cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

ℍ𝕚𝕔𝕒𝕓 ℂ𝕖𝕟𝕟𝕖𝕥𝕕𝕚𝕣🌈

Əs-Səlamu əleykum,qrupumuz islamı yaymaq və maraqlı şəkillər paylaşmaq məqsədilə yaradılıb inşaALLAH. Hicablı fake pp fotolar 🌚 Mömin möminə fotolar ✨ Və daha çoxu ✨

Mostrar más
El país no está especificadoEl idioma no está especificadoLa categoría no está especificada
Publicaciones publicitarias
92
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Yeni kanala Bismilləh
Mostrar todo...
*«📿» Gündəlik zikir deməyə adət edən insan tədricən öz həyatında bu zikrlərin müsbət təsirini görməyə başlayır. (Amma yanında əməldə olmalıdır)* «📿» Zikrlər insan mənəviyyatının paklaşmasında və gündəlik yaşam tərzində əvəzsiz rola malikdir. Xüsusən də həftənin gündəlik zikirləri. Yaxşı olar ki, bu zikirlər hər gün 100 dəfə deyilsin: 🟡 1-ci gün: 📿. Ya Qadyəl hacət. یا قاضِیَ الْحاجات 🟡 2-ci gün: 📿. Ya Ərhəmər-rahimin یا اَرْحَمَ الرّاحِمین 🟡 3-cü gün: 📿. Ya Həyyu ya Qəyyum یا حَیُّ یا قَیّوم 🟡 4-cü gün: 📿. La ilahə illəllahul məlikul haqqul mubin لا اِلهَ اِلّا اللهُ الْمَلِکُ الْحَقُّ الْمُبین 🟡 5-ci gün: 📿. Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və əccil fərəcəhum اَللّهُمَّ صَلِّ عَلی مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ عَجِّلْ فَرَجَهُم 🟡 6-cı gün: 📿. Ya Rəbbəl aləmin یا رَبَّ الْعالَمین 🟡 7-ci gün: 📿. Ya zəl cəlali vəl ikram یا ذَالْجَلالِ وَالْاِکْرام 🌻• İLTİMASİ DUA...🤲 https://chat.whatsapp.com/EeqXp7HQyZSLmes7aVbwtq
Mostrar todo...
🕋•İSLAM •.✒️ƏXLAQI

