es
Feedback
Capitalist.az

Capitalist.az

Ir al canal en Telegram
281
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
-230 días
Archivo de publicaciones
💡Bəzi məşhur loqoların təkamülü 🤝Kontent faydalı oldusa, səhifəni izləməyi və reaksiya bildirməyi unutmayın!⁠ #logo #cocaco
+2
💡Bəzi məşhur loqoların təkamülü 🤝Kontent faydalı oldusa, səhifəni izləməyi və reaksiya bildirməyi unutmayın!⁠ #logo #cocacola #pepsi #amazon #bmw #brend #adidas #capitalist

"Microsoft"a məxsus biznes yönümlü sosial şəbəkə olan "LinkedIn" bildirib ki, hazırda platformanın 1 milyarddan çox üzvü var.
"Microsoft"a məxsus biznes yönümlü sosial şəbəkə olan "LinkedIn" bildirib ki, hazırda platformanın 1 milyarddan çox üzvü var. Platforma ödənişli istifadəçilər üçün daha çox süni intellekt funksiyaları əlavə edəcəyini bildirib. Son zamanlar milyard istifadəçi nişanını keçməyi planlaşdıran "LinkedIn" digər sosial media şəbəkələri arasında rəqabəti gücləndirir. 📌Ətraflı: https://capitalist.az/linkedinden-istifade-edenlerin-sayi-1-milyarda-catib/hvgr7QAZMZ0AyJ2M528nooPp/32d789314480f0cf8c39d42e2c5bc9e4 #microsoft #linkedIn #platforma #süniintellekt #milyard #biznes #iqtisadiyyat #abş #capitalist

İlk rəngli televizor John Logie Baird tərəfindən ixtira edilmişdir. Şotlandiyanın Helensburq şəhərində anadan olan ixtiraçı v
İlk rəngli televizor John Logie Baird tərəfindən ixtira edilmişdir. Şotlandiyanın Helensburq şəhərində anadan olan ixtiraçı və mühəndis John Logie Baird (1888-1946) televiziya texnologiyasında bir çox "ilklərə" nail olub. O, 1923-cü ildə ilk televiziya patentini alıb.1925-ci ildə isə, ilk televiziya prototipini nümayiş etdirib. 1928-ci ildə ilk mexaniki rəngli televiziya sistemi, daha sonra 1941-ci ildə ilk elektron rəng sistemi ilə yaradılıb. 📌Ətraflı: https://capitalist.az/ilk-rengli-televizorlar/TVAcCMA9LRkSA17ft2uJayT7/32d789314480f0cf8c39d42e2c5bc9e4 #televizor #texnologiya #patent #mexanik #prototip #elektron #capitalist

Çin süni intellekt risklərini birlikdə idarə etmək üçün Birləşmiş Ştatlar, Avropa İttifaqı və digər ölkələrlə işləmək barədə
Çin süni intellekt risklərini birlikdə idarə etmək üçün Birləşmiş Ştatlar, Avropa İttifaqı və digər ölkələrlə işləmək barədə razılığa gəlib. Bəzi texnoloji rəhbərlər və siyasi liderlər süni intellektin sürətli inkişafının nəzarət edilmədiyi təqdirdə dünya üçün ekzistensial təhlükə yaradacağına dair xəbərdarlıq ediblər. 📌Ətraflı: https://capitalist.az/suni-intellekt-tehlukesizlik-sammiti-cin-abs-ve-ai-birlikde-islemek-barede-raziliga-gelib/LFGTpNvrFgzArJhyZ6lMTPrM/32d789314480f0cf8c39d42e2c5bc9e4 #süniintellekt #çin #risk #avropa #texnoloji #abş #ekzistensial #texnologiya #ölkə #fyp #capitalist

