280
Suscriptores
-124 horas
Sin datos7 días
-230 días
Archivo de publicaciones
"Alibaba" milyardlarla müştəriyə bir sıra məhsul və xidmətlərə çıxış təmin edən dünyanın ən böyük elektron ticarət şirkətlərindən biridir. Dünyanın ən böyük və ən uğurlu şirkətlərindən biri kimi, "Alibaba" bu illər ərzində əhəmiyyətli miqdarda pul ehtiyatı toplayıb.
25 sentyabr 2023-cü il tarixinə "Alibaba"nın bazar kapitallaşması 225,95 milyard dollar təşkil edərək, onu bazar dəyərinə görə dünyanın 40-cı ən dəyərli şirkəti edir.
📌Ətraflı: https://capitalist.az/alibaba-ne-qeder-pul-qazanir/qESV6uIPGyrixMktgXAgwF7H/37506d873664f23b7eac187eedf81a4b
#Alibaba #tercent #çin #pul #maliyyə #ticarət #elektron #eticarət #valyuta #bazar #qlobal #şirkət #capitalist
Korporativ sosial məsuliyyət "Yelo Bank"ın strategiyasının ayrılmaz hissəsidir. Bu dəfə Bank ölkədə ekoloji mühitin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə Novxanı çimərliyi ərazisində təmizlik aksiyası həyata keçirib.
Onlarla "Yelo Bank" əməkdaşının qoşulduğu aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib. Nəticədə 3 tona yaxın tullantı yığılıb. Daha sonra tullantılar çeşidlənərək xüsusi konteynerlərə yerləşdirilməsi üçün təhvil verilib.
📌Ətraflı: https://capitalist.az/yelo-bank-temiz-xezer-namine-ekoloji-aksiya-kecirib/30bp73LYcWmmQiPXEuyPU5V4/37506d873664f23b7eac187eedf81a4b
#bank #yelobank #yelo #xəzər #dəniz #çimərlik #ekologiya #ətrafmühit #maliyyə #capitalist
Tokioda yerləşən "Tsubame Industries" startapı 4,5 metr hündürlüyündə (14,8 fut) dörd təkərli robot hazırlayıb. Bu robot məşhur Yapon animasiya seriyasından olan "Mobile Suit Gundam"a bənzəyir və onun satış qiyməti 3 milyon dollardır.
"Tsubame Industries"in 25 yaşlı baş icraçı direktoru Ryo Yoshida robot pərəstişkarları üçün bu məhsuldan beşini satmağı planlaşdırır, lakin sahibkar ümid edir ki, robot bir gün fəlakətlərin aradan qaldırılması və ya kosmik sənayedə geniş istifadə oluna bilər.
📌Ətraflı: https://capitalist.az/yaponiya-startapi-3-milyon-deyerinde-olan-robot-hazirlayib/mbuPZC8zVijSfePDsJWrcIia/8f1fab635c28276f62cc261448e7d8f5
#startap #startup #robot #texnika #texnologiya #elm #yapon #səyahət #kosmos #animasiya #capitalist
"PayPal", onlayn pul göndərmə və qəbul etmə edən innovativ ödəniş platformasıdır.
1998-ci ildə bir qrup vizyoner tərəfindən qurulan "PayPal", həm fiziki şəxslərə, həm də bizneslərə geniş çeşiddə məhsul və xidmətlər təklif edərək maliyyə güc mərkəzinə çevrildi.
📌Ətraflı: https://capitalist.az/paypalin-inkisaf-yolu/nmY8CY6MfSQTU3844oZeCYNA/37506d873664f23b7eac187eedf81a4b
#PayPal #onlayn #ticarət #platforma #ödəniş #biznes #sahibkar #PeterThiel #MaxLevchin #maliyyə #capitalist
"Apple" yeni "iPhone"ların gözlənildiyindən daha çox qızmasına səbəb ola biləcək bir neçə problemi, o cümlədən "iOS 17" proqram təminatındakı səhvi yenilənmə ilə həll edəcəyini bildirib.
Yeni telefonların çox qızması ilə bağlı şikayətlərdən sonra "Apple" bildirib ki, "arxa fonda aktivliyə görə cihazı quraşdırdıqdan və ya bərpa etdikdən sonra" ilk bir neçə gün cihazda həddindən artıq qızma ola bilər.