WhatsApp Group Invite

*_📿~Zikr və Allaha etimadın mərtəbələri_* Allah-taalanın həzrət Musanın nəzərinə çatdırdığı kimi, zikrin uca mərtəbəsinə çatmaq üçün bu işdə müti olmaq lazımdır. İnsan Allah hüzurunda nə qədər kiçilərsə, bir o qədər də zikrin uca mərtəbəsinə nail olar. Belə bir zikr insanda aramlıq və arxayınlıq yaradır. Uyğun zikr haqqında Allah-taala buyurur:*"O kəslər ki, iman gətirmişlər və qəlbləri Allah zikri ilə aramlıq tapır. Bil ki, qəlblər Allah zikri ilə aram olur.”* (Rə’d”, 28) "Bil ki, Allahın zikri ilə qəlblər aramlıq tapar” cümləsində "Allahın zikri” təbirinin "aramlıq tapar” təbirindən öncə gəlməsi zikrin əhəmiyyətini önə çəkir. Belə bir ardıcıllıqda ilahi zikr daha çox vurğulanır və onun əhəmiyyəti nəzərə çatdırılır. Başqa sözlə, qəlbin aramlığı ilahi zikrdən qaynaqlanan haldır. Amma başqa cümlələrdə öncə arxayınlığın, sonra Allah zikrinin qeyd olunduğu ilə rastlaşırıq. Bir cümlədə zikrin, digər bir cümlədə arxayınlığın vurğulanması göstərir ki, zikr və arxayınlığın mərtəbələri var. Zikri başlayıb qəlbən diqqətli olmağa çalışan insan zikrin daha uca mərtəbəsinə nail olur. Belələri davamlı zikr vasitəsi ilə zikrin ali mərtəbəsinə çatır, aramlıq və arxayınlıq əldə edirlər. Belə bir zikri Əmirəl-möminin (ə) şəbaniyyə minacatında yada salır: "Pərvərdigara! Mənə öz zikrində heyranlığı ilham buyur.” Uyğun iki cümlədə aramlıq və arxayınlığın iki dərəcəsinə işarə olunur. Birinci dərəcə ilə qüdsi hədisdə Allah-taalanın həzrət Musaya nəsihətində rastlaşırıq. Burada söhbət diqqətli zikrdən qaynaqlanan aramlıq və arxayınlıqdan gedir. Bu zikrin aşağı mərtəbəsidir. Amma yada saldığımız ayədə zikrin ali mərtəbəsinə işarə olunur. Bu ayədə nəzərdə tutulmuş aramlıq və arxayınlıq Allahın tövfiqi ilə özünütərbiyədən sonra əldə olunur. İnsana belə bir aramlıq lütf olunduqda onun bütün iztirablarına son qoyulur. Allah zikrinə məşğul aşiq bəndənin qəlbində məbuddan qeyrisinə diqqətə yer qalmır. Əslində belə bir diqqət və iztirabın kökü ilahi mərifətin çatışmazlığındadır. Kitab : 📚 İlahi nəsihətlər
Mostrar todo...
*🛑 Şəban ayında oruc tutmaq böyük günahların kəffarəsidir* 📜 İmam Cəfər Sadiq (ə) buyurur: حَدَّثَنَا أَحْمَدُ بْنُ زِيَادِ بْنِ جَعْفَرٍ الْهَمَدَانِيُّ رَحِمَهُ اللَّهُ قَالَ حَدَّثَنَا عَلِيُّ بْنُ إِبْرَاهِيمَ بْنِ هَاشِمٍ قَالَ حَدَّثَنَا جَعْفَرُ بْنُ سَلَمَةَ الْأَهْوَازِيُّ قَالَ حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ مُحَمَّدٍ الثَّقَفِيُّ قَالَ أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ مَيْمُونٍ قَالَ حَدَّثَنَا عَنْهُ ع: «صَوْمُ شَعْبَانَ كَفَّارَةُ الذُّنُوبِ الْعِظَامِ حَتَّى لَوْ أَنَّ رَجُلًا بُلِيَ بِدَمٍ حَرَامٍ فَصَامَ مِنْ هَذَا الشَّهْرِ أَيَّاماً وَ مَاتَ رَجَوْتُ لَهُ الْمَغْفِرَةَ». قَالَ: قُلْتُ: فَمَا أَفْضَلُ الدُّعَاءِ فِي هَذَا الشَّهْرِ؟ فَقَالَ (ع): الِاسْتِغْفَارُ. إِنَّ مَنِ اسْتَغْفَرَ فِي شَعْبَانَ كُلَّ يَوْمٍ سَبْعِينَ مَرَّةً كَانَ كَمَنِ اسْتَغْفَرَ فِي غَيْرِهِ مِنَ الشُّهُورِ سَبْعِينَ أَلْفَ مَرَّةٍ. قُلْتُ: فَكَيْفَ أَقُول؟ قَالَ: قُلْ: «أَسْتَغْفِرُ اللَّهَ وَ أَسْأَلُهُ التَّوْبَةَ». 🔸“Şəban ayının orucu böyük günahların kəffarəsidir. Hətta haram qana düşmüş bir nəfərin də Şəban ayında bir neçə gün oruc tutması ilə bağışlanacağına ümid edirəm!” 📜 İbrahim ibn Məymun (bu hədisin ravisi) deyir: 🔸“İmamdan (ə) soruşdum ki, bu ayda ən gözəl və fəzilətli dua nədir?” 📜 İmam Sadiq (ə) buyurdu: 🔸“İstiğfar etmək və Allahdan bağışlanmaq diləmək. Həqiqətən, hər kəs bu ayda hər gün yetmiş dəfə “istiğfar” və tövbə edərsə, digər aylarda sanki yetmiş min dəfə istiğfar və tövbə etmiş kimi sayılır – (və təbii ki, bu qədər bağışlanmaq diləyəni Allah eşidəcək və bağışlayacaqdır).” 📜 Ravi deyir: 🔸İmamdan (ə) soruşdum ki, tövbə etmək üçün hansı zikri və necə deyim? 📜 İmam (ə) buyurdu ki, belə de: “Əstəğfirullahə və əs`əluhut-təvbə.” *📓.·“Fəzailu əşhuris-səlasə”, Şeyx Səduq – Əbu Cəfər Məhəmməd ibn Babəvəyh Qummi (306-381 h.q), “Fəzailu şəhri-Şəban” bölümü, hədis 34.*
Mostrar todo...