2023-cü ilin iyun ayından etibarən bütün platformalarda (masaüstü, mobil və planşet) qlobal axtarış sistemlərinin bazar payı
2023-cü ilin iyun ayından etibarən bütün platformalarda (masaüstü, mobil və planşet) qlobal axtarış sistemlərinin bazar payı qrafikdə verilib. Bu qrafik "Google"un "Bing" və "Yahoo" kimi digər əsas rəqibləri üzərində liderliyini göstərir. Qeyd edək ki, bu təhlilə hazırda "Google" və digər Amerika texnoloji firmalarının qadağan olunduğu Çin və "Google"un fəaliyyətini dayandırdığı Rusiya daxil deyil. Görmək istədiyiniz statistik təhlili rəy bölməsində qeyd edə bilərsiniz. #dünya #axtarış #sistem #google #bing #yahoo #texnologiya #qrafik #Amerika #capitalist

"Nokia" 1865-ci ildə Finlandiyada əsası qoyulmuş ən çox tanınan və hamı tərəfindən bəyənilən şirkətlərdən biridir. Bu, bir va
"Nokia" 1865-ci ildə Finlandiyada əsası qoyulmuş ən çox tanınan və hamı tərəfindən bəyənilən şirkətlərdən biridir. Bu, bir vaxtlar ən böyük mobil telefon istehsalçılarından biri olan çoxmillətli telekommunikasiya şirkətidir. Bir vaxtlar bazar lideri olan "Nokia" rəqiblərilə rəqabət apara bilmədiyi üçün uğursuzluğa düçar oldu. Sonradan "Nokia"ya çevrilən şirkət 1865-ci ildə Finlandiyada mədən mühəndisi Fredrik İdestam tərəfindən kağız dəyirmanı kimi yaradılmışdır. 📌Ətraflı: https://capitalist.az/bir-zamanlarin-sevimli-telefonlarini-istehsal-eden-nokianin-ugur-hekayesi/nrTFmtHSQSl5Uni6Mb5ETbIF/32d789314480f0cf8c39d42e2c5bc9e4 #nokia #fredrik #şirkət #finlandiya #telefon #istehsal #texnologiya #mabil #capitalist

"SAG-AFTRA" həmkarlar ittifaqı bildirib ki, "Hollywood" aktyorları və böyük film studiyaları süni intellekt (AI) və digər məs
"SAG-AFTRA" həmkarlar ittifaqı bildirib ki, "Hollywood" aktyorları və böyük film studiyaları süni intellekt (AI) və digər məsələlərlə bağlı narahatlıqları həll edə bilməyiblər. Diqqətinizə çatdıraq ki, aktyorlar və böyük studiyalar tərəfindən təşkil olunan tətil 111 gün davam edib. Həmkarlar ittifaqı "Netflix", "Walt Disney" və digər media şirkətlərini təmsil edən Kino Film və Televiziya İstehsalçıları Alyansına (AMPTP) süni intellektin istifadəsi ilə bağlı yenidən işlənmiş təklif təqdim etdiyini bildirib. 📌Ətraflı: https://capitalist.az/aktyorlar-ve-hollywood-studiyalari-suni-intellekt-barede-ortaq-fikre-gele-bilmirler/rURl4u6sqyJHuNIC1VWCdz96/f93e0e738aca6c25d5c93092d632ba76 #hollywood #disney #amptp #netflix #süniintellekt #studiya #kino #film #həmkarlarittifaqı #fyp #capitalist

Təcili kredit lazımdır və haradan götürəcəyini bilmirsən? Xəbərin olsun ki, "Yelo Bank"da 10-dan sərfəli kredit var! 50 000 A
Təcili kredit lazımdır və haradan götürəcəyini bilmirsən? Xəbərin olsun ki, "Yelo Bank"da 10-dan sərfəli kredit var! 50 000 AZN-dək nağd pul kreditini illik cəmi 9.9 % ilə əldə et, krediti isə 59 ayadək sərfəli aylıq qrafiklə rahatlıqla ödə. Kreditin üstünlükləri bununla bitmir. "Yelo Bank" vaxtının qeydinə qalaraq krediti onlayn sifariş etmək imkanı da yaradır. Sənə ən yaxın Yelo filialına gedərək və ya "Yelo App", yelo.az saytı, Bankın rəsmi sosial media hesablarına yazaraq krediti sifariş edə bilərsən. Seçim sənindir. 📌Ətraflı: https://capitalist.az/yelo-bankda-10-dan-serfeli-kredit-var/6nX008WYn9zuUyMPXwpKpalM/37506d873664f23b7eac187eedf81a4b #yelobank #fon #sahibkar #iqtisadiyyat #kredit #kart #biznes #fyp #capitalist

