280
Suscriptores
-124 horas
Sin datos7 días
-230 días
Archivo de publicaciones
ABŞ-ın Kaliforniya ştatı iqlim dəyişikliyinin davam etdirilməsindəki roluna görə böyük neft şirkətlərinə qarşı məhkəmə iddiası qaldırıb. Şikayət edilən neft şirkətləri arasında BP, "Chevron", "ConocoPhillips", "Exxon Mobil" və "Shell" var.
135 səhifəlik hüquqi şikayətdə iddia olunur ki, beş böyük neft şirkətinin nümayəndələri olan ticarət təşkilatı Amerika Neft İnstitutu (API) ilə birlikdə onilliklər boyu dezinformasiya kampaniyası aparıblar.
📌Ətraflı: https://capitalist.az/kaliforniya-bir-nece-neft-sirketine-qarsi-mehkeme-iddiasi-qaldirib/WicnwTvIscfSPqwEvx5divbg/f93e0e738aca6c25d5c93092d632ba76
#ABŞ #Kaliforniya #ştat #Exxon #Shell #Chevron #BP #məhkəmə #neft #şirkət #iqlim #elm #maliyyə #iqtisadiyyat #capitalist
Komandanın psixoloji təhlükəsizliyi, komanda üzvlərinin mənfi nəticələrdən qorxmadan risk götürməyin, fikir və narahatlıqlarını ifadə etməyin, suallarla çıxış etməyin və səhvləri etiraf etməyin düzgün olduğuna dair ümumi inamdır.
Psixoloji təhlükəsizlik qrupun öyrənmə davranışını formalaşdırır və öz növbəsində komanda performansına və buna görə də təşkilati fəaliyyətə təsir göstərir.
📌Ətraflı: https://capitalist.az/psixoloji-tehlukesizlik-nedir/vZ03K4AVVZqqwdcyBw74buO1/61e752978cf7214590659b38493ba45a
#komanda #psixologiya #psixolojitəhlükəsizlik #motivasiya #performans #təşkilat #lider #fərdiinkişaf #capitalist
Keçdiyimiz günlərdə "X" sosial şəbəkəsinin sahibi Elon Musk platformanın artıq pulsuz sayt ola bilməyəcəyi fikrini irəli sürdü.
Bazar ertəsi İsrailin Baş naziri Benyamin Netanyahu ilə canlı yayımda danışan Musk, şirkətin "X" sistemindən istifadə üçün "kiçik aylıq ödənişə keçdiyini" bildirib. O, belə bir dəyişikliyin platformadakı botlarla bağlı problemi həll etmək üçün zəruri olduğunu qeyd edib.
📌Ətraflı: https://capitalist.az/x-istifadecilerden-ayliq-odenis-teleb-edecek/iJ3wozMhWyV3sv4mB6EFyRNJ/32d789314480f0cf8c39d42e2c5bc9e4
#X #Musk #Netanyahu #ElonMusk #bot #sosialşəbəkə #şəbəkə #twitter #elm #texnologiya #capitalist
Ölkəmizdə geniş filial şəbəkəsinə malik banklarından biri olan "Bank Respublika", xidmətlərinə olan tələbatı nəzərə alaraq və müştərilərə göstərilən xidmət keyfiyyətini artırmaq məqsədilə Şabran şəhərində sayca 37-ci xidmət nöqtəsini istifadəyə verdi.
Geniş ərazidə yerləşən və müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filialda müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.
📌Ətraflı: https://capitalist.az/bank-respublika-muasir-konseptli-sabran-filialini-istifadeye-verdi/aVuhNozYQnppwOJGCY4T8LpQ/37506d873664f23b7eac187eedf81a4b
#bank #filial #BankRespublika #maliyyə #iqtisadiyyat #capitalist
"PAŞA Sığorta" sürücülük təcrübəsinə güvənən, nümunəvi sürücülər üçün "Tam KASKO" könüllü avtomobil sığortası üzrə özəl endirim kampaniyası elan edir. Kampaniya çərçivəsində qəzasız sürücülük tarixçəsinə malik, sığorta haqqı 500 AZN və daha çox olan müştərilər "Tam KASKO" sığorta məhsuluna 20%-dək endirim əldə edə bilərlər.