📗 *İMAM HÜSEYNİN (Ə) İMAMƏTDƏN QABAQKI MÜBARİZƏLƏRİ* İmam Hüseyn (ə) elə gənclik dövründən siyasi və nizami səhnələrdə atası ilə çiyin-çiyinə çalışmışdır. O, atasının hakimiyyəti dövründə baş vermiş hər üç döyüşdə fəal iştirak etmişdir. “Cəməl” döyüşündə ordunun sol cinahının başçılığı imam Hüseynin (ə) öhdəsində idi. “Siffeyn” döyüşündə istər ordunu döyüşə həvəsləndirmək məqsədilə etdiyi çıxışlarda, istərsə də düşmənlə mübarizədə əsas rol oynamışdır. _“Siffeyn döyüşü”, səh.144, 249, 530._ İmam Hüseyn (ə) atasının şəhadətindən sonra zəmanənin rəhbəri imam Həsənlə (ə) birgə olmuşdur. İmam Həsənin (ə) ordusu Şama tərəf hərəkət edəndə, mübarizə meydanında imam Hüseyn (ə) imam Həsənlə (ə) bir olmuşdur. Müaviyə imam Həsənə (ə) sülh təklif etdikdə, o həzrət imam Hüseyn (ə) və Abdullah ibn Cəfəri çağırıb, bu təklif barədə onlarla məsləhətləşdi. Nəhayət, sülh müqaviləsi bağlanandan sonra qardaşı ilə birgə Mədinəyə qayıtdılar. _"Sireyi-Pişvayan”, imam Hüseynin (ə) həyatı._ İMAM HÜSEYNİN (Ə) HƏYAT MƏRHƏLƏLƏRİ İmam Hüseyn (ə) uşaqlıq dövrünün altı ilini babası Peyğəmbərin (s) yanında keçirmişdir. Peyğəmbərin (s) vəfatından sonra otuz il atası imam Əli (ə) ilə birgə yaşamış və imam Əlinin (ə) hakimiyyəti dövründə irəli çıxan çətinliklərdə fəal iştirak etmişdir. İmam Əlinin (ə) şəhadətindən sonra (hicrətin 40-cı ilindən) siyasi və ictimai səhnələrdə qardaşı imam Həsənlə (ə) çiyin-çiyinə çalışmışdır. İmam Həsənin (ə) şəhadətindən sonra (hicrətin 50-ci ilindən) on il müddətinə qədər Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründə islami vəzifələr imam Hüseynin (ə) öhdəsinə düşmüşdür. Müaviyənin ölümündən sonra hakimiyyət başına gələn Yezidin dövründə inqilab etmiş və nəhayət, hicrətin 61-ci ili Məhərrəm ayının 10-da Kərbəla çölündə şəhadətə yetmişdir.
Mostrar todo...
*_🕌~İmam Sadiq (ə) buyurub :_* İnsanların namazına, orucuna aldanmayın. Çünki bəzən insan namaza, oruca o qədər adət edir ki, onları tərk etsə, qorxu hissi keçirir. Əslində, onları doğru danışmaq və əmanətdarlıqla sınayın. *📚: əl-Kafi, cild.2, səhifə. 104, hədis.2* *_«💚» Günümüz günahsız keçsin_*
Mostrar todo...
꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ *Qur'andan nura💚🖇️* "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!" ✨Ənam / 162✨ ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂
Mostrar todo...
*🕋· İsa peyğəmbərin anası Xanım Məryəm (ə)* *☝🏽Allah Quranda Xanım Məryəmin (ə) üstünlüyünü belə bildirir:* "Bir zaman mələklər dedilər: "Ey Məryəm! Həqiqətən Allah səni seçdi, təmizlədi və aləmlərdəki qadınlardan üstün etdi. Ey Məryəm! Rəbbinə itaət et, səcdə qıl, rükuya gedənlərlə birlikdə rükuya get. *🕋... (Ali-imran/42-43)*
Mostrar todo...
*✒️..··MÖMİN VƏ İLAHİ NEMƏTLƏR* ☆...Araşdırma aparıb doğru hədəfi tanıyan və düzgün əməl edən insan hansısa dünya və axirət nemətindən məhrum ola bilərmi? Allah-təala kainatı insanın təkamülə çatması və əbədi səadətə nail olması üçün yaratdığından doğru yol yolçusunun ilahi nemətlərindən məhrum edilməsi məntiqsiz olardı. Hətta azğın insanlar bu nemətlərdən faydalandığı halda, mömin şəxs nə üçün məhrum olmalıdır?! Allah-təala mömin üçün faydalı olan bütün nemətləri ona əta edir. «Hədid» surəsinin 21-ci ayəsində buyurulur: «Göylər və yer qədər geniş olan behiştə nail olmaq üçün çalışın!». Bitib-tükənməz behişt nemətləri dünya nemətlərindən tamamilə fərqlənir. Bu nemətlərdən istifadə edən doyub çəkinməz. Orada nə yorğunluq, nə zəiflik, nə də ağrı-acı olar. Doğru yolu tanıyıb onunla son məqsədə çatanlar üçün axirətdə heç bir çətinlik yoxdur. «Zuxruf» surəsinin 71-ci ayəsində buyurulur: «Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır». Əlbəttə ki, bu nemətləri təsəvvür etmək çətindir. Amma dünya nemətləri, hətta halal olduqda belə məhdudiyyətlərə məhkumdur. İnsan bu nemətlərdən istifadə edərkən həddi gözləməsə fəsadlarla üzləşər. Allah istədiyi bəndələrə dünya nemətlərini məhdud verir ki, insan bu nemətlərin əsarətinə düşüb axirət səadətinin təminatçısı olan imandan məhrum olmasın. Elə bu səbəbdən də bəzi layiqli bəndələr dünya çətinlikləri ilə üzləşirlər. *📕.·Sadiq yol axtaranlar üçün İmam Sadiq (ə) ın nəsihətləri*
Mostrar todo...