Çexiya hökumətinin təşviqlərinə baxmayaraq, "Volkswagen" rəhbərliyi hələ də Mərkəzi Şərqi Avropada akkumulyator zavodunun yer
Çexiya hökumətinin təşviqlərinə baxmayaraq, "Volkswagen" rəhbərliyi hələ də Mərkəzi Şərqi Avropada akkumulyator zavodunun yeri ilə bağlı qərar qəbul edə bilməyib. "Volkswagen"in CEO-su Oliver Blume mövzu ilə bağlı açıqlamasında bildirib ki, bazar şərtləri, o cümlədən Avropada elektrik mobilliyinin (elektromobillik) yavaş irəliləməsi səbəbindən, hazırda Avropada əlavə yerlərə qərar vermək üçün heç bir kommersiya səbəbi yoxdur. 📌Ətraflı: https://capitalist.az/volkswagen-serqi-avropadaki-akkumulyator-zavodu-ile-bagli-qerarsizdir/1wR4PaOXK2YYyZE9mChIShMX/f93e0e738aca6c25d5c93092d632ba76 #volkswagen #çexiya #avropa #zavod #elektrik #fyp #capitalist

"Tesla", "SpaceX" və "X" sosial media platformasının sahibi Elon Musk süni intellekti bəşəriyyətin üzləşdiyi ekzistensial ris
"Tesla", "SpaceX" və "X" sosial media platformasının sahibi Elon Musk süni intellekti bəşəriyyətin üzləşdiyi ekzistensial risk olaraq təsvir edib. Musk İngiltərədə keçirilən Süni İntellekt Təhlükəsizliyi Sammiti çərçivəsində Britaniya milli xəbər agentliyi "PA Media"ya müsahibə verib. 📌Ətraflı: https://capitalist.az/elon-musk-suni-intellekti-ekzistensial-risk-adlandirib/zKLBWa8FnHDmAY5bS1IW8CO1/32d789314480f0cf8c39d42e2c5bc9e4 #tesla #spacex #sosialmedia #elonmusk #risk #x #ekzistensial #platforma #texnologiya #fyp #capitalist

Bu gün təhsil bütün dünyada milyonlarla uşaq üçün əlçatmaz hüquq olaraq qalır. Statistik göstəricilərə əsasən, ibtidai təhsil
Bu gün təhsil bütün dünyada milyonlarla uşaq üçün əlçatmaz hüquq olaraq qalır. Statistik göstəricilərə əsasən, ibtidai təhsil yaşında olan 72 milyondan çox uşaq məktəbə getmir, 759 milyon orta yaşlı insan savadsızdır və həm özlərinin, həm də uşaqlarının həyat şəraitini yaxşılaşdırmaq üçün lazımi məlumatlara malik deyillər. Bəs bu vəziyyəti yaradan amillər nədir? Gəlin, bu amilləri aydınlaşdıraq. Yoxsulluq. İnkişaf etməkdə olan ölkələrin maliyyə kəsiri. Sadalanan səbəblərdən ən çox təsirlənən bölgələr. Qızlar və oğlanlar arasındakı bərabərsizlik: qızların təhsili təhlükə altındadır. 📌Ətraflı: https://capitalist.az/dunyada-usaqlarin-tehsil-huququ/JLObxJREZNikAsW9N3UhkzQ5/32d789314480f0cf8c39d42e2c5bc9e4 #təhsil #dünya #məktəb #təhlükə #yoxsulluq #aclıq #elm #afrika #marginallaşma #fyp #capitalist