📌Ətraflı: https://capitalist.az/apple-iphone-15-de-heddinden-artiq-qizmaya-sebeb-olan-problemleri-mueyyen-edir/4qdRLp02hjHY95J63ZpR6I5g/32d789314480f0cf8c39d42e2c5bc9e4
#Apple #iPhone #iOS #telefon #proqram #cihaz #texnologiya #iphone15 #update #elm #iqtisadiyyat #smartfon #capitalist
Sentyabr ayında avro zonada inflyasiya son iki ilin ən aşağı səviyyəsinə düşüb. Bu, Avropa Mərkəzi Bankının (ECB) sabit faiz artımı rejimini artan xərclərlə də olsa cilovlamağa müvəffəq olduğunu göstərir.
Avronu paylaşan 20 ölkədə istehlak qiymətləri sentyabrda 4,3% artıb. "Eurostat"ın dərc etdiyi məlumata görə, bu qiymətlər 2021-ci ilin oktyabrından bəri ən aşağı göstəricidir.
📌Ətraflı: https://capitalist.az/avro-zonasinda-inflyasiya-son-2-ilin-en-asagi-seviyyesine-enir/q5M4QZ1FDUT6XUqHZDpUv49t/f93e0e738aca6c25d5c93092d632ba76
#avro #inflyasiya #xərc #qiymət #maliyyə #iqtisadiyyat #capitalist #Avropa #dollar #ölkə
Kənd təsərrüfatı milli iqtisadiyyatın strateji əhəmiyyətə malik sahələrindən biridir. Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi birbaşa kənd təsərrüfatının inkişafı ilə bağlıdır, bu sahədəki inkişaf isə regionlarda məşğulluq problemlərinin həllində böyük rol oynayır.
Azərbaycanın kənd təsərrüfatına nəzər salsaq, istifadə olunan kənd təsərrüfatı sahəsi ümumi ölkənin 55,2%-ni təşkil edir. Kənd təsərrüfatı torpaqlarının 27,9%-i biçənək və otlaqlardır. Bitkiçilik kənd təsərrüfatı müəssisələri ilə müqayisədə (4043,7 milyon manata qarşı 467,3 milyon manat) nəzərəçarpacaq dərəcədə fərdi sahibkarlar, ailə, fermer və ev təsərrüfatlarının payına düşür ki, bu da növbəti illərdə regionlarda kənd təsərrüfatı KOM-larının genişləndirilməsində mühüm problemdir.
📌Ətraflı: https://capitalist.az/kend-teseruffati-milli-iqtisadiyyatin-ayrilmaz-terkib-hissesidir/OLpleePBJqMhHpTyLLrglYHh/f93e0e738aca6c25d5c93092d632ba76
#kənd #kəndtəsərrüfatı #region #Azərbaycan #ərzaq #Bitki #manat #ev #fermer #iqtisadiyyat #capitalist
Yəqin ki, sahibkar və yenilikçi Elon Musk haqqında eşitmisiniz. O, beş məşhur şirkət "SpaceX", "Tesla", "The Boring Company", "Starlink" və "Neuralink"in sahibidir. Çoxları onu iş dünyasında uğurun təcəssümü kimi qəbul edirlər. Ancaq kritik sual budur ki, Elon Muskın IQ-su nədir? Onu dünyanın ən böyük sahibkarlarının əksəriyyətindən fərqləndirən nədir? O, hazırda dünyanın ən ağıllı adamıdır?
Musk planetin ən ağıllı adamlarından biri hesab olunur. Təcrübəsinə əsaslanaraq onun IQ-nun orta səviyyədən yüksək olduğunu düşünmək olar. Əvvəlki qabiliyyət testlərinə əsasən, elon Muskın IQ-nun 150 ilə 155 arasında olduğu güman edilir. Bununla belə, bu iddianı təsdiqləyən heç bir rəsmi məlumat yoxdur.
📌Ətraflı: https://capitalist.az/elon-musk-heqiqeten-de-yer-kuresinin-en-agilli-insanidir/Ed4KgD39HUwGYjCnbu0FaXV0/32d789314480f0cf8c39d42e2c5bc9e4
#Elon #Musk #SpaceX #Tesla #Starlink #Neuralink #IQ #ağıl #zəngin #varlı #beyin #qabiliyyət #test #capitalist
İndoneziya sosial media proqramlarında alış-veriş əməliyyatlarını qadağan edib. Analitiklər bildiriblər ki, qadağadan sonra "TikTok"un Cənub-Şərqi Asiyadakı ambisiyalarına böyük zərbə dəyəcək.
Qeyd edək ki, iyun ayında "TikTok"un rəhbəri, ABŞ-ın təzyiqi artdıqca şirkət qlobal miqyasda biznesini şaxələndirməyə çalışdığı üçün tətbiqin yaxın bir neçə il ərzində Cənub-Şərqi Asiyaya "milyardlarla dollar" investisiya edəcəyini bildirmişdi.