Belə ki, 14 sentyabr – 31 oktyabr tarixlərində, müştərilər icbari avtomobil sığortası üzrə tətbiq edilən bonus əmsalına uyğun könüllü avtomobil sığortası üzrə müvafiq olaraq 5%, 10%, 15% və ya 20% endirim əldə edə biləcəklər.
📌Ətraflı: https://capitalist.az/pasa-sigortadan-tam-kasko-uzre-kasko-bonus-kampaniyasi/sxZII1bx8F6QlDBpjv85eQcw/37506d873664f23b7eac187eedf81a4b
#PAŞA #Sığorta #avtomobil #sürücü #bonus #könüllü #iqtisadiyyat #maliyyə #capitalist
Generativ süni intellekt insanların işləmə bacarıqlarını, tapşırıqları yerinə yetirilməsi üsullarını əhəmiyyətli dərəcədə dəyişir.
Lakin süni intellektlə işləyən nəhəng kompüter sistemləri böyük miqdarda su istehlak edir və tonlarla karbon qazı buraxır.
📌Ətraflı: https://capitalist.az/suni-intellekt-ekologiyaya-ziyan-vurur/47nDLDOCw6wq9oxcvfkCah2K/32d789314480f0cf8c39d42e2c5bc9e4
#süniintellekt #komputer #ətrafmühit #ekologiya #ziyan #karbon #ChatGPT #elm #texnologiya #capitalist
2023-cü ilin avqust ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 620 min barrel olub. Bunun 498 min barrelini xam neft, 122 min barrelini kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir.
📌Ətraflı: https://capitalist.az/avqust-ayinda-olkede-gundelik-xam-neft-hasilati-498-min-barrel-olub/EVR7dWgWugFm3QeyInueHhIm/f93e0e738aca6c25d5c93092d632ba76
#neft #Azərbaycan #OPEC #hasilat #ölkə #iqtisadiyyat #capitalist
Avropa İttifaqı 2030-cu ilə qədər litium-ion batareyaları və yanacaq elementləri baxımından Çindən asılı vəziyyətə düşə bilər.
Ekspertlərə görə, bu məsələ oktyabrın 5-də Aİ liderlərinin İspaniyada keçiriləcək görüşü zamanı Avropanın iqtisadi təhlükəsizliyinə dair müzakirələrin əsasını təşkil edəcək.
📌Ətraflı: https://capitalist.az/avropa-litium-ion-batareyalari-ve-yanacaq-elementleri-baximindan-cinden-asili-veziyyete-duse-biler/tQA51lmvc84PwraPAglk6UHv/f93e0e738aca6c25d5c93092d632ba76
#avropaittifaqı #yanacaq #ispaniya #iqtisaditəhlükəsizlik #çin #rusiya #enerji #iqtisadiyyat #capitalist
👀Diqqətinizi çəkəcək açıq hava reklamları
🤝Kontent faydalı oldusa, səhifəni izləməyi və reaksiya bildirməyi unutmayın!
#panasonic #nike #adidas #reklam #açıqhavareklamı #marketing #marketinq #capitalist
Belçika rəsmi nümayəndəliyi bildirib ki, Yeddilik Qrupu (G7) ölkələri yaxın iki-üç həftə ərzində Rusiya almaz idxalına qadağa tətbiq etmək barədə konsensusa gəlməyə hazırlaşır.
Qeyd edək ki, Rusiya Botsvana ilə rəqabət apararaq dünyanın ən qabaqcıl almaz istehsalçıları arasında yer alır. Sanksiyalar rus almazlarının bazara axınını əhəmiyyətli dərəcədə azaltmış olsa da, tam dayandıra bilməyib. Belçika rəsmisi Aİ-yə idxal edilən rus almazlarının münaqişələrdən əvvəlki səviyyələrlə müqayisədə 95% azaldığını qeyd edib.
📌Ətraflı: https://capitalist.az/g7-rusiyadan-almaz-idxalini-qadagan-edecek/0bEu8yS2YyFcOLM0i2YWKohp/f93e0e738aca6c25d5c93092d632ba76
#Belçika #G7 #Rusiya #Aİ #almaz #istehsalçı #iqtisadiyyat #rəqabət #rəsmi #istehsal #diamond #texnologiya #capitalist
Süni intellekt bir çox sahələr kimi, film sektoruna da öz təsirini göstərir. Film dünyasında süni intellekt dublyaj, keçmiş aktyorların səslərinin yenidən yaradılması, köhnə filmlərin və serialların bərpası kimi işlərdə önəmli rola sahibdir.
