır. Konstitusiyada yazılıb ki, hər kəs hərbi xidmətdən keçməlidir, orada ali təhsil, orta təhsil fərqləndirilməyib. Amma biz buna hələ hazır deyilik. Bu layihə qəbul olunduqdan sonra o istiqamətdə təkliflərə baxa bilərik”. t.me/xeberlerlive
13 dic 2024, 07:12

❗Hazırda hərbi xidmət müddətinin 1 il 6 aydan 1 ilə endirilməsi müzakirə olunur t.me/xeberlerlive
13 dic 2024, 07:02

❄️Şənbə günü Bakıya sulu qar yağacaq t.me/xeberlerlive
13 dic 2024, 04:17

🇦🇿🇹🇷Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-mayor Kənan Seyidov Türkiyə Quru Qoşunları Komandanı ordu gen
🇦🇿🇹🇷Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-mayor Kənan Seyidov Türkiyə Quru Qoşunları Komandanı ordu generalı Səlcuq Bayraqdaroğlu ilə görüşüb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda Kənan Seyidovun Səlcuq Bayraqdaroğlu ilə Türkiyəyə səfəri çərçivəsində görüşdüyü vurğulanıb. 🌐@hashplusmedia
13 dic 2024, 03:27

⚡️Həqiqi hərbi xidmətkeçmədə son yaş həddi 30-a endirilir. ❕Azərbaycanda həqiqi hərbi xidmətkeçmədə son yaş həddi aşağı endir
⚡️Həqiqi hərbi xidmətkeçmədə son yaş həddi 30-a endirilir. ❕Azərbaycanda həqiqi hərbi xidmətkeçmədə son yaş həddi aşağı endirilir. “Qafqazinfo”nun əldə etdiyi məlumata əsasən, bu, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif olunan dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi 35-dən 30-a endirilir. t.me/xeberlerlive
13 dic 2024, 01:43

❗️ Türkiyə və Ermənistanın münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələri sərhəddə görüşüblər. Ermənistan-Türkiyə sərhədinin açılmasına hazırlıq işləri müzakirə olunub. t.me/xeberlerlive
12 dic 2024, 13:25

‼️ Ermənistan-Türkiyə sərhədi pozulub. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatında deyilir. Bildirilib ki, insident 11 dekabr saat 03:20-də Ararat vilayətinin Rançpar kəndində baş verib. Hazırda zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Qeyd edək ki, hələlik Türkiyə tərəfinin məsələ ilə bağlı rəsmi açıqlaması yoxdur. t.me/xeberlerlive
12 dic 2024, 12:41

🇦🇿Hikmət Hacıyev: ▪️”Ermənistanın təqdim etdiyi mina xəritəsinin dəqiqliyi çox deyil ▪️Fransa Ermənistanın silahlandırılmasının arxasında duran əsas qüvvələrdəndir ▪️Ermənistan ərazisində hər hansı üçüncü ölkənin qüvvələrinin yerləşdirilməsi narahatlıq doğuran faktordur. ▪️Delimitasiya prosesində üçüncü tərəfin iştirakına hər hansı ehtiyac yoxdur. ▪️Ermənistan-Azərbaycan sərhədindəki Avropa İttifaqının missiyasının fəaliyyəti artıq başa çatmalıdır. ▪️Biz Avropa İttifaqının missiyasının regionda sülhün möhkəmləndirilməsinə xidmət edən faktor olduğunu hesab etmirik.” t.me/xeberlerlive
12 dic 2024, 03:44

🇦🇲 Nikol Paşinyan: • Ermənistanın SSRİ-nin tərkibində mövcud olan sərhədlərdən imtina etməsi suverenlik və dövlətçilikdən imtina deməkdir • Biz Sovet Ermənistanı ərazisində müstəqillik əldə etmişik və beynəlxalq ictimaiyyət bizi belə tanıyıb. Beynəlxalq səviyyədə tanınmış ərazimizə sədaqət təhlükəsizlik üçün vacibdir və bizim üçün buferdir. • Əgər Ermənistan vətəndaşları özləri beynəlxalq səviyyədə tanınmış əraziləri tanımırlarsa, o zaman başqalarına da onu tanımamağa imkanı verirlər. t.me/xeberlerlive
12 dic 2024, 01:46