📌Ətraflı: https://capitalist.az/indoneziya-sosial-media-proqramlarinda-alis-veris-emeliyyatlarini-qadagan-edib/mB0T7ATlnrC9naxt0XNlF2nz/32d789314480f0cf8c39d42e2c5bc9e4
#İndoneziya #sosial #media #sosialmedia #TikTok #qlobal #biznes #dollar #investisiya #maliyyə #iqtisadiyyat #capitalist
"Binance" gündəlik ticarət həcmi ilə dünyanın ən böyük kriptovalyuta birjasıdır.
Bu nəhəng platforma 2017-ci ildə Çində Changpeng Zhao (daha yaxşı “CZ” kimi tanınır) tərəfindən təsis edilib və o vaxtdan bəri kriptovalyuta məkanında liderə çevrilib.
📌Ətraflı: https://capitalist.az/dunyanin-en-boyuk-kriptovalyutasi-olan-binance-nece-yaranib/kRCrZSsafnegGbkdFiHP3Oux/37506d873664f23b7eac187eedf81a4b
#binance #ticarət #kriptovalyuta #çin #zhao #kripto #kayman #abş #maliyyə #capitalist
Beynəlxalq Valyuta Fondu (BVF) təkmilləşdirilmiş beynəlxalq əməkdaşlığı, o cümlədən ölkələrin BRICS-ə üzv olmaq istəyini dəstəkləyir.
"Təkmilləşdirilmiş və genişləndirilmiş beynəlxalq əməkdaşlıq və ölkələr arasında ticarət və investisiya əlaqələrinin dərinləşdirilməsi, məsələn, BRICS ölkələri, bazarın parçalanmasının azaldılmasına, ticarətin genişləndirilməsinə, investisiya xərclərinin azaldılmasına yönəldiyi müddətcə alqışladığımız və təşviq etdiyimiz bir şeydir", deyə BVF-in icraçı direktoru Kozak jurnalistlərə bildirib.
📌Ətraflı: https://capitalist.az/bvf-brics-in-tekmillesdirilmis-beynelxalq-emekdasligini-destekleyir/MFD7WuHHaqTajg5PepvjZHZC/f93e0e738aca6c25d5c93092d632ba76
#bvf #valyuta #pul #BRICS #investisiya #ticarət #iqtisadiyyat #maliyyə #dünya #capitalist
Son zamanlarda nüvə yenidən dünyada tendesiyaya çevrilir. Bu da, uranı "dünyanın yeni qızılı"na çevirir.
Çindən tutmuş Hindistana və Rusiyaya qədər ölkələr artan enerji ehtiyaclarını ödəmək və karbon emissiyalarını azaltmaq ehtiyaclarını tarazlaşdırmaq üçün daha çox nüvə proqramı həyata keçirdikcə bu ağır metala tələbat artıb.
📌Ətraflı: https://capitalist.az/nuve-proqramlarinin-artmasi-sebebile-uran-dunyanin-yeni-qizilina-cevrilir/WGa5j644FP4I7wNQtW9tiM5u/f93e0e738aca6c25d5c93092d632ba76
#nüvə #uran #qızıl #çin #hindistan #rusiya #enerji #karbon #nüvəproqramı #iqtisadiyyat #capitalist
İyun ayında Fransız süni intellekt startapı "Mistral AI" ilk modelini təqdim etmişdi. Şirkətin "Mistral 7B" modelini bu gün müxtəlif vasitələrlə, o cümlədən 13,4 giqabaytlıq torrent vasitəsilə yükləmək olar.
"Mistral 7B", "Llama 2" kimi digər böyük dil modellərinin daha da təkmilləşdirilməsidir və oxşar imkanları (bəzi standart meyarlara görə) xeyli az hesablama dəyəri ilə təklif edir. Bunun əkdinə olaraq, "GPT-4" kimi təməl modellər ilə işləmək daha bahalı və çətindir, bu da onların yalnız API-lər və ya uzaqdan giriş vasitəsilə təqdim edilməsinə səbəb olub.
📌Ətraflı: https://capitalist.az/mistral-ai-ilk-boyuk-dil-modelini-her-kes-ucun-pulsuz-edir/EYnsOfV2u8QNKZj2cCAsdqeP/8f1fab635c28276f62cc261448e7d8f5
#süniintellekt #startap #Mistral #model #Llama #elm #texnologiya #proqram #capitalist
Marketinq planı müəssisələrin müəyyən bir müddət ərzində marketinq strategiyasını təşkil etmək, icra etmək və izləmək üçün istifadə etdiyi strateji yol xəritəsidir.
Marketinq planlarına şirkət daxilində müxtəlif marketinq qrupları üçün müxtəlif marketinq strategiyaları daxil ola bilər.