Şübhəsiz ki, Hollywood-un, generativ süni intellektin insanların işini ələ keçirməsi ilə bağlı narahatlıqları var. Gəlin, son illərdə Hollywoodla əməkdaşlıq edərək kapital toplayan 12 süni intellekt mərkəzli şirkət ilə tanış olaq:
"Deep Voodoo"
"Deepdub"
"DGene"
"ElevenLabs"
"MARZ"
"Metaphysic"
"Neosapience"
"Papercup"
"Respeecher"
"Runway"
"Strada"
"Wonder Dynamics"
📌Ətraflı: https://capitalist.az/film-sektorunu-tamamile-deyisdirecek-12-startap/xUpvK0iwgwvTCVgQI3Op2X8I/8f1fab635c28276f62cc261448e7d8f5
#Süniintellekt #film #Hollywood #dublyaj #aktyor #serial #startap #startup #ai #şirkət #elm #texnologiya #capitalist
Ekspertlərin fikrincə, ödənişlərə və biometrik identifikasiyaya imkan verən "India Stack" adlanan rəqəmsal magistral yol milyonlarla hindlinin həyatını dəyişdirib. İndi, bu cür rəqəmsal ictimai infrastruktur (və ya qısaca DPI), iqtisadi artımı dəstəkləmək və davamlı inkişaf məqsədlərinə cavab vermək istəyən digər ölkələr üçün nümunə modeldir.
BMT artıq "India Stack"ın hökumətə Covid-19 böhranının öhdəsindən gəlməsində, eləcə də inkişafı təşviq etməkdə rolunu tanıyıb. "DPI qlobal iqtisadi artımı sürətləndirə, dayanıqlı və yaşıl iqtisadiyyatlara keçidi dəstəkləyə və institutlara əlçatanlığı və ictimai inamı artıra bilər", - deyə BMT hesabatında bildirilir.
📌Ətraflı: https://capitalist.az/india-stack-sistemi-afrika-olkelerine-tetbiq-oluna-biler/QR1h1oPUBWw1WvAv2UPinVz1/32d789314480f0cf8c39d42e2c5bc9e4
#BMT #India #Hindistan #Covid #qlobal #yaşıl #iqtisadiyyat #institut #green #IndiaStack #böhran #rəqəmsal #ictimai #elm #texnologiya #capitalist
📚Kitab Xülasəsi: Robin Şarma- “Ferrarisini satan rahib”
#biznes #iqtisadiyyat #ferrari #kitabxülasəsi #uğur #fərdiinkişaf #inkişaf #kitab #capitalist
Tədqiqatçılar və sahibkarlar uzun müddətdir ki, Ayda ekipaj bazası - Ay kosmik stansiyası yaratmaq üçün çalışırlar.
Ay bazası dərin kosmik missiyalar üçün yanacaq anbarına çevrilə, misli görünməmiş kosmik teleskopların yaradılmasına səbəb ola bilər.
📌Ətraflı: https://capitalist.az/en-yaxsi-fitnes-veb-sayt-dizaynlarini-nece-yaratmaq-olar/YQJO6Hg35S2a4lgfbWhLUAKA/32d789314480f0cf8c39d42e2c5bc9e4
#ay #kosmos #kainat #astronavt #teleskop #raket #nasa #elm #texnologiya #capitalist
Bazar günü olan açıqlamasında ABŞ-ın liberal senatoru Bernie Sanders süni intellekt məsələsinə fikir bildirərək, işçilərin iş vaxtlarını qısaltmaq üçün süni intellektdən istifadə edə biləcəyini qeyd edib.
Senator Birləşmiş Avtomobil İşçilərinin dörd günlük iş həftəsi tələbini dəstəklədiyini bildirib. Qeyd edək ki, tətil edən həmkarlar ittifaqı üzvləri maaşlarının 40% artırılmasını, daha yüksək pensiya müavinətləri və iş təhlükəsizliyinə zəmanət istəyirlər. Araşdırmalar göstərir ki,amerikalıların 75%-i avtomobil sənayesində tətil edənləri dəstəkləyir.