Hazırda bəzi "Android" telefonları "Apple" smartfonlarından daha çox yeniləmə almağa başlayıb. Bununla belə, "Android" telefo
Hazırda bəzi "Android" telefonları "Apple" smartfonlarından daha çox yeniləmə almağa başlayıb. Bununla belə, "Android" telefonları üçün yeniləmə vaxtları çox dəyişkəndir. "Google"un baş direktoru Sundar Pichai bu məsələnin səbəbini açıqlayıb. Pichai-nin sözlərinə görə, "Google" maliyyə cəhətdən istehsalçıları telefonlarını yeniləməyə həvəsləndirir. Telefonlarını ən son təhlükəsizlik funksiyaları ilə güncəlləşdirən şirkətlər, "Google" xidmətlərindən istifadə etməyənlərə nisbətən daha çox gəlir payı əldə edir. 📌Ətraflı: https://capitalist.az/niye-bezi-android-telefonlari-daha-az-yenileme-alir-bezileri-ise-daha-cox/6vrp1KQ3apY1XkLk4UzI1NEy/32d789314480f0cf8c39d42e2c5bc9e4 #android #apple #google #telefon #maliyyə #gəlir #texnologiya #fyp #capitalist

"Global Hunger Index 2022"in verdiyi hesabata görə, 22 ölkə və ərazidə 30 milyondan çox insan qida böhranı və aclıqdan əziyyə
+2
"Global Hunger Index 2022"in verdiyi hesabata görə, 22 ölkə və ərazidə 30 milyondan çox insan qida böhranı və aclıqdan əziyyət çəkir. Qeyd edək ki, iqtisadi tənəzzüllər, qeyri-bərabərlik, quraqlıq və daşqınlar kimi iqlim fəlakətləri qlobal ərzaq təhlükəsizliyinin əsas amillərindən hesab olunur. Sizə 2022-ci ildə aclıq və qida çatışmazlığından ən çox təsirlənən ölkələrin siyahısını təqdim edirik. Görmək istədiyiniz statistik təhlili rəy bölməsində qeyd edə bilərsiniz. #dünya #ölkə #ölüm #aclıq #böhran #qida #ərzaq #iqlim #əhali #capitalist

Qədim misirlilər ilk su saatlarını və günəş saatlarını 3500 ildən çox əvvəl icad ediblər. Bazel Universitetinin arxeoastronom
Qədim misirlilər ilk su saatlarını və günəş saatlarını 3500 ildən çox əvvəl icad ediblər. Bazel Universitetinin arxeoastronomu Rita Gautschy bu barədə, "İnsanların vaxt hesablamağa başladığını başa düşmək həqiqətən çətindir. Sadəcə olaraq hər gün günəşin doğuş və qürub yerini müşahidə etməklə və günəşin səmada nə qədər hündürlüyünə çatdığını müşahidə etməklə insan ibtidai təqvim qura bilər" deyə qeyd edir. 📌Ətraflı: https://capitalist.az/insanligin-onemli-ixtirasi-saatlar/WDrp7ddxQUGVewVhdtasmfzk/32d789314480f0cf8c39d42e2c5bc9e4 #universitet #gautschy #saat #arxeoastronomu #günəşi #ixtira #texnologiya #fyp #capitalist

"YouTube" reklam əngəlləyiciləri ilə mübarizədə həlledici addım ataraq, onların platformada istifadəsinin qarşısını almaq üçü
"YouTube" reklam əngəlləyiciləri ilə mübarizədə həlledici addım ataraq, onların platformada istifadəsinin qarşısını almaq üçün qlobal siyasət həyata keçirib. May ayından etibarən mərhələli şəkildə həyata keçirilən bu təşəbbüs hazırda bütün dünyada keçərlidir. Rəsmi bəyanatında "YouTube" reklam əngəlləyicilərinin platformanın Xidmət Şərtlərini pozduğunu iddia edərək, qlobal miqyasda yaradıcılar üçün müxtəlif ekosistem yaratmaq öhdəliyini vurğulayır. 📌Ətraflı: https://capitalist.az/youtube-resmi-olaraq-reklam-engelleyicilerini-qadagan-edib/17Gi5Ni1Mt63ysrVoXx6tlHA/32d789314480f0cf8c39d42e2c5bc9e4 #youtube #qlobal #miqyas #ekosistem #platforma #abş #dollar #fyp #capitalist

📌 Rusiyada kriptovalyuta əməliyyatlarının sayı son 9 ayda 3 dəfə artıb. Kanalı izləyin: @capitalistaz