📌Ətraflı: https://capitalist.az/marketinq-plani-nedir-ve-onu-nece-hazirlamaq-olar/8qvOP5sDE4snVXgMdRkxko6e/e37fadf8b90c8d7339a4d1a8addcb900
#marketinqplanı #strategiya #biznes #şirkət #biznesplanı #büdcə #rəqib #marketinq #capitalist
📲Kiberhücumlar günümüzün qlobal təhlükələrindən biridir.
🤔Bəs, siz bu təhlükələrə qarşı hansı tədbirlər görmüsünüz?
🤝Kontent faydalı oldusa, səhifəni izləməyi və reaksiya bildirməyi unutmayın!
#kiberhücum #kibertəhlükəsizlik #elm #sosialmedia #internet #qlobalşəbəkə #kompüter #capitalist
Elon Musk və Thomas Edison, dünyaya əhəmiyyətli dərəcədə təsir edən inanılmaz fiqurlardır. Hər ikisi də sahibkarlıq yoluna getmədən və ən uğurlu ixtiraları əsasında böyük sərvət toplamadan əvvəl mühəndis kimi fəaliyyətə başlayıblar.
Nəsil fərqinə baxmayaraq, həm Thomas Edison, həm də Elon Musk elektrikli avtomobillərin potensialına inanırdılar. Buna görə də Edison elektrikli avtomobil akkumulyatoru yaratmaq üçün çalışmışdı. O, həmçinin 1914-cü ildə Henry Ford ilə ucuz elektrik avtomobili variantları üzərində əməkdaşlıq etmişdi.
📌Ətraflı: https://capitalist.az/elon-musk-ve-thomas-edison-iki-muhendislik-ikonunun-muqayisesi/omyh0FQJCqSmnPeuNYVXg2Y8/32d789314480f0cf8c39d42e2c5bc9e4
#Musk #Elon #Thomas #Edison #avtomobil #elektrik #Ford #ixtira #elm #texnologiya #capitalist
Avropa Statistika İdarəsinin (Eurostat) məlumatına görə, Aİ-də uşaqların 24,7%-i (təxminən 20 milyon) yoxsulluq və ya sosial təcrid riski altında yaşayır.
Sözügedən nisbət 2021-ci ildə 24,4% olaraq qeyd edilmişdi.
📌Ətraflı: https://capitalist.az/avropa-ittifaqinda-her-4-usaqdan-biri-yoxsulluq-icinde-yasayir/gitrzPCtYht0KbckV2mthceY/f93e0e738aca6c25d5c93092d632ba76
#eurostat #statistika #ai #avropa #sosialtədbir #yoxsulluq #bolqarıstan #ispaniya #iqtisadiyyat #capitalist
📌Evimiz #23- Xətti lampalar və onların funksiyaları
Proqramın təqdimatçısı: Brick Construction
Rəsmi sayt: www.brick.az
🔗Ətraflı: https://youtu.be/EE7cttSeDtg?si=YieXi1_DnWNeoKn5
#mənzil #ev #işıqlandırma #lampa #inşaat #brickconstruction #capitalist
"Meta" şirkəti "Messenger" tətbiqində istifadə edilə bilən yeni süni intellekt çatbotunu təqdim etdi.
Amerika mətbuatında çıxan xəbərlərə görə, "Meta" şirkətinin baş direktoru Mark Zuckerberg şirkətin Kaliforniyadakı baş qərargahında keçirilən toplantıda yeni məhsulları ilə bağlı açıqlama verib.
📌Ətraflı: https://capitalist.az/meta-suni-intellekt-catbotunu-teqdim-etdi/6ewGAz9SWjxkNYxfS4cYJn8c/32d789314480f0cf8c39d42e2c5bc9e4
#Meta #Messenger #süniintellekt #çatbot #elm #texnologiya #media #sosialmedia #capitalist
İlk kompüterlər 1940-cı illərdə təqdim olunduqdan sonra kompüterlər uzun bir yol keçmişdir.
Əsas kompüterlərdən tutmuş günümüzün daha kiçik mikrokompüterlərinə qədər bir çox texnoloji dəyişikliklər baş verib və bu gün bu qurğular olmadan həyatı təsəvvür etmək çətindir.
📌Ətraflı: https://capitalist.az/komputer-texnologiyasinin-inkisafi-komputerlerin-novleri/cjiSBMTisOJQgk2ovwmAacW6/32d789314480f0cf8c39d42e2c5bc9e4
#kompüter #mikrokompüter #makrokompüter #qurğu #hesablamamaşını #cihaz #elm #texnologiya #capitalist