📌Ətraflı: https://capitalist.az/ekspertler-isciler-is-heftesini-qisaltmaq-ucun-suni-intellektden-faydalanmalidirlar/FEKHSakLaeNthMZ4nYajrFkA/32d789314480f0cf8c39d42e2c5bc9e4
#ABŞ #süniintellekt #iş #avtomobil #tətil #maaş #zəmanət #pensiya #müavinət #sənaye #texnologiya #elm #iqtisadiyyat #capitalist
Cənubi Amerikanın dünyanın ən çox təbii qaz çıxarılan ərazisi olduğu güman edilir.
Gəlin, Cənubi Amerikanın sübut edilmiş təbii qaz ehtiyatlarına görə beş aparıcı ölkəsi ilə tanış olaq:
1. Venesuela
2. Braziliya
3. Argentina
4 Boliviya
5. Peru
📌Ətraflı: https://capitalist.az/en-boyuk-tebii-qaz-ehtiyatlarina-malik-5-cenubi-amerika-olkesi/dPGm90CCqYcXC82uFIJpxS9l/f93e0e738aca6c25d5c93092d632ba76
#cənubiamerika #təbiisərvət #qaz #neft #idxal #ixrac #karbohidrogen #iqtisadiyyat #capitalist
NASA bildirib ki, Almaniya ABŞ-ın rəhbərlik etdiyi "Artemida" sazişlərinə qoşulan 29-cu ölkə olub. Bu barədə NASA nümayəndəliyi rəsmi məlumat yayıb.
Qeyd edək ki, sazişin imzalanması mərasimində NASA Administratoru Bill Nelson və Alman Kosmik Agentliyinin baş direktoru Valter Pelzer iştirak edib.
📌Ətraflı: https://capitalist.az/almaniya-nasa-nin-artemida-sazislerine-qosulur/Zrbv8Xtc0KrIWFF8YVEWE7gD/32d789314480f0cf8c39d42e2c5bc9e4
#almaniya #abş #nasa #artemida #saziş #kosmos #kosmikagentlik #BillNelson #elm #texnologiya #capitalist
"TikTok" Avropa İttifaqında (Aİ) uşaqların şəxsi məlumatlarının emalı ilə bağlı məxfilik qanunlarını pozduğuna görə 345 milyon avro (370 milyon dollar) cərimələnib.
Diqqətinizə çatdıraq ki, "ByteDance"a məxsus "TikTok" ilk dəfədir ki, Aİ-də aparıcı tənzimləyici olan DPC tərəfindən töhmət alır.
📌Ətraflı: https://capitalist.az/tiktok-avropada-usaqlarin-melumatlarini-emal-etdiyine-gore-345-milyon-avro-cerimelenib/7X3hGxVtLUzMzFLgCrgIrwjZ/32d789314480f0cf8c39d42e2c5bc9e4
#TikTok #Avropa #ai #elm #texnologiya #capitalist
Əvvəllər insanlar quşları təqlid edərək uçmağa çalışırdılar. Qollarına ornitopterlər adlanan qanadlar düzəldirdilər.
Lakin ornitopterlər, həm insanı, həm də maşını yerdən qaldırmaq gücünə malik deyildilər. Beləliklə, insanlar uçmaq üçün başqa yollar axtarmağa başladılar.
📌Ətraflı: https://capitalist.az/aviasiya-sektoru-ilk-teyyareler/O6A6mmKc9fOhv3tVirGrgb9u/32d789314480f0cf8c39d42e2c5bc9e4
#təyyarə #ornitopter #ixtira #quş #qanad #aviasiya #elm #texnologiya #capitalist
Yeni araşdırmaya görə, akkumulyator qiymətlərinin düşməsi nəticəsində elektrikli avtomobillər 2024-cü ildə Avropada və 2026-cı ildə isə ABŞ bazarında qalıq yanacaq modellərinin alıcılıq qabiliyyətinə zərbə vura bilər.
Ekspertlər bildiriblər ki, avtomobil istehsalçıları daha səmərəli elektrikli avtomobillər istehsal etmək üçün yeni akkumulyator kimyasına, materiallarına və proqram təminatına sərmayə qoyduqca bu qiymətlər durmadan aşağı düşür.
📌Ətraflı: https://capitalist.az/2030-cu-ile-qeder-qlobal-avtomobil-satislarinin-ucde-ikisi-elektrikli-avtomobiller-ola-biler/kRPRHA7KcFDUIvWkDdC57Hj5/f93e0e738aca6c25d5c93092d632ba76
#akkumulyator #qiymət #elektrik #avtomobil #sərmayə #maliyyə #capitalist
